Məhkəmə qərarları › İş №2(102)-923/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-923/2019

04.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-923/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-923/2019 04 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), X6, X2 ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.06.2018-ci il tarixli, 2(105)32/2018 nömrəli qətnaməsindən Cavabdeh1 nun kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim E.Məmmədov) 10 iyun 2016-cı il tarixli, 2(060)-5872/2016 saylı qətnaməsi ilə iddiaçı «xxxx» QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı «xxxx» QSC-nin xeyrinə - 03R000025678 saylı kredit razılaşması üzrə 15172.61 ABŞ dolları məbləğindəkredit borcu, 2471.08 ABŞ dolları məbləğində faiz borcu və 1000 ABŞ dolları məbləğində cəriməolmaqla ümumilikdə 18643.69 ABŞ dolları, ödəmə gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun manatla,məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinətutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21manat xidmət haqqı, cəmi 61 manat dövlət rüsumunun tutulması, iddia üzrə tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 26 saylı evin 26saylı mənzilinin açıq hərracdan satılması və satışdan əldə olunacaq pul vəsaiti hesabına cəmi 18643.69 ABŞ dolları və ya ödəmə gününə AzərbaycanRespublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatın və 61 (altmış bir) manatməbləğində dövlət rüsumunun iddiaçı «xxxx» QSC-yə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.G.Rəhimov, L.M.Məmmədova və S.A.Qafari) 13.06.2018-ci il tarixli, 2(105)-32/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 nun apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər məhkəməsinin bu iş üzrə 10 iyun 2016-cı il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, cavabdeh lər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı «xxxx» Qapalı SəhmdarCəmiyyətinin xeyrinə 03R000025678 saylı kredit razılaşması üzrə 1827,63 ABŞ dolları (manata olan məzənnə ilə) faiz borcu tutulmuş, qətnamə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinətutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21manat xidmət haqqı, cəmi 61 manat dövlət rüsumunun tutulması, iddia üzrə tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 26 saylı evin 26saylı mənzilinin açıq hərracdan satılması və satışdan əldə olunacaq pul vəsaiti hesabına borcun «xxxx» QSC-yə ödənilməsi hissələrində Cavabdeh1 na münasibətdə dəyişdir ilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili X1 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.06.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: «xxxx» QSC iddia tələbini onunla əsaslandırmışdır ki, «xxxx» QSC-nin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış 11 sentyabr 2008-ci il tarixli, 03L000001618 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları 07 mart 2012-ci il tarixli, 1618 sazişlə kredit xəttinin müddəti 186 ay, kredit xəttinin limiti isə 50000 ABŞ dolları müəyyən edilmişdir. «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış 07.03.2014-cü il tarixli, 03R000025678 saylı kredit razılaşmasına əsasən Cavabdeh1 na 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olma qla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər 03 iyun 2015-ci il tarixdə bu razılaşmaya və ödəniş planına dəyişiklik edilməsi barədə saziş imzalamışlar. Eyni zamanda kredit xətti müqaviləsinin təminatı qismində bank və digər Cavabdeh3 arasında 04.03.2014-cü il tarixli 03M000001486 saylı ipoteka müqaviləsi bağlanmış, onun xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 26 saylı evin 26 saylı mənzili Bank (ipoteka saxlayan) qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar banka olan borclarını 07 avqust 2015-ci i ldən ödəməmişlər. 16 mart 2016-cı il tarixə cavabdehlərin kredit müqaviləsi üzrə 15172,61 ABŞ dolları məbləğində əsas borcu, 2471,08 ABŞ dolları məbləğində faiz borcu, 8571,52 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 26215,21 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. Cavabdehlər krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Buna görə də iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 və vəkili X1 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.06.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublik ası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qarar qəbul edərkən qərarda aşağıdakıları ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Lakin nə Sumqayıt şəhər Məhkəməsi, nə də Sumqayıt Apellyasiya Məhkəməsi öz qətnamələrində tutma yönəldilən ipoteka predmetinin qiymətini müəyyən etməmişdirlər. Bundan başqa, tərəflər arasında ipoteka müqaviləsi 2014-cü ildə bağlanmışdır. Həmin vaxtdan 4 ildən artıq müddət keçib və əlbəttə ki, ipoteka predmetinin qiymətində ötən müddət ərzində dəyişiklik olmuşdur. Bu səbəbdən də, daşınmaz əmlakın qiymətləndirilməsi üzrə ek spertiza keçirilməlidir.Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Halbuki. Müqavilə və həmin Müqaviləyə 1 saylı Əlavə MM-in sözügedən müddəasını kobudcasına pozur. Belə ki, Müqaviləyə əsasən, kreditin və kreditdən istifadəyə görə faizlərin Borcalan tərəfindən Banka qaytarılmasının dövriliyi tərəflər arasında yazılı razılaşdırılmış ödəniş cədvəli ilə müəyyən olunur. Müqaviləyə 1 saylı Əlavə isə tərəflər arasında razılaşdırılmış ödəniş cədvəlini əks etdirir. Ödəniş cədvəlinə nəzər saldıqda aydın olur ki, iddiaçı faizlə rin aylıq olaraq ödənilməsini tələb edir. Bu da öncə qeyd etdiyim kimi, MM-in 741-ci maddəsinə ziddir. Bundan başqa, müqavilələr bağlananadək bank yuxarıda göstərilən məsələlərlə bağlı borcalana ətraflı izahat verməlidir və bu barədə müqavilədə qeyd etməlidir. Lakin, ona müqavilə şərtləri barədə heç bir izah verilməmişdir. Bunnan bağlı müqavilədə heç bir qeyd mövcud deyildir. Lakin apellyasiya məhkəməsi bu məsələyə münasibət bildirməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab e tmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İlk növbədə qeyd edilməlidir ki, kassator apellyasiya istansiyası məhkəməsinin qətnaməsini yalnız, ipotekaya yönəltmə hissəsində mübahisələndirdiyindən qətnamə elə həmin hissədə də yoxlanılmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 13.06.2018-ci il tarixli qətnaməsi ilə borcun tutulması hissəsindən fərqli olaraq, Cavabdeh1 nun borcun ipotekaya yönəldilməsi hissəsi ilə bağlı apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə maddi hüquq normalarının pozuntusu ilə qəbul edilməsinə baxmayaraq, dəyişiklik edilmədən saxlamaqla səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı «xxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış 11.09.2008-ci il tarixli, 03L000001618 saylı kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən ona 60 ay müddətinə 10.000 (on min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 07.03.2012-ci il tarixli, 1618 saylı sazişə əsasən, qeyd olunan kredit xəttinin müddəti 186 ay və kredit xəttinin limiti 50.000 ABŞ dolları müəyyən edilmişdir. 07.03.2014-cü il tarixli, 03R000025678 saylı kredit razılaşmasına əsasən, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 na 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kre dit verilmişdir. 03 iyun 2015-ci il tarixli, 03R000025678SA saylı sazişə əsasən, qeyd olunan kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş, yeni ödəniş planı tərtib edilmişdir. İddiaçı «xxxx» QSC ilə Cavabdeh3 arasında bağlanmış 04.03.2014-cü il tarixli, 03M000001486 saylı ipoteka müqaviləsinin surətinə əsasən, kredit müqaviləsi üzrə kredit alanın (Cavabdeh1 nun) öhdəliyinin icrasını təmin etmək məqsədi ilə sonuncu (ipoteka qoyan) özünün xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 26 saylı evin, 26 saylı mənzilini Bank (ipoteka saxlayan) qarşısında ipoteka ilə yüklü edilmişdir. 28 mart 2016-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 nun 07.03.2014cü il tarixli, 03R000025678 saylı kredit razılaşması üzrə həmin tarixə əsas borcu 15172,61 ABŞ dolları, faiz borcu 2471,08 ABŞ dolları, 222 gün üçün cərimə borcu 8571,52 ABŞ dolları olmaqla, cəmi borcu 26215,21 ABŞ dolları təşkil edir. RX ******* saylı reyestrdən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 26 saylı evin, 26 saylı mənzilinə dair «xxxx» QSC-nin ipoteka hüququ dövlət 06 mart 2014-cü il tarixdə 186 ay müddətinə qeydiyyatına alınmışdır. 09 fevral 2016-cı il tarixli bildirişlərdən görünür ki, iddiaçı «xxxx» QSC cavabdehlərə kredit müqaviləsi üzrə borcun məbləği və ödənilməsi barədə xəbərdarlıq etmişdir. 01 mart 2016-cı il tarixli bildirişlərdən görünür ki, iddiaçı «xxxx» QSC Cavabdeh3 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmişdir. 04 mart 2016-cı il tarixli ərizədən görünür ki, iddiaçı «xxxx» QSC Cav abdeh3 göndərdiyi ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması barədə DƏDRX-nin 2 saylı Ərazi İdarəsindən xahiş olunmuşdur. 2 saylı forma arayışdan görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 26 saylı evin 26saylı mənzilində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3, Cavabdeh6 və Cavabdeh8 qeydiyyatdadırlar. Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2018-ci il tarixli, 22234 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 nun 07.03.2014-cü il tarixli, 03R000025678 saylı kredit razılaşması üzrə 16 mart 2016-cı il tarixə «xxxx» QSC-yə əsas borcu 15564,88 ABŞ dolları, faiz borcu 1827,63 ABŞ dolları olmaqla, cəmi borcu 17392,51 ABŞ dolları təşkil edir. Apellyasiya instansiyası məhkəməsi mübahisləndirilən hissədə iddianın qanuni əsasları nı aşağıdakı kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından və işin faktiki hallarından göründüyü kimi borclu Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh1 iddiaçı “xxxx” QSC-dən aldığı kredit üzrə əsas borcu, müqavilə ilə müəyyən edilmiş faizləri və dəbbə pulu borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh1 müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Həmçinin zaminlər Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 “xxxx” QSC-qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün məsuliyyəti öz üzərlərinə götürsə də, öhdəliy ini lazimi qaydada icra etməmişdir. İşdən göründüyü kimi, Cavabdeh1 nun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə borcu yaranmışdır. İddiaçı bu borcun məbləğini özünün maliyyə arayışı ilə əsaslandırmış, cavabdeh isə bunu mübahisələndirmişdir. Buna görə də məhkəmə kollegiyasının 19 iyul 2017-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə Cavabdeh1 nun 07.03.2014-cü il tarixli, 03R000025678 saylı kredit razılaşması üzrə 16 mart 2016-cı il tarixə «xxxx» QSC-yə əsas borcu 15564,88 ABŞ dolları, faiz borcu 1827,63 ABŞ dolları olmaqla, cəmi borcu 17.392,51 ABŞ dolları olması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, ekspert rəyi iş üzrə mötə bər sübutdur, lakin rəyə əsasən hesablanmış əsas borc iddia tələbindən artıq olduğuna görə əsas borc hissəsində qətnamə qanunidir (MPM-nin 218.3-cü maddəsinin tələbinə əsasən), bununla belə, kredit razılaşması üzrə faiz borcu rəydəki kimi 1827,63 ABŞ dolları təşkil edir və həmin məbləğ (manatla məzənnə ilə) cavabdehlərdən tutulmalıdır. Bu baxımdan kollegiya apellyasiya instansiya məhkəməsinin hazırda mübahisələndirilən borcun tutulması ilə bağlı hissəsini qanuni hesab edir. Kollegiya kassasiya şikayətinin dəlilləri baxımından apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipotekaya yönəltmə hissəsi ilə bağlı gəldiyi qənaətlə bağlı aşağıdakıları qeyd edir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməmiş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Halbuki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipotekanın ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İstinad edilən maddi hüquq normasının qətnamədə ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd edilən imperativ tələblərinin olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi ilkin satış qiyməti müəyyən edilməmiş birinci instansiya məhkəməsinin qətnaməsini borcun ipoteka predmetinə yönəldilməsi hissəsində qüvvədə saxlanılması qənaətinə gəlməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbu l edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə borcun ipoteka premetinə yönəldilməsi tələbinin təmin edilməsi hissəsinə ləğv edilməli və həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, borcun kassatordan tutulması tələbinin təmin edilmiş hissəsində isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşə yenidən apellyasiya qaydasında baxılan zaman ilkin satış qiymətinin müəyyənm edilməsi ilə bağlı qanunvericiliyin tələbinə riayət olunmaqla mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlə r həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 nun kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.06.2018-ci il tarixli, 2(105)-32/2018 nömrəli qətnaməsi ipotekaya yönəltmə hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. İddianın Cavabdeh1 ndan borcun tutulması tələbinin təmin edilmiş hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar