Məhkəmə qərarları › İş №2(102)-938/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-938/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-938/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2006/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 08 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "Yelo Bank” ASC-nin xeyrinə 18 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 30.03.2016-cı il tarixdən 18.09.2020-ci il tarixinədək banka olan 77257.15 ABŞ dolları faiz, 18832.99 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 11.03.2019-cu il tarixdən 18.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 5333.3 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 10142344 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabde h 18 noyabr 2014cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 25 faizlə 36 ay müddətinə 89000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 69,9 kv.metr ümumi, 58,2 kv.metr əsas, 11,4 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi 18 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. "xxxx" İKB ASC ("xxxx" ASC) Cavabdeh 18.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 30.03.2016-cı ii tarixədək hesablanmış 74090 ABŞ dolları əsas borc, 6496 ABŞ dolları faiz borcu, 22227 ABŞ dolları cərimə borcu olmaqla cəmi 102813 ABŞ dolları məbləğində borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmetin ə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlakın hərracdan satışdan əldə olunan məbləğ hesabına iddiaçıya ödənilməsi, ipoteka qoyulmuş Cavabdeh mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 69,9 kv.metr ümumi, 58,2 kv.metr əsas, 11,h kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılması üçün Kürdəmir rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Kürdəmir rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli 2(041)-927/2016 nömrəli qətnaməsi ilə Cavabdeh 74090 ABŞ dolları əsas borc, 6496 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu olmaqla cəmi 81586 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş d övlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının "xxxx" İKB ASC-nin xeyrinə ("xxxx" ASC) tutulması və tutmanın Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən 69,9 kv.metr ümumi, 58,2 kv.metr əsas, 11,4 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyriyaşayış sahəsinin boşaldılması və təhvil verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2(108)-10/2019 saylı qətnaməsi ilə Kürdəmir rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli, 2(041)-927/2016 saylı qətnaməsi 74030 ABŞ dolları əsas borc, 6496 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 81586 ABŞ dolları borcunun və ipoteka qaydasında yüklü edilmiş əmlakın ilkin satış qiymətinin 12000 0 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilmiş, Cavabdeh bankın xeyrinə 74090 ABŞ dolları əsas, 6255,93 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə borcu olmaqla cəmi 81345,93 ABŞ dolları borcun tutulması qət edilmişdir. Apelyasiya instansiya məhkəməsinin yuxarıda qeyd olunan nəticəyə gəlməsinin əsasını 12 mart 2016-cı il tarixli qərardada əsasən iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası təşkil edir. Belə ki, 26236 saylı ekspert rəyindən müəyyən edilmişdir ki, Cavabdeh banka əsas borca görə 75409,43 ABŞ dolları, faiz borcuna görə 6255,93 ABŞ dolları həcmində borcu vardır. Bu səbəbdən də əsas borca olan faiz borcu iş üzrə təyin olunmuş ekspert rəyinə əsasən müəyyən edilərək məhkəmə tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasın ın 10 iyun 2020-ci il tarixli, 2(102)-2072/2020 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda 18 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 30 mart 2016-cı il tarixdən hazırki vaxtadək hesablanmış borc məbləği də Cavabdeh tutulmalıdır. Belə ki, 18 sentyabr 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 18 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 30 mart 2016-cı il tarixdən 18 sentyabr 2020-ci il tarixinədək banka 77257,15 ABŞ dolları faiz, 18832,99 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 11.03.2019-cu il tarixdən 18.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 5333,3 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 1 01423,44 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Kürdəmir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 fevral 2021-ci il tarixli 2(041)-135/2021 nömrəli qətnaməsi ilə (hakim – Müseyib Bayramov) iddia tələbi təmin edilərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 18 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 30 mart 2016-cı il tarixdən 18 sentyabr 2020-ci il tarixinədək banka 77257,15 ABŞ dolları faiz, 18832,99 ABŞ dolla rı cərimə və kredit müqaviləsi üzrə 11.03.2019-cu il tarixdən 18.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 5333,3 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 101423,44 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan sübutlara əsasən müəyyən edilir ki, iddia əsaslıdır və ona görə də təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 448.1, 739.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.4 və 233.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Zeynal Zeynalov - sədrlik edən və məruzəçi, Zaur Allahyarov, Müşfiq Həsənov) 23 sentyabr 2021-ci il tarixli, 2(106)2006/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilməyərək, Kürdəmir Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(041)-135/2021 saylı qətnaməsinin Cavabdeh "xxxx" ASC-nin xeyrinə 18 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 30 mart 2016-cı il tarixdən 18 sentyabr 2020-ci il tarixinədək banka 77257,15 ABŞ dolları faiz, 18832,99 ABŞ dolları cərimənin tutulması hissədə ləğv edilməsi, həmin hissədə id dianın rədd edilməsi, qətnamənin kredit müqaviləsi üzrə 11.03.2019-cu il tarixdən 18.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 5333.3 ABŞ dolları məbləğində əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanması, Cavabdeh 5333.3 ABŞ dollarının tutulmasının qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə manatla hesablanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında məhkəmə mübahisələri yekunlaşandan sonra iddiaçı "xxxx" ASC qalıq borcun tutulması tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli araşdırma aparmada n, iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnamələrini nəzərə almadan hazırki iddianı təmin etmişdir. İşin hallarından müəyyən edildiyi kimi iddiaçı "xxxx" ASC Cavabdeh yalnız müqavilə müddətində olan faiz və cərimə borcu tələb edə bilər. Bu barədə iş materiallarında qanuni qüvvəsini almış məhkəmə qərarları mövcuddur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməməsi ilə qəbul edildiyindən qanunsuz və əsassızdır,bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyekti qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə apelyasiya şikayətinin dəlill əri əsaslı sayılmışdır. Beləliklə, məhkəmə kollegiyası işin apelyasiya qaydasında tədqiq edilən hallarına əsasən nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Kürdəmir rayon məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(041)-135/2021 saylı qətnaməsi Cavabdeh Yelo Bank ASC-nin xeyrinə 18 noyabr 2014-cu il tarixli kredit müqaviləsi üzrə 30 mart 2016-cı il tarixdən 18 sentyabr 2020-ci il tarixinədək banka 77257,15 ABŞ dolları faiz, 18832,99 ABŞ dolları cərimənin tutulması hissədə ləğv edilərək, həmin hissədə iddia rədd edilməlidir, qətnamə kredit müqaviləsi üzrə 11.03.2019-cu il tarixdən 18.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 5333,3 ABŞ dolları məbləğində əldən çıxmış fayda və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yəni, birinci instansiya məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış faiz borcun cavabdehdən tutulmasının təmin edilməsi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslan dırılmışdır ki, iddiaçı ondan yalnız müqavilə dövründə olan faiz və cərimə borcunu tələb edə bilərdi. Lakin nəzərdə tutulmuş əldən çıxmış fayda qismində 5333.3 ABŞ dolları məbləğində pulun tutulması hissəsi dəyişdirilmədən saxlanmışdır. Kredit müqaviləsi üzrə borc və faizlər artıq ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilmişdir. Məhz buna görə də aralarında olan kredit münasibətlərina xitam verilmiş, kredit müqaviləsi üzrə öhdəlik icra olunmuş hesab edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin 9 iyul 2009-cu il tarixli Plenum Qərarında göstərilir ki, ohdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məh kəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunar və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndir məyərək yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Qeyd olunduğu kimi bank tərəfindən iddia tələbi irəli sürülərkən kredit müqaviləsinin xitamı qoyulmamış,müqavilə müddətində isə göstərilən tələblə məhkəməyə müraciət etməmişdir. Ən əsası isə mübahisəyə baxılan zaman iddiaçı tərəfindən əsaslandırılmamışdır ki, niyə görə əldən çıxmış faydaya görə 5333.3 ABŞ dolları məbləği 11.03.2019-cu il tarixindən hesablanmalıdır. Halbuki iş materiallarından göründüyü kimi həmin vaxt məhkəmə mübahisəsi bitməmişdir və Şirvan Apellyasiya Məhkəməsində mübahisəyə baxılırdı. Məhkəmə mübahisəsi isə bitmədiyindən borclu şəxs istəsə belə əmlakı banka təhvil verə bilməzdi. Hazırda isə əmlak hərraca çıxarılaraq borcun əvəzi kimi banka təklif olunur. Lakin əmlakın dəyəri borca nisbətdə daha yüksək olduğundan bank tərəfindən hərracdan qəbul edilib götürülmürsə onun cavabdehliyini o daşımalı deyildir. Bu halda qərəzdən və borcun ödənilməməsindən söhbət gedə bilməz. Əldən çıxmış faydaya görə nəzərdə tutulan pul məbləği yalnız iddiaçıya maddi ziyan dəyməsi halında tutula bilər. Lakin iş materiallarında banka hansı maddi ziyan vurulması və nə qədər maddi ziyan vurulması öz əksini tapmır. Yəni iddiaçı tərəfindən tələbində nəzərdə tutulan hallar əsaslandırılmamışdır. Məhkəmə tərəfindən isə hər hansı araşdırılma edilmədən iddiaçının iddia tələbində nəzərdə tutduğu məbləği əldən çıxmış fayda qismində qəbul etmişdir. Belə ki, kreditor müqavilə müddəti bitdikdən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə m ülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərəri tələb edərkən banka hansı və nə qədər miqdarda maddi ziyan vurulmasını əsaslandırmalıdır. Həmçinin əldən çıxmış fayda məbləğinin dəqiq müəyyən edilməsi üçün ekspertiza təyin edilməli idi. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməs inin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəiiyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunveric ilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şə kildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. M addə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu o nun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdı rılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halla rı müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətində onun banka hər hansı formada ziyan vurmadığına, borcun ödənilməsi ilə bağlı onun hərəkətlərində qərəzin mövcud olmamasına və bu əsasla borcun ödənilməməsinə yol verilməməsinə dair dəlilləri üzrə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında əldən çıxmış fayda üzrə pul vəsaitinin tələb edilməsinin və təmin edilməsinin əsasları aydın şəkildə müəyyən edilmişdir ki, hazırki iş ü zrə kasasiya yoxlaması nəticəsində də iddia tələbinin mübahisələndirilən hissəsi üzrə əsaslılığı öz təsdiqini tapmışdır. Kasasiya yoxlaması nəticəsində göstərilən hissə üzrə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Məhkəmə araşdırmasını həyata keçirmiş apelyasiya kollegiyası mübahisələndirilən hissə üzrə düzgün hüquqi mövqedə olmuşdur. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 4 17 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2006/2021 nömrəli, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar