Məhkəmə qərarları › İş №2(102)-940/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-940/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-940/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Məhərrəmova (Mahmudova) İnci Əlican qızına qarşı “birgə nikah dövründə olan borcun bölünməsi” tələbinə dair ilk, iddiaçı Məhərrəmova (Mahmudova) İnci Əlican qızının cavabdeh İddiaçı qarşı “əmlakın alınmasına çəkilmiş xərclərin bölünməsi” tələbinə dair qarşılıqlı və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı və Məhərrəmova (Mahmudova) İnci Əlican qızına qarşı “borcun ümumi əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, kassasiya şikayətinin qaytarılması) Azərbay can Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 dekabr 2023-cü il tarixli, 2(107)881/2023 nömrəli qərardadından ilk iddia üzrə iddiaçı (qarşılıqlı və üçüncü şəxsin iddiaları üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Ağdaş Rayon Məhkəməsinin 20 aprel 2023-ci il tarixli, 2(014)-122/2023 nömrəli qətnaməsi ilə (hakim N.M.Əliyev) ilk iddia təmin edilmiş, cavabdeh Mahmudova (Məhərrəmova) İnci Əlican qızı ndan Ağdaş Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 91000 manat miqdarında birgə nikah dövründə əldə olunmuş borcun yarısı olan 45500 manat pulun tutularaq İddiaçı xeyrinə verilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi üçün İddiaçı Fərzəli oğlu tərəfindən ödənmiş 50 manat məbləğində pul Mahmudova (Məhərrəmova) İnci Əlican qızından tutularaq İddiaçı Fərzəli oğluna ödənilməsi, İddiaçı Fərzəli oğlu tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 227 manat dövlət rüsumunun Mahmudova (Məhərrəmova) İnci Əlican qızından tutularaq İddiaçı Fərzəli oğluna ödənilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı birgə nikah dövründə əldə olunmuş əmlakın alınmasına çəkilən xərcin yarısı olan 40186 manat məbləğində pulun tutularaq Mahmudova (M əhərrəmova) İnci Əlican qızına ödənilməsi, qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən qarşılıqlı iddia ərizəsi verilməsi üçün ödənilmiş 300 manat məbləğində pulun 150 manatın Mahmudova (Məhərrəmova) İnci Əlican qızının özünə aid edilməsi, qalan 150 manat hissəsinin isə İddiaçı tutularaq Mahmudova (Məhərrəmova) İnci Əlican qızına ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdeh İddiaçı və Məhərrəmova (Mahmudova) İnci Əlican qızına qarşı “borcun ümumi əmlaka yönəldilməsi” tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir.

2. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2(107)-881/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.T.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər V.İ.Məlikovdan və E.M.Mehdiyevdən ibarət tərkibdə) İddiaçı və mü stəqil tələb irəli sürən üçüncü şəxs X2 apellyasiya şikayətləri təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(014)122/2023 nömrəli qətnaməsi “ilk iddianın təmin edilməsi, cavabdeh Mahmudova (Məhərrəmova) İnci Əlican qızından Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 91000 manat miqdarında birgə nikah dövründə əldə olunmuş borcun yarısı olan 45500 manat pulun tutularaq İddiaçı xeyrinə verilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi üçün İddiaçı Fərzəli oğlu tərəfindən ödənmiş 50 manat məbləğində pulun Mahmudova (Məhərrəmova) İnci Əlican qızından tutularaq İddiaçı Fərzəli oğluna ödənilməsi, İddiaçı Fərzəli oğlu tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 227 manat dövlət rüsumunun Mahmudova (Məhərrəmova) İnci Əlican qızından tutularaq İddiaçı Fərzəli oğluna ödənilməsi” hissələrində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdeh Məhərrəmova (Mahmudova) İnci Əlican qızına qarşı Ağdaş Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 91000 manat miqdarında birgə nikah dövründə əldə olunmuş borcun yarısı olan 45500 manat pulun, mediasiya xərci olan 50 manat məbləğində pulun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 277 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi tələbinə dair ilk iddiasının rədd edilməsi, İddiaçı Fərzəli oğlu tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 227 manat dövlət rüsumunun onun özünə aid edilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilməd ən saxlanılması qət edilmişdir.

3. İlk iddia üzrə iddiaçı (qarşılıqlı və üçüncü şəxsin iddiaları üzrə cavabdeh) İddiaçı Fərzəli oğlu kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2(107)-881/2023 nömrəli qətnaməsinin ilk iddianın təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissələrində ləğv edilməsi, ilk iddianın təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2023-cü il tarixli, 2(102)-4865/2023 nömrəli qərardadı ilə (hakim A.Ə.Abbasovun məruzəsi ilə, hakimlər V.M.Məmmədovdan və Z.Ə.Əliyevdən ibarət tərkibdə) iddiaçının Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2(107)881/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti icraata qəbul edilməmiş və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

5. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 2(107)-881/2023 nömrəli qərardadı ilə kassasiya şikayəti dövlət rüsumunun qanunla müəyyən edilən məbləğdə ödənilməməsi əsası ilə geri qaytarılmışdır.

6. İddiaçı Fərzəli oğlu təkrarən kassasiya şikayəti vermiş və buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə apellyasiya məhkəməsinə müraciət etmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 dekabr 2023-cü il tarixli, 2(107)-881/2023 nömrəli qərardadı ilə (hakim E.M.Mehdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Əsədlidən və E.Ş. Hüseynovdan ibarət tərkibdə) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2(107)-881/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli qətnamə 21 sentyabr 2023-cü il tarixdə İddiaçı Fərzəli oğlunun elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı Fərzəli oğlu (nümayəndəsi və vəkili Nümayəndə3) qanunvericiliyin tələbinə uyğun qaydada dövlət rüsumunu ödəməklə kassasiya şikayətini 17 dekabr 2023-cü il tarixdə verməklə qanunvericilikdə qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti buraxmışdır.

9. Apellyasiya məhkəməsi iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir.

10. Eyni zamanda, İddiaçı (nümayəndəsi, həmçinin vəkili Nümayəndə3) prosessual müddətin bərpası haqqında ərizədə qeyd edilən qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş etsə də, müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizənin təmin edilməsi üçün məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etməmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi qərardadı Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 130.1, 133.1, 135.5, 135.6, 405.0.1, 408.1.4-cü maddələri ilə əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

12. İlk iddia üzrə iddiaçı (qarşılıqlı və üçüncü şəxsin iddiaları üzrə cavabdeh) İddiaçı Fərzəli oğlu kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 dekabr 2023-cü il tarixli, 2(107)-881/2023 nömrəli qərardadının ləğv edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi müddətinin ötürülməsinin səbəbini üzrlü hesab edilərək, müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iddia çı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən ilk olaraq müddəti ötürmədən kassasiya şikayəti vermiş, kassasiya şikayəti dövlət rüsumunun az ödənilməsi səbəbindən icraata qəbul edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi rüsumun az ödənilməsi səbəbindən kassasiya şikayətini geri qaytardığı zaman kassasiya şikayəti vermək müddəti keçmişdir. Bundan sonra qısa müddət ərzində prosessual müddətin bərpası barədə ərizə ilə birgə, nöqsan aradan qaldırılaraq, ikinci dəfə kassasiya şikayəti verilmişdir.

14. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

15. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən qa nunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya ins tansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

17. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə e dilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. 18. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kas sasiya şikayətinin dəlilləri əsassızdır.

20. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

21. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik y aradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).

22. Hazırki işin materiallarından müəyyən olunur ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2(107)-881/2023 nömrəli qətnaməsi 21 sentyabr 2023-cü il tarixdə iddiaçının və onun nümayəndəsi, vəkil X3 “Elektron Məhkəmə” İnformasiya Sistemindəki elektron kabinetlərinə yerləşdirilməlkə, onlara rəsmi qaydada təqdim olunmuşdur.

23. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin verilməsi üçün prosessual müddətinin axımını məhz həmin tarixdən hesablamaqda və qanunvericiliyin tələblərinə uyğun kassasiya şikayətinin 17 dekabr 2023-cü il tarixdə apellyasiya məhkəməsinə verildiyi üçün prosessual müddətin ötürülməsi barədə düzgün nəticəyə gəlmişdir.

24. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilk dəfə kassasiya şikayətini prosessual müddət ötürülmədən versə də, həmin şikayətlə bağlı qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunu ödəmədiyindən kassasiya şikayəti geri qaytarılmışdır. Bu səbəbdən, həmin kassasiya şikayətinin verilməsi müddətin hesablanmasında nəzərə alına bilməz və bu müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, kassasiya şikayətinin qanunla müəyyən olunmuş qaydada verilməsi, o cümlədən tələb olunan məbləğdə dövlət rüsumunun ödənilməsi kassatorun vəzifəsidir ki, onun bu vəzifəsini yerinə yetirməməsinin mənfi nəticələrin in riskini özü daşımalıdır.

25. Məhkəmə kollegiyası razılaşır ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, iddiaçının iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair iddiaçının ərizəsi əsassız olmuşdur.

26. Bu səbəbdən kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 dekabr 2023-cü il tarixli, 2(107)-881/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar