Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-93/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı İKB ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) 27.01.2021 Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-321/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 01.04.2014-cü il t arixli, 3-Y-4-0-546-14 №li kredit müqaviləsinə əsasən, İddiaçı İKB-nin 3 saylı filialı, Cavabdeh illik 30 faiz dərəcəsi ilə 12 ay müddətinə xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 1500 manat kredit verməyi, sonuncu isə aldığı borcu razılaşdırılmış ödəniş qrafikinə uyğun geri qaytarmağı öhdəsinə götürmüşdür. Bank, müqavilə üzrə öhdəliyini icra edərək, kredit məbləğini cavabdehə vermişdir. Buna baxmayaraq cavabdeh öhdəliyinin icrasını gecikdirərək borcunu tam qaytarmamışdır. İddiaçı İKB xx.xx.2018-ci ildə aşağıdakı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı İKB ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh bankın xeyrinə xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1266 (bir min iki yüz altmış altı) manat 24 (iyirmi dörd) qəpik əsas borc, 1028 (bir min iyirmi səkkiz) manat 86 (səksən altı) qəpik faiz borcu və 91 (doxsan bir) manat 99 (doxsan doqquz) qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 2387 (iki min üç yüz səksən yeddi) manat 09 (doqquz) qəpik borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişdir. Ona görə də tələbdə göstərilən borc məbləği ondan tutulmalıdır.
4. Cavabdeh isə bildirir ki, o, götürdüyü krediti 300 gündən atıq gecikdirməmişdir. Buna görə də, müqaviləyə əsasən əsas borc restruktruzasiya edilməli və onunla 60 ay müddətinə yeni kredit müqaviləsi bağlanmalıdır.
5. Sumqayıt Şəhər Məhkəməsinin (hakim R.Qoşqarlı) xx xxxxxxxx 2019-cu il tarixli, 2(060)-98/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1180,24 manat əsas borc, 733,86 manat faiz borc və 9 manat cərimə borcu olmaqla, ümumilikdə 1923,10 manat borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı İKB ASC-nin xeyrinə tutulması və Cavabdeh 150 (bir yüz əlli) manat ekspertiza xərcinin tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
6. Məhkəmə iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh öhdəliklərinin icrasını ge cikdirmişdir və iddiaçının təmin edilmiş tələbləri müqavilə öhdəliklərinə dair normalar çərçivəsində əsaslıdır. Məhkəmə tutulan borcun məbləği ilə bağlı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin mühasibatıq ekspertizası üzrə verdiyi xx.xx.2019-cu il tarixli rəyə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmnədova) xx xxxx 2020-ci il tarixli, 2(105)321/20 nömrəli qətnaməsi İddiaçı İKB ASC-nin apelyasiya şikayəti təmin edilməmiş, Cavabdeh verdiyi apelyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(060)-98/2019 saylı qətnaməsinin «Cavabdeh xx xxxxxxxx 2014-cü il tarixli kredit müqav iləsi üzrə 733,86 manat faiz borc tutulsun» hissəsində dəyişdirilməsi, faiz borc 26,75 manat məbləğində müəyyən edilməsi, qətnamənin «Cavabdeh xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1180,24 manat əsas borc, 9 manat cərimə borcu İddiaçı İKB ASC-nin xeyrinə tutulsun» hissəsində dəyişdirilmədən saxlanılması, iddia ərizəsinin məhkəmədə baxılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 14 manat 85 qəpik hissəsi iddiaçıya aid edilməsi və 15 manat 15 qəpik hissəsi Cavabdeh tutulub İddiaçı İKB-yə verilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri dəyəri olan 295 (iki yüz doxsan beş) manat pulun 295 (iki yüz doxsan beş) manat pulun 145,84 manat hissəsi İddiaçı İKB ASC-dən və 149,16 manat hissəsinin isə Cavabdeh alınıb X1 hesabına keçirilməsi qət edilmişdir.
8. Ap elyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 30681 saylı təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə xx xxxxxxxx 2014-cü il tarixli, 3-Y-4-0546-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx xxxxxxxx 2015-ci il tarixə İddiaçı İKB ASC-yə olan əsas borcu 1538,14 manat, faiz borcu 26,75 manat məbləğində müəyyən edilmişdir. Rəy işin həqiqi hallarına uyğun olduğuna görə qəbul edilməli və kredit müqaviləsi üzrə əsas borc birinci instansiya məhkəməsi tərəfindən qət etdiyi 1180,24 manat, faiz borcu isə ekspert rəyinə uyğun olraq 26,75 manat məbləğində müəyyən edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 9. “xxxx” ASC kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin borcunun məbləğini müəyyən edərkən iş materiallarında olan ekspert rəyinə istinad etmişdir. Lakin, ekspert rəyi ilə cavabdehin borcu düzgün hesablanmamışdır. Belə ki, ekspert cərimə borcu üzrə hesablama aparmamışdır. Bununla da əsas və faiz borcunun hesablanmasında yanlışlığa yol verilmişdir. Kassator hesab edir ki, təkrar ekspertiza təyin edilməli və ekspert rəyi təqdim etdiyi digər sübutlarla yanaşı qiymətləndirilməli idi. Lakin məhkəmə prosessual pozuntuya yol verərək təkrar ekspertiza aparmadan səhv hüquqi nəticəyə gəlmişdir. Həm də iddiaçının təqdim etdiyi sübutlar da ekspert rəyi ilə qarşılıqlı şəkildə analiz edildiyində yekun nəticəyə gəlmək mümkündür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə
739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsin ə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
14. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
15. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
16. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kredito run həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
17. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
20. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsas bo rc tələbinin məbləğinə aid hissəsi istisna olmaqla, digər hissələrdə apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
23. Belə ki, iddiaçı 1028,86 manat faiz və 91,99 manat cərimə borcu tələb etsə də, iş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq rəyi ilə müəyyən edilmişdir ki, müqavilənin müddətinin bitdiyi xx.xx.2015-ci il tarixə hesablanmış faiz borcu 26,75 manat təşkil edir.
24. Kollegiya bildirir ki, apelyasiya məhkəməsi tərəfindən faiz borcunun məhz müqavilə müddətinin bitdiyi tarixədək hesablanması mülki qanunvericiliyə uyğundur. Çünki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin m üddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu baxımdan, hazırkı mübahisədə iddiaçının pul vəsaitindən istifadə haqqı (müqavilə üzrə kapital faizi) ilə bağlı tələbi kredit müqaviləsi üzrə müddətin bitdiyi tarixədək haqlıdır. Nəzərə alınmalıdır ki, kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra kreditor tərəfindən öhdəliyin icra edilməməsinə görə müqavilədəki faizin hesablanması mövcud qanunvericiliyə əsasən yolverilməzdir.
25. Eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsinin 91,99 manat cərimə borcunun azaldılaraq 9 manat məbləğində müəyyən edilməsinə dair hissəsinin dəyişdirilmədən saxlanılması da əsaslı olmuşdur. Çünki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (§ 16).
26. Bununla belə Kollegiya hesab edir ki, iddiaçının şikayətinə baxmayaraq apelyasiya məhkəməsi tərəfindən əsas borcun məbləğinə dair rayon məhkəməsinin qətnaməsinin dəyişdirmədən saxlanılması əsaslı olmamışdır.
27. Belə ki, iddiaçı əsas borc kimi 1.266,24 manat məbləğində pulun tutulmasını tələb etmişdir. Rayon məhkəməsi isə ilkin mühasibatlıq ekspertizasının xx.xx.2019 tarixli, 20225 nömrəli rəyinə istinadən əsas borcu 1.180,24 manat tutmuşdur. Lakin apelyasiya baxışında keçirilmiş və daha mötəbər qəbul edilən təkrar mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 30681 nömrəli rəyinə görə, əsas borcun məbləği 1.538,14 manat təşkil etmişdir. Belə olan halda, iddia tələbinin hə cmi nəzərə alınmaqla, əsas borcun məbləği 1.266,24 manat müəyyən edilməlidir.
28. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi əsas borcun məbləğinə aid hissədə dəyişdirilməklə, həmin məbləğ 1.266,24 manat müəyyən edilməli, qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: “xxxx” ASC -nin kassasiya şikayəti təmin qismən edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-321/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi əsas borcun məbləği hissəsində dəyişdirilərək, həmin məbləğ 1266,24 manat müəyyən edilsin, qətnamə qalan hissədə dəyişdirilmədən