Məhkəmə qərarları › İş №2(102)-938/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-938/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-938/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1709/2024 nömrəli iş üzrə 15 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları 1. xx.xx.2022-ci il tarixli qəbzə əsasən, Cavabdeh İddiaçı 2000 manat borc pul götürmüşdür.

2. İş materiallarında olan digər qəbzə əsasən, Cavabdeh İddiaçı 6000 manat borc almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədov Vaqif Mətləb oğlundan 8000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında əldə edilmiş razılığa əsasən 8000 (səkkiz min) manat borc yaranmışdır. Həmin borcu cavabdeh qaytarmamışdır. Razılığa görə həmin borcu cavabdeh ehtiyac məqsədi ilə ondan almışdır. Cavabdeh dediyi müddət ərzində həmin pulunu qaytarmalı idi. Həmin puldan indi yənədək heç bir məbləğ qaytarmamışdır. Dəfələrlə cavabdehə deməsinə baxmayaraq cavabdeh həmin pulun geri istədikdə qaytarmaqdan boyun qaçırır. Cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, həmin borcu ödəyəcəyini desə də, bu günə qədər borcunu ödəməmişdir. Həmin borc pulu cavabdehin ondan almağı və verməyini təsdiq edən yazılı qəbzlərində öz əksini tapmışdır.

5. Məhkəmə iclasında iddiaçı iddia tələbinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdehin arvadının kartı müəyyən müddət onda olsa da, o kartdan hər hansı vəsait çıxarmamış və həmin kartdan pulu çıxarmaq istədikdə kartın bağlı olmasını görmüşdür.

6. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o həqiqətən 3-4 dəfə İddiaçı bir neçə dəfə borc götürmüş, lakin sonradan o borcları bağlamı şdır. Belə ki, arvadı X1 məxsus təqaüd kartını iddiaçıya vermiş, 2022-ci ilin aprel ayından sentyabr ayına qədər kart iddiaçının istifadəsində olmuş, həmin kartdan aprel ayından sentyabr ayına qədər İddiaçı kart hesabına keçmiş pulları özü götürmüşdür və o borcu bağlamışdır. İddiaçı pensiya kartından pul çəkən zaman bankın təhlükəsizlik kameralarına düşmüşdür. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Məhkəmənin sorğusuna əsasən “Azərbaycan Beynaxalq Bank” tərəfindən verilmiş video-foto görüntülərdən və çıxarışdan müəyyən edilmişdir ki, X1 məxsus 51675111-0117-1449 saylı plastik kartdan xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-yə məxsus ba nkomatlar vasitəsilə nağdlaşdırma əməliyyatlarını İddiaçı özü icra etmiş, hər nağdlaşdırma əməliyyatı zamanı cavabdehin arvadı X1 məxsus plastik kartdan 350 manat məbləğində vəsait məxaric edilmişdir.

8. Şəmkir Rayon Məhkəməsinin (hakim Həvayət Məhəmmədi) 2(076)-438/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh kredit müqaviləsinə əsasən 6250 manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində 82,50 manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, 2022-ci il tarixdə tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə 2000 və 6000 manat olmaqla ümumilikdə 8000 manat pul borc kimi verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamış, pulun verilməsi yalnız cavabdehin imzası ilə təsdiq etdiyi əlyazma qəbz ilə rəsmiləşdirilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında 2022-ci il tarixdə bağlanmış 8000 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə qəbzlə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında 8000 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh tərəfindən tərtib edilərək imzalanmış qəbz həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təs diq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır.

10. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, Cavabdeh arvadı X1 məxsus plastik kartdan 5 ay, hər ay 350 manat olmaqla cəmi 1750 manat məbləğində vəsait İddiaçı borcun əvəzi qismində götürmüşdür. Bununla da cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş hissə 6250 manat qalmışdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddiaçıdan aldığı pulun tamamilə qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir.

11. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 740.1, 740.2, 1091.1 və 1092.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, heç vaxt iddiaçıdan 8000 manat məbləğində borca pul almamışdır. O axırıncı dəfə iddiaçıdan 2000 manat məbləğində sələmlə pul götürmüşdür. Həmin pul tam şəkildə ödənilmişdir. Bunu təsdiq edən kifayət qədər sübutlar vardır. Düzdür, iddiaçı məhkəməyə 2 ədəd qəbz təqdim etmişdir. Həmin qəbzlərdən birində 2000 manat, digərində isə 6000 manat məbləğ göstərilib. Birinci məbləğ ona xx.xx.2022-ci ildə verilmişdir. Bəs 6000 manat ona iddiaçı tərəfindən nə vaxt verilmişdir? Məhkəmə qətnaməsindən aydın deyil. Tələblə bağlı bildirmişdir ki, o iddiaçıdan (o, sələmçidir) 2000 manat pul sələmə götürəndə iddiaçı ona həm 2000 manata, həm də 6000 manata imza etdirmişdir. Bunu belə izah etdi ki, o, 2000 manatı vaxtında qaytarmasa, iddiaçı ondan 6000 manat tələb edəcək. İddiaçı ona həmişə sələm verəndə bir deyil, iki qəbzə imza etdirirdi. O da, bu səbəbdən onun pulunu vaxtında geri qaytarmişdır. O iddiaçıdan götürmüş olduğu 2000 manat pulu tam şəkildə geri qaytarmışdır. Həyat yoldaşının pensiya kartı iddiaçıda olmuşdur. Baxmayaraq ki, iddiçı kartdan pul çıxarmasını məhkəmə baxışında qəbul etməmişdir. Lakin məhkəmə araşdırması zamanı ABB-dən müvafiq video görüntü əldə olunmuş və həmin görüntülərdə iddiaçının 1750 (bir min yeddi yüz əlli) manat plastik kartdan pul çəkdiyi məlum olmuşdur. Eyni zamanda 6000 manatla bağlı bildirir ki, o iddiaçıdan götürmüş olduğu 2000 manatı qaytarmamışdısa, iddiaçı 6000 manatı ona necə verə bilərdi? Eyni zamanda iddiaçının iddia etdiyi 6000 manatı verdiyi vaxtda o, Azərbaycan Respublikasından kənarda olmuşdur. Bunu təsdiq edən sübutu vardır. Bu hallar əsas verirdi ki, məhkəmə iddia tələbini təmin etməsin. Çünki iddiaçı iddia tələbində səmimi deyildir. O iddiaçıdan 6000 manat borca pul götürməmişdir. Məhkəmə öz qətnaməsində iddiaçının iddia tələbini borc müqaviləsi kimi qəbul edib. Lakin bu borc deyil. Sələm puludur. Məhkəmənin istinad etdiyi qanun normaları maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Birinci insta nsiya məhkəməsi onun dəlillərinə və iddiaçının qeyri-səmimi ifadəsinə düzgün hüquqi qiymət verməmiş, işin faktiki hallarını araşdırmamışdır.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Mustafa Mustafayev - sədrlik edən və məruzəçi, Fikrət Mehtiyev və Rəhman Muradov) 15 oktyabr 2024-cü il tarixli, 2(104)-1709/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il 2000 manat, daha sonra isə 6000 manat İddiaçı borc pul almış, lakin öhdəliyini vaxtında icra etməmişdir. Cavabdeh iddiaçıdan yalnız 2000 manat borc aldığını, 6000 manatlıq qəbzə iddiaçının təkidi ilə imza etdiyini bildirsə də iş materialla rı ilə cavadbehin bu etirazı öz təsdiqini tapmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin “Sübutlar” adlanan 7-ci fəslində əks olunmuş 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi iş üzrə tərəflərin izahatları da sübut hesab olunmaqla, iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırkı işin hallarına əsasən isə iddiaçı Cavabdeh ümumilikdə 8000 manat borc pul verdiyini iddia etməklə yanaşı, iddiasının təsdiqi qismində Cavabdeh tərəfindən yazılmasını iddia etdiyi borcun etiraf edilməsinə dair yazılı sübutu məhkəməyə təqdim etmişdir. Həmin yazılı sübutda isə Cavabdeh İd diaçı qarşısında pul öhdəliyinin olması qeyd olunmuşdur.

16. Məhk.mə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iş materialları ilə tərəflər arasında 2000 manat və 6000 manat borca dair sadə yazılı müqavilə bağlanması işin mübahisəsiz halıdır. Cavabdeh həmin pulun 2000 manatını sələmə götürdüyünü, qalan 6000 manatını isə pulu almadan imza etdiyini qeyd etsə də, həmin halları təsdiqləyəcək sübutları məhkəməyə təsdim edə bilməmişdir. Həmçinin iddiaçı cavabdehin 8000 manat pulu qaytarmadığını qeyd etsə də, “Azərbaycan Beynaxalq Bank” tərəfindən verilmiş video-foto görüntülərlə müəyyən olunmuşdur ki, iddiaçı özü cavabdehin arvadı X1 məxsus 5167-5111-0117-1449 saylı plastik kartdan 1750 manat pul götürmüşdür.

17. Məhkəmə kollegiyasi apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsində iddianın təmin edilməsinin qeyd edildiyini, lakin iddia tələbi 8000 manat olduğu halda 6250 manat təmin edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-438/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iddiaçının 1750 manat kartdan pul çıxarmasını qeyd etmiş və bu səbəbdən cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş hissə 6250 manat qaldığını qeyd etmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, qətnamənin qət etdi hissəsində iddianın təmin edilməsi texniki səhv nəticəsində qeyd edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 739.1 və 740.1-ci, Mülki Prosessual Məcəllənin 14, 77 və 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin 16 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etmiş olduğu qəbz müqavilə kimi qəbul oluna bilməz. İddiaçıdan 2000 manat sələm götürmüşdür. Həmin sələmi vaxtında qaytarmayacağı halda, iddiaçıya 6000 manat pul qaytaracağına imza etmişdir. Bunu təsdiq edən kifayət qədər sübutları vardır. Həmin sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə həmin sübutları ondan qəbul etmişdir. Hətta iddiaçının barəsində qanunsuz sahibkarlıqla məşğul o lduğu üçün (sələmçiliklə məşğul olduğu üçün) cinayət işinin başlanmasına dair qərar qəbul etmişdir. Məhkəmə iddiaçının iddiasında haqsız olmasını və səmimi olmamasını görsə də vermiş olduqları apellyasiya şikayətini təmin etməmişdir. Belə ki, iddiaçı birinci inistansiya məhkəməsinə verdiyi iddiada göstərirdi ki, guya o, pulu borca verib. Həmçinin onun arvadının bank kartı heç vaxt onda olmayıb, ona ödəniş etməmişdir. Şəmkir Rayon Məhkəməsi Azərbaycan Beynəlxalq Bankına sorğu etmiş, həmin bankdan video görüntülərin təqdim olunmasını istəmişdir. Bank həmin video görüntünü məhkəməyə göndərmişdir. Aydın olmuşdur ki, iddiaçı arvadına məxsus bank kartından 2000 manata yaxın pul çıxarmışdır. Bu kifayət qədər əsasdır ki, iddiaçı iddiasında səmimi olmamışdır. İddiaçı sələmçiliklə məşğul olmasını, b u yolla qazanc əldə etməsini apellyasiya məhkəməsində açıq şəkildə etiraf etmişdir.

21. Tərəf olaraq üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Götürmüş olduğu 2000 manat sələm pulunu və faizini tam şəkildə iddiaçıya ödəmişdir. Ona verəcək sələm pulu qalmamışıdır. Bu barədə müvafiq sübutları məhkəməyə təqdim etmişdir.

22. İddiaçıdan 2000 manat pul sələmə götürəndə iddiaçı ona həm 2000 manata, həm də 6000 manata imza etdirib. Bunu belə izah etmişdir ki, 2000 manatı vaxtında qaytarmasa, o, 8000 manat tələb edəcək. İddiaçıdan götürdüyü 2000 manat pulu tam şəkildə geri qaytarmışdır. Lakin buna baxmayaraq İddiaçı iddia edir ki, guya ona 8000 manat borcu vardır. Halbuki iddiaçı tərəfindən ona bu məbləğin verilməsi ilə bağlı yazılı şəkildə borc müqaviləsi bağlamamışlar. Hesab edirə ki, iddiaçı onun hesabına varlanmaq istəyir. Onun bu iddia tələbini əsassız və qanunsuz hesab edir.

23. Gəncə Apellyasiya Məhkəməsi işin faktiki hallarını, reallığı və məhkəməyə təqdim etdiyim sübutları nəzərə almayıb. Açıq şəkildə iddiaçının mövqeyindən çıxış edib. Bununla da ictimai fikir formalaşdırıb və məhkəmənin nüfuzuna ciddi xələl gətirib. Çünki iddiaçının sələmlə məşğul olmasını bütün qəsəbə sakinləri bilir. Onda çoxlu sayda bank kartları və girov qoyulmuş qızıl-ziynət əşyaları vardır. Məhkəmə prosesində də iddiaçının vergidən yayınması və sahibkarlıq fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapmışıdr. Həmçinin məhkəmə onun barəsində cinayət işinin başlanmasına dair qərar qəbul etmişdir.

24. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-337.3, 385.1, 739.1, 740.1, 740.2, 1091.1, 1091.2, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 24.1, 77.1, 78.1, 88, 217.3, 217.4-cü maddələrinə də istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli

27. Maddə 739.1(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (b orc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 28. 740.1(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 29. 740.2(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi i stinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ver ilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya ba xışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası m əhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yoxlanılan hissə üzrə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyas iya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri yoxlanılan hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

44. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilm əsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2024-cü il tarixli 2(104)-1709/2024 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar