Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-932/2019 29.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 29 yanvar 2019-cu il № 2(102)-932/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, iddiaçının vəkili X5, Cavabdeh2 və onun vəkili X2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Şabran Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov, iş № 2(031)-xx/18) İddiaçı1 Cavabdeh2 qarşı “aliment qalığı və alimentin miqdarının artırılması” tələbinə dair iddiası qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilmiş, Cavabdeh2 xx xxx 2018-ci il tarixdən başlayaraq hər uşaq üçün ayda 110 (yüz on) manat sabit pul məbləğində alimentin tutulub xx xxx 2006-cı il tarixdə doğulmuş X3 və 13 dekabr 2007-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı1 verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə-sədrlik edən və məruzəçi, A.Hüseynov və T.Quliyev, iş № 2(105)-xx/18) Cavabdeh2 ape llyasiya şikayəti təmin edilməmiş, lakin Şabran Rayon Məhkəməsinin xx xxx 2018-ci il qətnaməsi dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməklə Cavabdeh2 hər uşaq üçün ayda 110 (yüz on) manat sabit pul məbləğində alimentin tutulub xx xxx 2006-cı il tarixdə doğulmuş X3 və xx xxx 2007-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı1 verilməsi qət edilmiş, iddianın qalan hissəsi təmin olunmamış, alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmışdır. Cavabdeh2 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasınə və iddianın rədd edilməsi barədə yeni qərar qəbul ol unmasını xahiş etmişdir. İşin halları: İddiaçı1 Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alimentin qalığı və alimentin miqdarının artırılaraq dəyişdirilməsi, onun yaşayış həddinə yaxın çatdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasındakı nikah qüvvədə olan məhkəmə qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş xx xxx 2006-cı il təvəllüdlü Bahar və xx xxx 2007-ci il təvəllüdlü Aliyə iddiaçının himayəsində saxlanılmışdır. Qüvvədə olan məhkəmə qətnaməsinə əsasən cavabdehdən hər ay hər uşağa görə 60 manat aliment tutulması müəyyən edilmişdir. Cavabdeh aliment öhdəliklərini lazımi qaydada yerinə yetirmir və onun 1640 manat ödənilməmiş aliment borcu qalmışdır. Uşaqların ehtiyacları artdığından alimentin miq darının artırılması zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh2 və vəkili R.Novruzəliyev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İddiaçının vəkili H.Məlikov kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirərkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflərin birgə nikahdan xx xxx 2006-cı il tarixdə Bahar adlı və xx xxx 2007-ci il tarixdə Aliyə adlı uşaqları anadan olmuşdur, nikahları məhkəmə qaydasında xx xxx 2009-cu il tarixdə pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmçinin m üəyyən etmişdir ki, Cavabdeh2 iddiaçı ilə boşandıqdan sonra A.Ə.Məmmədova ilə xx xxx 2014-cü il tarixdə nikaha daxil olmuş və bu nikahdan xx xxx 2014-cü il tarixdə Mülayim və xx xxx 2012-ci il tarixdə Nəzrin adlı uşaqları olmuşdur. İşdə olan Şabran Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli qətnaməsindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxx 208-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh2 hər uşaq üçün ayda 93 manat sabit pul məbləğində alimentin tutulub xx xxx 2006-cı il tarixdə doğulmuş B.Cavabdeh2nın və xx xxx 2007-ci il tarixdə doğulmuş A.Cavabdeh2nın yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı1 verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2014-cü il tarixli qətnaməsi ilə Şabran Rayo n Məhkəməsinin xx xxx 2013-cü il tarixli qətnaməsinə dəyişiklik edilərək cavabdehdən tutulan alimentin miqdarı hər ay 60 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhk əmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikas ının Qanununun tələbinə əsasən 2018-ci il üçün yaşayış minimumu uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanandan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün validyenlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 2016-cı il tarixli 8-2/2016 saylı Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılakən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən alimentin iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan, yəni xx xxx 2018-ci ildən başlayaraq tutulmasını düzgün hesab etməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin cavabdehin başqa nikahdan iki övladının olmasını və bununla əlaqədar olaraq aliment ödəmək qabiliyyəti olmaması barədə gətirdiyi dəlili də qəbul etməmişdir. Belə ki, cavabdeh bir ata kimi uşaqların saxlanılmasına mə suliyyət daşıyır. Məhkəməyə təqdim edilmiş xx xxx 2018-ci il tarixli DSMF-Şabran rayon şöbəsinin 1243 saylı arayışından görünür ki, İddiaçı1 heç bir növ üzrə sosial yardım və müavinət almır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddi anın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhk əmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(1 05)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ AZƏRBAYCAN RESPUBLİKASİ SUMQAYİT APELLYASİYAMƏHKƏMƏSİNİN MÜLKİ KOLLEGİYASİ 15 oktyabr 2018-ci il № 2(105)-3551/2018 X11 Tağızadənin sədrliyi və məruzəsi, X1 və X8 ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçı: X9, Cavabdeh: Cavabdeh2 iştirakları ilə, Sumqayıt şəhərində İddiaçı1 Cavabdeh2 qarşı aliment qalığı və alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN E T D İ: Şabran Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qətnaməsi ilə (h akim Ç.Ə.İsgəndərov) iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 13 mart 2014-cü il tarixli 2(105)-423/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh2 16 yanvar 2018-ci il tarixdən başlayaraq hər uşaq üçün ayda 110 (yüz on) manat sabit pul məbləğində aliment tutulub 20 mart 2006-cı ildə doğulmuş X3 və 13 dekabr 2007-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı1 verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı1 Cavabdeh2 qarşı aliment qalığı və alimentin miqdarının artırılaraq dəyişdirilməsi, onun yaşayış həddinə yaxın çatdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onun Şabran Rayon Məhkəm əsinin 2(031)-794 saylı 2013-cü il tarixli qətnaməsi ilə həyat yoldaşı Cavabdeh2 04 fevral 2009-cu il tarixdən olan nikahları ləvğ edilmişdir. Nikah müddətində 20 mart 2006-cı il tarixdə doğulmuş X6, 13 dekabr 2007-ci il tarixdə doğulmuş X7 anadan olmuşlar. Birgə münasibətlərindən doğulmuş uşaqları onun himayəsində yaşayırlar. Nikahın pozulması Xaçmaz Rayon Məhkəməsinin 04 dekabr 2008-ci il tarixli qətnaməsi ilə həyata keçirilmiş və Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi ilə doğulmuş hər uşağa 25 manat aliment verilməsi barədə məhkəmə qətnaməsi çıxarılmışdır. O, alimentin hər uşaq üçün 100 manat məbləğində Cavabdeh2 hər ay alınıb verilməsi tələbinə dair qətnamə çıxarılması barədə Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. Şabran Rayon Məhkəməsinin 2(031)794/2013 il tarixli qətnaməsi ilə Xaçm az Rayon Məhkəməsinin 04 dekabr 2008-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilməsi barədə qətnamə çıxarılmışdır. Məhkəmə hər uşaq üçün 93 manat məbləğində sabit pul məbləğində tutulub verilməsinə dair qətnamə çıxarmışdır. Alimentin 25 sentyabr 2013-cü ildən hesablanması müəyyən edilmişdir. Şabran Rayon Məhkəməsinin bu qətnaməsi ilə razılaşmayan Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və 13 mart 2014-cü il tarixli 2(105)-423/2014 saylı qətnamə çıxarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın qərarı ilə Şabran Rayon Məhkəməsinin 26 noyabr 2013-cü il tarixli 2(031)-794/2013 saylı qətnaməsində dəyişiklik edilməklə, alimentin miqdarı dəyişdirilmiş və hər ay Cavabdeh2 25 sentyabr 2013-cü il tarixdən başlayaraq hər ay 60 mana t aliment tutulub 20 mart 2006-cı il tarixdə anadan olmuş B.Cavabdeh2, 13 dekabr 2007-ci il tarixdə anadan olmuş A.Cavabdeh2nın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı1 verilməsi qət edilmişdir. Borclu Cavabdeh2 uzun müddət aliment ödəməkdən qaçıb gizlənmişdir. Bu barədə Xaçmaz Regonal Ədliyyə Şöbəsinin rəisi R.Məlikova müraciət etdikdən sonra 2009-cu il üçün 269 manat, 2010-cu il üçün 247 manat, 2011ci il üçün 194 manat, 2012-ci il üçün 300 manat, 2013-cü il üçün 350 manat, cəmisi 1360 manat aliment ödənilmişdir. Həmin tarixdə onun 1640 manat ödənilməmiş aliment borcu qalmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsas landırmışdır ki, o, yeni ailə qurmuşdur və həmin ailəsində iki uşağı vardır. Məhkəmə onun məhkəməyə təqdim edilmiş əmək haqqı arayışına qiymət verməmişdir. O, 136.70 manat maaş alır. İddiaçı sosial hüquqi yardım alır. Şabran Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı1 apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sü butları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdehin bir valideyn kimi uşağının saxlanılmasında borcun olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur, lakin alimentin 16 yanvar 2018-ci il tarixdən tutulması hissəsində qətnamə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə müb ahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkə məsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, tərəflər birgə nikaha daxil olmuşlar, birgə nikahlarından 20 mart 2006-cı il tarixdə Bahar adlı və 13 dekabr 2007-ci il tarixdə Aliyə adlı uşaqları anadan olmuşdur, nikahları məhkəmə qaydasında 04 fevral 2009-cu il tarixdə pozulmuşdur. İşə əlavə edilmiş nikah haqqında şəhsdətnamənin surətindən görünür ki, Cavabdeh2 A.Ə.Məmmədova ilə 07 mart 2014-cü il tarixdə nikahlarını rəsmi qeyd etdirmişlər və bu nikahdan 16 sentyabr 2014-cü il tarixdə Mülayim və 12 avqust 2012-ci il tarixdə Nəzrin adlı uşaqları olmuşdur. İşdə olan Şabran Rayon Məhkəməsinin 26 noyabr 2013-cü il tarixli 2(031)-794/2013 saylı qətnaməsindən görünür ki, Xaçmaz Ray on Məhkəməsinin 04 dekabr 208-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh2 hər uşaq üçün ayda 93 manat sabit pul məbləğində alimentin tutulub 20 mart 2006-cı il tarixdə doğulmuş B.Cavabdeh2nın və 13 dekabr 2007-ci il tarixdə doğulmuş A.Cavabdeh2nın yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı1 verilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2014-cü il tarixli 2(105)-423/2014 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şabran Rayon Məhkəməsinin 26 noyabr 2013-cü il tarixli 2(031)-794/2013 saylı qətnaməsinə dəyişiklik edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 04 dekabr 2008-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək Cavabdeh2 25 sentyabr 2013-cü ildən başlayaraq hər ay 60 manat aliment tutulub iki uşağın saxlanılması üçün İddiaçı1 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə q aydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən 2018-ci il üçün yaşayış minimumu uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki validyeinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq, azyaşlı uşağın yetkinlik yaşına çatanalək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair iddiaçının tələbi təmin edilməli, məhkəmənin qərarına əsasən 20 mart 2006-cı il təvəllüdlü Bahar və 13 dekabr 2007-ci il təvəllüdlü Aliyənin yetkinlik yaşına çatanədək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 110 manat məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni məhkəmə kollegiyası düzgün hesab edir. «Nikahın pozulması, boşanandan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün validyenlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıd ır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılakən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən alimentin iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan, yəni 16 yanvar 2018-ci ildən başlayaraq tutulmasını düzgün hesab etmir. Məhkəmə kollegiyası cavabdehin başqa nikahdan iki övladının olmasını və bununla əlaqədar olaraq alimentin ödəmək qabiliyyəti olmaması barədə gətirdiyi dəlili qəbul etmir, belə ki, cava bdeh bir ata kimi uşaqların saxlanılmasına məsuliyyət daşıyır. Bundan başqa məhkəmə cavabdehin apellyasiya şikayətində iddiaçı tərəfindən sosial yardım alması barədə gətirdiyi dəlili də qəbul etmir. Məhkəməyə təqdim edilmiş 27 avqust 2018-ci il tarixli DSMF-Şabran rayon şöbəsinin 1243 saylı arayışından görünür ki, İddiaçı1 heç bir növ üzrə sosial yardım və müavinət almır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0. 3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin bu iş üzrə 22 fevral 2018-ci il tarixli 2(031)-172/2018 saylı qətnaməsi dəyişdirilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 13 mart 2014-cü il tarixli 2(105)-423/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək Cavabdeh2 hər uşaq üçün ayda 110 (yüz on) manat sabit pul məbləğində aliment tutulub 20 mart 2006-cı il tarixdə doğulmuş X3 və 13 dekabr 2007-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı1 verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsini alandan sonra hesablansın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmi şdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(102)-932/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-932/2019
29.01.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver