Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-94/2020 23.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9048/2019 saylı, 05 avqust 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili X4 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli, 2(006)-1029/2019 saylı qətnaməsi ilə (hakim N.T.Tağıyeva) İddiaçı cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi X1rşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9048/2019 saylı, 05 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və A.Ə.Hüseyn), İddiaçı tərəfindən apel lyasiya şikayəti təmin edilməyərək, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC tərəfindən tərtib edilmiş 29 aprel 2013-cü il tarixli, ***** nömrəli kredit müqaviləsinin bağlanması zamanı bankın iradə ifadəsinin olmaması səbəbindən etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh “xxxx” ASC arasında 29 aprel 2013-cü il tarixli, ***** nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ASC ona 36 ay müddətinə 51000 manat məbləğində illik 20 faizlə avtomobilin alınması məqsədilə kredit vermiş, kreditin ödənilməsinin təmin edilməsi məqsədilə aralarında girov müqaviləsi imzalanmışdır. Girov müqaviləsinin 1-ci bəndinə müvafiq olaraq ona təqdim edilmiş kreditin ödənilməsini təmin etmək Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş ******saylı şəhadətnamə əsasında ban SALLMAMJ4BA356933, gümüşü metal rəngli, buraxılış ili 2011-ci il olan X6 Rover markalı ** VP *** (hazırki nömrəsi ** BU ***) avtomobil girov qoyulmuş və bankın xeyrinə yüklü edilmişdir. Hesab edir ki, aralarında olan müqavilə ləğv edilməlidir. Belə ki, 29 aprel 2013cü il tarixli, ***** kredit müqaviləsinin “Yekun müddəaları” bölməsinin 4.1-ci bəndində qeyd edilmişdir ki, bu müqavilə hər iki tərəfdən imza landığı andan qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirməsinə qədər qüvvədədir. Müqavilənin hər bir səhifəsi bu müqavilənin preambulasında göstərilən vəzifəli şəxslər tərəfindən imzalanmalıdır. Son səhifədəki imzalar möhürlənməlidir. Həmin Müqavilənin preambulasında vəzifəli şəxslər kimi “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “İnşaatçı” filialının direktoru X3, “Borc alan” isə onun adı qeyd olunmuşdur. Müqavilə üç səhifədən ibarətdir, o, bütün səhifələri imzalamış, lakin bankın vəzifəli şəxsi olan X3 müqavilənin yalnız sonuncu səhifəsini imzalamışdır. Yuxarıda da, qeyd olunduğu kimi müqavilə imzalandığı andan qüvvəyə minir, lakin onda olan nüsxəsində müqavilənin hər səhifəsi bankın vəzifəli şəxsi tərəfindən imzalanmadığı üçün etibarsız hesab olunmalıdır. Yəni müqavilədə bankın iradə ifadəsi yoxdur. Bu isə o deməkdir ki, müqavilə etibarsız hesab olunmalıdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişdir ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdır mamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-ni n 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh ASC-nin İnşaatçı filialı ilə İddiaçı arasında bağlanmış 29 aprel 2013- cü il tarixli, 2013-***** saylı kredit müqaviləsinə əsasən bank İddiaçı 36 ay müddətinə illik 20 faiz hesablanmaqla 51000 manat məbləğində kredit vermişdir. Eyni tarixli ****** saylı ipoteka müqaviləsi ilə İddiaçı tərəfindən “X6 Rover” markalı avtomobil bank qarşısında girovla yüklü edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 dekabr 2015- ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-nin xeyrinə cəmi 67275,06 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması, tutmanın girov predmeti olan İddiaçı məxsus “X6 Rover” markalı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Cavabdeh ASC-n in İnşaatçı filialı ilə İddiaçı arasında 29 aprel 2013-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank cavabdehə illik 20 faizlə 36 ay müddətinə 51000 manat məbləğində kredit vermiş və kreditin təminatı kimi özünə məxsus “X6 Rover” markalı avtomobilini 29 aprel 2013-cü il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən ipotekaya qoymuşdur. Lakin iddiaçı tərəfindən kredit üzrə ödənişlər olmadığından Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 dekabr 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-nin xeyrinə cəmi 67275,06 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması, tutmanın girov predmeti olan İddiaçı məxsus “X6 Rover” markalı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılması qət edilmişdir. Azərbaycan Respub likası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştiakçıları arasında müqavilə olmalıdır. -739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (b orc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər -390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. -399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. -269.1-ci və 269.4-cü maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 29 aprel 2013-cü il tarixli kredit müqaviləsi tərəflərin iradəsinə uyğun və könüllü olaraq bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələbində 51000 manat məbləğində cavabdehdən kreditə pul aldığını etiraf etmişdir və iddiaçının iddia etdiyi kimi aldığı kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunve riciliyin tələblərinə uyğun həll etmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qan unauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9048/2019 saylı, 05 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mi
Məhkəmə qərarları › İş №2(102)-94/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-94/2020
23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver