Məhkəmə qərarları › İş №2(102)-921/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-921/2022

08.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-921/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Qurbanəli oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə və istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2594/2021 nömrəli iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 08 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıla rı müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə tikilmiş Saatlı RİHB-nin Mustafabəyli kənd İƏD-sı üzrə nümayəndəlikdə 02 saylı təsərrüfatbaşına kitabın 164-cü təsərrüfatında qeydə alınmış, Saatlı rayonu Mustafabəyli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi və yaşayış sahəsindən istifadə hüququnun tanınması İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 1992-ci tarixdə el adəti ilə evlənib ailə həyatı qurmuş, 03 mart 2004-cü ildə nikahlarını rəsmiləşdirmiş, birgə nikah dövründə birgə təsərrüfatı idarə etmiş, 0.06 ha həyət yanı torpaq sahəsində 88 kv.m ölçüsündə fərdi yaşayış evi tikmişlər. Sonradan aralarında yaranan narazılıqlara görə Saatlı rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2(055)-741/2020 saylı qətnaməsi aralarında olan nikah qeydi pozulmuşdur. 1992-ci ildə cavabdehlə ailə həyatı qurarkən cavabdehə məxsus olan fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əşyalarını həmin evdə yerləşdirmişdir. Rəsmi olaraq ayrıldıqdan sonra evindən zorla çıxarılmış və hal-hazırda müvəqqəti olaraq qonşularının evində yaşayır. Hal-hazırda qalmağa yeri yoxdur. Saatllı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 may 2021-ci il tarixli 2(055)-621/2021 nömrəli qətnaməsi ilə (hakim Mirlətif Sadıqov) iddia tələbi təmin edilərək, İddiaçı Cavabdeh ilə birgə nikahları dövründə tikilmiş Saatlı rayon İ HB-nın Mustafabəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 02 saylı təsərüfat başına kitabın 164-cü təsərrüfatında qeydə alınmış Saatlı rayon Mustafabəyli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi və İddiaçı həmin yaşayış sahəsindən istifadə hüququnun tanınması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, tərəflər arasındakı mübahisə Azərbaycan SSR-nin 08.07.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrində ifadə olunmuş maddi hüquq normasına uyğun həll edilməlidir və həmin norma mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2ci maddəsinə görə q ətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normasına uyğun çıxarılmalıdır. Məhkəmə iclasında işin araşdırılan hallarından yəni, tərəflərin izahatlarından, Saatlı rayon Məhkəməsinin qətnaməsindən müəyyən olunur ki, iddiaçı cavabdehin ailə üzvü kimi 1992-ci ildən etibarən Saatlı rayonu Mustafabəyli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçərkən cavabdehin heç bir qeyd-şərti olmadan yaşamışdır. İddiaçı ilə Cavabdeh aralarında olan narazılıqlara görə münasibətləri pisləşmiş və 18 noyabr 2020-ci ildə onların nikahları pozulmuşdur. Buradan görünür ki, iddiaçının nikahı pozulmuş olsa da, iddiaçı Mənzil Məcəlləsinin 53-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq “icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam edən icarədarın oğlunun keçmiş arvadı” sayılır. Ona görə də cavabdehə məxsus fərdi yaşayış evindən iddiaçı istifadə hüququna malikdir və həmin evə köçürülməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı yaşayış sahəsinə köçürmə və mənzildən istifadə qayadasının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikasının Konstitusiyasının 127.2-ci, 01.10.2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53.1, 53.3, 53.4 123-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 119.1, 217.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin q ətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Müşfiq Həsənov sədrlik edən və məruzəçi, Zeynal Zeynalov, Zaur Allahyarov) 2(106)-2594/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Saatlı Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(055)-621/2021 nömrəli qətnaməsinin qismən, yəni İddiaçı Cavabdeh ilə birgə nikahları dövründə tikilmiş Saatlı Rayon İcra Hakimiyyəti Başçısının Mustafabəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 02 saylı təsərrüfatbaşına kitabına 164-cü təsərrüfatında qeydə alınmış Saatlı rayonu Mustafabəyli kəndində yerləşən yaşayış sahəsindən isti fadə hüququnun tanınması hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə tərəflərin izahatlarından görünür ki, hazırki iş üzrə mübahisəli yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, yəni mübahisəli yaşayış evinin hüquqmüəyyənedici sənədləri yoxdur. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, mübahisəli yaşayış evi tərəflərin birgə nikahda olduqları, birgə yaşadıqları və təsərrüfatı birgə idarə etdikləri dövrdə tikilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1 -ci hissəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şə xslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxsin mənzil və digər bu kimi yerlər üzərində hər hansı hüququ olmasın. Mübahisəli yaşayış evi dövlət qeydiyyatına alınmasa da, iddiaçı mübahisəli fərdi yaşayış evində yaşamış və onun başqa yaşayış sahəsi yoxdur. Tərəflər əvvəllər mübahisəli fərdi yaşayış evində birgə yaşamışvə birgə ümumi təsərrüfat aparmışlar. Belə olan halda, iddiaçının sözügedən mübahisəli yaşayış evinə köçürülməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddia tələbinin sözügedən mübahisəli yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz. Belə ki, qanunvericiliyə əsasən yaşayış evinə istifadə hüququnun əmələ gəlməsi mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Hazırkı halda isə mübahisəli yaşayış evinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Saatlı rayon İHB-nın Mustaf abəyli kənd inzibatı Ərazi Dairəsi üzrə nümayəndəliyində 02 saylı təsərrüfat başına kitabın 164cü təsərrüfatında qeydə alınmış, Saatlı rayonu Mustafabəyli kəndində yerləşən fərdi yaşayış evinin birgə nikah dövründə cavabdehlə birlikdə tikmələri və birlikdə həmin evdə yaşamaları mübahisəsizdir və heç biri tərəfdən mübahisə predmetinə çevrilməyib. Birgə nikah dövründə tərəflərindən tikilən fərdi yaşayış evi Saatlı rayon İHB-nm Mustafabəyli kənd inzibatı Ərazi Dairəsi üzrə nümayəndəliyində 02 saylı təsərrüfat başına kitabın 164- cü təsərrüfatında qeydə alındığından yaşayış sahəsi olan fərdi yaşayış evi sayıla bilər. Deməli, həm iddiaçı kimi o və cavabdeh kimi Cavabdeh evə münasibətdə eyni hüquqlara malik olurlar. Əgər apelyasiya məhkəməsinin gəldiyi nəticəyə görə onun həmin evdə yaşayış sah əsindən istifadə hüququ yoxdursa, deməli cavabdehin də belə bir hüququ olmamalıdır. Evə köçürülmə ilə yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi, tanınması verilməsi bir biri ilə əlaqədardır. Evə köçürülmənin məqsədi həmin evdə yaşamaq, yaşayış sahəsindən istifadə etməkdir. Əgər yaşayış sahəsindən istifadə hüququ olmayacaqsa həmin evə köçəndən sonra nə olacaq? Apelyasiya məhkəməsi qətnaməsində əsas olan bu məsələnin izahını verməmişdir. Qətnamədə yalnız evə köçürmə tələbinin təmin edilməsi o halda ola bilər ki, yaşayış sahəsindən istifadə hüququ mübahisəsiz olur, yəni məhkəmə qətnaməsinə ehtiyac qalmır. Lakin apelyasiya məhkəməsi qətnaməsində bu hal da izah edilməyib. Onun cavabdehlə nikahı 1992 ci ildən başlayıb və 18.11.2020-ci il tarixli nikahın pozulması barədə məhkəmə qətn aməsi ilə sona çatmışdır. Ev 2006-cı ildə tikilmişdir. Hesab edir ki, apelyasiya məhkəməsinin 01.10.2009cu ilə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 123-cü maddəsinə istinad etməsi düzgündür. Lakin apelyasiya məhkəməsi tərəfindən eyni zamanda Mülki Məcəllənin 228.1 və 288.2-ci maddəsinə əsaslanması və bu səbəbdən 1-ci instansiya məhkəməsinin qətnaməsini yaşayış sahəsindən istifadə hüququnun tanınması hissəsində ləğv etməsi əsassız hesab olunmalıdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izah atları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən m əhkəmə aktı göstərilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə

25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud g üzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydası nda, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fakt iki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelya siya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçı kasasiya şikayətində onun istifadə hüququnun tanınması ilə bağlı apelyasiyta kollegiyasının düzgün qənaətə gəlməməsinə, cavabdeh kimi onun da evdən istifadə hüququnun mövcud olmasına istinad etsə də, qeyd edilməlidir ki, iş materiallarından göründüyü kimi, köçürülməsi və istifadə hüququnun tanınması tələb edilən fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamışdır. Qanunvericiliklə istifadə hüququnun yaranmasının əsasını daşınmaz əmlakın dövlət qeydiyyatına alınmalı olması müəyyən edilmişdir. Hazırki mübahisə üzrə cavabdeh mübahisəli fərdi yaşayış evində hansı hüquqla və əsasla yaşayırsa, iddiaçının da həmin hüquq və əsasla mübahisəli evdə yaşamaq hüququ vardır. Çünki tərəflərin hər ikisi mübahisəli evə münasibətdə eyni statusa malik şəxslər hesab edilirlər. İddiaçının kasasiya şikayətinin məzmunundan o hal aydın olur ki, iddiaçı sanki həmin evə köçürülsə belə, cavabdeh kimi həmin evdə yaşaya, kommunal xidmətlərdən və digər təbii ehtiyac olan vasitələrdən istifadə edə bilməyəcəkdir. Lakin bu belə deyildir. İddiaçı cavabdeh kimi həmin evdən yaşayışının təmin edilməsi üçün zəruri formada və qaydada istifadə edə biləcəkdir. Qanunvericiliklə müəyyən edilmiş istifadə hüququnun tanınması şəxsin mənzillə bağlı hüquqlarının yaranmasına əsas verir ki, mənzilin satılması, bağışlanması və mənzil barəsində digər hərəkətlər edilməsi zamanı həmin şəxsin də razılığı tələb olunur. Bu xüsusat, yəni istifadə hüququnun t anınması isə yalnız dövlət qeydiyyatına alınmış mənzillərə xasdır. Belə olan halda iddiaçıya izah olunmalıdır ki, cavabdehlə birgə nikahları zamanı inşa etmiş olduqları mübahisəli ev dövlət qeydiyyatına alındıqdan sonra onun yenidən istifadə hüququnun tanınması tələbi ilə məhkəməyə müraciət etmək və həmin hüququnun təmin olunmasına nail olmaq hüququna malikdir. Hazırki halda kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2594/2021 nömrəli iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar