Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-938/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliklərinə və girova xitam verilməsi, qızıl-zinət əşyalarının geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X8 və X9 ibarət tərkibdə, İddiaçı oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinə və girova xitam verilməsi, qızıl zinət əşyalarının geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2334/2022 nömrəli, 3 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə 13 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı oğlu arasında bağlanmış 09 dekabr 2015-ci il tarixli müqaviləyə əsasən İddiaçı oğluna illik 5 faiz ödənilməklə 12 ay müddətinə 4765 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit müqaviləsinin predmeti Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə bu müqavilənin şərtlərinə əsasən kreditor-girov saxlayanın borclu-girov qoyana verdiyi 4765 ABŞ dolları pul vəsaitidir.
2. Həmin müqaviləyə əsasən, borc öhdəliy inin təminatı xx.xx.2015-ci il tarixli Zərgər aktı ilə təsdiq edilmiş, 4765 ABŞ dolları qiymətləndirilmiş qızıl ziynət əşyaları (583 əyyarlı 203 qram çəkisi olan sep və 750 əyyarlı çəkisi 135 qram olan qol saatı) mülkiyyətindəki qiymətli metaldır.
3. Daha sonra tərəflər arasında 13 fevral 2016-cı il tarixli və 29 mart 2016-cı il tarixli kredit müqavilələri bağlanmışdır.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 2(008)1002/2019 saylı qətnaməsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı oğluna məxsus 583 əyyarlı 203 qram çəkidə sep, 750 əyyarlı 85-10 qram çəkidə qol saatının İddiaçı oğluna geri qaytarılması və qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəmə si Mülki kollegiyasının 2(103)-11670/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən isə həmin qətnamə qismən, yəni "xxxx" MMC-nin direktoru Cavabdeh2 və "xxxx" MMC-dən İddiaçı oğluna məxsus 583 əyyarlı 203 qram çəkidə sep, 750 əyyarlı 85-10 qram çəkidə qol saatının İddiaçı oğluna geri qaytarılması hissəsində ləğv edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2258/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə, İddiaçı oğlunun kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11670/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X6, tələbkar İddiaçı oğlu, borclu Cavabdeh2, hal şahidi X16 tərəfindən imzalanan xx.xx.2018-ci il tarixli akta əsasən 1 ədəd zəncirin qramının 202 qram, qol saatının isə 135 qram olması göstərilmişdir.
8. Cavabdeh1-nin filial müdiri Ayaz Hacıəliyev barəsində filialdakı fəaliyyəti ilə əlaqədar cinayət işi başlanmış, cinayət işinin istintaqında kredit portfelinin təhlili zamanı müəyyən olmuşdur ki, onun tərəfindən cəmi 19 müştərinin adına kredit rəsmiləşdirilərkən yol verdiyi qanun pozuntuları nəticəsində, müəssisəyə cəmi 94248 ABŞ dolları ziyan dəymişdir. Kassadan əksik gələn nağd vəsait də nəzər alındıqda "xxxx" MMC-yə dəyən zərərin həcmi cəmi 106852 ABŞ dolları təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 dekabr 2015-ci il, 13 fevral 2016-cı il, 29 mart 2016-ci il və 11 aprel 2016-cı il tarixli müqavilə öhdəliklərinə və həmin müqavilələrə əsasən girov öhdəliklərinə xitam verilməsi, ona məxsus 583 əyarlı 203 qram çəkisi olan qızıl zəncir və 750 əyyarlı çəkisi 135 qram olan qızıl qol saatının cavabdehlər Cavabdeh1-dən və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit müqavilələri üzrə ödəniş edildikdən sonra yekunda cavabdehə heç bir kredit borcu olmasa da, cavabdeh tərəfindən ona məxsus qızıl-zinət əşyaları geri qaytarılmır. Əsas kimi isə cavabdehin keçmiş işçisi tərəfindən dələduzluq cinayəti törədilməsi, onun və başqa şəxslərin adlarına saxta kredit müqavilələri rəsmiləşdirməsi olmasıdır. Cavabdeh tərəfi ndən onun xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli kredit müqavilələri üzrə borcu olması bildirilir. Lakin göstərilən son 3 müqavilənin saxta olması, ümumiyyətlə müqavilələrin mövcud olmaması cavabdehin borc tələb etmək hüququnu istisna edir. Bundan başqa, əvvəlki kredit müqavilələri üzrə borc tam ödənilsə də, ödəniş qəbzləri onda qalmadığından bunu təsdiq etməkdə çətinlik çəkir. Qeyd olunan kredit müqavilələri üzrə iddia müddətləri keçmişdir və cavabdeh tərəfindən müqavilələr üzrə pul tələb etmək hüququ qalmamışdır. Belə ki, hər bir kredit müqaviləsinin müddəti 12 aylıq olmuş və 3 illik iddia müddəti nəzərə alınarsa, 2020-ci il üçün, yəni onun hazırda iddia ərizəsi verdiyi tarixə iddia müddətləri ötmüşdür. Bundan əvvəl qızılların geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, birinci instansiya məhkəməsi onun xeyrinə qətnamə qəbul etsə də, apellyasiya və ali məhkəmə onun ziyanına qərar çıxarmışdır. Həmin məhkəmə mübahisələri gedən zaman cavabdeh iddia müddətini ötürmədiyi vaxt idi və həmin vaxt iddia qaldıra bilərdi. Lakin iddianın əsassız olacağı və təmin edilməyəcəyi üçün belə bir iddia verməmiş, hazırda isə cavabdehin borc tələb etməsi üçün qannula müəyyən edilmiş iddia müddəti keçmişdir. Əvvəl verdiyi iddia ilə hazırkı iddia eynilik təşkil etmir və fərqli əsaslar təşkil edir. Cavabdeh1-nin rəhbəri Cavabdeh2 ona qarşı edilən qanuni tələbləri icra etmir, əksinə ona məxsus qızılları satacağını bildirir.
11. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin (hakim Əşir Səmə dov) 04 oktyabr 2021-ci il tarixli, 2(008)-681/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı oğlu ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli müqavilə öhdəliklərinə və həmin müqavilələrə əsasən girov öhdəliklərinə xitam verilməsi, iddiaçıya məxsus 583 əyyarlı 203 qram çəkisi olan sep və 750 əyyarlı çəkisi 135 qram olan qol saatının cavabdehlərdən alınaraq, iddiaçıya qaytarılması qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə İddiaçı oğlunun cavabdeh "Lombard Karat” MMC-yə heç bir kredit borcu olmasa da, cavabdeh tərəfindən iddiaçıya məxsus qızıl-zinət əşyaları geri qaytarılmamış və həmin kredit müqavilələri üzrə 3 illik iddia müddətlər i də keçmişdir.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.2, 445.2.1, 448.1, 448.2, 373.2, 550 və 556.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə digər Cavabdeh2 arasında heç bir müqavilə münasibəti olmadığı halda, o da cavabdeh kimi göstərilmişdir. Halbuki, Cavabdeh2 sadəcə Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktorudur. Müqavilələr isə Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmışdır. Buna görə də, Cavabdeh2 cavabdeh ola bilməz. Bakı Apell yasiya Məhkəməsinin 2(103)11670/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı ”Karat - L” MMC qarşısında kredit öhdəliyi qalmaqdadır. Həmin qətnamə Ali Məhkəmənin 2(102)-2258/2020 saylı, 8 iyun 2020-ci il tarixli qərarı ilə də qüvvədə saxlanılmışdır. İddiaçı öhdəliyini icra etmədiyinə görə, girov əmlak qanunla müəyyən edilmiş qaydada satılmış və gəlir borca yönəldilmişdir, lakin borc tam bağlanmamış və qalmaqdadır. Digər tərəfdən, iddiaçının iddiasının bir hissəsi məhz daha əvvəl qaldırılmış və təmin edilməmiş iddia tələbləri ilə eynidir ki, belə halda iddiaya təkrar baxıla bilinməz. Həmçinin, ”Karat - L” MMC-nin işçisi Ayaz Hacıəliyevin barəsində cinayət işi yekunlaşmadığına görə, İddiaçı bütün öhdəliklərini tam müəyyən etmək mümkün olmamış və buna görə də, hələ də İddiaçı qarşı borcun tələbi haqqında məhkəmədə iddia qaldırıla bilinməmişdir. İddia müddətinin ötməsi öhdəliyə xitam vermir. İddia müddətinin ötməsi kreditor iddia qaldırdığı halda borclunun (cavabdehin) yazılı ərizəsi əsasında tətbiq edilir. Məhkəmə səhv olaraq iddia müddətinin ötməsi əsasında öhdəliyə xitam vermişdir. Halbuki, həmin maddə ilə müəyyən edilmiş müddət keçməmişdir. Məhkəmə qeyd etmişdir ki, öhdəliyin icrası tərəflərin cavabdeh olmadığı haldan irəli gələrək mümkün olmadıqda öhdəliyə xitam verilir. Məhkəmə mövcud mübahisədə öhdəliyin icrasını mümkün etməyən halın nədən ibarət olduğunu qeyd etməmişdir. Çünki belə bir hal mövcüd deyildir. Mülki Prossesual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin qətnamədən sonra İddiaçı borcunu ödəmədiyinə və buna dair sübut təqdim etməməyinə baxmayaraq, məhkəmə əsassız yerə hesab etmişdir ki, o öz öhdəliyini icra etmişdir. 16. "Lombard Karat” MMC ilə İddiaçı oğlu arasında bağlanmış xx.xx.2015-ci il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli müqavilələr İddiaçı oğlu və X10 tərəfindən imzalanmışdır. xx.xx.2016-cı il və xx.xx.2016-ci il tarixli kredit və girov müqavilələrində isə girov saxlayan və girov qoyan qrafalarında İddiaçı oğlu və X4 adları qeyd edilsə də, müqavilələr imzalanmamışdır. 17. xx.xx.2020-ci il tarixli aktda "xxxx" MMC-nin direktoru Cavabdeh2, Məhdud Məsuliyyətli Cəmiyyətinin əməliyyatçısı X7 v ə zərgər X5 tərəfindən tərtib edilən, lakin yalnız Cavabdeh2 tərəfindən imza edilmiş aktda qeyd edilmişdir ki, qeyd olunan qızıl-zinət əşyaları zərgər X1, satışdan 12815 manat vəsait əldə olunmuş, vəsait kassaya mədaxil edilərək, borclunun borcundan silinmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə kompleks məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq ekspertizası təyin edilmiş və xx.xx.2022-ci il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin rəyində qeyd edilmişdir ki, iş üzrə tədqiqatın aparılması üçün zəruri sənədlər tam təqdim edilmədiyindən hazırki tədqiqatla İddiaçı oğlunun cavabdeh "xxxx" MMC-yə mübahisələndirilən kredit müqavilələri üzrə nə qədər ödəniş etdiyini müəyyən etmək mümkün olmamışdır. Qeyd edilmişdir ki, vəsatətə cavab olaraq tədqiqa ta təqdim edilmiş arayışa əsasən İddiaçı oğlunun 9 dekabr 2015-ci il tarixli, 13 fevral 2016-cı il tarixli, 29 mart 2016-cı il tarixli və 11 aprel 2016-cı il tarixli kredit müqavilələri üzrə borcunun olmadığı, həmçinin borc üzrə silinmiş məbləğin bir hissəsinin İddiaçı oğlunun təqdim etdiyi girovun satışından əldə edilmiş vəsait hesabına olduğu müəyyən edilmişdir. Satışın aparılması ilə bağlı xx.xx.2020-ci il tarixli akt iş materiallarının 118-ci səhifəsində öz əksini tapmışdır. Bundan başqa qeyd edilir ki, vəsatətə cavab olaraq "xxxx" MMC tərəfindən tədqiqata təqdim edilmiş Arayışda 30 aprel 2016-cı il tarixli, 18 iyun 2016-cı il tarixli və 06 oktyabr 2016-cı il tarixli kredit müqavilələri üzrə 23105,00 ABŞ dolları əsas borc, 63716,00 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 86821,00 AB Ş dolları məbləğində borcunun olduğu göstərilmişdir. Həmin arayışda qeyd olunan məlumatların düzgünlüyünə məhkəmə tərəfindən qiymət verilməlidir.
19. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatının nəticəsi üzrə: Ekspertiza təyini haqqında qərarda və iş materiallarında göstərilən 1 ədəd 583 əyyarlı 203 qram çəkisi olan sepin 2020-ci ilin avqust ayına olan (is materiallarında 118 səhifəsində olan satış aktında göstərilən tarixə) orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 12180,00 manat müəyyən edilir. Bundan başqa qeyd edilir ki, ekspert vəsatətində iş materiallarında göstərilən qol saatının markası (modeli), təmiz qızıl çəkisi barədə məlumatların təqdim edilməsi xahiş edilmiş, vəsatətə cavab olaraq bir qism əlavə sənədlər Mərkəzə daxil olsa da, qol saatının markası (mod eli) və təmiz qızıl çəkisi barədə məlumatlar təqdim edilməmişdir. Belə olduğu halda ekspert qarşısında qoyulmuş sualda soruşulan 3 qram çəkidə 583 əyarlı qızıldan hazırlanmış 1 ədəd kişi saatının qiymətini müəyyən etmək mümkün olmadı.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - X3 (sədrlik edən və məruzəçi), X17 və X13) 2(103)-2334/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, "Lombard Karat” MMC ilə İddiaçı oğlu arasında bağlanmış xx.xx.2015, xx.xx.2016 və xx.xx.2016-cı il tarixli müqavilələr İddiaçı oğlu və X10 tərəfindən imzalanmışdır. xx.xx.2016 və xx.xx.2016-ci il tarixli kredit və girov müqavilələrində isə girov saxlayan və girov qo yan qrafalarında İddiaçı oğlu və X10 adları qeyd edilsə də, müqavilələr imzalanmamışdır.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə müxtəlif dövrlərdə müqavilə münasibətlərin olması və ona məxsus girov əmlakın cavabdeh olan MMC-də olması işin mübahisə edilməyən halı olsa da, borcun müəyyən edilməsi və bununla da iddiaçının öhdəliklərinin olması sübuta yetirilməmişdir. Məhkəmə aktları ilə öhdəliklərin mövcudluğu qeyd edilsə də, tərəflərin münasibətləri bu aktlardan sonra davam etmiş və bunun bariz sübutu Cavabdeh2 tərəfindən şəxsən akt formasında tərtib edilmiş, lakin yalnız özü tərəfindən imzalanmış qızılların satımasını bəyan edən xx.xx.2020-ci il tarixli sənəddir. Bu sənədin təyinatından kənar şirkətin müdirinin şəxsən imzalaması, iddiaçıya münasibətdə, həm də vəzifəli şəxs ol araq onun da bu “sənəd” üzrə mülki məsuliyyətin daşıyıcısı olmasına dəlalət edir. Beləliklə, borcun mövcudluğu, onun cavabdehlər tərəfindən tələb edilməsi, habelə cavabdehlər tərəfindən girov qızılın satılması və satışı barədə iddiaçıya məlumat verilməsi sübuta yetirilmir. Belə ki, sübut etmə yükünə uyğun olaraq cavabdehlərin müvafiq ekspertizaların keçirilməsi üçün mühasibat üzrə zəruri sənədlərin təqdim edilməməsi bu hallara şübhələrdən kənar birmənalı qiymət verilməsini istisna edir.
23. Məhkəmə həmçinin hesab etmişdir ki, qeyd edilənlər tərəflərin müqavilə münasibətlərinin əhəmiyyətsizliyini və etibar əsasında sui-istifadə üzərində qurulan rəftarın (hərəkətlərin) mövcudluğunu şərtləndirir. Tərəflərin kredit-girov münasibətləri üzrə ciddi sənədləşmənin mövcud olmaması cavabdehlərin mülk i məsuliyyətlərinə aid olduğundan, onlar tərəfindən də iddiaçının borclu olması və qızılların satılması, habelə satışdan əldə edilən pulun borcun silinməsinə yönəlməsi sübuta yetirilmədiyindən iddianın rədd edilməsi üçün əsaslar təsdiq edilmir. Əksinə, təqdim edilmiş aktlarla isə qızılların mövcudluğu təsdiq edilir.
24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiyta məhkəməsinin müddətlə bağlı mövqeyi əsaslı olmasa da, icra mümkünsüzlüyü ilə bağlı öhdəliyin xitamı əsasları təkzib edilmir.
25. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 302, 458, 556, 560.2, 560.3.1, 560.3.2, 560.3.4, 560.3.5, 560.3.5.1, 560.3.5.4, 560.3.6 və 560.3.6.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 48-49, 72, 76.1, 80-82, 77.1, 88, 106.2, 119, 217.4, 372, 385, 386, 389 və 390-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
26. Cavabdehlər Cavabdeh2 və "Lombard Karat” MMC (Vəkil) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması haqqında qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, girovun satışının mötəbər sənədləşdirilməməsi borclunun öhdəliyinə xitam vermir, əksinə satışdan gələn pul borcdan silinməsə, borclunun borcunun həcmi ya artır, ya da bərpa olur. Bundan əlavə, məhkəmə Mülki Məcəllənin 458-ci maddəsini də bu mübahisəyə tətbiq edə bilməzdi. Çünki öhdəliyin icra edilməməsində kreditorun təqsiri yoxdur. Təqsiri olsa və bor clunun məsuliyyət ölçüsü azaldılmalı olsa belə, nə qədər azaldılmalıdır? Borclunun təkcə mübahisəsiz ilk 3 kredit üzrə 2019-cu ilə əsas borcu 12598 ABŞ dolları və faiz borcu 26793 ABŞ dolları olduğu halda (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11670/2019 saylı, 13 noyabr 2019 – cu il tarixli qətnaməsinin əsaslandırıcı hissəsi), girovun 2020-ci ildə satışından əldə edilmiş tam vəsait 7401 ABŞ dolları borcun azaldılmasına yönəldilmiş və yerdə qalan dəfələrlə artıq borc borcluya faktiki bağışlanmışdır, yəni onun məsuliyyət ölçüsü azaldılmışdır. Məhkəmə isə nəinki bunu nəzərə almamış, nəinki məsuliyyətin ölçüsünü azaltmamış, ümumiyyətlə borclunu məsuliyyətdən azad etmişdir. İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmədiyi halda, məhkəmə iddianı təmin etmişdir. Belə ki, iddiaçı borc aldığını etiraf etsə də, borcu qaytardığını-öhdəliyini icra etməsini sübut etməmişdir. O, həmçinin məhz iddia müddəti keçdiyinə görə öhdəliyinə məhkəmə tərəfindən xitam verilərək, girovun qaytarılmasını istəmişdir. İddia tələbinin girovun qaytarılması hissəsi barədə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Buna görə də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə bu iddiaya yol verilməməli idi. Çünki həmin qətnamədən sonra borclu tərəfindən hər hansı ödəniş edilməmişdir. Məhkəmə iddiaya öhdəliyin icrası əsası ilə deyil, müddətlə bağlı əsaslandırma ilə baxa (prossesual baximdan) bilərdi və bu əsasla da iddianı rədd etməli idi (apellyasiya instansiya məhkəməsi özü qətnam əsində müddətlə bağlı dəlilin qəbul edilməz olduğunu təsdiq etmişdir). Birinci instansiya məhkəmə iclasının vaxtı, ümumiyyətlə belə bir işin mövcudluğu barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmamışdır. Buna görə də, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin qətnaməsini istənilən halda prosessual əsasla ləğv etməli olduğu halda, bunu etməmişdir. Bundan əlavə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olduğu halda, qanunda göstərilən müstəsna hal olmadan, tələblərdən kənara çıxmışdır. Belə ki, iddia tələblərindən birincisi “müqavilə öhdəliklərinə xitam verilməsi”dir. Yəni, iddiaçı öhdəliyin olduğunu təsdiq etmiş (istər tələbin adında, istər tələbin əsaslandırılmasında, istərsə də aldığı borcları apellyasiya iclasında bildirməklə), bu öhdəliklərə iddia müddətinin keçməsinə görə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə isə heç bir əsas olmadan, bu nəticəyə gəlmişdir ki, öhdəlik ümumiyyətlə mövcud deyildir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə 302.1. Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər.
30. Maddə 302.2. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir.
31. Maddə 302.3. Saxlanca qoyulan əşyalar lombarda verilir.
32. Maddə 302.7. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir.
33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
35. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi i stinad etdiyi halları sübut etməlidir.
39. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyas ı məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
48. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə İddiaçı oğlu cavabdeh "Lombard Karat” MMC-dən borc götürmüş kreditin təminatı kimi özünə məxsus olan qızıl əşyaları girov qoymuşdur. Hər bir kredit müqaviləsi üzrə ödənişlər edildikdən sonra iddiaçının heç bir kredit borcu qalmamışdır. Kredit müqavilələri üzrə tələb hüququ üçün qanunla müəyyən edilmiş 3 illik müddət də ötürülmüşdür. Belə olan halda cavabdehin krediti tələb etmək və girov qoyulmuş əşyaları saxlamaq hüququ yoxdur. Ona görə də xx.xx.2015-ci il tarixli 133 nömrəli, xx.xx.2016-cı il tarixli 337 nömrəli və xx.xx.2016-cı il tarixli 422 nömrəli kredit müqavilələri üzrə öhdəliklərə xitam verilməli, girov qoyulmuş qızıl əşyalar iddiaçıya qaytarılmalıdır.
49. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mövqeyi iddia müddəti ilə bağlı əsaslı olmasa da, icranın mümkünsüzlüyü ilə bağlı öhdəliyin xitamı əsasları təkzib edilmir. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə öhdəliklərin mövcudluğu qeyd edilsə də, iddiaçının cavabdehə borcun olması sübuta yetirilməmiş, borcun cavabdehlər tərəfindən tələb edilməsi, habelə cavabdehlər tərəfindən girov qızılın satılması və satışı barədə iddiaçıya məlumat verilməsi sübuta yetirilmir. Cavabdehlərin müvafiq ekspertizaların keçirilməsi üçün mühasibat üzrə zəruri sənədlərin təqdim edilməməsi bu hallara şübhələrdən kənar birmənalı qiymət verilməsini istisna edir. Qeyd edilənlər tərəflərin müqavilə m ünasibətlərinin əhəmiyyətsizliyini və etibar əsasında sui-istifadə üzərində qurulan rəftarın (hərəkətlərin) mövcudluğunu şərtləndirir. Tərəflərin kredit-girov münasibətləri üzrə ciddi sənədləşmənin mövcud olmaması cavabdehlərin mülki məsuliyyətlərinə aid olduğundan, onlar tərəfindən də iddiaçının borclu olması və qızılların satılması, habelə satışdan əldə edilən pulun borcun silinməsinə yönəlməsi sübuta yetirilmədiyindən iddianın rədd olunması üçün əsaslar təsdiq edilmir. Əksinə, təqdim edilmiş aktlarla isə qızılların mövcudluğu təsdiq edilir.
50. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar vasitəsilə sahibkarlıq fəaliyyəti özünəməxsusluğu ilə seçilir əsasən fiziki şəxslərin şəxsi istehlak üçün qısamüddətli kre ditlə təmin olunmasını həyata keçirir. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə etməklə (satmaqla) krediti bağlaya bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir, məbləğ artıq olduqda isə girovqoyanın həmin artıq məbləği tələb etmək hüququ vardır.
51. İşdən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 noyabr 2019-cu il tarixli 2(103)-1167/2019 nömrəli qətnaməsi ilə iddiaçının cavabdeh "xxxx" MMCyə xx.xx.2015-ci, xx.xx.2016-cı və xx.xx.2016-cı il tarixli kredit müqavilələri üzrə borcunun olması müəyyən edilmiş, ona görə də iddi açının lombarda girov qoyduğu qızıl əşyalarının qaytarılmasına dair iddia tələbi rədd edilmişdir. Qətnamə ilə xx.xx.2015-ci il tarixli 133 nömrəli kredit və girov müqaviləsi 3565 manat əsas, 7843 manat faiz, xx.xx.2016-cı il tarixli 337 nömrəli kredit və girov müqaviləsi üzrə 4328 manat əsas, 9305 manat faiz və xx.xx.2016-cı il tarixli 422 nömrəli kredit və girov müqaviləsi üzrə 4705 manat əsas, 9645 manat faiz bolrcunun qalması müəyyən edilmişdir. Həmin qətnamənin qəbulundan sonra da iddiaçı tərəfindən hər hansı bir ödənişin həyata keçirilməsi və kredit borcunun qaytarılması müəyyən edilmir.
52. Hazırkı iş üzrə də iddiaçı yuxarıda göstərilən üç müqavilə üzrə cavabdeh MMC-dən borc aldığını etiraf etmiş, lakin həmin borcun qaytarılmasını təsdiq edən sübutlar təqdim edə bilməmişdir. İşə baxa n apellyasiya instansiyası məhkəməsi isə iddiaçının borclu olmasının sübuta yetirilməsi vəzifəsinin cavabdeh MMC üzərinə düşməsi qənaətinə gəlmiş, nəzərə almamışdır ki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazrıkı vəziyyətdə borcun qaytarılmasını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür.
53. Digər tərəfdən isə işdən görünür ki, iddiaçı kredit müqavilələri üzrə öhdəliklərin xitamının əsası kimi borcu tam qaytarmasını və müqavilə öhdəlilkrini icra etməsini deyil, borcu tələb etmək üçün qanunla müəyyən edilmiş iddia müddətin cavabbeh tərəfindən buraxılmasına görə müqavilə öhdəliklərinə xitam verilməsini, sonrakı mərhələ kimi girov predmetlərinin qaytarılmasını xahiş etmişdir. İşə birinc i instansiyada baxan məhkəmə də iddianın təmini əsası kimi borcu tələb etmək üçün qanunla müəyyən edilmiş iddia müddətinin cavabbeh tərəfindən buraxılmasını göstərmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətin düzgün olmadığın qeyd etsə də, iddianı təmin edərkən iddia tələblərində irəli sürülməyən hallara əsaslanmışdır.
54. Beləliklə, işin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2334/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.