Məhkəmə qərarları › İş №2(102)-929/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-929/2020

10.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-929/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı X1 və vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)*****/2019 nömrəli qərardadından iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim M.Bağırova) xx.xx.2019-cu il tarixli 2(009)-*****/2019 nömrəli qə rardadı ilə iddiaçı X1 Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim M.Bağırova) xx.xx.2019-cu il tarixli 2(009)-*****/2019 nömrəli qərardadı ilə iddiaçı X2 tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-*****/2019 nömrəli qərardadından vermiş olduğu şikayətin təmin edilməməsi, mülki işin şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Kazımov, T.Səmədov, İ.Şirinov) xx.xx.2019-cu il tarixli 2(103)-*****/2019 nömrəli qətnaməsi ilə iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsin in xx.xx.2019-cu il tarixli 2(009)-*****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. İddiaçı X2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-*****/2019 nömrəli qərardadından kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı X2 və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda adı qeyd edilən məhkəmə qərardadından verilmiş şikayətdə göstərilən halları nəzərdən keçirməmiş, şikayətdə göstərilən işin hallarını müəyyən etmək üçün ekspertiza keçirməli olduğu halda, heç bir ekspertiza keçirməmişdir. İşin halları göstərir ki, xx.xx.2014-cü il tarixli müqavilə eit barsız müqavilə olmuşdur. Bankla iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarlı olmuş və həmin müqavilə üzrə pul məbləği banka ödənilmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-*****/2019 nömrəli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh ASC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxs in iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası şikayətin təmin edilməməsi barədə qərardadını onunla əsaslandırmışdır ki, işdən açıq-aşkar görünür ki, iddianın ləğv edilməsini arzuladığı kredit müqaviləsi məhkəmənin qərardadda göstərilən qanuni qüvvəyə minmiş qətnaməsi ilə artıq ləğv edilmişdir. Buna görə də iddiaçının yenidən bu cür iddia ilə məhkəməyə müraciət etməsi anlaşılan deyildir. Apellyasiy a kollegiyası qanuni qüvvəyə minmiş qətnaməsinə istinad edərkən qəbul etdiyi qərardadda Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)***/2017 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-*****/2018 saylı qətnaməsinin nəticə hissələrini qeyd etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-*****/2019 qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-*****/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını vurğulamışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini müzakirə edib, onları əsassız sayır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi nin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Belə ki, iş materialları ilə də müəyyən edilir ki, yuxarıda qeyd edilən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilmişdir. Hazırki iddia tələbi də həmin kredit müqaviləsinin ləğv edilməsi ilə əlaqədardır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4cü maddə sinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-*****/2019 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar