Məhkəmə qərarları › İş №2(102)-940/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-940/2021

18.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-940/2021 18.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X6, Cavabdeh2, Salmanov Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5383/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şik ayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Salmanov Cavabdeh3 xx xxxx 2019-cu il tarixdə təxminən saat 21:30 radələrində qanuni əsaslar olmadan “Daevoo Nexia” markalı, **-RO-*** dövlət nömrə nişanlı avtomoili ilə Bakı-Qazax magistral yolun Ağstafa şəhərindən keçən hissəsi ilə hərəkət edərkən, şəhərin S.Vurğun küçəsində yol nəqliyyat hadisəsi törədərək X1 etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili sağ tərəfindən vurmuşleh. Hadisə nəticəsində X3 xəsarət alması ilə bağlı Ağstafa RMX-dan daxil olmuş məlumat əsasında toplanmış material üzrə xx xxxxxx 2019-cu il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, Salmanov Cavabdeh3 qanuni əsaslar olmadan “Daevoo Nexia” markalı, **-RO-*** dövlət nömrə nişanlı avtomoili idarə etmişdir. Cavabdeh3 Salmanovun idarə etdiyi “Daevoo Nexia” markalı, **-RO-*** dövlət nömrə nişanlı avtomobil X2 mülkiyyətində olmuş və sonuncu avtomobili etibarnamə əsasında Cavabdeh2 istifadəsinə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X4 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, vurulmuş 8000 manat ziyanın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, iddia ərizəsinə digər şəxslər Salmanov Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 d a mülki iş üzrə cavabdeh qismində cəlb edilmələrini xahiş etmiş və ona maddi ziyan vurmuş həmin şəxslərdən müştərək qaydada vurulmuş 8000 manat dəymiş maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 20195 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, “Daevoo Nexia” markalı, **-RO-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Salmanov Cavabdeh3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 04 №-li hesabatından görünür ki, “VAZ21074” markalı, **-BX-*** dövlət qeydiyy at nişanlı avtomobil sağ və sol hissəsində qəzaya uğramış, avtomobilin sağ və sol, arxa və qabaq qapıları, banın sağ və sol dirəkləri əzilmiş və yararsız vəziyyətə düşmüşdür. Qəza zamanı avtomobilin döşəmə və tavan hissəsi deformasiyaya uğramışdır. Avtomobilin mühərriki və salonunda bəzi hissələri zədələnmişdir. Qeyd olunan avtomobil qəza nəticəsində deformasiyaya uğramış bərpasının mümkünsüzlüyünü və səmərəsizliyini nəzərə alaraq ehtiyyat hissəsi kimi qiymətləndirilə bilər. Ehtiyyat hissəsi kimi bazar dəyəri 1200 manatdır. “Azərbaycan Respublika Xammal və X8” MMC-nin xx.xx.2020-ci il tarixli, 02 №-li arayışından görünür ki, “VAZ 21074” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilinin istifadəyə yararlı vəziyyətdə bu günkü günə bazar qiyməti 6500-7100 manat arası dəyişir. Bakı ş əhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Kəmalə Əmirxanova) 2(005)303/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Salmanov Cavabdeh3 müştərək qaydada 5900 manat və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət olunmuş, iddianın qalan hissədə, o cümlədən Cavabdeh4 aid hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, bi rinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə hüquq pozuntusu (delikt) nəticəsində başqasına zərər vuran yüksək təhlükə mənbəyinin – “Daevoo” Nexia markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Salmanov Cavabdeh3 tərəfindən yol-nəqliyyat hadisəsinin törədilməsi və iddiaçının mülkiyyətində olan avtomobilə zərər vurulması işin mübahisəsiz halıdır. Bundan başqa qeyd olunan avtomobili Qabtl Göşşüyev etibarnamə olmadan Cavabdeh3 Salmanova idarə etməsi üçün vermişdir. Bu səbəbdən də yol-nəqliyyat hadisəsi zamanı yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyəti həm Cavabdeh2, həm də Cavabdeh3 Salmanov daşıyır. Belə olan halda iddiaçının tələbetmə hüququ həmin şəxslərə qar şı yaranmış olur. Ona görə də, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və mülahizələrə əsaslanır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin ona münasibətdə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi qətnaməsində hakim ona əsaslanmışdır ki, avtomobili Cavabdeh2 etibarnamə olmadan Cavabdeh3 Salmanova idarə etməsi üçün vermişdir. Bu səbəbdən də yol nəqliyyat hadisəsi zamanı yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyəti həm Cavabdeh2, həm də Cavabdeh3 Salmanov daşıyır. Belə olan halda iddiaçının tələb etmə hüquq həmin şəxslərə qarşı yaranır. Məhkəmənin yuxarıda gəldiyi mövqe tamamilə yanlışdır. Yuxarıda qeyd edilən əsasdan başqa iş üzrə iddianın Cavabdeh2 qarşı tələbini müştərək yönəldilməsinə dair əsas yoxdur. Belə ki, iş üzrə nə birinci instansiya məhkəməsində, nə apellyasiya instansiya məhkəməsində avtomobilin Cavabdeh2 tərəfındən Ə.Salmanova idarə etməsi üçün verilməsi qeyd edilməmişdir. Çünki belə bir hal olmamışdır. Avtomobil Cavabdeh4 tərəfındən idarə edilməsi üçün Cavabdeh3 Salmanova verilmişdir. Bu hal bütün instansiyalarda qeyd edilsə də, lakin məhkəmələr işin hallarını araşdırmağa cəhd etməmiş, bu səbəbdən qanunsuz və əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, Cavabdeh3 Salmanov Ağstafa rayon Polis Şöbəsinə yazdığı izahatında göstərmişdir ki, o avtomobili yaxın qohumu Cavabdeh4 idarə edilməsi üçün götürmüşdür. Yaxın qohumu olan Cavabdeh4 həyətində xeyir məclis oliuş, o da həmin məclisdə iştirak etmiş, təxminən saat 21:30 radələrində Cavabdeh4 avtomaşının açarlarını ona verib çörək alıb gətirməsini tapşırmış, bu məqsədlə maşını sürərkən qəza törətmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi X7 məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak e tdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələblərinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə sir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirər sə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nət icə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallar ında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izhatını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar polis şöbəsində aparılmış araşdırma zamanı AZ-21074 markalı avtomaşının zədələnməsi nəticəsində iddiaçıya 2428 manat ziyan dəyməsi müəyyən edilmiş, həmin rəydə avtomaşının bərpasının mümkünsüzlüyü və səmərəsizliyi göstərilməmişdir (Cinayət işinin başlanmasınnı rədd olunması barədə xx xxxxxx 2019-cu il tarixli qərar, Ağstafa rayonu “Servis” kiçik müəssisəsində nəqliyyat vasitəsinin sahibinin iştrakı ilə tərtib edilmiş xx xxxx 2019-cu il tarixli akt və fotoşəkillər). Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən alınmış “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli hesabatına görə isə “VAZ-21074” markalı avtomobilin qəza nəticəsində yararsız vəziyyətə düşməsi, onun bərpasını mümkünsüz və səmərəsiz edilmiş, avtomaşın ehtiyat hissəsi kimi 1200 manat dəyərləndirilmişdir. İşə baxan məhkəmələr göstərilən ziddiyyəti diqqətdən qaçırmış, “VAZ-21074” markalı avtomobilin zədələnməsi nəticəsində iddiaçyıa dəymiş ziyanın müəyyən edilməsi üçün obyektiv ekspert rəyinin alınmasını təmin etməmiş, kifayət qədər əsas olmadan “xxxx” MMC-nin hesabatı ilə razılaşmışdır. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə görə məhkəmə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məcələniin 102.2-ci maddəsinə görə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habel ə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən hissədə gəldiyi nəticəni Mülki Məcəllənin 1108.2-ci maddəsinə istinad edərək belə əsaslandırmışdır ki, avtomobili Cavabdeh2 etibarnamə olmadan Cavabdeh3 Salmanova idarə etməsi üçün vermişdir. Bu səbəbdən də yol-nəqliyyat hadisəsi zamanı yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyəti həm avtomobilin qanuni sahibi Cavabdeh2, həm də avtomobili qanuni əsaslar olmadan idarə edən Cavabdeh3 Salmanov daşıyır. Belə olan halda iddiaçının tələbetmə hüququ həmin şəxslərə qarşı yaranmış olur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün normaya istinad etsə də, lakin həmin normanın tələblərini hazırki mübahisəyə düzgün tədbiq etməyərək maddi hüquq normasının tələblərini pozmuşdur. MPM-in 386-cı maddəsin görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. İstinad edilən normaya görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yük sək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İşdən görünür ki, avtomobili qanuni əsaslar olmadan idarə edən Cavabdeh3 Salmanov Ağstafa rayon Polis Şöbəsinə verdiyi izahatında göstərmişdir ki, avtomaşını ona Cavabdeh2 deyil, Cavabdeh4 vermişdir. Cavabdeh2 isə həm apellyasiya şikayətində, həm də apellyasiya məhkəməsinin iclaslarınla verdiyi izahatlarında avtomobili hadisədən xeyli əvvəl Cavabdeh4 nisyə satdığını, ona təhvil verdiyni, lakin sənədləşmə işlərini aparmadığını, avtomobil Cavabdeh3 Salmanova onun tərəfindən deyil, Cavabdeh4 tərəfindən verildiyini göstərmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş ha llarına görə avtomobilin mülkiyyətçisi Ramil Məmmədovdur, o avtomaşını qanuni əsaslarla Cavabdeh2 vermiş, bununla da məsuliyyəti istisna edilmişdir. Qanuni əsaslarla avtomobilə sahib olan Cavabdeh2 avtomobili qanunsuz olaraq Cavabdeh4 sahibiliyinə və istifadəsinə vermiş, Cavabdeh4 də avtomobili idarə etmək üçün hüquq verən sənəd (Etibarnamə) olmadan sonuncudan alaraq ona hüquqazidd yiyələnmiş, sonra isə həmin avtomaşını qanuni əsas olmadan yolnəqliyyat hadisəsi törətmiş Cavabdeh3 Salmanova idarə edilməsi üçün vermişdir. Belə olan halda aydın olur ki, avtomaşının Cavabdeh2 sahibliyindən hüquqa zidd götürülməsində təkcə özü deyil, həm də avtomaşına hüquqa zidd yiyələnmiş Cavabdeh4 də təqsirli olmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçyıa vurulmuş zərərin əvəzinin ödənilməsinə həmin hadisəni törətmiş Cavabdeh3 Salmanovla yanaşı avtomaşına hüquqa zidd yiyələnmiş Cavabdeh4, bu yiyələnməyə rəvac verən avtomobilin sahibi Cavabdeh2 də məsuliyyət məsələsi müzakirə olunmalıdır. Bu MM-nin 1108.1 və 1108.2-ci maddələrinin tələblərindən irəli gəlir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırm aqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 4 17 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5383/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar