Məhkəmə qərarları › İş №2(102)-920/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-920/2019

18.02.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-920/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri XətaiRayon Məhkəməsinin 2(011)-4388/2018saylı iş üzrə 14 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9656/2017 saylı, 12.10.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən 20.07.2005-ci il təvəllüdlü X2 və 23.06.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 154 manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov - sədrlik edən və məruzəçi, E.Nəbiyev və R.Qurbanov, İş № 2(103)-10141/2018) Cavabdeh apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri XətaiRayon Məhkəməsinin 2(011)-4388/ 2018saylı iş üzrə 14 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9656/2017 saylı 12.10.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən 20.07.2005-ci il təvəllüdlü X2 və 23.06.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20.07.2005-ci il təvəllüdlü X2 və 23.06.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 154 manat məbləğində sabit pul şəklində aliment tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi Ailə Məcəlləsinin 75, 78, 101-ci maddələrini düzgün nəzərə almamış, bununla da azyaşlı uşaqların aliment hüquqları kobudcasına pozulmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli qətnaməsinin iddia ərizəsinin təmin edilmiş hissəsində “hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat alimentin tutulması” hissəsində dəyişiklik edərək, “hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat alimentin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli qətnaməsinin iddia ərizəsinin təmin edilmiş hissəsində “hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat alimentin tutulması” hissəsində dəyişiklik edərək, “hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat alimentin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası, Cavabdeh məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesa b edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanıl-masa da, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual norma ların düzgün tətbiq edilib-edilməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətlən-dirilməməlidir. Apellyasiyainstansiyasıməhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9656/2017 saylı, 12.10.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 20.07.2005-ci il təvəllüdlü X2 və 23.06.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay Cavabdeh əmək haqqısının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. X4 20.07.20 05-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X5. X3 23.06.2007-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X5. Cavabdeh aylıq əmək haqqısı Zabrat Bələdiyyəsinə yığılan verginin 20%-nə əsasən hesablanır. Apellyasiya məhkəməsinin gəldiyi nəticədən görünür ki, cavabdeh tərəfin iddiaçının qazancı barədə məhkəməyə heç bir sübut təqdim etməməsini, eyni zamanda məhkəmə kollegiyasının iclasında cavabdeh 200 manat ödəmək imkanın olmasını bildirməsini, iddiaçının isə işlədiyini və aylıq qazancının 450-500 olduğunu bildirməsinə nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini əsas götürərkən tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret halları üzrə müəyyən o lunmuş digər diqqətəlayiq halları nəzərə almamışdır. Buna görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehdən uşaqların saxlanılması üçün tutulacaq alimentin miqdarının hər uşağa 100 manat olmaqla müəyyən edilməsini hazırki mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab edir. Beləliklə, birinci instansiya məhkəməsi işin qeyd edilən faktiki hallarına tam diqqət yetirmədən, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan səhv nəticəyə gəlmişdir. Hazırkı iddianın qiymətinin, yəni bir il ərzində ödəmənin məcmusunun 500 manatdan artıq olmaqla iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan məhkəmə hesab edir ki, ödənilməli 30 manat dövlət rüsumunun Cavabdeh dövlət gəlirinə tutulmalıdır. Bu halda apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri XətaiRayon Məhkəməsinin 2(011)-4388/2018saylı iş üzrə 14 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9656/2017 saylı, 12.10.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılmalı, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən 20.07.2005-ci il təvəllüdlü X2 və 23.06.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Apellyasiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir. Azərb aycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətbiq etdiyi maddi və prosessual hüquq normaları düzgün olmuşdur. İddiaçı kassasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara yetərincə hüquqi qiymət vermiş, iş üzrə tərəflərin izahatlarından əlavə, təqdim edilmiş və araşdırılmış sübutlar əsasında qanuni və əsaslı qət namə qəbul etmişdir. Digər tərəfdən qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkə mə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Məhkəmə kollegiyası kassasiyaşikayətinin dəlillərinəümumilikdəhüquqiqiymətverərəkhesabedirki, bu dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq olunmaması, eyni zamanda bu dəlillərlə işin faktiki halları mübahisələndirilərək kassasiya şikayətində göstərilən maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması əsaslandırılmadığından həmin dəlillər əsaslı hesab edilə bilməz. Bu isə, qanuni vəəsaslıolan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinəəsasolabilməz. Apellyasiyainstansiyasıməhkəməsininnəticələriişinfaktiki hallarınauyğun olmaqlaonun tərəfindən Azərbaycan Respublikasının 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 407.2-ci maddəsinəəsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. İş üzrə apellyasiya instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının pozması hallarına yol verməsi müəyyən edilməmiş, qətnamə məhkəmə iclasında, araşdırılmış sübutlar əsasında q əbul edilmiş, hüquq normaları düzgün tətbiq və təfsir edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 12 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar