Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-924/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 cavabdehlər X5 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2686/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Kürdəmir rayon Məhkəməsinin 18.12.2018-ci il tarixli, 2(041)-2225/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh X1 1 ədəd 3200 manat dəyərində 99 qr. kardinal sep, 1 ədəd 1000 manat dəyərində 30 qr. kardinal sep, 1 ədəd 1300 ABŞ dolları dəyərində brilyant dəsti, 1 ədəd 800 ABŞ dolları dəyərində brilyant üzük, 1 ədəd 1200 ABŞ dolları dəfyərində brilyant üzük, həmin əmlaklar olmadıqda onların 4200 manat və ödəniləcək günə manatla məzənnədə 3300 ABŞ dolları məbləğində pula dəyəri, ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutularaq iddiaçı Cavabdeh2 verilməsi qət edilmişdir. Kürdəmir rayon İcra və Probasiya şöbəsi şöbəsindən daxil olmuş inzibati xəta haqqında material üzrə Kürdəmir rayon Məhkəməsinin İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 24.07.2020-ci i l tarixli, 3(041)-722/2020 nömrəli qərarın surətindən görünür ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 22.09.2020-ci il tarixli, 820 nömrəli mütəxəssis rəyindən görünür ki, X2 ərizəsinə əsasən gül sırğa, 750 əyarlı, 1,7 karat brilyant qaşla, 7,55 qr. çəkidə 5300 manat, klon, 750 əyarlı, 9,20 qr. çəkidə 1200 manat qiymətləndirilmişdir. X7 tərəfindən 18.03.2020-ci il tarixdə sadə formada yazılmış əlyazmadan görünür ki, o, X2 adına götürdüyü 3200 manat krediti ay ba ay özü ödəyəcəyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı X6 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cav abdeh2 və X3 müştərək qaydada 6500 manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 və onun həyat yoldaşı Cavabdeh2 ilə normal münasibətləri olmuşdur. Müxtəlif vaxtlarda Seymura pul lazım olduğu üçün yoldaşı ondan Seymurun adına pul götürməsini xahiş etmişdir. Onun üçün götürdüyü 3200 kredit faizlərini özü ödəyəcəyini desə də, həmin kreditin faizləri onun pensiyasından çıxılır. Bundan başqa Seymur onun anasından yadigar qalan 750 əyarlı, 1,7 karat brilyant qaşla, 7,55 qr. çəkidə olan gül sırğanı və 750 əyarlı, 9,20 qr. çəkidə qızıl kulon zinət əşyalarını toy məclisinə taxmaq üçün götürmüşdür. Solmaz qızıllarını bir həftə sonra, yəni mayın 5də qaytaracağına söz vermişdir. Bunu təsdiq edən Musayev Seymurun öz əlyaz ması ilə ona verdiyi kağızda da öz əksini tapmışdır. 2017-ci ildən bəri yəni 3 il keçməsinə baxmayaraq qızıl-zinət əşyaları ona qaytarılmamışdır. Dəfələrlə tələb etsə də onu aralarında vaxtilə olan alverdə guya ona olan borcu ilə əvəzləmişdirdiyini bildirmişdir. Qızılları qaytarmasını tələb etsə də cavabdehlər ona hədə qorxu gəlməyə başlamışlar. Tənha qadın olduğu üçün cavabdehlərin ona etdikləri hədədən qorxduğu üçün o, bir müddət susmuş və heç bir yerə şikayət etməmişdir. Cavabdehlər Seymur və Solmazla aralarında olan borc onların əlyazması ilə yazılmış, öz imzaları ilə təsdiq edilmiş və hal- hazırda ondadır. Ona görə də cavabdehlər Cavabdeh2 və X3 müştərək qaydada 6500 manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Kürdəmir Rayon Məhkəməsinin 01 mart 2021 -ci il tarixli qətnaməsi ilə (hakim M.Bayramov, iş № 2(041)-157/2021) iddiaçı X2 cavabdehlər X7 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qətnamə üzrə borcundan X6 Cavabdeh2 3200 manat ödəmiş, hazırda onun Solmaza 6640 manat məbləğində borcu qalmış və onun pensiyasından hər ay 115 manat məbləğində pul tutularaq borc hesabına Cavabdeh2 ödənilir. Cavabdehlər X7 ilə Cavabdeh2 iddiaçı X4 heç bir borcu yoxdur. İddiaçı iddia ərizəsində X5 anasından yadigar qalmış 750 əyarlı, 1,7 karat brilyant qaşla, 7,55 qr. çəkidə olan gül sırğanı və 750 əyarlı, 9,20 qr. çəkidə qızıl kulon zinət əşyalarını toy məclisinə taxmaq üçün verdiyini, həmçinin Cavabdeh1usayevə 3200 manat məbləğində kredit götürüb verdiyini göstərsə də o, həmin qızılları Cavabdeh1usayevə verməsini və 3200 manat kredit götürməsi barədə hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Zeynalov (sədrlik edən və məruzəçi), Z.Allahyarov və M.Həsənov, iş № 2(106)-2686/2021) iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Kürdəmir rayon məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(041)-157/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən maddi və prosessual hüquq normalarının tələbləri baxımından iddia tələbinin hüquqi əsasları müəyyən edilmədiyinə gərə məhkəmə kollegiyası hesab etmişdir ki, iddianın təmin edilməməsi ba rədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İddiaçı X6 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)2686/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktik i hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, apellyasiya instans iyası məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə h əmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada ə ldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim iş də iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyiş iklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin q ətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2686/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-924/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-924/2022
01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver