Məhkəmə qərarları › İş №2(102)-916/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-916/2020

10.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-916/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)1822/2018 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin (hakim Kamran Əsədov) 2(001)-13300/2015 s aylı iş üzrə xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər “xxxx” Şirkətindən və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 299416,06 manat, faiz borcu 113206,51 manat, cərimə 1000 manat, ümumilikdə 412632,57 manatın və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı-yə verilməsi, cavabdehlərdən tutulmalı olan məbləğin Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 18A saylı evin 10 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, həmin əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması və əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına cavabdehlərin İddiaçı-yə olan borclarının ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası nın (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Raqib Qurbanov) 2(103)-1822/2018 saylı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə “xxxx” Şirkəti və Bağırov Abdul Madar oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-13300/2015 saylı iş üzrə xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, cavabdehlər “xxxx” Şirkətindən və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 299416,06 manat, faiz borcu 113206,51 manat, cərimə 1000 manat, ümumilikdə 412632,57 manat və məhkəmədə iddia qaldırılması üçün ödənildmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı-yə verilməsi, cavabdehlərdən tutulmalı olan məbləğ Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 18A sayl ı evin 10 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ünvan 1 ünvanında yerləşən 18A saylı evin 10 nömrəli mənzilinin ilkin satış qiyməti 300000 manat məbləğində müəyyənləşdirilməsi, həmin əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması və əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına cavabdehlərin İddiaçı-yə olan borcları ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Aslan Kalbalıyev - sədrlik edən və məruzəçi, Vəfaddin İbayev, Ələsgər Əliyev) 2(102)-3004/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ilə cavabdehlər “xxxx” Şirkətinin və Cavabdeh1 nümayəndəsi kassasiya şitayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2018-ci il tari xli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Vahid Sadıqov) xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-1822/2018 saylı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İşin halları İddiaçı cavabdehlər “xxxx” Şirkətinə və Cavabdeh1 qarşı borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktla rı qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadıının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsinə kassasiya şikayəti ilə müraciət edən zaman eyni zamanda işə cəlb olunmağı ilə əlaqədar ərizə də vermişdir. Hazırki məhkəmə qətnaməsi onun hüquqlarına toxunduğu üçün işə cəlb edilməli idi, çünki mübahisəli mənzil üzərində onun da mülkiyyət hüquqları vardır. Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qətnamə onun hüquq və maraqlarına toxunur. Məhkəmə bu hall arı nəzərə almayaraq iş üzrə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə tə rəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.1-ci maddəsinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarından görünür ki, iddiaçılar X6, X4 və X1 cavabdehlər Zakir Həsənov və Cavabdeh1 arasında bağlanmış bağışlama müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reysterindən çıxarışı n etibarsız hesab edilməsinə dair iddia tələbi Binəqədi rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməyərək, Binəqədi rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarı ilə isə kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1822/2018 saylı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icra vərəqəsi verilmişdir. Həmçinin qət namədən kassasiya şikayəti vermək hüququ olmayan şəxs kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.1-ci maddəsinə görə kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa geri qaytarılır. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1822/2018 saylı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki iş üzrə kassasiya ş ikayəti geri qaytarılan zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə mübahisələndirilən qətnamənin nın maraqlarına toxunması, sonuncuya bu qətnamədən kassasiya şikayəti vermək hüququ vermir. Mülki Prosessual Məcəllənin 403-cü maddəsində kassasiya şiakyəti verə bilən subyektlərin dairəsi konkret olaraq göstərilmişdir. Belə ki, həmin normaya görə, apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şik ayət verə bilərlər. Mübahisələndirilən qətnamənin nın maraqlarına toxunmasının təsdiq edilməsi halında o, həmin iş üzrə maraqlarına toxunan şəxs kimi tanınması üçün Ali Məhkəmənin Sədrinə qətnamədən təqdimat verilməsi üçün ərizə ilə müraciət etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 423-cü maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının və Kommersiya kollegiyasının qərarlarından Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən təqdimat vermək hüququna malikdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh nın kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1822/2018 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar