Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-917/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Maraqlı şəxs qarşı mənzildən istifadə hüququnun tanınması barədə ilk, Cavabdeh Maraqlı şəxs İddiaçı qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddiası üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8716/2021 nömrəli iş üzrə 13.10.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ü zrə işə 14 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları Cavabdeh ilə İddiaçı 29 sentyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Cavabdeh ilə X4 birdə nikahlarından 06 avqust 2007-ci il təvəllüdlü X5 və 04 fevral 2009-cu il təvəllüdlü X6 adlı iki yetkinlik yaşına çatmamış uşağı vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(005)-2141/2020 saylı qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında 29 sentyabr 2007-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahlarından doğulmuş uşaqların anaları ilə birlikdə qalmaları müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1989-cu il tarixdə X8 (iddiaçının həyat yoldaşının babasının) mülkiyyəti kimi qeydiyyata alınmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 05 oktyabr 2005-ci il tarixində vəfat etmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 17 iyun 2020-ci il tarixdə Maraqlı şəxs (iddiaçının həyat yoldaşının atasının) mülkiyyəti kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Qurbanov Tahir Zahid oğlu ünvan 1 ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Maraqlı şəxs qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək onun cavabdehin mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən evdən istifadə hüquqlarının tanınması, bu hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsinin qadağan olunması, habelə, həmin ünvandakı fərdi yaşayış evinin onunla Cavabdeh birgə nikah dövründə əldə olunmuş əmlak kimi qiymətləndirilməsi, tikiliyə çəkilmiş xərc olaraq 100000 manat pul vəsaitinin ½ hissəsinin, yəni 50000 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, o, 2004-cü ildə el adəti ilə Cavabdeh ilə evlənmiş, iddia ərizəsində göstərilən fərdi yaşayış evinə gəlin köçmüşdür. İddia tələbində göstərilən ev əvvəllər ərinin babası X8 mülkiyyətində olmuş, o, Cavabdehla evləndikdən bugünədək həmin evdə yaşamaqdadır. Ev 5 otaqlıdır, o, uşaqları ilə birlikdə evin 1 otağında yaşayırlar. Lakin cavabdeh onu evdən məcburən çıxarmaq ist əyir. Halbuki, onun başqa yaşayış yeri yoxdur.. O, həmin evdə yaşadığı müddətdə evin yerləşdiyi həyətdə cavabdeh tərəfindən 2 ev tikilib satılmış, habelə cavabdehin də razılığı ilə birgə vəsaitləri hesabına yaşadıqları evdə əsaslı təmir işləri görülmüşdür. O, cavabdehin ailəsində gəlin olduğu müddətdə evdə işləmiş, malheyvan saxlamış, heyvanların südünü sağmış, gündə 100-150 banka yumuş, qatıq-pendir məhsulları hazırlamış, satış məqsədi ilə süd bişirmişdir. Bütün bunların əvəzində cavabdeh və keçmiş qaynanası ona heç bir ödəniş etməmişlər. Ən nəhayət o, bu qədər təhqir olunmağa, təzyiqlərə dözməyib Cavabdeh aliment alınması üçün məhkəməyə müraciət etməli olmuşdur. Bundan başqa, sözügedən fərdi yaşayış evi birgə nikahda olduqları dövrdə birgə vəsaitləri hesabına əsaslı təmir edilmiş, həyət də kirayəşinlərin yaşaması üçün 1 və 2 otaqlı mənzillər tikilmiş, həmçinin, həyətyanı sahədə 2 ev tikilib başqa şəxslərə satılaraq qazanc əldə edilmişdir. Həmin işlərə onun tərəfindən 100000 manat xərc çəkilmişdir. Buna görə də o, çəkilmiş xərcin yarısının, yəni 50000 manat hissəsinin cavabdehdən onun xeyrinə tutulmasını istəyir. Həmçinin, Maraqlı şəxs İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncunun ünvan 4 ünvanında yerləşən 227 nömrəli fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi Vəkil2 qarşılıqlı iddia ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, mübahisə predmeti olan ev əvvəllər Maraqlı şəxs atası X8 mülkiyyətində olmuş, 2020-ci ildən isə ev üzərində Maraqlı şəxs mülkiyyət hüquqları dövlət qeydiyy atına alınmışdır. İddiaçı Maraqlı şəxs keçmiş gəlini olmaqla sözügedən evdə qeydiyyatda belə deyil. Belə ki, İddiaçı ilə Cavabdeh ailə qurduqdan sonra müvəqqəti olaraq sözügedən evdə yaşamışlar. Maraqlı şəxs İddiaçı evi boşaldaraq təhvil verməsini dəfələrlə tələb etsə də, sonuncu bunlara məhəl qoymamışdır. Faktiki olaraq ailə münasibətləri pozulduğu halda isə tərəflərin eyni evdə yaşamaları mümkün deyildir. Çünki, İddiaçı Maraqlı şəxs, onun ailəsini bilərəkdən təhqir edir, evdə söz-söhbət salır, beləliklə rahat yaşamağa imkan vermir. Tərəflər arasında hüquq münasibətləri 29 sentyabr 2007-ci il tarixdən yaranmışdır. Həmin dövrdə bu məzmunlu mübahisələrin həlli Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsi ilə tənzimlənir ki, həmin maddənin tələblərinə əsasən, İddiaçı mənz ildən istifadə hüququnun yaranması üçün mülkiyyətçinin razılığı tələb olunur. Hazırki halda isə belə bir razılıq mövcud deyildir. İddiaçı valideynlərinə məxsus ünvan 5 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Belə olan halda mübahisəli ev İddiaçı yaşayış yeri sayılmır və o, həmin evdən çıxarılmalı, ev öz mülkiyyətçisinə təhvil verilməlidir. Buna görə də, ilk iddia tamamilə əsassızdır. İlk iddia pul tələbi hissəsində isə ümumiyyətlə sübuta yetirilmir, buna görə də, həmin hissədə də rədd edilməlidir Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh nümayəndəsi Vəkil3 ilk iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, tərəflər arasında hüquq münasibətləri yarandığı dövr üzrə hazırki məzmunlu mübahisələrin həllini tənzimləyən hüquqi normanın tələblərinə əsasə n, yalnız mülkiyyətçinin razılığı ilə digər şəxslərin mənzildən istifadə hüquqları tanına bilər Hazırda isə belə bir razılıq mövcud deyildir. Buna görə də, ilk iddia rədd edilməlidir.Tərəflər münaqişəli ailədirlər və bir evdə yaşamları gələcəkdə böyük problemlər yaradacaqdır. Buna görə də, İddiaçı mübahisə predmeti olan mənzildən çıxarılmalıdır. İlk iddia pul tələbi hissəsində ümumiyyətlə əsassızdır, sübuta yetirilmədiyindən həmin hissədə də rədd edilməlidir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin (hakim-X1) 2(001)-377/2021 saylı 07.06.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Maraqlı şəxs qarşı “mənzildən istifadə hüququnun tanınması və s” tələbinə dair ilk iddiası qismən təmin edilmiş, İddiaçı 06 avqust 2007-ci il təvəllüdlü X5 və 04 fevral 2009-cu il təvəllüdlü X6 adlı uşaqları ilə birl ikdə ünvan 6 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqları tanınmış, İddiaçı iddiası digər hissələrdə rədd edilmış, Maraqlı şəxs İddiaçı qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandıraraq belə nəticəyə gəlmişdir ki, İddiaçı iddia tələbində göstərilən yaşayış sahəsinə köçərkən onunla mülkiyyətçi, yəni mərhum X14 arasında mənzildən istifadə ilə bağlı yazılı razılaşma mövcud olmasa da, İddiaçı uşaqları ilə birlikdə həmin tarixdən təxminən 16 il sözügedən ünvanda yaşamış və birgə təsərrüfat aparmışlar, tərəflər arasında hüquq münasibətləri yarandığı 2004-cü ildən təxminən 1 il sonra yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi vəfat etmişdir. Əvvəlki mülkiyyətçi vəfat edənə qədər iddiaçı ilə evin istifadəsi ilə bağlı hansı mübahisələrinin olmasına dair iş üzrə sübut mövcud deyil. Yeni faktiki olaraq iddiaçının mübahisəli evdə uzun müddət yaşamasına həm evin əvvəlki mülkiyyətçisi, həm hazırkı cavabdeh etiraz etməmişlər. Yalnız 2020-ci ilin iyun ayında, yəni İddiaçı ilə Cavabdeh ailə münasibətlərinin pisləşdiyi dövrdə İddiaçı qayınatası Maraqlı şəxs adına qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh rəsmi nikahda olduqları dövrdə Cavabdeh sözügedən yaşayış sahəsinə qeydiyyata alınmaqla istifadə hüquqları yaranmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı da göstərilən yaşayış sahəsindən istifadə hüquqları tanınmalıdır. Eyni zamanda, məhkəmə qətnaməsi ilə İddiaçı Alı qızı ilə Cavabdeh birgə nikahlarından olan uşaqların analarının yanında qalmaları müəyyən edildiyindən, İddiaçı uşaqları ilə birlikdə mənzildən istifadə hüquqları tanınmalı, beləliklə, ilk iddia bu hissədə təmin edilməlidir. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, hazırki məhkəmə qətnaməsi ilə İddiaçı ünvan 4 ünvanında yerləşən 227 nömrəli fərdi yaşayış evindən istifadə hüquqları tanındığınan onun mənzildən çıxarılması üçün qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən heç bir kompensasiya məbləği təklif edilmədiyindən qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə öz mövqeyini əsaslandırarkən MM-nin 27, 228, MPM-nin 77-ci maddələrinə istinad etmişdir. Binəqədi rayon məhkəməsinin 2(001)-377/2021 saylı 07.06.2021-ci il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermiş, iddiaçı isə iddiasının rədd edilməsi hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsind əki icraat Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-8716/2021 saylı 13.10.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X11 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2) Maraqlı şəxs apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)377/2021 saylı 07 iyun 2021-ci il tarixli qətnaməsi ilkin iddianın təmin olunan hissəsində və qarşılıqlı iddianın təmin olunmaması hissəsində ləğv edilmiş, ilkin iddia tələbi həmin hissədə təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, İddiaçı ünvan 4 ünvanında yerləşən 227 nömrəli fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Məhkəmənin mövqeyinə görə, tərəflər arasında hüquq münasibətləri 2000-ci ildən sonra yarandığından həmin münasibətlərə, yəni istifadə hüququnun əmələ gəlməsi və xit amına dair münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının və Konstitusiya Məhkəməsinin norma şərhedici qərarından müəyyən edir ki, tərəflər arasında yaranan münasibətin rəsmiləşdirilməsi, yəni iddiaçını mənzildən istifadə hüququnun yaranması üçün, mülkiyyətçi ilə istifadə edən şəxs arasında notarial qaydada təsdiq edilmiş müqavilə olmalı və həmin müqavilə daşınmaz əmlakın dövlət reyrestrində qeydə alınmalıdır. Lakin xüsusi mülkiyyət hüququ ilə əvvəllər X12 (iddiaçının qaynatasının atası) sonradan isə Maraqlı şəxs (iddiaçının qaynatası) adına qeydə alınmış evə X15 qarşılıqlı iddiaçının oğlu Cavabdeh ilə rəsmi nikaha daxil olduqdan sonra gəlin köçərkən və orada yaşadığı zaman evin mülkiyyətçisi ilə hər hansı bir notarial qaydada təsdiq edilmiş razılaşma olmamışdır. Belə olan halda isə ilkin iddia üzrə iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində istifadə hüququ yaranmadığından onun həmin evdə qalması mülkiyyətçi kimi cavabdehin mülkiyyət hüququnun məhdudlaşdırılması kimi dəyərləndirilməlidir. Məhkəmə öz mövqeyini əsaslandırarkən MM-nin 152,157-ci maddələrinin müddəalarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına, AR Konstitusiyasının 13,29-cu maddələrinə MPM-nin 9, 217-ci maddələrinə istinad etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-8716/2021 saylı 13.10.2021-ci il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və o na etirazın dəlilləri Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya məhkəməsinin 2(103)-8716/2021 saylı, 13.10.2021-ci il tarixli qətnaməsi birtərəfli, əsassız, qeyri-obyektiv qəbul edildiyindən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 14, 88, 217, 218-ci maddələrinin tələbləri,o cümlədən ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi, sübutların obyektiv, qərəzsiz qiymətləndirilməsi, qətnamənin qanuni və əsaslılığı kimi mülki məhkəmə icraatının prinsipləri kobud surətdə pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır. Sadalanan maddi və prosessual hüquq normalarının məhkəmə tərəfindən pozulması sonda düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir İddiaçı yaş ayış sahəsinə köçərkən onunla mülkiyyətçi, yəni mərhum YYYQurbanov arasında mənzildən istifadə ilə bağlı yazılı razılaşma mövcud olmasa da, İddiaçı uşaqları ilə birlikdə həmin tarixdən təxminən 16 il sözügedən ünvanda yaşamış və birgə təsərrüfat aparmışlar. Tərəflər arasında hüquq münasibətləri yarandığı 2004-cü ildən təxminən 1 il sonra yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi vəfat edənə qədər iddiaçı ilə evin istifadəsinə dair hansı mübahisələrin olmasına görə iş üzrə sübut mövcud deyil. Yəni faktiki olaraq iddiaçının mübahisəli evdə uzun müddət yaşamasına həm evin əvvəlki mülkiyyətçisi, həm də hazırki cavabdeh etiraz etməmişlər. Kassator qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsi tətbiq edilməlidir, həmin maddəyə əsasən isə yaşayış binasının tərkib hissəsində istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi, şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Lakin məhkəmə maddi və prossesual hüquq nrmalarını düzgün təfsir etməmiş və heç bir kompensasiya verilmədən evdən çıxarılması qənaətinə gəlmişdir. Kassator kassasiya şikayətini əsaslandırarkən MM-nin 228, MPM-nin 4, 77, 88-ci maddələrinə istinad etmişdir. Cavabdeh Maraqlı şəxs YYYoğlunun vəkili Vəkil2 kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, apellyasiya məhkəməsi tərəfind ən maddi və prossesual hüquq normalarının düzgün tətbiq olunduğunu, qətnamənin ləğvi üçün əsaslar olmadığını bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Prossesual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Di gər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə
88. Mə hkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını də yişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya məhkəmə si tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, tərəflər arasında hüquq münasibətləri 2000-ci ildən sonra yarandığından həmin münasibətlərə yəni istifadə hüququnun əmələ gəlməsi və xitamına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə kollegiyasının mövqeyinə görə Konstitusiya Məhkəməsinin norma şərhedici qərarından müəyyən edilir ki, tərəflər arasında yaranan münasibətin rəsmiləşdirilməsi, yəni iddiaçını mənz ildən istifadə hüququnun yaranması üçün, mülkiyyətçi ilə istifadə edən şəxs arasında notarial qaydada təsdiq edilmiş müqavilə olmalı və həmin müqavilə daşınmaz əmlakın dövlət reyrestrində qeydə alınmalıdır. Lakin xüsusi mülkiyyət hüququ ilə əvvəllər X12 (iddiaçının qaynatasının atası) sonradan isə Maraqlı şəxs (iddiaçının qaynatası) adına qeydə alınmış evə X15 qarşılıqlı iddiaçının oğlu Cavabdeh ilə rəsmi nikaha daxil olduqdan sonra gəlin köçərkən və orada yaşadığı zaman evin mülkiyyətçisi ilə hər hansı bir notarial qaydada təsdiq edilmiş razılaşma olmamışdır. Belə olan halda isə ilkin iddia üzrə iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində istifadə hüququ yaranmadığından onun həmin evdə qalması mülkiyyətçi kimi cavabdehin mülkiyyət hüququnun məhdudlaşdırılması kimi dəyərləndirilməlidi r. Kassasiya şikayətinin dəlilləri ilə bağı məhkəmə kollegiyası qeyd edir ki, kompensasiya istifadə hüququ mövcud olduqda onun xitamı üçün verilir. İddiaçının isə belə hüququ mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8716/2021 nömrəli iş üzrə 13.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.