Məhkəmə qərarları › İş №2(102)-935/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-935/2019

08.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-935/2019 08.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-935/2019 08 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdehin vəkili Əliyarov Eldar Məmmədhüseyn oğlunun, Maraqlı şəxs sədri X2 iştirakı ilə, İddiaçı Cavabdeh İddiaçıoğluna və maraqlı şəxs YYYnə qarşı “maddi ziyan” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.10.2018-ci il tarixli 2(105)-3444/ 2018 nömrəli qətnaməsindən Cavabdeh İddiaçıoğlu və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İddiaçıoğluna və maraqlı şəxs YYYnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçıoğlundan 5000 (beş min) manat məbləğində maddi ziyan və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 31 mart 2017-ci il tarixdə YYY ilə 10 ay müddətinə mövsümi icarə müqaviləsi bağlayaraq kəndin Suval əkin sahəsində 0.50 ha torpaq sahəsini icarəyə götürmüşdür. Həmin ərazinin 0.21 ha hissəsində kələm və qalan hissəsində isə kartof məhsulu əkmişdir. O, həmin sahəyə mütəmadi olaraq nəzarət edərək qaravul çəkmiş, hətt a gecələr də orada qalmışdır. Çünki Cavabdeh İddiaçıoğlu öz malqarasını qəsdən onun əkin sahəsinə buraxırdı. 2017-ci ilin sentyabr ayının ortalarında o, həmin torpaq sahəsində kartof məhsulunu yığmış və oktyabr ayında kələm məhsulunu yığılmasını gözləmişdir. Oktyabr ayının əvvəllərində uşağı xəstə olduğundan bir həftəyə yaxın müddətdə sahəyə nəzarət edə bilməmişdir. Bu müddətdə iş üzrə Cavabdeh İddiaçıoğlu ona məxsus torpaq sahəsinə mal-qarasını buraxmışdır. 02 oktyabr 2017-ci il tarixdə o, arvadı ilə əkin sahəsinə baxmağa gedərkən əkin sahəsində Cavabdeh İddiaçıoğluna məxsus mal-qaranın olduğunu və həmin mal-qara tərəfindən 0.21 ha sahədə yetişmiş vəziyyətdə olan kələm məhsulunun tamamilə məhv olduğunu görmüşdür. O, bu barədə dərhal Hil bələdiyyəsinə müraciət etmiş, bələdiyyə üzvü X1 iş tirakı ilə həmin əraziyə baxış keçirilmiş, həqiqətən də Cavabdeh İddiaçıoğluna məxsus mal-qaranın 0.21 ha torpaq sahəsində yaxın vaxtlarda əldə edəcəyi kələm məhsulunun tamamilə yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir. Bu barədə YYYnin əməkdaşının iştirakı ilə 05 oktyabr 2017-ci il tarixdə müvafiq akt tərtib edilmiş və nəticədə 5000 (beş min) manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir. Bu barədə o, Qusar rayon Polis şöbəsinə müraciət etmiş, Polis şöbəsində araşdırma aparılmış, Cavabdeh İddiaçıoğlunun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və ona dəymiş ziyanla bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etməyi izah edilmişdir. Qusar Rayon Məhkəməsinin (hakim Rafiq Kazımov) 13 aprel 2018-ci il tarixli 2(029)-460/2018 nömrəli qətna məsi ilə iddia ərizəsi təmin edilərək, Cavabdeh İddiaçıoğlundan 5000 manat məbləğində maddi zərər və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Azər Hüseynov, hakimlər Telman Quliyev, Elman Əhmədov) 02.10.2018-ci il tarixli 2(105)3444/2018 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçıoğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Qusar Rayon Məhkəməsinin 2(029)-460/2018 saylı, 13 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh İddiaçıoğlu və vəkili Əliyarov Eldar Məmmədhüseyn oğlu kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.10.2018-ci il tarixli 2(105)-3444/2018 nömrəli qətnaməsinin ləğv e dilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün araşdırma aparılmamış, maddi və prosessual hüquq normalarının tələbi pozulmuş, həm birinci instansiya, həmdə apellyasiya instansiyası məhkəmələri işə baxarkən iş üzrə əhəmiyyət kəsb edən faktlara hüquqi qiymət verməmişlər, qətnamə birtərəfli, yəni iddiaçı tərəfin maraqlarına uyğun qəbul edilmişdir. Məhkəmələr işi tam, obyektiv və hərtərəfli araşdırmamış nəticədə yanlış qətnamə qəbul edilmişdir. Prosessual məsələlər: Cavabdehin vəkili Əliyarov Eldar Məmmədhüseyn oğlu kassasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İddiaçı və vəkili Vəkil kassasiya şikayətinə e tiraz edərək təmin edilməməsini xahiş etdilər. Maraqlı şəxs sədri X3 məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Cavabdeh İddiaçıoğluna işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən Cavabdeh İddiaçıoğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmələr tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı ilə YYY arasında bağlamış 31 mart 2017-ci il tarixli 89 saylı mövsümi icarə müqaviləsinə əsasən Suval adlanan ərazidən 10 ay müddətinə 0.50 ha torpaq sahəsi icarəyə götürmü şdür. YYY tərəfindən təsdiq edilmiş 05 oktyabr 2017-ci il tarixli akta əsasən İddiaçı Hil bələdiyyəsinə məxsus Suval sahəsində icarəyə götürdüyü 0.50 ha torpaq sahəsinin 0.21 ha hissəsində kələm məhsul əkmişdir. 0.21 ha hissəsində yığılmağa az qalmış kələm məhsullarının malqara tərəfindən yeyilərək, tamamilə məhv edilməsi, kələm məhsulları əkilmiş 0.21 ha torpaq sahəsindən kənd təsərrüfatı normativlərinə əsasən məhv edilmiş məhsulun 10 (on) ton olması müəyyən edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 oktyabr 2017-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə Cavabdeh İddiaçıoğlu barəsində cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh İddiaçıoğluna qarşı dəymiş ziyanın ödənilməsinə dair tələb mülki mübahisəli olduğu ndan, həmin xüsusat üzrə mülki iddia qaydasında məhkəmə orqanlarına müraciət etmək hüququ olduğu barədə İddiaçı izah edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçıoğluna məxsus mal qara İddiaçı icarəyə götürmüş olduğu torpaq sahəsinə daxil olmaqla, 0.21 ha hissəsində əkilmiş vəziyyətdə olan 10 ton kələm məhsulunu məhv etmiş, həmin vaxt kələmin 1 kiloqramının 0.50 manat satılması nəzərə alınmaqla, cavabdeh tərəfindən İddiaçı 5000 manat məbləğində maddi ziyan vurulmuşdur. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətini təmin etmədən, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinə əsasən dəyişdirmədən saxlamışdır. Mülki işin materiallarını və kassasiya şikayə tinin dəlillərini araşdıraraq kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsi vurulmuş ziyanın məbləğini müəyyən edərkən işdə olan sübutları ətraflı araşdırmamış və onlara əlaqəli şəkildə qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüquq unun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin mü ddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, cavabdehə məxsus mal-qaranın iddiaçının əkin sahəsinə daxil olaraq sonuncuya ziyan vurması faktının işdə olan yazılı sübutlar, şahid ifadələri ilə təsdiq edildiyini müəyyən edir və kassasiya şikayətinin dəlillərini bu hissədə əsaslı hesab etmir. Lakin məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr maddi ziyanın məbləğini düzgün müəyyən etməmişdirlər. Belə ki, məhkəmələr maddi ziyan məbləğinin 5000 manat olmasını müəyyən edərkən YYY tərəfindən təsdiq edilmiş 05 oktyabr 2017-ci il tarixli aktda 10 ton kələm məhsulunun məhv olduğuna istinad etmişdirlər. Halbuki işdə olan 13.10.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı İddiaçı icarəsində olan sahəyə iribuynuzlu heyvanların daxil olması nəticəsində ona dəymiş ziyanı müəyyən etmək məqsədilə Qusar rayon Kənd Təsərrüfat İdarəsinə sorğu edilərək, torpaq sahəsinə mütəxəssisin iştirak ilə baxış keçirilmiş, Qusar rayon Kənd Təsərrüfat İdarəsinin bitkiçilik sektorunun baş məsləhətçisi İ.İskəndərovun rəyinə əsasən Qusar rayonu, Hil kənd ərazisində İddiaçı icarəsində olan sahəyə baxış zamanı iri buynuzlu heyvanların torpaq sahəsinə daxil olması nəticəsində sonuncuya 400 manat maddi zərər dəydiyi müəyyən edilmişdir. Vurulmuş ziyan məbləği 3000 manatdan aşağı olduğundan Cavabdeh İddiaçıoğlunun əməli Azəraycan Respublikası Cinayət Məcəlləsinin 186 və 187-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibini yaratmadığı müəyyən edilmiş və bu na görə cinayət işinin başlanması rədd edilmişdir. Vurulmuş maddi ziyanın məbləğinə dair Qusar rayon Kənd Təsərrüfat İdarəsinin veridiyi mütəxəssis rəyi ilə YYY tərəfindən təsdiq edilmiş 05 oktyabr 2017-ci il tarixli aktı arasında kəskin fərqin olmasına, həmçinin vurulmuş ziyanın məbləğinin 3000 manatdan az, yəni 400 manat olduğu müəyyən edildiyi üçün cavabdehin əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsinə baxmayaraq məhkəmələr bu hala diqqət yetirməmişlər. Belə olan halda isə, iddiaçıya vurulmuş real zərərin məbləği işdə olan ziddiyyətli sübutlar ətraflı araşdırılmaqla, bu barədə əlavə araşdırma aparılmaqla müəyyən edilə bilər. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etd ikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə he ç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi 5 000 manat maddi ziyan məbləğinin müəyyən edilməsi hissəsində qeyd edilən tələblərə cavab vermir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozun tu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.10.2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman qərarın təsviri hissəsində göstərilənlər araşdırılıb hüquqi qiymət verilməklə mübahisənin həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İddiaçıoğlunun kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.10.2018-ci il tarixli 2(105)-3444/2018 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.R.Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar