Məhkəmə qərarları › İş №2(102)-921/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-921/2020

12.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-921/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçı x1, iddiaçının vəkili Əhməd Çingizxan İsax oğlu və cavabdehin vəkili Bədəlov Mürsəl Natiq oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 fevral 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli 2(006)-1713/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim R.Səmədov) iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən, məruzəçi), E.Nəbiyev və A.Hüseyn, 2(103)9513/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)1713/2019 saylı mülki iş üzrə qəbul etdiyi 12 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x1 cavabdehlər x2-yə və x3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh x2 arasında bağlanmış 27.07.2013-cü il tarixli, QUFS-3514 saylı kredit müqaviləsinin, 27.07.2013-cü il tarixli, QUFŞ-3514 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, x3 qanunsuz hərəkətləri barəsində müvafiq təd bir görülməsi, iddiaçının əmlakının (pulun) ondan alınaraq, x2 tərəfindən iddiaçıya sayılmış ziyanın ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı x1, iddiaçının vəkili Əhməd Çingizxan İsax oğlu kassasiya şikayətini müdafiə edə rək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Bədəlov Mürsəl Natiq oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi mə sələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı x1 cavabdehlər x2-yə və x3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh x2 arasında bağlanmış 27.07.2013-cü il tarixli, QUFS-3514 saylı kredit müqaviləsinin, 27.07.2013-cü il tarixli, QUFŞ-3514 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, x3 qanunsuz hərəkətləri barəsində müvafiq tədbir görülməsi, iddiaçının əmlakının (pulun) ondan alınaraq, x2 tərəfindən iddiaçıya sayılmış ziyanın ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbini irəli sürsə də, yalnız bir hala, yəni cavabdeh x2 tərəfindən müqavilədə göstərilən 100.000 manat məbləğində pul vəsaitinin ona verilmədiyinə istinad etmişdir. Kollegiya qeyd etmişdi r ki, həmin hal özü-özlüyündə kredit müqaviləsinin etibarsız hesab edilməsi əsası kimi çıxış edə bilməz. Çünki bu hal mövcud olsa belə, Mülki Məcəllənin 337.1 və 339-350-ci maddələrində qeyd olunan əqdlərin etibarsız hesab edilməsi əsaslarını yaratmır və iddiaçı bu halı sübut etdiyi halda yalnız kredit müqaviləsi üzrə ona qarşı irəli sürülmüş iddiaya qarşı etirazının əsası kimi istifadə edə bilər. Bundan başqa iddiaçı tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, həmin maddənin tələblərinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündə n bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı isə ən geci 2014-cü ilin may ayında (pretenziya məktubunun ona təqdim edildiyi tarixdə) əqdin etibarsız sayılmasına əsas verən halları bilməli idi, lakin hazırkı iddianı 2019-cu ilin yanvar ayında irəli sürmüşdür. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir və ona görə də, həmin iddia tələbləri rədd edilməlidir. Həmçinin cavabdeh x3 qarşı irəli sürülmüş pulun tutulması barədə tələblər də rədd edilməlidir. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. H əmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddia tələblərinin Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən təmin edilməsi üçün iddiaçı aşağıdakı halları sübut etməlidir: ona məxsus 100000 manat məbləğində pul vəsaiti hüquqi əsas olmadan cavabdeh x3 tərəfindən götürülmüş və ya onda qalmış, bunun nəticəsində isə sonuncu əsassız varlanmışdır. Lakin iddiaçı tərəfindən bu halların təsdiqi barədə mötəbər sübutlar təqdim edilməmiş və o, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ape llyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı x1nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 15 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar