Məhkəmə qərarları › İş №2(102)-930/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-930/2022

18.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-930/2022 18.02.2022 ALİ MƏHKƏMƏ İddiaçı cavabdehlər Cavabdeh1 və Əli Bayramlı "xxxx" ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə” ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-8152/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Kürdəmir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 mart 2014-cü il tarixli 1(041)-33/2014 saylı hökmünə əsasən Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətə islah işləri cəzasına məhkum edilmiş, mülki iddiaçılar İddiaçı, X7, X13 və X5 mülki iddiaları baxılmamış saxlanılmışdır. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh1 08.11.2013-cü il tarixdə saat 14:25 radələrində idarə etdiyi, “X6” ATSC-yə məxsus Kamaz-5320 markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonun Qarabucaq kəndi ərazisindən keçən 204-cü kilometrliyində, Qazax istiqamətində 50 km/s aat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq avtomobili qarşı sol hərəkət hissəsinə çıxararaq əks tərəfdən Bakı istiqamətində 40 km/saat sürətlə hərəkətdə olan, X3 etibarnamə ilə idarə etdiyi “Mercedes Benz-817” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşdurmuş, nəticədə “Mercedes Benz-817” markalı avtomobilin sürücüsü, zərərçəkmiş şəxs İddiaçı sağlamlığına az ağır zərər dəymişdir. Kənd Təsərrüfatı Nazirliyi X11 Xidməti Kürdəmir rayon Baytarlıq İdarəsinin 13.2013cü il tarixli 85 № arayışında göstərilmişdir ki, Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və tədqiqat şöbəsinin 13.11.2013-cü il tarixli 15/15-1802 saylı sorğusuna əsasən 08.11.2013cü il tarixdə Kürdəmir rayon Qarabucaq qəsəbəsi ərazisində baş v ermiş yol nəqliyyat hadisəsi zamanı “Mercedes ATEKA-817” markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomaşında olan X13, X14 və X4 məxsus iri və xırdabuynuzlu heyvanların bir qismi hadisə nəticəsində tələf olmuşdur. X8 məxsus 2 baş cöngə hər birinin təxmini diri çəkisi 4** kq, bazar qiyməti 14** manat olmaqla cəmi 28** manat, 16 baş erkək quzu hər birinin təxmini diri çəkisi 50 kq, bazar qiyməti 2** manat olmaqla cəmi 32** manat, ümumilikdə 6**0 manat, X9 məxsus 18 baş erkək quzu hər birinin təxmini diri çəkisi 50 kq, bazar qiyməti 2** manat olmaqla, cəmi 36** manat, X4 məxsus 22 baş erkək quzu hər birinin təxmini diri çəkisi 50 kq, bazar qiyməti 2** manat olmaqla cəmi 44** manat ziyan dəymişdir. X7, X13 və X14 ərizələrinə görə onlara dəymiş ziyan İddiaçı tərəfindən tam ödənildiyindən, o na qarşı hər hansı bir şikayət, tələb və iddialarının yoxdur, bundan sonra da olmayacaqdır. Kürdəmir Avtonəqliyyat ASC-nin ziyan aktından görünür ki, İddiaçı məxsus “X20 817” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirilmiş, avtomaşının ümumilikdə bazar qiyməti 195** manat olmaqla qəza nəticəsində 60 faiz istismara yararsız olması aşkar edilmişdir. Ümumilikdə avtomobilə bərpa pulu daxil olmaqla 8**0 manat ziyan dəymişdir. Azərbaycan Respublikası "xxxx" ASC-nin 05.02.2014-cü il tarixli 34 saylı arayışından görünür ki, İddiaçı məxsus olan “X20 817” markalı avtomaşını "xxxx" ASC-nin sahəsində fəaliyyət göstərən avtomaşın təmir ustası tərəfindən baxış keçirmiş və aşağıda qeyd olunan ehtiyyat hissələri yayarsız vəziyyətdə olduğunu müəyyən etmişdir: Avtomobil kabinəsi (kabina) tamam yararsız, ön (peredok) komplekt (sbor), mühərrikin ön hissəsi, su, hava, kondisioner radiatorlar, bufer komplekt, avtomobil kabinəsi (kabina) oturan amartizatorlar 4 ədəd, qabaq resorlar, avtomobil qulaqcıqları (uşkalar), qabaq dayaq (opornı) disklər, qabaq ox komplekt (sbor), saldatkalar, hava filtir komplekti (sbor), arxa ox yastıqlar (paduşkalar), 6 pilləli qutu kəsik, qabaq işıq sistemi, əyləc (tormoz) baş silindir, baş silindirlər, hava paylayıcı kranlar, qabaq baçoqlar, qabaq balonlar, kompressor, rama aralıqları iş qabırqalar, 2 ədəd kardanlar, asma rulman (podnisnoy), sükan, tiyaqalar, qabaq stablizator, kabinanı qaldıran nasos, difizor, ramanın düzəldilməsi, yük hissə (kuza) tam yararsızdır. Qeyd olunan ziyan dəymiş ehtiyyat hissələrinin ümumi dəyəri 135** manat təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19.08.2020-ci il tarixli 9/2283 saylı rəyindən görünür ki, "xxxx" ASC-nin 18.11.2013-cü il tarixli və "xxxx" ASC-nin 05.02.2014-cü il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı “X20 817” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 13320 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti 11320 manat, təmir bərpa işlərinin qiyməti 2**0 manatdır. AT-İ ******* seriya nömrəli əmək kitabçasının surətindən görünür ki, Cavabdeh1 08.05.1995-ci il tarixdə Əli Bayramlı rayonlararası təsərrüfat hesablı nəqliyyat müəssisəsinə sürücü olaraq işə qəbul edilmiş, 04.06.1999-cu il tarixdə DƏK-nin 22.05.1999-cu tarixl i, 301 saylı sərəncamına əsasən “Kəndnəqliyyat ATSC” yaradılmış və işçilərin siyahı tərkibində saxlanılmış, 11.04.2016-cı il tarixdə isə “X6” ASC-dən öz xahişi ilə işdən azad edilmişdir. 07.09.2021-ci il tarixli 5 saylı Ərazi Vergilər İdarəsinin məktubundan görünür ki, “Əli Bayramlı-Kəndnəqliyyat” ATSC 03.09.2013-cü il tarixli 130501**902322** nömrəli “Hüquqi şəxsin fəaliyyətinin dayandırılması” barədə ərizə ilə 5 il müddətinə 03.09.2018-ci il tarixədək fəaliyyətini dayandırmış, 03.09.2018-ci il tarixdə müvəqqəti fəaliyyəti dayandırmanın vaxtı çatdığı üçün vergi ödəyicisinin fəaliyyəti aktivləşmiş və yenidən 15.10.2019-cu il tarixli **********1845** nömrəli “Hüquqi şəxsin fəaliyyətinin dayandırılması” barədə ərizə ilə 01.10.2024-cü il tarixədək fəaliyyətini dayandırmışdır. Hal-hazırda fəal iyyəti dayandırılmış vəziyyətdədir. İş materiallarında olan 5721 nömrəli yük avtomobili üçün “Əli BayramlıKəndnəqliyyat” ATSC tərəfindən verilmiş Yol vərəqinin surətindən görünür ki, Cavabdeh1 KAMAZ-5321 markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 01.11.2013-cü ildən 31.12.2013-cü ilədək müddətə istifadəyə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və “X6” ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomaşının bərpası üçün tələb olunan 135** manat, heyvanların tələf olması nəticəsində ödədiyi 14**0 manat, cəmi 275** manat pulun cavabdehlər Cavabdeh1 və X22 Nəqliyyat ATSC-dən müştərək qaydada alınması barədə qətnamə çıxarılmasını xahiş etmiş dir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 08.11.2013-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi “Mersedes ATEKA-817” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsi ilə hərəkətdə olarkən Cavabdeh1 idarə etdiyi “X6” ATSC-yə məxsus “Kamaz-5320” markalı yük avtomobili ilə toqquşdurmuşdur. Yol nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh1 təqsirli olmuş, bu barədə olan Kürdəmir Rayon Məhkəməsinin 11 mart 2014-cü il tarixli hökmü ilə Cavabdeh1 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Hadisə nəticəsində sağlamlığının uzun müddət pozulmasına səbəb olan, sağlamlığına az ağır zərər vuran bədən xəsartəlir almış, həmçinin aşması nəticəsində maşının özü zədələnmiş, öaşqa şəxs lərin yükü kimi daşıdığı heyvanlar tələf olmuşdur. Kürdəmir Rayon Baytarlıq İdarəsinin 13.11.2013-cü ildə verilmiş 85 saylı arayışına görə idarə etdiyi avtomaşındı olan heyvanların tələf olması nəticəsində X10 məxsus 2 baş cöngə hər birinin təxmini diri çəkisi 4** kq, bazar qiyməti 14** manat olmaqla cəmi 28** manat, 16 baş erkək quzu hər birinin təxmini diri çəkisi 50 kq, bazar qiyməti 2** manat olmaqla cəmi 32** manat, ümumilikdə 6**0 manat, X9 məxsus 18 baş erkək quzu hər birinin təxmini diri çəkisi 50 kq, bazar qiyməti 2** manat olmaqla cəmi 36** manat, X4 məxsus 22 baş erkək quzu hər birinin təxmini 50 kq, bazar qiyməti 2** manat olmaqla cəmi 44** manat ziyan dəymişdir. Heyvanların tələf olması nəticəsində qarşılarında öhdəliyi olan şəxslərə 14**0 manat pul onnu tərəfindən ödənilmişdi r. "xxxx" ASC-nin 05.02.2014-cü il tarixli arayışına görə ona məxsus olan “Mecedes ATEKA 817” markalı avtomaşının təmiri və ehtiyat hissələri üçün 135** manat xərclənmişdir. Hadisə nəticəsində ona ümumillikdə 275** manat ziyan dəymişdir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-468/2020 saylı 28.10.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh1 və “X6” ASC-dən müştərək qaydada alınmaqla avtomobilə dəymiş ziyana görə 5820 manat və heyvanların tələf olması nəticəsində ödədiyi 14**0 manat, cəmi 19820 manat, ödənilmiş 30,40 manat dövlət rüsumu və verilsin İddiaçı verilməsi qət edilmişdir. “X6” ASC-dən qətnamədən apellyasiya şikayəti verməmiş, digər Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə ye ni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, İddiaçı avtomobilinə dəymiş ziyan düzgün hesablanmamış, məbləğ şişirdilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində cəmi 3-5 xırda heyvan tələf olunmuşdur. Sığorta şirkəti avtomobilə dəymiş ziyana görə iddiaçıya 5**0 manat sığorta ödənişi etmiş, iddiaçı hər hansı irad bildirmədən bu məbləği qəbul etmiş, avtomobilin təmiri üçün əlavə məbləğ tələb etməmişdir. İddiaçı heyvan sahiblərinə ödəniş etməsi barədə kifayət qədər sübut təqdim etməmişdir. Belə ki, heyvan sahibləri onlara dəymiş ziyanın iddiaçı tərəfindən ödənildiyini qeyd etsələr də, ödənişin məbləğini konkret göstərməmişlər. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, ap ellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Samir Mayılov - sədrlik edən və məruzəçi, İlham Əsədov və Nüsrət Mirzəyev) 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 idarə etdiyi “KamAZ-5321 markalı avtomaşını digər cavabdeh “X6” ATSC-dən 01.11.2013-31.12.2013-cü il tarixlər üçün icarəyə götürmüşdür. 0 7.09.2021-ci il tarixli 5 saylı Ərazi Vergilər İdarəsinin məktubundan da göründüyü kimi, “X6” ATSC 03.09.2013-cü il tarixində öz fəaliyyətini 5 il müddətinə dayandırmışdır. Yol-nəqliyyat hadisəsi baş verən tarixdə, yəni 08.11.2013-cü ildə Cavabdeh1 “X6” ATSC-nin işçisi kimi nəqliyyat vasitəsini idarə etməmişdir. Ekspert tərəfindən verilmiş rəyə görə avtomobilinin zədələnməsi ilə bağlı iddiaçıya dəymiş ziyan 13320 manat olmuş, həmin məbləğin 5**0 manatı sığorta şirkəti tərəfindən ödənilmiş, avtomobilin satışından iddiaçı daha 25** manat əldə etmiş, lakin 5820 manat ziyan bərpa edilməmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində başqalarına aid olan, yük kimi daşıdığı iri və xırda buynuzlu heyvanların tələf olması nəticəsində heyvan sahbləri X7, X13 və X9 14**0 manat zərər dəymiş, həmin məbləğ onlara iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1108.1, 850.1, 859.1, 859.2 və 1114.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 88-ci maddələrinə əsasən apellyasiya məhkəməsi hesab etmişdir ki, zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməli olduğundan və zərərin əvəzini ödəmək vəzifəsi zərəri bilavasitə vurmayan yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edən hüquqi şəxsin də öhdəsinə qoyulduğundan, eləcə də yol-nəqliyyat hadisəsi zamanı əmlakının zədələnməsi ilə bağlı ona dəymiş zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququ olan iddiaçıya zərərin 5820 manat hissəsi ödənilmədiyindən, onun heyvanların tələf olması ilə bağlı ödədiyi 14**0 manat əvəz miqdarında geriyə tələb hüququ olduğunda n və məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından, iş üzrə qətnamənin Cavabdeh1 münasibətdə ləğv edilmsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Ca vabdeh (vəkil X2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir İddiaçı onun barəsində cinayət işinə baxılan zaman da məhkəmədə mülki iddia qaldırmış, lakin iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Kifayət qədər sübutlar olmadan heyvan sahiblərinə 14* *0 manat ziyan ödənilməsi qənaətinə gəlinmiş, heyvan sahibləri ərizələrində onlara vurulmuş ziyanın ödənilməsini göstərsələr də, nə dəymiş, nə də ödənilmiş ziyanın məbləğini qeyd etməmişdir, halbuki heyvan sahiblərinə dəyən və iddiaçı tərəfindən ödənilən ziyan məhkəmənin müəyyən etdiyindən çox az olmuşdur. İddiaçı avtomobilinə dəymiş ziyan düzgün hesablanmamış, həmin məbləğ şişirdilmişdir. Avtomobilə dəymiş zərər sığorta şirkəti tərəfindən ödənilmişdir. Məhkəmələr həmçinin onun digər cavabdeh “X6” ATSC-nin işçisi olmaması barədə səhv nəticəyə gəlmişdir. 11 aprel 2016-cı il tarixə kimi həmin müəssisədə işləmiş, hadisə baş verən günü də ATSC tərəfindən ona həvalə edilmiş işi yerinə yetirmişdir. Bu hallar barəsində olan məhkəmənin hökmü ilə də öz təsdiqini tapmışdır. Hökmlə təyin edilmiş isla h işləri cəzasını iş yeri kimi “X6” ATSC-də çəkmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

21. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəza rəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyya t vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yax ud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olu nmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə birgə cavabdehlərdən Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən iddia tələbinin təmin olunmasının ona aid hissəsindən apellyasiya şikayəti və kassasiya şikayəti vermiş, digər birgə cavabdeh “X6” ATSC və iddiaçı apellyasiya şikayəti və kassasiya şikayəti verməmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız Cavabdeh1 aid hissədə təmin olunmasını yoxlamışdır. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya qaydasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası yol-nəqliyyat hadisəsi baş verə n zaman Cavabdeh1 digər cavabdehin işçisi olması, 11 aprel 2016-cı il tarixə kimi həmin müəssisədə işləməsi, hadisə baş verən günü də ATSC tərəfindən ona həvalə edilmiş işi yerinə yetirməsi, bununla da iddiaçıya dəymiş ziyana görə “X6” ATSC-nin ayrıca məsuliyyət daşıması barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər Abaxan Əliyevə qarşı iddianın təmin olunması hissədə qətnamənin ləğv edilməsi və iddianın həmin hissədə rədd olunması üçün əsasdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 Kamaz5321 markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Əli BayramlıKəndnəqliyyat” ATSC-dən 01 noyabr 2013-cü il və 31 dekabr 2013-cü il tarixləri aralığında icarə əsasında əldə edərək idarə etmiş, yol-nəqliyyat hadisə baş verən zaman is ə “Əli Bayramlı-Kəndnəqliyyat” ATSC öz fəaliyyətini 5 il müddətinə dayandırmış vəziyyətdə olmuşdur. Ona görə də yol-nəqliyyat hadisəsi baş verən vaxt, yəni 08.11.2013-cü il tarixdə Cavabdeh1 “Əli Bayramlı-Kəndnəqliyyat” ATSC-nin işçisi olması, nəqliyyat vasitəsini ATSC-nin işçisi kimi idarə etməsi istisna edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllədə hüquqi şəxsin fəaliyyətinin dayandırmasının anlayışı verilməsə də, bu hal onun fəadiyyətinin xitam verilməsi anlamına gəlmir. Qanunvericiliyə görə hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi onun ləğvi və ya yenidən təşikil edilməsi yolu ilə ola bilər. Mülki Məcəllənin 44.1 və 59.1-ci maddələrinə görə hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Hüquqi şəxsin fəaliyyətinin müvəqqəti dayandırılması Vergi Məcəlləsində öz əksini tapmışdır, bu hüquqi şəxsin hüquq qabiliyyətinə xitam verilməsi deyildir, öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətini istisna etmir. Fəaliyyətin müvəqqəti dayandırılması sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatların həyata kesirilməsi ilə bağlıdır ki, bu fəaliyyət də hər hansı bir dövlət orqanının razılığı olmadan istənilən vaxt təzələnə bilər. Fəaliyyətin müvəqqəti dayandırılması vergi orqanı ilə hüquqi şəxs arasında vergi hesablamaları əlaqədar münasibətlərlə bağlı olub işçi ilə işəgötürən arasında əmək münasibət lərə aid deyildir, sonuncu münasibətlərin, əmək müqaviləsinin xitamına gətirib çıxarmır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.2-ci maddəsinə görə vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir. Həmin Məcəllənin və 16.3-cü maddəsinə görə vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutul an əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindənm müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 08 may 1995-ci il tarixdə Əli Bayramlı rayonlararası təsərrüfat hesablı nəqliyyat müəssisəsinə sürücü olaraq işə qəbul edilmiş, özəlləşdirmə ilə əlaqədar həmin müəssisə 04.06.1999-cu il tarixdə "xxxx" ATSC-yə çevrilmiş, işçiləri yeni yaradılan ATSC-də saxlanılmış, 11.0 4.2016-cı il tarixdə isə “X6” ASC-dən öz xahişi ilə işdən azad edilmişdir. Hadisə baş verən vaxt, yəni 08 noyabr 2013-cü il tarixdə idarə etdiyi Kamaz-5320 markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili “X6” ATSC-nin mülkiyyətində olmuşdur. Hadisədən 8 gün əvvəl isə, yəni 01 noyabr 2013-cü il tarixdə sürücü Cavabdeh1 işəgötürən müəssisə tərəfindən yük avtonəqliyyatı üçün 2 aylıq Yol vərəqəsi verilmişdir. ATSC-nin 03.09.2013-cü il tarixdən fəaliyyətinin 5 il müddətinə, yəni 03.09.2018-ci il tarixədək müvəqqəti dayandırması, tərəflər arasındakı əmək münasibətlərinə xitam verilməsinə səbəb olmamış, Cavabdeh1 həmin dövr üçün, yəni yol-nəqliyyat hadisəsini törədən zaman ATSC-nin işçisi kimi fəaliyyət göstərməsini istisna etməmişdir. Əksinə “Əli Bayramlı-Kəndnəqliyyat” ATSC rəsmi ol araq fəaliyyətini dayandırdığı vaxt mülkiyyətində olan avtomaşına görə Cavabdeh1 Yol vərəqəsini verməsi əsas verir ki, müəssisə faktiki olaraq fəaliyyət göstərmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 08 noyabr 2013-cü il tarixdə yol-nəqliyyat hadisəsi törədən vaxt digər cavabdeh “Əli BayramlıKəndnəqliyyat” ATSC-nin işçisi olmuş, Cavabdeh1 idarə etdiyi avtomaşında da “Əli Bayramlı-Kəndnəqliyyat” ATSC-nin mülkiyyətidir. Cavabdeh1 də həm barəsindəki cinayət işi üzrə verdiyi ifadəsində, həm də hazırkı mülki iş üzrə verdiyi izahatlarında 1998-ci ildən “Əli Bayramlı-Kəndnəqliyyat” ATSC-də ıürücü işlədiyini və həmin müəssisəyə məxsus Kamaz-5320 markalı **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili idarə etdiyini göstərmişdir. Mülki Məcəllənin 1099.1 və 1099. 2-ci maddələrinə əsasən Cavabdeh1 törətdiyi mülki hüquq pozuntusuna görə işəgötürən kimi “Əli Bayramlı-Kəndnəqliyyat” ATSC məsuliyyət daşıyır və İddiaçı dəymiş ziyan da ATSC tərəfindən ödənilməlidir. Odur ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə Cavabdeh1 qarşı iddia tələbnin rədd edilməsinə dair yeni qərar çıxarılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh1 qarşı iddianın rədd olunması nəzərə alınmaqla kassasiya şikayətinin digər dəlillərinə qiymət verilməsi zərurət yoxdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416.1, 417.3, 418.1 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiya sının 2(103)-815/2021 nömrəli iş üzrə 29 sentyabr 2021-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh1 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar