Məhkəmə qərarları › İş №2(102)-938/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-938/2020

12.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-938/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən ləğv prosesində olan QSC “Bank Standart” KB-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(004)-2007/2019, hakim O.Q.Məmmədli) ləğv prosesində olan QSC “Bank Standart” K B-nin “xxxx” MMC, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən 53.717 ABŞ dolları məbləğində əsas borc, 4.341 ABŞ dolları məbləğində faiz borcu, 3.000 ABŞ dolları məbləğində cərimə borcu, 5.885 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 66.944 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-10826/2019, hakimlər Ş.Ə.Məhərrəmova, M.A.Məmmədov və E.Y.Şamayev) ləğv prosesində olan QSC “Bank Standart” KB-nin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə dəbbə borcunun tutulması hissəsində ləğv edilmiş, Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə tutulmalı olan dəbbə pulunun məbləği 5.500 ABŞ dolları, cəmi borc 69.444 ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin qismən ləğv edilib edilib iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: QSC “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən illik 19 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 70.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni tarixdə kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bankla Cavabdeh3, Cavabdeh4 və Cavabdeh 2 arasında zaminlik müqavilələri bağlanmışdır. xx xxxxxx 2019-cu il tarixdə QSC “Bank Standart” KB “xxxx” MMC, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas borcun, faiz borcu və dəbbə pulunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı tərəflərin öz öhdəliklərinin tam həcmdə yerinə yetirilməsindən sonra hesablanır. Bu səbəbdən də kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün iddia müdd ətinin axımı başlamamışdır. Belə olan halda zaminlər üzərlərinə götürdükləri öhdəlikləri tam yerinə yetirməlidirlər. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddə si ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas və ona hesablanmış faiz borcu, o cümlədən cərimə və gecikdirilmiş faiz borcunun borclu və zaminlərdən müştərək qaydada tutulması təşkil edir. Hazırda iddiaçı apellyasiya instansiya məhkəməsinin qətnaməsini iddianın zaminlərə münasibətdə rədd edilməsi hissəsində mübahisələndirir. Zaminlik müqaviləsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçü n də bağlana bilər. Göründüyü kimi xx xxxxxxxx 2015-ci tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi həmin tarixdə zaminlik müqavilələri də bağlanmışdır. Həmin kredit müqaviləsinin icra müddəti xx xxxxxxxx 2016-cı il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsi ilə zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdi rilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı zaminlik müqavilələri üzrə onun təmin etdiyi öhdəliklərin icrası vaxtı xx xxxxxxxx 2016-cı il tarixdə çatmış, iddiaçı bank isə xx xxxxxx 2019-cu il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bank kredit müqaviləsinin icra müddəti bitdikdən qanunla nəzərdə tutulmuş bir il ərzində zaminə qarşı iddia irəli sürmədiyindən cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 zaminliyinə qanunun imperativ göstərişinə əsasən xitam verilmişdir. Bu halda apellyasiya məhkəməsi iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən hissədə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə öhdəliyin icrası müddət inin aydın şəkildə ifadə olunduğu kredit və zaminlik müqavilələrinin bütün öhdəlikləri tam ödənilənədək qüvvədə olması barədə şərti hüquqi müəyyənlik prinsipinə və mülki qanunvericiliyin müddətləri tənzimləyən müddəalarına zidd olduğu üçün əhəmiyyətsiz olmaqla tərəflər üçün hüquqi nəticələr doğura bilməz. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasını n xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar