Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-931/2021 15.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ləğv prosesində olan İddiaçı ASC-nin XXX və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4953/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC və cavabdeh XXX tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 15 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları «Borc verən» qismində «xxxx» ASC ilə digər tərəfdən «Borc alan» qismində Cavabdeh2 arasında bağlanmış 24.06.2013-cü il tarixli 632/013 No-li kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 şəxsi istehlak məqsədi ilə istifadə etmək üçün 36 ay müddətinə, illik 18%-lə, 30.000 manat məbləğində kredit verilmişdir. “İpoteka saxlayan” qismində «xxxx» ASC ilə “İpoteka qoyan” qismində Cavabdeh1 və “Borcalan” qismində Cavabdeh2 arasında bağlanılmış 24.06.2013-cü il tarixli 632/013 Noli ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla «Borcalan» arasında bağlanmış 24.06.2013-cü il tarixli 632/013 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Hacıbabayev Qardaşları küçəsində yerləşən 4 saylı evin 16 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak kompleksi «xxxx» MMC tərəfindən bazar dəyəri 70.000 manat, likvid dəyər – 59.000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Cavabdeh1 tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Hacıbabayev Qardaşları küçəsində yerləşən, 4 saylı evin 16 saylı mənzil 24.06.2013-c ü il tarixli, 632/013 nömrəli kredit müqaviləsinə əsasən 36 ay müddətinə ipoteka müqaviləsi üzrə «xxxx» ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC tərəfindən verilmiş 21.06.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 25.06.2013-cü il tarixli 632/013 saylı kredit müqaviləsi üzrə 19.06.2019-cu il tarixə əsas borcu 27.099,21 manat, müqavilə müddəti üçün hesablanmış 13.108,29 manat faiz, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 12.834,09 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 4042 manat borc, cəmi 57.083,59 manat borcu var. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 25.09.2019-cu il tarixli 20468 saylı rəyinə əsasən XXX ilə İddiaçı ASC arasında bağlanmış 24.06.2013-cü il tarixli, 632/13 saylı kredit müqaviləsi üzrə borc alanın İddiaçı ASC-yə ödənilməli olan borc 23.04.2019-cu il tarixə 28.491,41 manat əsas, 17.327,20 manat faiz kimi müəyyən olunur. Qeyd edilir ki, faiz borcu kredit müqaviləsi müddəti bitdikdən sonra 5% dərəcəsi ilə hesablanmışdır. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə «X3» MMC tərəfindən verilmiş 03.02.2020-ci il tarixli 004/20 saylı daşınmaz əmlakın qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Səbail rayonu, Hacıbabayev Qardaşları küçəsində yerləşən 4 nömrəli evin 16 saylı mənzilinin hazırki dövrə olan orta bazar qiyməti 122.000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər XXXna və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 27099,21 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 13108,29 manat faiz borcu, müqavilənin bitdiyi tarixdən 23.04.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla4042 manat borc, cərimə borcu 12834,09 manat, cəmi 57083,59 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun hesablanaraq ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Hacıbabayev Qardaşları küçəsində yerləşən 4 saylı evin 16 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun hərracdan satışdan əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-y ə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Hacıbabayev Qardaşları küçəsində yerləşən 4 saylı evin 16 saylı mənzilə tutma yönəldildikdə və o, satıldıqdan 1 ay sonra mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, həmin fərdi yaşayış evindən çıxarılma, həmin fərdi yaşayış evinin boşladılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24.06.2013-cü il tarixli, 632/013 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 illik 18%-lə 36 ay müddətinə 30.000 manat məbləğində kredit vəsaiti ver ilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Hacıbabayev Qardaşları küçəsi, ev 4, 16 saylı mənzil 24.06.2013cü il tarixli ipoteka müqaviləsi ilə Bank qarşısında yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş dövlət reyestrində qeydə alınmışdır. 19.06.2019-cu il tarixədək Cavabdeh2 24.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC-yə 27099,21 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 13108,29 manat faiz borcu, müqavilənin bitdiyi tarixdən 19.06.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 4042 manat borc, cərimə borcu 12834,09 manat, cəmi 57083,59 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 borcu ödəməkdən boyun qaç ırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev, iş № 2(009)-115/2020) iddia qismən təmin olunmuş, XXXndan ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 24.06.2013-cü il tarixli 632/013 saylı kredit müqaviləsinə əsasən 27.099,21 manat əsas borc, 13.108,29 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 4042 manat faiz borcu, 750,5 manat cərimə borcu, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat və ipoteka haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat, cəmi 45060 manat məbləğində pulun tutulması, XXXndan tutulacaq pul məbləği ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Hacıbabayev Qardaşları küçəsində yerləşən 4 saylı evin 16 saylı mənzilə yönəldilməsi, həmin əmlak ilkin satış qiymətinin 122.000 manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan Cavabdeh1 qaytarılması, Bakı şəhəri, Səbail rayonu, Hacıbabayev Qardaşları küçəsində yerləşən 4 saylı evin 16 saylı mənzilinə tutma yönəldikdə və o, açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması və Cavabdeh1 həmin mənzildən çıxarılması, XXXndan dövlət nəfinə keçirilmiş ekspertiza xərci - 145 manat məbləğində pulun tutulması, XXXndan “X3” MMC-nin (“xxxx” ASC, kodu: 510277, müxbir hesab: AZ98NABZ********************, VÖEN: **********, SWİFT BİK: NİCBAZ22, H/Hesab: AZ69NİCB**********0001A40090) xeyrinə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza xərcinin əvəzi kimi 300 manat məbləğində pulun tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağ lanılmış 24.06.2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdeh XXXna istehlak məqsədilə 36 ay müddətinə, illik 18% dərəcəsi ilə 30000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi Bankla borcalan XXX və ipotekaqoyan Cavabdeh1 arasında 24.06.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Hacıbabayev Qardaşları küçəsində yerləşən 4 saylı evin 16 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 (Seyidzadə) kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka ödənilməmiş borcu yaranmışdır. Birinci instansiya məhkəməsi Cavabdeh2 irəli sürülmüş tələb üzrə iddiaçı tərəfindən iddia müd dətinin ötürülməsini nəzərə alaraq iddianın rədd edilməsi ilə bağlı ərizəsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, hazırki tələb üzrə iddia müddətinin axımı 24.06.2016-cı il tarixdə başlamış və 24.06.2019-cu il tarixdə bitmişdir. İddiaçı tərəfindən iddia ərizəsi 24.06.2019-cu il tarixdə məhkəməyə təqdim olunduğu üçün, həmin ərizənin 25.06.2019-cu il tarixdə qeydiyyata alınması, iddia müddətinin ötürülməsi kimi qiymətləndirilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırki tələb üzrə iddia müddəti ötürülməmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), V.Ağayev və E.Həsənov, iş № 2(103)4953/2020) iddiaçının nümayəndəsi və XXX tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-115/2020 saylı iş üzrə 24 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi XXXnın borcun düzgün hesablanmamış olması ilə bağlı dəlili ilə bağlı qeyd etmişdir ki, bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, əksinə, birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza tədqiqatı ilə müvafiq məbləğ müəyyənləşdirilmişdir. Məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı XXXnın arqumentinə münasibətdə isə apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından onun məhkəməyə məlum olan ünvanına bildirişlər göndərildiyi aydın olur - məhkəməyə məlum olan ünvanda yaşamaması səbəbindən məhkəmə prosesi barədə məlumat əldə etməməsinin məsuliyyətini isə cavabdeh özü daşımaqla bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiya məhkəməsi qətnamənin iddiaçı tərəfindən mübahisələndirilən digər hissəsi, yəni cavabdehlərdən tutulmalı olan cərimə məbləğinin azaldılması hissəsi üzrə qeyd etmişdir ki, iddiaçı cavabdehlərdən 12834,09 manat cərimə hesablayıb tələb etmiş, birinci instansiya məhkəməsi isə onu mütənasib hesab etdiyi 750,5 manat həddinə qədər azaltmışdır. Kollegiyanın qənaətinə görə işin halları baxımından həmin məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətli hesab oluna bilər. Qətnamənin yoxlanılan digər hissəsi, yəni “ipoteka predmetinin ilkin sa tış qiymətinin 122 000 manat müəyyənləşdirilməsi” ilə bağlı hissəsi üzrə apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, ipoteka predmetinin dəyəri 122.000 manat təşkil edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan İddiaçı ASC (vəkil X4) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4953/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası m əhkəməsinə göndərilməsini xahiş edir. Cavabdeh XXX (Vəkil Əlisahib oğlu) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4953/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini, işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Ləğv prosesində olan İddiaçı ASC-nin vəkili X4 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını d üzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4953/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Həmçinin cavabdeh XXX tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC və cavabdeh XXX kassasiya şikayəti vermişlər. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsin in qətnaməsi qismən mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kasatorların mübahisələndirdikləri hissələrdə yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdiri lmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. “İpoteka haqqında” Qanunun 59-cu maddəsində qeyd edilir ki, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və satıldıqda bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ail ə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədənotariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşd ırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.2. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər; Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası ilk olaraq cavabdehin kasasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 4042 manatın tutulması ilə bağlı iddianın təmin olunması hissə istisna olmaqla qalan hissə üzrə dəlilləri əsassız hesab edir və qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gəlmək üçün keçirilmiş ekspert rəylərinə istinad etməklə düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq cavabdehin banka olan əsas borc və müqavilə müddəti üçün faiz borcunu və ipoteka predmetinin ilkin satış qiymətini keçirilmiş ekspertiza rə yinə uyğun olaraq müəyyən etmişdir. Ekspert rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, mühasibatlıq ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilərək, cavabdehin kredit üzrə ödənişləri nəzərə alınmışdır. Həmçinin qiymətləndirmə ekspertizası mübahisələndirilən əmlaka baxış keçirilməklə, onun yerləşdiyi yer, evin ümümi xarakteristikası nəzərə alınmaqla müqayisəli metod əsasında keçirilmişdir. Hər iki rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatlar ın həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh kassasiya şikayətində borc məbləğinin düzgün hesablanmamasını qeyd edir. Bununla bağlı məhkəmə kollegiyası gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 4042 manatın tutulması ilə bağlı cavabdehin dəlləri ilə qismən razılaşır və qeyd edir ki, məhkəmələrin istinad etdiyi ekspert rəyində müqavilə müddətinin bitməsi tarixinə, yəni 24.06.2016-cı il tarixə 13618,89 manat faiz borcu müəyyən olunmuş, 23.04.2019-cı il tarixə isə faiz borcunun məbləğinin 17327,20 manat olması müəyyən olunmuşdur. Belə olan halda 24.06.2016-cı il tarixdən 23.04.2019cu il tarixədək hesablanmış məbləğ olan 3708,31 manat gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan məbləğ hesab olunmalı olduğu halda rəydə göstəri lən məbləğ həddində cavabdehin məsuliyyətinin məhdudlaşması nəzərə alınmamışdır. Bu baxımdan məhkəmə kollegiyasının qənaətinə görə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan məbləğ 3708,31 manat həddində müəyyən edilməlidir. Məhkəmələr isə ekspert rəyində göstərilən məlumatları nəzərə almadan iddia tələbində göstərilən 4042 manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5% müəyyən etməkdə haqlı olmamışdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh XXX tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4953/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilsin, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan faiz məblə ği 3708,31 manat müəyyən edilsin. Qalan mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlansın. İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-931/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-931/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver