Məhkəmə qərarları › İş №2(102)-921/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-921/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-921/2021 25.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk iddia üzrə Cavabdeh2 İddiaçı İKB ASC-nə qarşı qarşılıqlı iddia üzrə QƏRARİ (Açar sözlər: əmlak xarakterli iddianın qiymətinin iki min manatdan az olması səbəbindən kassasiya şikayətinin baxışdan çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5672/2020 nömrəli iş üzrə xx xxxx 20 20-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İKB ASC iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 515,13 manat əsas borc, 52,91 manat faiz borcu və 991,21 manat cərimə və gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 23,15 manat olmaqla ümumilikdə olmaqla ümumilikdə 1582,40 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir.

2. İlkin iddia tələbi onunla əsaslandırılmışd ır ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 2500 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2018-ci il tarixədək Cavabdeh1 banka xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 515,13 manat əsas borc, 52,91 manat faiz borcu, 991,21 manat cərimə və gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 23,15 manat olmaqla ümumilikdə cəmi 1582,40 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

3. Cavabdeh2 İddiaçı İKB ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı İKB ASC arasında bağlanmış zaminlik müqaviləsinə xitam verilməsi və ödənilən 10 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən borcluya xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 24 aylıq 2500 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə onunla zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqaviləsinin müddəti xx.xx.2017-ci ildə bitmişdir. Amma cavabdeh xx.xx.2018-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8382/2018 nömrəli iş üzrə xx xxxxxx 2018ci il tarixli qətnaməsi (hakim Namidar Misirzadə) ilə ilkin iddianın qismən təmin edilməsi, 515,13 (beş yüz on beş manat 13 qəpik) manat məblə ğində əsas borcun, 52,91 (əlli iki manat 91 qəpik) manat məbləğində faiz borcunun, 90 (doxsan) manat məbləğində cərimə borcunun və kredit müddətinin bitdiyi tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faizlə 23,15 (iyirmi üç manat 15 qəpik) manat məbləğində əldən çıxmış faydanın, cəmi 681,19 (altı yüz səksən bir manat 19 qəpik) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı İKB ASC-yə ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə, həmçinin Cavabdeh2 münasibətdə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 15-Z1-1-0-392-15 saylı zaminlik müqaviləsinə xitam verilməsi, 10 (on) manat məbləğində dövlət rüsumunun İ ddiaçı İKB ASC-dən alınaraq Cavabdeh2 ödənilməsi qət edilmişdir.

6. Qətnamədən narazı qalan iddiaçı “xxxx” ASC apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)5672/2020 nömrəli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Vahid Sadıqov) İddiaçı İKB ASC-nin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8382/2018 nömrəli xx xxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı İKB ASC-nə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Həmin qətnamədən narazı qalan iddiaçı “xxxx” ASC kassasiya şikayət i verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi mübahisəni mahiyyəti üzrə həll etmək əvəzinə, hər vəhclə iddianı zaminə münasibətdə təmin etməmək məqsədilə qanunvericiliyin aidiyyətı olmayan normalarını uyğunlaşdıraraq qətnamədə tətbiq etmişdir. Bu səbəbdən, apellyasiya məhkəməsi MM-in müxtəlif maddələrinə istinad edərək, zaminə münasibətdə iddia tələbinin əsassız olduğunu qeyd edərək və formal mülahizələrlə həmin hissədə iddianı rədd etməklə, Azərbaycan Respublikası MM-nin normalarını düzgün tətbiq etməmiş, nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Bundan başqa məhkəmə dəbbə pulunun həcmini əhəmiyyətli azaldarkən, qətnamədə Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə istinad etsə də, normanın ikinci hissəsini - "tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almır" müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Çünki dəbbə pulunun 90 manat məbləğdə müəyyən edilməsi iddiaçı tərəfindən tələb olunan cərimə məbləği ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barə də lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

11. Maddə 404-1 Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz

12. Maddə 417.1.7 Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilərək məhkəmə baxışına təyin edilmişdir.

14. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı “xxxx” ASC-nin kassasiya şikayəti MPM-nin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir.

15. Hazırki iş üzrə iddianın qiyməti 2000 (iki min) manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

16. Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsində yalnız əmlak xarakterli iddialar üzrə qətnamələrdən verilən kassasiya şikayətlərinin mümkünlüyündən bəhs edildiyindən, həmin normanın tələbləri qeyri-əmlak xara kterli iddialar üzrə qətnamələrə şamil olunmur (məsələn, vurulmuş mənəvi ziyana görə pul tələbi və s.). Buna görə də, kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən yalnız əmlak xarakterli iddianın qiyməti nəzərə alınmalıdır.

17. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-6393/2021 nömrəli işin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilərək kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

18. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 404-1, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” ASC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5672/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-6393/2020 nömrəli qərardadı ləğv edilsin. Mülki iş məhkəmə baxışından çıxarılsın. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar