Məhkəmə qərarları › İş №2(102)-934/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-934/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-934/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-934/2024 Açar sözlər: kredit borcunun tutulması və kredit müqaviləsinə dair faizlərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi və kredit müqaviləsinə dair faizlərin ödənilməsi” tələbinə dair iddia üzrə Şirvan Apellyasiya Məhkəmə si Mülki kollegiyasının 2(106)-1411/2023 nömrəli mülki iş üzrə 25 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 25 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2020-ci il tarixli 025CASA200300001 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC (bundan sonra bank) tərəfindən Cavabdeh1 istehlak məqsədi ilə illik 20% olmaqla 24 ay müddətinə 8400 manat məbləğində kredit verilmişdir. 2. xx.xx.2020-ci il tarixli 025FİZAM79900501 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 (bundan sonra cavabdeh ) ilə zaminlik müqaviləsi bağlanmışdır.

3. Bankın Cavabdeh1 ilə bağladığı xx.xx.2021-ci il tarixli 25210***-*******01R saylı restrukturizasiya müqaviləsinə əsasən əsas kre dit borcunun məbləği 6984,65 manat olmaqla, kreditin son müddəti xx.xx.2024-cü il müəyyən edilmişdir. 4. xx.xx.2021-ci il tarixli 025FİZAM79900502 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 ilə yeni zaminlik müqaviləsi bağlanmışdır. 5. 28.09.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 İddiaçı ASC-yə 6367.26 manat əsas, 313.42 manat faiz borcun və 4.40 manat cərimə borcu olmaqla, cəmi 6685.08 manat kredit borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. Bank cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2020-ci il tarixli 025CASA200300001 saylı kredit müqaviləsinin və 25210***-*******01R saylı xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsinin ləğv edilməsi və cavab dehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada bankın xeyrinə 6367.26 manat əsas, 313.42 manat faiz borcun və 4.40 manat cərimə borcu olmaqla, cəmi 6685.08 manat borc pulun və 86.86 manat ödənilmiş dövlət rüsumu tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bank işin hallarına istinad etməklə iddia tələbini əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixli 025CASA200300001 saylı kredit müqaviləsi və 25210621- 179900401R saylı xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icra etməyən Cavabdeh1 tələb olunan məbləğdə borcu qalmışdır.

8. Cavabdeh1 məhkəməyə teleqram göndərərək, borcun düzgün hesablanmadığını, iş üzrə mühasibatlıq ekspertizası təyin edilməli olduğunu bildirib.

9. Lerik Rayon Məhkəməsinin 5 yanvar 2023-cü il tarixli 2(0 48)-152/2023 saylı qərardadına əsasən mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən tərtib olunmuş 31 mart 2023-cü il tarixli 9/1542 saylı ekspert rəyinə əsasən xx.xx.2020-ci il tarixli 025CASA200300001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 28 sentyabr 2022-ci il tarixinə Banka olan borcu 6367,26 manat əsas borc, 306,53 manat fazi olmaqla, cəmi 6673.79 manat təşkil etdiyi müəyyən edilmişdir.

11. Lerik Rayon Məhkəməsinin 2(048)152/2023 saylı, 22 iyun 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: A.Kiçibəyov), iddianın qismən təmin edilməsi, Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2020-ci il tarixli 025CASA200300001 saylı kredit müqaviləsi və 25210***-*******01R saylı xx.xx.2021-ci il tarixl i restrukturizasiya müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada bankın xeyrinə 6367.26 manat əsas, 306.53 manat faiz borcu olmaqla, cəmi 6673.79 manat borc pulun və 86.86 manat ödənilmiş dövlət rüsum İddiaçı ASC-nin xeyrinə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir..

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki,Cavabdeh1 kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə banka ödənilməli olan əsas borcu və borca görə hesablanmış faizləri ödəməmişdir. Cavabdeh2 əsas borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank qarşısında cavabdehliyi öz üzərinə götürdüyündən, iddiaçının tələb etdiyi kredit borcu və ona hesablanm ış faizlər cavabdehlərdən eyni həcmdə tutularaq iddiaçının xeyrinə verilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Kredit müqaviləsindəki imza ona məxsus deyildir.

15. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1411/2023 nömrəli iş üzrə 25 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Taleh Kərimov) apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki,, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

17. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh1 həmin müqavilə üzr ə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir.

18. O, ki, qaldı cavabdehin apellyasiya şikayətində iddiaçının tələb hüququnun yaranmasının əsasını təşkil edən xx.xx.2020-ci il tarixli 025CASA200300001 saylı kredit müqaviləsində olan imzanın ona məxsus olmamasını bildirməsi, lakin mübahisələndirməməsinə, kollegiya bu dəlili cavabdehin işin həlli üçün əhəmiyyət kəsb etməyən hüquqi baxışları kimi qəbul edir. Çünki cavabdeh birinci instansiya məhkəməsində araşdırma aparılarkən, məhkəməyə ünvanladığı (teleqramda) ərizəsində müqavilədə olan imzanın ona məxsus olmamasını deyil, iddiaçı təşkilat olan Bank tərəfindən onun banka olan borcunun düzgün hesablanmadığını və ekspertiza təyin olunmasını xahiş etmiş, məhkəmə cavabdehin ərizəsini nəzərə almış, iş üzrə ekspertiza təyin edilm işdir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətində verilmiş iddia tələbinə etirazının heç bir əhəmiyyəti yoxdur. 19.. Cavabdehin müqavilədə imzanın ona məxsus olmamasını bildirməsi iddia tələbinin təmin olunmamasının qanuni əsası kimi qəbul edilə və işin faktiki hallarının birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmaması kimi qiymətlənlirilə bilməz.

20. Kollegiya hesab etmişdir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamasını, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamasını və nəticədə maddi və prosessual pozuntularla qətnamə çəxarılmasını qeyd etsədə istər birinci instansiya icraatı zamanı istərsə də apel lyasiya icraatı zamanı bununla əlaqədar hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab etmişdir.

21. Məhkəmə kollegiyası AR MM-in 385.1, 386.1, 425.1, 445.2, 448.1, 465.2, 472.1, 739.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya məhkəməsində təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini məhkəmədən teleqram üvanlamaqla xahiş etsə də, məhkəmə tərəfindən buna heç bir əhəmiyyət verilməmiş, nəticədə məhkəməyə vəsatətlər (məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsi) və sübutlar təqdim etmək hüquqlarım kobud şəkildə pozulmuşdur.

24. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı olduğu halda buna əməl etməmiş və nəticədə MPM-in 9.1, 9.2, 9.3 və 14.1-ci maddələrinin tələblərini kobud şəkildə və sübutların birtərəfli şəkildə tədqiqi nəşərait yaratmaq üçün qəsdən pozmuşdur.

25. Məhkəmə kollegiyası məhkəmə araşdırmasının tamlığı və hərtərəfliliyi prezumpsiyasını pozamaqla mübahisə üzrə verdiyimiz dəlillərinə qiymət verməmişdir. Belə olan halda məhkəmənin obyektiv qərar qəbul etməsi heç də mümkün deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 385.1-ci öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 386.1-ci Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Maddə 425.1-ci Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflə rdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

30. Maddə 445.2.1-ci Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

31. Maddə 445.1-ci İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

32. Maddə 21, 442, 448.1 və 465.2-ci Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə da xil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

33. Maddə 470.1.,470.2. və 471-ci Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsi nin etibarsızlığına səbəb olur.

34. Maddə 472.1.-472.3.-cü Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1 (müqavilə b ağlanan zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlar dan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun o lmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışın ın hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

48. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əs as vermir.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

52. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2( 106)-1411/2023 nömrəli mülki iş üzrə 25 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar