Məhkəmə qərarları › İş №2(102)-914/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-914/2019

18.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-914/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, İddiaçı oğlunun, vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-554/2018 saylı 01 may 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 15300 (on beş min üç yüz) manat borcun tutularaq İddiaçı oğluna ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən V.Həsənov, hakimlər V.Baxışova və N.Cəfərov, İş № 2(103)-8628/2018) apellyasiya şikayəti təmin edilməyrək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)554/2018 saylı 01 may 2018-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı oğlu Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, tərəfin iştirakı təmin edilmə miş, işin faktiki halları nəzərə alınmamış, sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı oğlu və vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyası, maraqlı şəxs X1 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəfə lazımi qaydada bildiriş göndərilmiş olsa da, cavabdeh tərəf üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 11 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Ap ellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə bu nəticəyə gəlmişdir ki, Cavabdeh DİN Bakı şəhər Baş Polis İdarəsi, Nərimanov RPİ-də verdiyi 16 iyun 2017-ci il tarixli izahatının surətindən göründüyü kimi, İddiaçı oğlundan aldığı mərmərlərə görə 15300 (on beş min üç yüz) manat məbləğində borcu olduğunu etiraf etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı oğlu və Cavabdeh arasında nisyə alqı-satqı barədə razılıq əldə olunmuş, lakin cavabdeh olan borclu Cavabdeh üzərinə düşən öhdəliyi, yəni borc məbləğini ödəməmiş və bu səbəbdən kreditor - İddiaçı oğlu qarşısında cavabdehlik daşıyır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edilmədir ki, işə baxan birinci instansiya m əhkəməsi tərəfindən məhkəmə iclaslarının vaxtı və yeri ilə bağlı müvafiq məhkəmə bildirişləri cavabdehin yaşadığı ünvan 1 ünvana göndərilmiş, “ünvançı evə yoxdur, qardaşı götürmədi” qeydi ilə geri qaytarılmışdır. Buna baxmayaraq məhkəmə qətnaməsi həmin ünvana göndərildikdə ünvançı tərəfindən qəbul edilmişdir. Beləliklə də məlum olmuşdur ki, cavabdehin məhkəmə iclasının vaxtı və yeri ilə bağlı məlumatlandırılması barədə üzərinə düşən bütün öhdəliklər birinci instansiya məhkəməsi tərəfindən yerinə yetirilmiş, heç bir prosessual pozuntuya yol verilməmişdir. İş üzrə qiyabi qətnamə yalnız iddianın digər tərəfinin vermiş olduğu razılıq əsasında qəbul oluna bilər. Lakin iş üzrə iddiaçının işin qiyabi icraat qaydasında baxılmasını xahiş etməsi müəyyən olunmur. Belə olan halda isə birinci instansiy a məhkəməsinin işə qiyabi icraatda baxılması üçün əsasları mövcud olmamışdır. Tərəflər mərmərin dəyərinin 16300 manat olduğunu və ondan 1000 manatın ödənilməsini mübahisələndirmirlər. Lakin cavabdeh almış olduğu mərmərin dəyərinin tam ödənilməsini təmin etməmiş, faktiki olaraq iddiaçı qarşısında 15300 manat məbləğində icra edilməyən öhdəliyinin olması müəyyən olunur. Beləliklə, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdehin verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi üçün əsas ola bilməz. O na görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya məhkəməsi mübahisəli hüquq münasibətinə aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələblarinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyy ət daşıyır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutlduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh kassasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyaı qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materiallar ı ilə təsdiq edilmir, eyni zamanda həmin dəlillərə apellyasiya şikayətinin dəlilləri eyni olduğundan və həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən və kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətində göstərilən dəlillərə təkrar qiymətləndirilməsinə zəmin görmür. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməıyi zəruri hesab edir ki, kassasiya şikayətinin qeyd edilən dəlilləri iş materialları ilə təsdiq edilmir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda, eləcə də məcmu halda qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozun tusuna yol verməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin 11.09.2018-ci il tarixli qətnaməsinin ləğvi üçün əsaslı hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 11 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar