Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-926/2019 08.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X7, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, vəkili X1, Cavabdeh, vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 29 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 30 mart 2018-cı il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) İddiaçı C avabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Rəhimov, hakimlər N.Nəsibov və H.Nəbiyev) Abşeron rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçı İddiaçı ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MKnın 29 avqust 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi verərək göstərmişdir ki, iddiaçı 07 aprel 2012-ci il tarixdə cavabdehin oğlu X6 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin nikahdan 26 iyul 2013-cü il tarixdə bir uşağı doğulmuşdur. Rəşadla ailə qurduqları gündən etibarən ünvan 1 ünvanda yerləşən mənzilə gəlin gəlmiş, cehiz əşyalarını həmin mənzilə gətirməklə orada yaşamışdır. Hazırda nikahı pozulmuş, cavabdeh isə onu mənzilə buraxmır. Himayəsində 4 yaşlı uşağı ilə yaşamaq üçün yerləri yoxdur. Cehiz əşyaları cavabdehə məxsus evdədir. Göstərilənlərə əsasən, iddianın təmin edil məsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı cavabdehin oğlu X6 ilə 07.04.2012-ci il tarixində rəsmi nigaha daxil olub ailə qurmuşdur. Birgə nigahdan 26.07.2013-cü il təvəllüdlü X4 doğulmuşdur. Ailə qurduqdan sonra cavabdehin razılığı və təşəbbüsü ilə ünvan 1 ünvanda yerləşən mənzilə köçmüş, cehiz əmlakını da həmin mənzilə gətirmiş və orada yaşamışdır, ümumi təsərrüfatı birlikdə idarə etmişdir.Həmin vaxt ev özbaşına tikili olmuşdur. Bu səbəbdən də onunla mübahisəli evdən istifadə hüququnun müəyyən edilməsi barədə Cavabdeh ilə müqavilə bağlana bilməzdi. Hal-hazırda da iddiaçının əmlakı mübahisəli evdədir. İş materiallarından görünür ki, ünvan 2 ünvanda olan mənzil 07.06.2014-cü il tarixdə Cavabdeh adına qeydə alınmışdır. İş materiallarından görünür ki, tərəflər arasında mənzilə dair münasibətlər 2012-ci ildə yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi isə tərəflər arasında mənzilə dair 2009-cu ilə qədər olan münasibətləri tənzim edir. İddiaçı mübahisəli mənzilə 2012-ci ildə gəlin köçdüyündən və həmin mənzil özbaşına tikili olduğundan mülki iş üzrə 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş yeni Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1 və 11.2-ci maddələrinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi il ə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üz rə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Qeyd edilən maddi hüquq normalarının tələblərini və işin hallarını nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mənzilə köçürülmə barədə İddiaçı iddiası təmin edilməlidir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 29 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-926/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-926/2019
08.02.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver