Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-926/2022 10.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı «Access Bank” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 Hacıağa oğluna, Cavabdeh1 qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh8 qızına, Cavabdeh7, X3, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13 və Cavabdeh14 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2868/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəf indən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 11 mart 2**8-ci il tarixli, 08L****01118 saylı kredit xətti müqaviləsinə əsasən, "xxxx" QSC tərəfindən Cavabdeh1 qızına 60 ay müddətə 20.**0 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 2. 08 may 2012-ci il tarixli, 1118 nömrəli “kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” sazişlə kredit xəttinin müddəti 168 (yüz altmış səkkiz) ay müddətində, 11 mart 2022-ci il tarixdən gec olmayaraq verilməsi müəyyən olunmuşdur. 3. 18 aprel 2013-cü il tarixli, 1118 nömrəli “kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” sazişlə kredit xəttinin məbləği 5**** (əlli min) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur.
4. Cavabdeh6 18 aprel 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən, müvafiq olaraq Astara rayonu Təngərud kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 249.1 m2 ümumi, 141.7 m2 yardımçı, 107.4 m2 yaşayış sahəsindən ibarət fərdi yaşayış evi, Cavabdeh1 qızının, Cavabdeh7, Cavabdeh3, Cavabdeh10, X2 və Cavabdeh9 mülkiyyətlərində olan 0.08 ha torpaq sahəsini ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermişdir. 5. 16 mart 2015-ci il tarixli, **8R********** saylı kredit razılaşmasına əsasən, Cavabdeh1 qızına 48 ay müddətinə, aylıq 1.8333 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3**** (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. 6. 18 yanvar 2016-cı il tarixli **8R**********S saylı, 16 mart 2016-cı il tarixli **8R**********SA saylı, 29 noyabr 2016-cı il tarixli **8R**********SB saylı, 28 sentyabr 2017-cı il tarixli **8R**********SC saylı “kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.
7. Borclunun xətt müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat verilməsi məqsədilə bankla Cavabdeh2 Hacıağa oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X4, Cavabdeh9 və Cavabdeh10 arasında 08S****13182 saylı, 08S****06142 saylı, 08S****13181 saylı, 08S****13183 saylı, 08S****13184 saylı, 08S****13180 saylı, 08S****06143 saylı, **8S****01607201 saylı, 08S****01128 saylı zaminlik müqavilələri bağlanmışdır. 8. 08 may 2012-ci il tarixli, 6142 nömrəli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” sazişlə kredit xəttinin müddəti 168 (yüz altmış səkkiz) ay müddətində yazılması müəyyən olunmuşdur. 9. 24 aprel 2013-cü il tarixli, 6142 nömrəli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” sazişlə kredit xəttinin məbləği 5**** (əlli min) ABŞ dolları məbləğində müəyyən edilmişdir.
10. Buna baxmayaraq, cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehlərə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı «Access Bank” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2 Hacıağa oğluna, Cavabdeh1 qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh8 qızına, Cavabdeh7, X3, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13 və Cavabdeh14 qarşı Astara Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehlər Cavabdeh1 qızından, Cavabdeh2 Hacıağa oğlundan, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X1, Cavabdeh9 və Cavabdeh10 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə **8R********** saylı kredit razılaşması üzrə 15752.22 (on beş min yeddi yüz əlli iki dollar, iyirmi iki cent) ABŞ dolları məbləğində kredit borcu, 19318.75 (on doqquz min üç yüz on səkkiz dollar, yetmiş beş cent) ABŞ dolları məbləğində faiz borcu və 6781.73 (altı min yeddi yüz səksən bir dollar, yetmiş üç cent ) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 41852 (qırx bir min səkkiz yüz əlli iki dollar) ABŞ dolları 70 (yetmiş) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, Astara rayonu Təngərud kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 249.1 m2 ümumi, 141.7 m2 yardımçı, 107.4 m2 yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin, cavabdehlər Cavabdeh1 qızının, Cavabdeh7, Cavabdeh3, Cavabdeh10, X2 və Cavabdeh9 mülkiyyətlərində olan 0.08 ha torpaq sahəsinin açıq hərracdan satılması, 41852 (qırx bir min səkkiz yüz əlli iki) ABŞ Dolları 70 (yetmiş) sent məbləğində borcun, 30 və 10 manat məb ləğində dövlət rüsumlarının və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-nə ödənilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 qızından, Cavabdeh2 Hacıağa oğlundan, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X1, Cavabdeh9 və Cavabdeh10 ümumi qaydada tutulması, Astara rayonu Təngərud kəndində xüsusi mülkiyyətində olan 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətli Liter A tikilisi: (Yaşayış sahəsi) 2 mərtəbəli, 5 otaqlı, 249.1 m2 ümumi, 141.7 m2 yardımçı, 107.4 m2 yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 01 (bir) ay sonra Cavabdeh1 qızı, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3, Cavabdeh10, X4, Cavabdeh9, Cavabdeh11, Cavabdeh13 və Cavabdeh14 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsinə, onların həmin fərdi yaşayış evindən çıxarılmasına, həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-10) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişlər. Ona görə də tələbdə göstərilən borc onlardan tutulmalı və ipoteka predmetlərinə yönəldilməlidir.
13. Cavabdeh1 qızı birinci instansiya məhkəməsindəki icraatda iddianı qismən qəbul edərək bildirmişdir ki, hazırda bazar qiymətləri əvvəlki müddətdən daha çoxdur, bank tərəfindən hesablanmış faiz və cəriməl ər həddən artıq şişirdilmişdir. 14. X5” MMC-i tərəfindən verilmiş 04 iyun 2021-ci il tarixli, 150 nömrəli məhkəmə-mühasibatlıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 qızının iddiaçı "xxxx" QSC- yə əsas borc üzrə 16637,37 (on altı min altı yüz otuz yeddi dollar, otuz yeddi cent) ABŞ dolları; faiz borcu üzrə (22%-lə) 14440,19 (on dörd min dörd yüz qırx dollar, on doqquz cent) ABŞ dolları; faiz borcu üzrə (5%-lə) 1199,28 (bir min bir yüz doxsan doqquz dollar, iyirmi səkkiz cent) ABŞ dolları; cəmi borc 32276,84 (otuz iki min iki yüz yetmiş altı dollar, səksən dörd cent) ABŞ dolları təşkil edir.
15. Eyni zamanda həmin rəy ilə müəyyən edilmişdir ki, Astara rayonu Təngərüd kəndində yerləşən 0.08 ha torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli, 5 otaqdan ibarət, ümumi sahəsi 249.1 kv.m olmaqla, 141.7 kv.m yaşayış sahəsi və 107.4 kv.m yardımçı sahəsi olan normal təmirli fərdi yaşayış evinin hazırki bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti (likvid dəyəri) təxminən 298**.** (iyirmi doqquz min səkkiz yüz) manat təşkil edir.
16. Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) 21 iyun 2021-ci il tarixli, 2(018)-285/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 qızından, Cavabdeh2 Hacıağa oğlundan, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh8, Cavabdeh7, X1, Cavabdeh9 və Cavabdeh10 müştərək qaydada əsas borc üzrə 15752.22 (on beş min yeddi yüz əlli iki dollar, iyirmi iki sent) ABŞ dolları, faiz borcu üzrə 14440,19 (on dörd min dörd yüz qırx dollar, on doqquz sent) ABŞ dolları və cərimə borcu olaraq 5** (beş yüz) ABŞ dolları, ümumilikd ə 30.692,41 (otuz min altı yüz doxsan iki dollar, qırx bir sent) ABŞ dolları məbləğində pul (ödəniş gününə Azərbaycan manatına məzənnə ilə) və iddiaçının tərəfindən çəkilən məhkəmə məsrəfləri ilə bağlı 50 (əlli) manat pul alınıb «Access Bank” Qapalı Səhmdar Cəmiyyətinə verilməsi, Cavabdeh6 xüsusi mülkiyyətində olan Astara rayonu Təngərud kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 249.1 m2 ümumi, 141.7 m2 yardımçı, 107.4 m2 yaşayış sahəsindən ibarət fərdi yaşayış evi, cavabdehlər Cavabdeh1 qızının, Cavabdeh7, Cavabdeh3, Cavabdeh10, X2 və Cavabdeh9 mülkiyyətlərində olan 0.08 ha torpaq sahəsi açıq hərracdan satılması, satış pulundan əldə edilən vəsait tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan his səsi ipoteka qoyan şəxslərə qaytarılması, ipoteka predmeti olan fərdi yaşayış evinin 0.08 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti (likvid qiymət) 29.8** (iyirmi doqquz min səkkiz yüz) manat müəyyən edilməsi, ekspertiza xərcini təşkil edən 3** (üç yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 qızından, Cavabdeh2 Hacıağa oğlundan, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh8, Cavabdeh7, X1, Cavabdeh9 və Cavabdeh10 müştərək qaydada alınaraq, “X5” MMC-nə ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir.
17. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər kredit xətti, razılaşmalar, zaminlik və ipoteka müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, onların bank qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. b) Apellyasiya instansiyası məhkəm əsindəki icraat
18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və İ.Əhmədov) 14 sentyabr 2021-ci il tarixli, 2(106)-2868/21 nömrəli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(018)-285/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh3 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti o nunla əsaslandırılmışdır ki, o, üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməyə çalışmışdır, lakin baş vermiş devalvasiya nəticəsində öz öhdəliklərini ondan asılı olmayan səbəblərdən yerinə yetirə bilməmişdir. Məhkəmə bu halları nəzərə almamışdır. Bank ona müəyyən faizləri güzəşt etməli olduğu halda bu güzəştləri etməmişdir. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün məhkəməyə müraciət etməmiş və bu barədə ona hər hansı bildiriş verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
23. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın sa tılmasını tələb edə bilər.
24. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
25. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 448.1. Əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Maddə 470.1 və 472.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə mə suliyyət daşıyırlar.
30. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
31. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu:
32. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
33. Maddə
34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmamas ı və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarıdır.
34. Maddə 39.2. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin həmin Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya b axışının hədləri
37. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hü quq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
41. Cavabdeh1 qızına "xxxx" QSC ilə bağladığı 11 mart 2**8-ci il tarixli 08L****01118 saylı kredit xətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 2**** (iyirmi min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. 42. 08 may 2012-ci il tarixli, 1118 nömrəli “kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” sazişlə kredit xətt inin müddəti 168 (yüz altmış səkkiz) ay müddətində, 11 mart 2022-ci il tarixdən gec olmayaraq verilməsi müəyyən olunmuşdur. 43. 18 aprel 2013-cü il tarixli, 1118 nömrəli “kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” sazişlə kredit xəttinin məbləği 5**** (əlli min) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur.
44. Cavabdeh1 qızı 16 mart 2015-ci il tarixli, **8R********** saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3**** (otuz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. 45. 18 yanvar 2016-cı il tarixli **8R**********S saylı, 16 mart 2016-cı il tarixli **8R******* ***SA saylı, 29 noyabr 2016-cı il tarixli **8R**********SB saylı, 28 sentyabr 2017-cı il tarixli **8R**********SC saylı “kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. 46. 08S****13182 saylı, 08S****06142 saylı, 08S****13181 saylı, 08S****13183 saylı, 08S****13184 saylı, 08S****13180 saylı, 08S****06143 saylı, **8S****01607201 saylı, 08S****01128 saylı zaminlik müqavilələrinə əsasən kredit xətti müqaviləsi üzrə Cavabdeh1 qızının öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 Hacıağa oğlu, Cavabdeh3 Bevtulla oğlu, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X4, Cavabdeh9 və Cavabdeh10 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. 47. 08 may 2012-c i il tarixli, 6142 nömrəli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” sazişlə kredit xəttinin müddəti 168 (yüz altmış səkkiz) ay müddətində yazılması müəyyən olunmuşdur. 48. 24 aprel 2013-cü il tarixli, 6142 nömrəli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” sazişlə kredit xəttinin məbləği 5**** (əlli min) ABŞ dolları məbləğində müəyyən edilmişdir.
49. Xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 Hacıağa oğluna, Cavabdeh1 qızına, Cavabdeh4, Cavabdeh5, Cavabdeh8 qızına, Cavabdeh7, X3, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13 və Cavabdeh14 borcların olması barədə bildirilmişdir. 50. X5” MMC-i tərəfindən verilmiş 04 iyun 2021-ci il tarixli, 150 nömrəli məhkəmə-mühasibatlıq ekspertizası rəyindən görünür ki, Cavabdeh1 qızının iddiaçı "xxxx" QSC- yə əsas borc üzrə 16637,37 (on altı min altı yüz otuz yeddi dollar, otuz yeddi sent) ABŞ dolları; faiz borcu üzrə (22%-lə) 14440,19 (on dörd min dörd yüz qırx dollar, on doqquz sent) ABŞ dolları; faiz borcu üzrə (5%-lə) 1199,28 (bir min bir yüz doxsan doqquz dollar, iyirmi səkkiz sent) ABŞ dolları; cəmi borc 32276,84 (otuz iki min iki yüz yetmiş altı dollar, səksən dörd sent) ABŞ dolları müəyyən olunmuşdur.
51. Apellyasiya kollegiyası hesab etmişdir ki, cavabdeh kredit müqaviləs(lər)i əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit üzrə əsas borcu və faizləri ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır.
52. Apellyasiya məhkəməsi Cavabdeh3 dəlilləri ilə bağlı qeyd etmişdir ki, 18 aprel 2013-cü il tarixli, 08M****01030 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh6 xüsusi mülkiyyətində olan Astara rayonu Təngərud kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 249.1 m2 ümumi, 141.7 m2 yardımçı, 107.4 m2 yaşayış sahəsindən ibarət fərdi yaşayış evi, cavabdehlər Cavabdeh1 qızının, Cavabdeh7, Cavabdeh3, Cavabdeh10, X2 və Cavabdeh9 mülkiyyətlərində olan 0.08 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
53. Hüquqların dövlət qeydiyyatı haqqın da daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, 18 aprel 2013-cü il tarixli, 08M****01030 saylı ipoteka müqaviləsi əsasında Astara rayonu Təngərud kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 249.1 m2 ümumi, 141.7 m2 yardımçı, 107.4 m2 yaşayış sahəsindən ibarət fərdi yaşayış evi 0.08 ha torpaq sahəsi ilə birlikdə kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin Lənkəran filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və qeydiyyata alınmışdır.
54. «Access Bank” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə ünvanlanan 27 mart 2017-ci il tarixli bildiriş məktublarından görünür ki, ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlamağı barədə cavabdehlər xəbərdarlıq edilmişdir. 55. X5” tərəfindən verilmiş 04 iyun 2021-ci il tarixli, 150 nömrəli ekspert rəyindən görünür ki, Astara rayonu Təngərüd kəndində yerləşən 0.08 ha torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli, 5 otaqdan ibarət, ümumi sahəsi 249.1 kv.m olmaqla, 141.7 kv.m yaşayış sahəsi və 107.4 kv.m yardımçı sahəsi olan normal təmirli fərdi yaşayış evinin hazırki bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti (likvid dəyəri) təxminən 298**.** (iyirmi doqquz min səkkiz yüz) manat müəyyən edilir.
56. Yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsini məhk əmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməlidir.
57. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlak(lar)a yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlmişdir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlak(lar)a yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir.
58. İşin qeyd olunan hallarını və yuxarıda sadalanan qanunvericilik aktı normalarını əsas götürən məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh6 xüsusi mülkiyyətində olan Astara rayonu Təngərud kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 249.1 m2 ümumi, 141.7 m2 yardımçı, 107.4 m 2 yaşayış sahəsindən ibarət fərdi yaşayış evi, cavabdehlər Cavabdeh1 qızının, Cavabdeh7, Cavabdeh3, Cavabdeh10, X2 və Cavabdeh9 mülkiyyətlərində olan 0.08 ha torpaq sahəsi açıq hərracdan satılması, satış pulundan əldə edilən vəsaitlə tələb edilən borc ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan şəxslərə qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, həmçinin ipoteka predmeti olan fərdi yaşayış evinin 0.08 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti (likvid qiymət) 29.8** (iyirmi doqquz min səkkiz yüz) manat müəyyən edilməsi barədə nəticə qanuni və əsaslıdır.
59. İpoteka predmetinin ilkin satış qiymətinin mübahisələndirilməsi ilə bağlı kollegiya qeyd etmişdir ki, ilkin satış qiymə ti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ilkin satış qiyməti 2 qaydada müəyyənləşdirilə bilər: 1) razılaşma əsasında; 2) qiymətləndiricinin rəyi əsasında.
60. Məhkəmə kollegiyası “ilkin satış(likvid) qiyməti düzgün müəyyən edilməmiş bu səbəbdən ekspertiza təyin edilməlidir” dəlili ilə bağlı qeyd etmişdir ki, birinci instansiya icraatı zamanı məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, “X5” tərəfindən verilmiş 04 iyun 2021-ci il tarixli, 150 nömrəli ekspert rəyindən görünür ki, Astara rayonu Təngərüd kəndində yerləşən 0.08 ha torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli, 5 otaqdan ibarət, ümumi sahəsi 249.1 kv.m olmaqla, 141.7 kv.m yaşayış sahəsi və 107.4 k v.m yardımçı sahəsi olan normal təmirli fərdi yaşayış evinin hazırki bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti (likvid dəyəri) təxminən 298**.** (iyirmi doqquz min səkkiz yüz) manat müəyyən edilmişdir. Odur ki, cavabdehin dəlilləri heç bir sübutla öz təsdiqini tapmayan formal mülahizələrdən ibarətdir.
61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
62. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
63. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
64. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2868/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyi şdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov