Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-93/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili X1, Cavabdeh3 (X) və vəkili Vəkil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MKnın 05 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 (X) və vəkili Vəkil oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 14R000009989 saylı kredit razılaşması üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə 184974,81 (yüz səksən dörd min doqquz yüz yetmiş dörd dollar 81 sent) ABŞ dolları məbləğində əsas borc, 43919,32 (qırx üç min doqquz yüz on doqquz dollar 32 sent) ABŞ dolları məbləğində faiz borcu, 90000 (doxsan min) ABŞ dolları məbləğində cərimə, cəmi 318894,13 (üç yüz on səkkiz min səkkiz yüz doxsan dörd dollar 13 sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının “xxxx” MMC, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq “xxxx” QSC-yə ödənilməsi, 014R********** saylı kredit razılaşması üzrə 141954,23 (yüz qırx bir min doqquz yüz əlli dörd dolları 23 sent) ABŞ dolları məbləğində əsas borc, 30240,91 (otuz min iki yüz qırx dollar 91 sent) ABŞ dolları məbləğində faiz borcu, 60000 (altm ış min) ABŞ dolları məbləğində cərimə, cəmi 232195,14 (iki yüz otuz iki min yüz doxan beş dollar 14 sent) ABŞ dolları məbləğində pul vəsaitinin “xxxx” MMC, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq “xxxx” QSC-yə ödənilməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqının “xxxx” MMC, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq “xxxx” QSC-yə ödənilməsi, tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Ünvan rayonu, X4 prospekti, 23/25 ünvanında yerləşən, sahəsi 305,4 kv.metr olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, Bakı şəhəri, Ünvan rayonu, X4 prospekti, 23/25 ünvanında yerləşən, sahəsi 305,4 kv.metr olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti ******* (bir milyon beş yüz min) manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən “xxxx” QSC-yə olan borc ödənilməsi, Bakı şəhəri, Ünvan rayonu, X4 prospekti, 23/25 ünvanında yerləşən, sahəsi 305,4 kv.metr olan qeyri-yaşayış sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay sonra qeyri-yaşayış sahəsi boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaitinin “xxxx” MMC-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 2019-cu il tarixli, 2(103)-8898/2019 saylı qətnaməsi ilə (hakimlər E.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Qurbanov və A.Hüse yn) Cavabdeh3 (X) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli qətnaməsinin Cavabdeh3 (Xa) münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” QSC cavabdehlər “xxxx” MMC, Cavabdeh2 və Cavabdeh3 (Xa) qarşı iddia ərizəsi və iddia tələblərinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 14R000009989 saylı kredit razılaşması üzrə 185535,93 ABŞ dolları əsas, 44550,28 ABŞ dolları faiz, 118174 ABŞ dolları cərimə olmaqla, cəmi 348260,21 ABŞ dolları borcun, 014R********** saylı kredit razılaşması üzrə 141976,93 ABŞ dolları əsas, 31223,09 ABŞ dolları faiz, 81663 ABŞ dolları cərimə olmaqla, cəmi 254863,02 ABŞ dolları borcu n, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat məbləğində xidmət haqqının tutulması, tələbin Bakı şəhəri Ünvan rayonu X5 prospekti 23/25 ünvanında yerləşən, Cavabdeh2 mülkiyyətindəki 305,4 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 603123,21 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun və 20 manat məbləğində xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına “xxxx” Q SC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, Bakı şəhəri Ünvan rayonu X5 prospekti 23/25 ünvanında yerləşən, Cavabdeh2 mülkiyyətindəki 305,4 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh3 (X) və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsində təkrar mühasibatlıq ekspertizasının keçirilməsi və əmlakın yenidən qiymətləndirilməsi haqqında məhkəmə qarşısında vəsatət qaldırsa da məhkəmə vəsatətə heç bir hüquqi əsas olmadan münasibətini bildirməmişdir. Nəticə etibarı ilə cavabdehlərdən həddən artıq faiz və cərimə borcunun tutulmasına, habelə ipoteka ilə yüklü edilmiş əmlak isə bazar qiymətindən çox ucuz qiymətə qiymətləndirilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8898/2019 saylı 05 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə qaytarılmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 (X) vəkili Vəkil oğlu Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi, Cavabdeh3 (X) vəkilin çı xışı ilə razı olduğunu bildirdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” QSC-nin vəkili X2 Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Ap ellyasiya Məhkəməsinin MK-nın 05 avqust 2019-cu il tarixli qətnaməsi faiz, dəbbə pulu və ipoteka predmetinin qiymətləndirilməsi hissələrində ləğv edilməli və iş ləğv edilmiş hissələr üzrə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları d üzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti Cavabdeh3 (X) tərəfindən verildiyindən, qətnamənin qanuniliyi və əsaslılığı yalnız ona münasibətdə yoxlanılı r. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 385.1, 386.1, 739, 442, 439.1, 439.2, 439.7, 443.1, 445.1, 445.2.1, 448.1, 421.2, 462.1, 472.1, 472.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 39.3.3, 59.3, 59.4-cü maddələrinin tələblərinə əsaslanaraq iş materialları üzrə gəldiyi nəticədən görünür ki, Cavabdeh3 (X) zamin kimi cavabdeh xxxx MMC-nin iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, onunla birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşıyır və cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun ri sk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər və cərimə ilə birlikdə iddiaçıya ödəməlidir. Apellyasiya instansiyası məhkəməsinin işin materiallları üzrə gəldiyi nəticələrdən həmçinin görünür ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ödənilməsini və tələbin tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Eləcə də ipoteka predmetlərinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti qiym ətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən Bakı şəhəri, Ünvan rayonu, X4 prospekti, 23/25 ünvanında yerləşən 305,4 kv.metr qeyri-yaşayış sahəsi ******* manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi digər nəticədən görünür ki, əsas və faiz borcuna münasibətdə birinci instansiya məhkəməsi tərəfindən tutulması müəyyən edilmiş cərimənin məbləği tam olaraq işin hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına, mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla, həmçinin tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, işin materiallarından görünür ki, iddiaçı “xxxx”QSC ilə cavabdeh “xxxx” MMC arasında 14L000004498 saylı, 05.03.2014-cüil tarixli kredit xətti müqaviləsi bağlanmışdır. Göstərilən kredit xətti müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı “xxxx” QSC ilə cavabdeh “xxxx” MMC arasında 14L000004498 saylı, 05.03.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə 04.04.2014-cü il tarixdə kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən aylıq faiz dərəcəsi 1,8333% olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə 60000 ABŞ dolları məbləğində kredit verilmişdir. “xxxx” QSC ilə cavabdeh “xxxx” MMC arasında 10.09.2015-ci il tarixli 14R000009316S saylı sazişdən görünür ki, bank ilə kredit a lan arasında bağlanmış 04.04.2014-cü il tarixli kredit razılaşmasının ayrılmaz hissəsi olan ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri yeni ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. İddiaçı “xxxx” QSC ilə cavabdeh “xxxx” MMC arasında 14L000004498 saylı, 05.03.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə 23.07.2014-cü il tarixdə kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən aylıq faiz dərəcəsi 1,1833% olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə 280000 ABŞ dolları məbləğində kredit verilmişdir. “xxxx” QSC ilə cavabdeh “xxxx” MMC arasında 10.09.2015ci il tarixli 14R000009989S saylı sazişdən görünür ki, bank ilə kredit alan arasında bağlanmış 23.07.2014-cü il tarixli kredit razılaşmasının ayrılmaz hissəsi olan ödəniş planı ilə müəyyən olunmuş ödən iş məbləğləri və ödəniş tarixləri yeni ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. İddiaçı “xxxx” QSC ilə cavabdeh “xxxx” MMC arasında 14L000004498 saylı, 05.03.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə 18.11.2014-cü il tarixdə kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən aylıq faiz dərəcəsi 1,1833% olmaqla 30 ay müddətinə qaytarmaq şərti ilə 200000 ABŞ dolları məbləğində kredit verilmişdir. “xxxx” QSC ilə cavabdeh “xxxx” MMC arasında 10.09.2015-ci il tarixli 14R**********S saylı sazişdən görünür ki, bank ilə kredit alan arasında bağlanmış 18.11.2014-cü il tarixli kredit razılaşmasının ayrılmaz hissəsi olan ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri yeni ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. Cavabdeh2 ilə bank arasında verilmiş kredi tin təminatı kimi 06.03.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh3la bank arasında verilmiş kreditin təminatı kimi 13.03.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. “xxxx” QSC, ipoteka verən Cavabdeh2 və borclu “xxxx” MMC arasında 07.03.2014-cü il tarixdə Bakı şəhəri, Ünvan rayonu, X5 prospekti, 23/25 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 14M000000250 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Bundan başqa, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Ünvan rayonu, X5 prospekti, 23/25 ünvanında yerləşən qeyri-yaşayış sahəsi “xxxx” QSC-nin “X” filialının xeyrinə 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarından görünür ki, “xxxx” MMC-nin 04.04.2014-cü il tarixli 14R000009316 saylı kredit razılaşması üzrə 26386,64 ABŞ dolları əsas borcu, 3261,29 ABŞ dolları faiz borcu, 9755,88 ABŞ dolları cərimə, cəmi 39403,81 ABŞ dolları məbləğində kredit borcu vardır. İş materiallarından görünür ki, “xxxx” MMC-nin 23.07.2014-cü il tarixli 14R000009989 saylı kredit razılaşması üzrə 185535,93 ABŞ dolları əsas borcu, 31619,45 ABŞ dolları faiz borcu, 90459,27 ABŞ dolları cərimə, cəmi 307614,65 ABŞ dolları məbləğində kredit borcu vardır. İş materiallarında olan 21.02.2017-ci il tarixli maliyyə arayışından görünür ki, “xxxx” MMC-nin 18.11.2014-cü il tarixli 014R**********saylı kredit razılaşması üzrə 12.01.2017-ci il tarixə 141976,93 ABŞ dolları əsas borcu, 23840,29 ABŞ dolları faiz və 74812,31 ABŞ dolları cərimə borcu vardır. İş materiallarında olan 27.11.2017-ci il tarixli maliyyə arayışından görünür ki, “xxxx” MMC-nin 18.11.2014-cü il tarixli 0 14R**********saylı kredit razılaşması üzrə 05.06.2017-ci il tarixə 141976,93 ABŞ dolları əsas borcu, 31223,09 ABŞ dolları faiz və 81663ABŞ dolları cərimə borcu vardır. İş materiallarında olan 27.11.2017-ci il tarixli maliyyə arayışından görünür ki, “xxxx” MMC-nin 23.07.2014-cü il tarixli 14R000009989saylı kredit razılaşması üzrə 24.07.2017-ci il tarixə 185535,93 ABŞ dolları əsas borcu, 44550,28 ABŞ dolları faiz və 118174ABŞ dolları cərimə borcu vardır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.04.2017-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 12779 saylı, 01.11.2017-ci il tarixli rəyindən görünür ki, “xxxx” MMC-nin 04.04.2014-cü il tarixli 14R000009316 saylı kredit müqaviləsi üzrə borcu qalmamışdır. 23.07.2014-cü il tarixli 14R000009989 saylı kredit müqaviləsi üzrə 12.01.2017-ci il tarixə “xxxx” MMC-nin “xxxx” QSC-yə olan borcu 215963,3 ABŞ dolları (əsas borc üzrə 184974,81 ABŞ dolları, faiz borcu üzrə 30988,49 ABŞ dolları) məbləğində, 18.11.2014-cü il tarixli 014R********** saylı müqaviləsi üzrə 12.01.2017-ci il tarixə “xxxx” MMC-nin “xxxx” QSC-yə olan borcu 164812,34 ABŞ dolları (əsas borc üzrə 141954,23 ABŞ dolları, faiz borcu üzrə 22858,11 ABŞ dolları) məbləğində borcu müəyyən edilir. İş materiallarında olan “xxxx” MMC-nin Bakı şəhəri, Ünvan rayonu, X4 prospekti, 23/25 ünvanında yerləşən 305,4 kv.metr qeyri-yaşayış sahəsinin bazar dəyərinin müəyyən edilməsi üzrə 261/AB saylı, 05.09.2017-ci il tarixli hesabatı ilə qeyd edilən daşınmaz əmlakın bazar dəyəri ******* manat məbləğində təşkil edir. İddia tələbin in mahiyyətinə əsasən Cavabdeh3 13.03.2014-cü il tarixli 14S000008756 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxanda göstəjüən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu “xxxx.” MMC ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Cavabdeh3 tərəfindən iddiaya olan etirazına (apellyasiya şikayətinin dəlilləri kimi) əsasən ödədiyi məbləğlər nəzərə alınmamış, faiz borcu və cərimə borcu süni olaraq şişirdilmişdir. Həmçinin, kredit öhdəliyinin təminatı olaraq iddiaçı bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka qoyulmuş qiymətlə deyil. Belə ki, ipoteka predmetı bazar qiymətindən iki dəfə az məbləğdə qiymətləndirilmişdir. Eyni zamanda iddiaçının məhkəmələrə təqdim etdiyi maliyə arayışlarında qeyd etdikləri faiz borcu üzrə məbləğlər məhkəməyə müraciət olunmuş tarixədək hesablanmış faiz borc məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqlar ın və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-in 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yer li özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilmə məsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh Xun faktiki olaraq iddiaçı qarşısında mülki məsuliyyətinin olmasını inkar etməsə də, onun mövqeyinə əsasən mübahisənin yalnız ödədiyi məbləğlər nəzərə alınmaqla, faiz borcu və cərimə borcunun süni olaraq şişirdilməməsi, həmçinin, kredit öhdəliyinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka qoyulmuş qiymətin real bazar dəyəriinin göstərilməsi ilə həll edilməsini tələb edir. Kollegiyanın qənaətinə görə Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranması və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməli olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi hazırki mübahisənin həlli zamanı cavabdeh tərəfin iddia tələbinə olan etirazının əsasları üzrə araşdırma aparmamaqla onun ədalətli məhkəmə araşdırması hüququnu pozmuş, cavabdehin ödədiyi məbləğlərin nəzərə alınmaması, eləcə də faiz borcu və cərimə borcunun süni olaraq şişirdilməsi ilə əlaqədar təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətini rədd edilməsi barədə qərarını əsaslandırmamışdır. Halbuki, işin materiallarından görünür ki, 23.07.2014-cü il tarixli 14R000009989 saylı kredit müqaviləsi və 18.11.2014-cü il tarixli 014R********** saylı müqaviləsi üzrə iddiaçının tələb etdiyi məbləğlər ekspertiza rəyi ilə tam təsdiq edilməmiş, həmçinin də birinci instansiya məhkəməsi qeyd edilən ekspertiza rəyi ilə müəyyən edilmiş 14R000009989 saylı kredit razılaşması üzrə faiz borcunu ekspertin rəyi üzrə 30988,49 ABŞ dolları deyil, 43919,32 (qırx üç min doqquz yüz on doqquz dollar 32 sent) ABŞ dolları məbləğində, eləcə də, 014R********** saylı kredit razılaşması üzrə faiz borcunu ekspertin rəyi ilə 22858,11 ABŞ dolları deyil, 30240,91 (otuz min iki yüz qırx dollar 91 sent) ABŞ dolları məbləğində faiz borcu göstərməsini əsaslandırmamışdır. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə-mühasibatlıq ekspertizasının 12779 saylı, 01.11.2017-ci il tarixli rəyini sübut növü kimi qəbul edərək, rəyə istinad etsə də, rəydə hər iki kredit müqaviləsi üzrə müəyyən edilmiş faiz məbləğləri ilə razılaşmamasının əsaslarını göstərməli olduğu halda bunu etməmiş, eləcə də, dəbbə pulunun isə tənasübsüz surətdə yüksək olmasına, onun həcminin əhəmiyyətli dərəcədə azaldılmamasına düzgün hüquqi qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməklə sərbəstdirlər. Həmçinin qanunun mənasına görə dəbbə pu lu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin no rmada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər ( əldə çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmasına hüquqi qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, apelly asiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən biri olan ipoteka predmetınin bazar qiymətindən iki dəfə az məbləğdə qiymətləndirilməsi ilə bağlı dəlili ilə də bağlı araşdırma aparmamış, ipoteka predmetinin qiyməti ilə bağlı Bakı şəhəri, Ünvan rayonu, X4 prospekti, 23/25 ünvanında yerləşən 305,4 kv.metr qeyri-yaşayış sahəsinin bazar dəyərinin ******* manat məbləğində təşkil etməsinə dair “xxxx” MMC-nin 261/AB saylı, 05.09.2017-ci il tarixli hesabatının da əsaslandırılmamasına qiymət verməmişdir. Kollegiya həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti vermiş şəxsin iştirakını təmin edərək yuxarıda göstərilən nəticələrlə bağlı qətnamə qəbul etsə də, şikayətin dəlillərindən biri olan cavabdehin birinci instansiya məhkəməsinin iclaslarında iştirakının təmin edilməməsi, bununla da onun ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi dəlilinə qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMKnın 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcə k hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçirilməsinə köməklik göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir. (MPM-nin 9.1, 14.1, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-nin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. Kollegiya qeyd edir ki, iş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Həmin normaya əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddənin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında » 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmçinin qeyd edilən qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətl ərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20.05.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının MPM-nin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bəqrərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublik ası Konstitusiyasının müddəalarının, qanunların və digər normativ hüquqi aktlarının düzgün tətbiqinin təmin olnması məhkəmənin vəzifəsidir. (MPM-nin 2.1-ci maddə) Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə işirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya instansiyası məhkəməsi faiz, dəbbə pulu və ipoteka predmetinin qiymətləndirilməsi hissələrində maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi bu hissələr üzrə qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi və eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu ma ddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 (Xun)kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 05.08.2019-cu il tarixli qətnaməsi faiz, dəbbə pulu və ipoteka predmetinin qiymətləndirilməsi hissələrində ləğv edilsin və iş ləğv edilmiş hissələr üzrə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-93/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-93/2020
13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver