Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-913/2019 07.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyun 2018-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə 7591 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4260/2017 saylı, 10 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) İddiaçı Cavabdeh qarşı “pul vəsaitlərinin tutulması tələbi”nə dair iddia ərizəsi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8018/2018 saylı, 22 iyun 2018-ci il tarixli qərardadı ilə (hakimlər: V.Həsənov, V.Baxışova və N.Cəfərov) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4260/2017 saylı, 10 oktyabr 2017-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8018/2018 saylı, 22 iyun 2018-ci il tarixli qərardadının ləğv edilməsi, apelyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8018/2018 saylı, 22 iyun 2018-ci il tarixli qərardadının ləğv edilməsi, apelyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh vəkili Vəkil kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehin vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının nümayəndələri X2 və X1 mülki iş üzrə keçirilmiş məhkəmə iclaslarında iştirak etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4260/2017 saylı, 10 oktyabr 2017-ci il tarixli qətnaməsi iddiaçının nümayəndəsi X2 tərəfindən qəbzə imza olunmaqla 08 yanvar 2018-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi, məhkəmə qətnaməsi iddiaçının nümayəndəsi tərəfindən 08 yanvar 2018-ci il tarixdə əldə edilmiş, lakin əldə edildikdən sonra 1 ay ərzində mübahisələndirilməmişdir. İddiaçı apellyasiya şikayətini 30 may 2018-ci ildə məhkəməyə təqdim etmiş, prosessual müddətin bərpa olunması barədə vəsatət təqdim etməmişdir. Beləliklə, iddiaçı apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədən şikayət verilməsi müddəti qətnamənin ilkin əldə edildiyi tarixdən, yəni, 08 yanvar 2018-ci il tarixdən başlamalıdır. Belə olan halda, məlum olur ki, iddiaçı qətnamədən şikayət vermək üçün qanunla nəzərdə tutulmuş 1 ay müddəti ötürmüşdür. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur və hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statusl arının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan "res judicata" prinsipi tələb edir ki, məhkəmə tərəfındən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırki vəziyyətdə müəyyən edilir ki, birinci instansiy a məhkəməsi apellyasiya şikayətini qaytarmalı olduğu halda qaytarmamış, onu mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, verilmiş apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və şikayətin mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən prosessual hüquq pozuntusuna yol verilmədiy indən, kassasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyun 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-913/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-913/2019
07.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver