Məhkəmə qərarları › İş №2(102)-913/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-913/2020

17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-913/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X1 ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı və vəkili X5nın iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)6004/2019 nömrəli qərardadından Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 148.000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin (hakim Kamran Əsədov) xx xxxxxx 2016-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh 148.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.Hüseynov, A.İmanov və Vahid Sadıqov) xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2016-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Ə.Əliyev, A.Kalbalıyev və V.İbayev) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilə rək Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (hakimlər V.Həsənov, Ş.Məmmədova və X.Sarıyev) 2(103)-6004/2019 saylı iş üzrə Cavabdeh apellyasiya şikayətini qismən təmin etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-12446/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsi barədə xx.xx.2019-cu il tarixli yeni qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (hakimlər V.Həsənov, Ş.Məmmədova və X.Sarıyev) xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6004/2019 saylı mülki iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və Vəki l tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi və tərəflərindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli Kapital Bank ASC-nin qəbzindən də görünür ki, cavabdeh 15 manat 40 qəpik dövlət rüsumu ödəmiş, qəbzi xx.xx.2019-cu il tarixdə verdiyi kassasiya şikayətində qeyd etməklə şikayətə əlavə etmişdir. Bundan başqa xx xxxx 2019-cu il tarixli qətnamənin surətini rəsmi olaraq imza etməklə almış və xx.xx.2019-cu il tarixdə prossesual mü ddətə əməl edərək kassasiya şikayəti vermişdir. Dövlət büdcəsinin hesabına vəkillə təmin edilməsi barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmiş ərizəsi təmin edilmədikdə özü vəkil ilə müqavilə bağlayaraq kassasiya şikayəti vermiş, şikayətə vəkil orderini və müddətin bərpasına dair ərizə əlavə etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili X5 kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdirlər. Cavabdehin vəkili Vəkil teleqramla Ali Məhkəməyə müraciət edərək başqa məhkəmə iclasında iştirak edəcəyinə görə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin vəsatət təmin edilməmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən cavabdehin və vəkilinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, qətnamədən verilmiş kassasiya şikayətinin qoşmasında “qətnamənin surəti, dövlət rüsumu qəbzi və ərizə” göstərilməsinə baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin dəftərxanasında tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli aktda göstərildiyi kimi, həmin sənədlər aşkar edilməmiş, şikayətə əlavə edi lməmişdir. Bundan başqa, mülki iş materiallarında olan qəbzdən məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-6004/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh tərəfindən şəxsən müvafiq imza edilməklə qəbul edilmişdir. Cavabdeh kassasiya şikayətini xx xxxxxx 2019-cu il tarixdə poçt orqanına təqdim etməklə (məhkəməyə xx xxxxxx 2019-cu il tarixdə daxil olmuşdur) Bakı Apellyasiya Məhkəməsinə təqdim etmişdir. Göründüyü kimi, kassasiya şikayəti qətnamənin təqdim edilməsindən 2 aydan sonra poçt orqanına təqdim edilmişdir, yəni kassasiya şikayəti qanunla müəyyən edilmiş 2 ay müddət ötürülməklə verilmiş, eyni zamanda buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət də təqdim olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kassasiya şikayəti dövlət rüsu munun ödənilməməsi və qanunla müəyyən edilmiş müddətin ötürülməsi səbəbindən geri qaytarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. - 405.0.2-ci maddəsinə əsasən kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. - 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunu r. - 408.1.3 və 408.1.4-cü maddələrinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, eləcə də kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. İş materialları ilə müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)6004/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh tərəfindən şəxsən qəbzə imza edilməklə xx.xx.2019-cu ildə qəbul edilmişdir. Cavabdeh kassasiya şikayətini şikayət vermə müddəti bitdikdən sonra xx xxxxxx 2019-cu il tarixdə poçt orqanına təqdim etmişdir. Kassasiya şikayətinin qoşmasında “qətnamənin surəti, dövlət rüsumu qəbzi və ərizə” göstərilsə də, zərf açıldıqda həmin sənədlər aşkar edilməmişdir, bu barədə məhkəmə işçiləri tərəfindən xx.xx.2019cu il tarixdə müvafiq akt tərtib edilmişdir. Göründüyü kimi, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, kassasiya şikayətinə buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət və qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə heç bir sübut əlavə edilmədiyindən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq, kassasiya şikayətini geri qaytarmışdır. Cavabdeh kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən qanunla müəyyən edilmiş müddət ərzində kassasiya şikayəti verdiyini və həmin şikayətə dövlət rüsumunun ödənilməsi barədə qəbzi əlavə etdiyini qeyd etsə də, kassasiya şikayətinin bu dəlili iş materialları ilə təkzib edilir. Mülki Prossesual Məcəlləsinin 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Buna görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas vermir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)6004/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar