Məhkəmə qərarları › İş №2(102)-931/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-931/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-931/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Həsənova Şərəbanı Bayram qızı, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, şikayətin baxışdan çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X2 ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Həsənova Şərəbanı Bayram qızı, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə y önəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6639/2022 nömrəli, 7 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Həsənova Şərəbanı Bayram qızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bankla Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 243493-1-31050 saylı kredit müqaviləsinə əsasən 28 yanvar 2021-ci il tarixə banka borclu olduğu 83.207 manat 19 qəpik əsas borc, 3.808 manat 11 qəpik faiz olmaqla, cəmi 87.015 m anat 30 qəpik pul vəsaiti, 30 manat dövlət rüsumu, 40 qəpik xidmət (bank xidməti) haqqı, 30 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumunun Cavabdeh4 iddiaçının xeyrinə tutulması; ipoteka predmetinin ilkin satış qiyməti 110.000 manat məbləğində müəyyən edilməklə, Cavabdeh4 tutulmalı olan pul məbləğinin Bank qarşısında ipoteka ilə yüklü edilmiş, Cavabdeh4 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanda 0,02503 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 133,3 m2, yaşayış sahəsi 91,0 m2, köməkçi sahəsi 42,3 m2 olan 1 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinə yönəldilməsi; fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin Banka ödənilməsi; fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan son ra ipoteka qoyan Cavabdeh4 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh6 və onun yetkinlik yaşına çatmayan övladları X7 və X1, həmçinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və onun yetkinlik yaşına çatmayan övladları X3, Cavabdeh3, həmçinin Cavabdeh7 və onun yetkinlik yaşına çatmayan övladları X4 və X5 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(002)-1018/2021 nömrəli iş üzrə 5 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia təmin edilmişdir.

3. Cavabdeh7 apellyasiya şikayəti verərək, qətnamə nin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6639/2022 nömrəli iş üzrə 7 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

5. Cavabdeh Həsənova Şərəbanı Bayram qızı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

6. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassator apellyasiya şikay ətində evin dəyərinin 170-190 min manat olduğunu bildirərək iş üzrə əmtəəşünaslıq və mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etsə də, məhkəmə bunu etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sona – MPM)

8. Maddə 403.1 Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

9. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tər əfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

10. Maddə 417.1.7 Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

11. Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)931/2023 nömrəli 24 yanvar 2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmiş və məhkəmə baxışına təyin edilmişdir.

12. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh Həsənova Şərəbanı Bayram qızının kassasiya şikayəti M PM-nin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir.

13. Belə ki, cavabdeh Həsənova Şərəbanı Bayram qızı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 5 iyul 2021-ci il tarixli e-2(002)-1018/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməmiş və həmin qətnamə ona aid hissədə yoxlanılmamışdır.

14. Qətnamə yalnız Cavabdeh7 apellyasiya şikayəti əsasında həmin şəxsin evdən çıxarılmasına aid hissədə yoxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin digər hissələri, o cümlədən, cavabdeh Həsənova Şərəbanı Bayram qızına aid hissələri apellyasiya baxışının predmetindən kənar olmamışdır. Belə olan halda cavabdeh Həsənova Şərəbanı Bayram qızının Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6639/2022 nömrəli, 7 oktyabr 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək h üququ yoxdur.

15. Cavabdeh Həsənova Şərəbanı Bayram qızı eyni dəlillərlə qanunla müəyyən edilmiş qaydada birinci instansiya məhkəməsinin qətnaməsinin yuxarı instansiya məhkəməsi tərəfindən yoxlanılmamış hissələrindən apellyasiya şikayəti vermək hüququna malikdir.

16. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Ali Məhkəmənin Mülki kollegiyasının hazırki işin icraata qəbul edilməsinə dair 24 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilərək kassasiya şikayəti məhkəmə baxışından çıxarılmalı və geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 403.1, 417.1.7-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-931/2023 nömr əli, 7 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh Həsənova Şərəbanı Bayram qızının verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-931/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilsin. Mülki iş məhkəmə baxışından çıxarılsın. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar