Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-918/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, cavabdehin nümayəndəsi A1 və vəkili Ağayev Akif Mirzə oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx tarixli qətnaməsi ilə (hakim L.Talıbova, iş № 2(010)-xxx/19) İddiaçı Cavabdeh qar şı “alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx tarixli 2(010)-xxx/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin dəyişdirilərək Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx xxx təvəllüdlü X1 və 27.01.2014cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment və hər ay hər uşağa 50 (əlli) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova-sədrlik edən və məruzəçi, hakimlər V.Həsənov və İ.Kərimli, iş № 2(103)-xxx/19) apellyasiya şikayəti təmin e dilməyərək, Suraxanı Rayon Məhkəməsinin xx xxx tarixli qətnaməsi Cavabdeh münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23.05.2012-ci il təvəllüdlü X1 və 27.01.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin məbləğinin dəyişdirilərək hər ay hər uşağa 200 manat, cəmi 400 manat sabit pul məbləğində və hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment müəyyən edilməsinə dair qətnam ə qəbul olunmasını xahiş etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin nümayəndəsi A1 və vəkili A.Ağayev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İddiaçı Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehin nümayəndəsinin və vəkilinin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbinin qismən əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər xx xxx tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx xxx tarixdə Emin və xx xxx-cü il tarixdə Elvin adlarını verdikləri uşaqları dünyaya gəlmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx tarixli qətnaməsi ilə nikahları pozularaq uşaqların saxlanılmaları üçün xx xxx tarixdən başlayaraq cavabdeh Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa 137 manat olmaqla, cəmi 274 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx xxx tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq xx xxx təvəllüdlü X1 və xx xxx təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa cavabdehdən 154 manat alimentin tutulması qət edilmişdir. Hazırda İddiaçı Cavabdeh məhkəmə qətnaməsi ilə tutulan alimentin miqadarının dəyişdirilməsini tələb edir. İddiaçı tələbini onunla əsaslndırmışdır ki, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissəsində işləyir və onun aylıq əmək haqqı 714 manat, maddi yardım 632 manat, məzuniyyət pulu 505 manat, birdəfəlik pul mükafatı tam həcmdə olduqda 1264 manat təşkil edir. xx xx tarixində ölkədə uşaqlar üçün minimum yaşayış səviyyəsi isə 160 manat müəyyən olunmuşdur.Ona görə də iddiasının təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Bununla razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən cavabdehin ailə və maddi vəziyyətində müsbətə doğru hər hansı bir dəyişikliyin olmaması faktı, habelə belə bir dəyişikliyin olması barədə iddiaçı tərəfindən məhkəməyə müvafiq sübutun təqdim edilməməsi nəzərə alınmamışdır. Apellyasiy a instansiyası məhkəməsi hesab etmişdir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi 981 saylı Hərbi Hissə tərəfindən verilmiş xx xxx tarixli 78 saylı arayışdan müəyyən olunur ki, Cavabdeh həqiqətən N nömrəli hərbi hissədə işləyir və onun aylıq əmək haqqı 714,21 (yeddi yüz on dord) manat 21 qəpik, maddi yardımı 632,00 (altı yüz otuz iki) manat, məzuniyyət pulu 505,00 (beş yüz beş) manat, birdəfəlik pul mükafatı tam həcmdə olduqda 1264,00 (bir min iki yüz altmış dörd) manat təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, müəyyən olunmuş alimentin miqdarının artırılmasını uşaqların tələbatlarının çoxa lması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumunun artırılmasına əsaslanmaqla tələb edir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehin apellyasiya şikayətindən isə görünür ki, o da, ümumiyyətlə alimentin artırılmasının özünü deyil, artırılmalı olan alimentin məbləğini mübahisələndirir. Apellyasiya instansiyası məhkəməsi Ailə Məcəlləsinin 78.1, 78.2-ci maddələrinə istinad edərək Cavabdeh hər ay sabit pul məbləğində hər uşaq üçün 50 (əlli) manat, həm də hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin alınaraq İddiaçı verilməsini hazırkı mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab etmiş və bu əsasla da birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda göstərilənlərə əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən müfəssəl və düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-ni n 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəm ə tərəfindən təmin olunan hissədə sübuta yetirmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət vermişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Qətnamənin ləğv ed ilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx tarixli 2(103)-xxxx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-918/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-918/2020
18.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver