Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-933/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh vəkili Cəfərov Ceyhun Bəykişi oğlunun iştirakları ilə, İddiaçı və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli, 2(103)-11609/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixl i, 2(005)2359/2019 saylı qətnaməsi ilə (hakim V.Ş.Quliyev) İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh 20.000 (iyirmi min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, dövlət büdcəsinə ödənilmiş olan 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehə aid edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli, 2(103)-11609/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.Ə.Hüseyn, iş № 2(103)-11609/2019) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı Cavabdeh onun xeyrinə 25.0 00 (iyirmi beş min) manat məbləğində əsas borcun və bank uçot dərəcəsi əsas götürülməklə öhdəliyin icrasının (borcun qaytarılmasının) gecikdirildiyi zaman ərzində ödənilməli olan, qanuna əsasən borcun üstünə hesablanmalı 9166 (doqquz min yüz altmış altı) manat faizin (01 yanvar 2016-cı il tarixdən qətnamənin çıxarılacağı günədək), ona məxsus puldan əsassız faydalanmağa görə və ona vurduğu zərərin əvəzi olaraq 10.000 manat, cəmi 44166 (qırx dörd min yüz altmış altı) manatın, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulmasına dair iddiasının qismən təmin edilməsi, Cavabdeh 40.000 manat borcun vaxtında qaytarılmadığına görə maddi ziyan olaraq illik 5 faiz olmaqla cəmi 4000 (dörd min) manat məbləğində p ul vəsaitinin İddiaçı xeyrinə tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 27.000 (iyirmi yeddi min) manat məbləğində əsas borcun və bank uçot dərəcəsi əsas götürülməklə öhdəliyin icrasının (borcun qaytarılmasının) gecikdirildiyi zaman ərzində ödənilməli olan, qanuna əsasən borcun üstünə hesablanmalı 9900 (doqquz min doqquz yüz) manat faizin (01 yanvar 2016-cı il tarixdən qətnamənin çıxarılacağı günədək), ona məxsus puldan əsassız faydalanmağa görə və iddiaçıya vurduğu zərərin əvəzi olaraq 10.000 manat, toplam olaraq 46.900 manat, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30 (iyirmi) manat dövlət rü sumunun tutulması barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü ilin iyul ayınadək cavabdeh iddiaçıdan bir neçə dəfəyə ümumilikdə 36.000 manat məbləğlərdə borc pul almış, həmin məbləğin 34.000 manatını qaytarmış və 2000 manat borclu qalmışdır. 2014-cü ilin sentyabr ayında cavabdeh yenidən bir il müddətinə qaytarmaq şərti ilə ondan 40.000, 2015-ci ilin iyul ayında isə əvvəlki borcları ilə birlikdə qaytarmaq şərti ilə əlavə olaraq 20.000 manat məbləğində borc pul almışdır. Bununla da, cavabdehin İddiaçı ümumilikdə 62.000 manat borcu yaranmışdır. Cavabdeh 2015-ci ilin oktyabr ayında işlərinin yaxşı getmədiyini bildirərək borcunun ödənilməsi üçün ona həmin ilin sonunadək əlavə vaxt verməsini xahiş etmişdir. O, hətta 23 okt yabr 2015-ci il tarixdə öz istəyi ilə iddiaçıya olan borcları barədə iltizam yazıb ona təqdim etmişdir. Cavabdeh qeyd olunan 62.000 (altmış iki min) manat borcundan 2017-ci ilin iyul-oktyabr aylarında birinci dəfə 20.000 (iyirmi min), ikinci dəfə 10.000 (on min), üçüncü dəfə isə 5000 (beş min) manat olmaqla cəmi 35.000 (otuz beş min) manat hissəsini ona qaytarmış, borcunun qalan 27.000 (iyirmi yeddi min) manat hissəsini isə hal-hazıradək geri qaytarmayaraq öz öhdəliyini tam yerinə yetirməmişdir. Bununla əlaqədar olaraq o dəfələrlə cavabdehlə görüşərək və ya ona telefon zəngləri edərək ondan borcunun ödənilməsini tələb etsə də, o müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. Daha sonra iddiaçı tərəf iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, Cavabdeh onun xeyrin ə 25.000 (iyirmi beş min) manat məbləğində əsas borcun və bank uçot dərəcəsi əsas götürülməklə öhdəliyin icrasının (borcun qaytarılmasının) gecikdirildiyi zaman ərzində ödənilməli olan, qanuna əsasən borcun üstünə hesablanmalı 9166 (doqquz min yüz altmış altı) manat faizin (01 yanvar 2016-cı il tarixdən qətnamənin çıxarılacağı günədək), ona məxsus puldan əsassız faydalanmağa görə və ona vurduğu zərərin əvəzi olaraq 10.000 manat, toplam olaraq 44.166 (qırx dörd min yüz altmış altı) manat, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin azaldılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən hazırki mübahisəli borc məbləğinin 2000 (iki min) manat hissəsinin “xxxx” vasitəsilə ona göndərilməsi barədə məhkəməyə qəbz təqdim olunmuşdur. Sözügedən pul məbləğinin göndərilməsindən məhkəmə iclasında həmin məbləğə dair qəbz təqdim olunanadək borclu tərəfindən iddiaçıya heç bir məlumat verilməmişdir. İddiaçı həmin məbləğin göndərilməsi ilə bağlı məlumat əldə etdikdən sonra “xxxx” MMC-yə müraciət edərək 10.06.2019-cu il tarixdə 2000 manat vəsaiti poçt şöbəsindən götürmüşdür. Bununla da, cavabdehin hazırki iddia ilə bağlı iddiaçıya olan 27.000 (iyirmi yeddi min) manat əsas borcu 2000 (iki min) manat azalmış və cavabdehin hazırki əsas borc məbləği 25.000 manat qaldığından cavabdehdən iddia üzrə tələb olunan borc məbləği 2000 manat məbləğində, həmçinin əsas borca hesablanmış faizlər 734 manat məbləğinə azaldı lmalıdır. Belə ki, faizlər hesablanarkən Cavabdeh onun qarşısında öz öhdəliyini icra etməli olduğu tarixdən, yəni 01.01.2016-cu il tarixindən - qətnamənin qəbul olunduğu günədək illik 9% (mərkəzi bankın 01.02.2019- 15.03.2019 tarixlər üçün müəyyən etdiyi uçot dərəcəsi) + üzərinə iki faiz bəndi əlavə edilməklə (MM-nin 439.3-cü maddəsi nəzərə alınmaqla) əsas götürülməklə hesablanmalıdır. 25000 AZN 11%=2750AZN/12=229,16AZN (aylıq faiz)x40 ay (öhdəliyin icra olunmadığı müddət)=9166 AZN. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı və vəkili Vəkil həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri və tərəflərin izahatları İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası cavabdeh tərəfindən iddiaçıya olan borcuna dair tərtib edilmiş iltizamda qeyd olunmuş 22.000 manat pulun borc alınmasının təsdiq edilmədiyinə və həmin məbləğin iltizama sonradan əlavə edilməsinə dair gəldiyi nəticəni heç bir sübutla əsaslandırmamış,iş materiallarına əlavə edilmiş hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyan Bakı şəhər Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 10 mart 2016-cı il tarixli, 2(003)-336/2016 saylı qətnaməsini nəzərə almamış, işin faktiki hallarını tam, obyekti v və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edib təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Cəfərov Ceyhun Bəykişi oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı və Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı vəkili Vəkil, Cavabdeh vəkili Cəfərov Ceyhun Bəykişi oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegi yası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Belə ki, iş materiallarında olan iltizamın surətindən görünür ki, Cavabdeh İsmayıl oğlu 09.09.2014-cü tarixdə Fərəcov Həbib Rəhim oğlundan 40.000 (qırx min) manat borc almışdır.23.10.2015-ci il tarixdə Hə bibə 40.000+22.000=62.000 AZN borcu vardır. İş materiallarına əsasən həmçinin müəyyən olunur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 mart 2016-cı il tarixli, 2(003)-336/2016 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı 23.10.2015-ci il tarixli iltizamın etibarsız hesab edilməsi, borc verilmiş pulun 40.000 manat müəyyən edilməsi barədə iddiası təmin edilməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Lakin apellyasiya instansiyası məhkəməsi heç bir yeni hal müəyyən edilmədən həmin qətnaməyə zidd olaraq iltizamda qeyd edilmiş 22.000 manat pulun borc verilməsi kimi qiymətləndirməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə pr osesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apellyasiya instansiyası məhkəməsi həmin prosessual hüquq normalarının tələblərini nəzərə almamış, nəticədə sübutlara düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla ya naşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətb iq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli, 2(103)-11609/2019 saylı qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-933/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-933/2020
18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver