Məhkəmə qərarları › İş №2(102)-916/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-916/2024

21.02.2024 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-916/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: prosessual müddətin bərpası barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 dekabr 2023-cü il tarixli, 2(103)5385/2023 saylı qərardadından Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıd akı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 1.Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-488/2023 saylı mülki iş üzrə 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günay Həşimova) iddia təmin edilərək, İddiaçı Cavabdeh ASC tərəfindən iş zaman baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətə görə ödənilməli olan ödəncin yenidən hesablanaraq ona ödənilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

2. Qətnamədən narazı qalan Cavabdeh ASC apellyasiya şikayəti vermişdir.

3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 avqust 2023-cü il tarixli, 2(103)-5385/2023 saylı qərardadı ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), A.N.İmanov və M.A.Məmmədov) cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilmişdir.

2. Cavabdeh qərardaddan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasına kassasiya şikayəti ilə müraciət etmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2(102)-3941/2023 saylı qərardadı ilə (hakimlər Zaur Əliyev (məruzəçi), Aqil Abbasov və Vidadi Məmmədov) Cavabdeh ASC və vəkili Vəkil tərəfindən iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5385/2023 saylı, 10 avqust 2023-cü il qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə kassasiya qeyri-mümkün hesab etmiş və kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 oktyabr 2023-cü il tarixli, 2(103)-5385/20 23 saylı qərardadı ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5385/2023 saylı işi üzrə 10 avqust 2023-cü il tarixli qərardadından Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti (yolverilməz hesab edilərək) geri qaytarılmışdır.

5. Cavabdeh ASC xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5385/2023 saylı mülki iş üzrə xx.xx.2023-ci il tarixli qərardadından kassasiya şikayətinin verilməsi ilə bağlı prosessual müddətin bərpası barədə ərizə təqdim etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, MPM-in 133.1-ci maddəsinin tələblərinə əsasən, İddiaçı Cavabdeh ASC-nə qarşı “bədbəxt hadisə nəticəsində dəymiş zərərə görə müavinət ödənilməsi haqqında” iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 2(002)-488/2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılmış və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5385/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya qeyrimümkün hesab edilərək və mülki işin Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sözügedən qərardadın surəti onlara rəsmi qaydada xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının həmin qərardadından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-3941/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarda dı ilə kassasiya şikayəti vəkil tərəfindən imzalanmaması səbəbindən qeyri-mümkün hesab edilərək, Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)5385/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti eyni əsasla geri qaytarılmışdır. Bununla əlaqədar olaraq tərəflərindən verilmiş kassasiya şikayəti Cavabdeh ASC-nin sədri olaraq onun tərəfindən və vəkili Vəkil tərəfindən imzalanmış və vəkil orderi də şikayətə əlavə olunmuşdur. Bu məhkəmənin elektron kabinetindən də görünür. Hazırkı vəziyyətdə onlardan asılı olmayan, lakin yuxanda qeyd olunan üzürlü səbəblərdən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5385/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün müddət ötürülmüşd ür. Odur ki, həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddət üzürlü səbəbdən ötürülmüş hesab edilərək bərpa olunmalı və kassasiya şikayəti baxılması üçün mülki iş materialları ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməlidir.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5385/2023 nömrəli iş üzrə 18 dekabr 2023-ci il tarixli qərardadı ilə (hakimlər Fuad Talışinski sədrlik edən, məruzəçi, Azad İmanov və Məmməd Məmmədov) Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5385/2023 saylı mülki iş üzrə xx.xx.2023-ci il tarixli qərardadından kassasiya şikayətinin verilməsi ilə bağlı prosessual müddətin bərpası barədə Cavabdeh ASC tərəfindən tərəfindən verilmiş ərizə təmin edilməmiş və kassasiya şikayətin in verilməsi müddətinin bərpasından imtina edilmişdir.

8. Qərardad onunla əsaslandırılmışdır ki, qərardadın surəti alındığı müddətdən (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək) kifayət qədər uzun zaman keçmiş və qeyd edilən müddətin buraxmasının üzrlü hesab edilməsinə dair ərizəçinin dəlilləri buraxılmış müddətin üzrlü hesab edilməsi üçün heç bir sübutla öz təsdiqini tapmır, məhkəmə proseslərində peşəkar hüquqşünasla təmsil edilmiş və onun nümayəndəsi olduğu vəkillə müqavilə bağlanılmasının qarşısını alan heç bir məhdudiyyət olmamışdır. Hazırki ərizə üzrə ötürülmüş müddətin və ondan qabaq prosessual imkanların olduğu müddətdə kassasiya şikayəti təqdim etmək imkanının olmaması, hər ötürülmüş günün üzrlü səbəbləri barədə mötəbər və əsaslı dəlillər müzakirəyə təqdim edilməmişdir. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü, sənədlərin dövriyyəsi nəzərə alınmaqla, hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir.

9. Nəzərə alınmalıdır ki, kassasiya şikayətinin qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini yoxlamaq apellyasiya instansiyası məhkəməsinin vəzifəsini təşkil edir. 10.Göründüyü kimi Azərbaycan Respublikas ının müvafiq qanunvericilik aktlarında kassasiya şikayətinin verilməsinə dair tələblər, o cümlədən müddət və digər tələblər, habelə bu tələblərə əməl edilməməsinin hüquqi nəticələri aydın şəkildə müəyyən edilib göstərilmişdir. 11.Qeyd edilməlidir ki, kassasiya şikayətinin qanunvericiliklə müəyyən olunmuş müddət ərzində verilməməsi, dövlət rüsumunun müəyyən edilmiş məbləğdə ödənilməməsi, habelə kassasiya şikayətinin forma və məzmuna ciddi riayət olunmaması və sair hallar kassatorun öz hərəkəti nəticəsində baş verdikdə, bu səhvin mənfi nəticələrinin yükü digər tərəfin və ya məhkəmənin üzərinə düşə bilməz və işə baxan məhkəmələr bununla bağlı tərəflərin səhvlərini düzəltmək vəzifəsini daşımır. 12.Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 129, 129.1, 129.2, 129.3.,129.4, 133.1, 135.2, 135.3-135.5, 135.6, 135.8, 405-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə, “X1 haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 62-67-ci maddələrinə, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13, 128-133-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 13.Cavabdeh ASC, (vəkili Vəkil) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5385/2023 saylı, xx.xx.2023 tarixli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 14.Şikayət onunla əsaslandırılmış dır ki, iddiaçının cavabdehə qarşı “bədbəxt hadisə nəticəsində dəymiş zərərə görə müavinət ödənilməsi haqqında” iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 2(002)-488/2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılmış və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5385/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilərək mülki işin Bakı şəhəri, Qaradağ Rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qəbul edilmiş qərardad onlara rəsmi qaydada xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının həmin qərardadından xx.xx.2023-cü il tarixdə Ali Məhkəmənin Mülki kollegiyasına kassasiya şikayəti verilmiş və Ali Məhkəməni n Mülki kollegiyasının 2(102)-3941/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayətinin vəkil tərəfindən imzalanmaması səbəbindən qeyri-mümkün hesab edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5385/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti eyni əsasla geri qaytarılmışdır. Bununla bağlı olaraq tərəflərindən verilmiş kassasiya şikayəti Cavabdeh ASC-nin sədri və Vəkil tərəfindən imzalanmış və vəkilin orderi də şikayətə əlavə olunmuşdur. Bu məhkəmənin elektron kabinetindən də görünür. Hazırkı vəziyyətdə onlardan asılı olmayan, lakin üzürlü səbəblərdən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5385/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından kas sasiya şikayəti verilməsi üçün müddət ötürülmüşdür. 15.Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1, 408.1, 418.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır;

18. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmay an aya düşərsə, müddət həmin ayın son günündə qurtarır;

19. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur;

20. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

21. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

22. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir

23. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallar da məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir;

24. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 25. 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

26. Maddə 405.0.1. Kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi q aydada verildiyi gündən 2 (iki) ay müddətində verilə bilər.

27. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. 28. 402.2.2-ci maddəsinə əsasən kassasiya şikayətinin qaytarılması, 402.2.3-cü maddəsinin tələbinə görə isə kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlardan kassasiya şikayəti verilə bilər. 29. 408.1 və 408.1.7-ci maddəsinin tələbinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə kassasiya şikayəti ape llyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. 30. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş pros essual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qə rardadın əsaslılığı kassasiya şikayətinin dəlillərinə əsasən tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

36. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğunu, buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsasların ol duğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

37. Belə ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qərardadın surəti cavabdeh tərəfindən alındığı 12 oktyabr 2023-cü il tarixdən 20 noyabr 2023-cü il tarixədək kifayət qədər uzun zaman keçmiş və qeyd edilən müddətin buraxmasının üzrlü hesab edilməsinə dair ərizəçinin dəlilləri buraxılmış müddətin üzrlü hesab edilməsi üçün heç bir sübutla öz təsdiqini tapmır.

38. İşdən görünür ki, cavabdeh məhkəmə proseslərində peşəkar hüquqşünasla təmsil edilmiş və onun nümayəndəsi olduğu vəkillə müqavilə bağlanılmasının qarşısını alan heç bir məhdudiyyət olmamışdır. Hazırki ərizə üzrə ötürülmüş müddətin və ondan qabaq prosessual imkanların olduğu müddətdə kassasiya şikayəti təqd im etmək imkanının olmaması, hər ötürülmüş günün üzrlü səbəbləri barədə mötəbər və əsaslı dəlillər müzakirəyə təqdim edilməmişdir.

39. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü, sənədlərin dövriyyəsi nəzərə alınmaqla, hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir.

40. Belə ki, hər hansı şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin suiistifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. 41.Nəzərə alınmalıdır ki, kassasiya şikayətinin qanunla müəyyən edilmiş qaydad a və müddətdə verilməsini yoxlamaq apellyasiya instansiyası məhkəməsinin vəzifəsini təşkil edir. 42.Göründüyü kimi Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında kassasiya şikayətinin verilməsinə dair tələblər, o cümlədən müddət və digər tələblər, habelə bu tələblərə əməl edilməməsinin hüquqi nəticələri aydın şəkildə müəyyən edilib göstərilmişdir. 43.Qeyd edilməlidir ki, kassasiya şikayətinin qanunvericiliklə müəyyən olunmuş müddət ərzində verilməməsi, dövlət rüsumunun müəyyən edilmiş məbləğdə ödənilməməsi, habelə kassasiya şikayətinin forma və məzmuna ciddi riayət olunmaması və sair hallar, kassatorun öz hərəkəti nəticəsində baş verdikdə, bu səhvin mənfi nəticələrinin yükü də digər tərəfin və ya məhkəmənin üzərinə düşə bilməz və işə baxan məhkəmələr bununla bağlı tərəflərin səhvlərini düzəltmək vəzifəsini daşımır. 44.Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun kassasiya şikayəti ilə eyni məzmunlu olan prosessual müddətin bərpası barədə ərizəsinin dəlillərini araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 dekabr 2023-cü il tarixli, 2(103)-5385/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar