Məhkəmə qərarları › İş №2(102)-941/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-941/2018

15.02.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-941/2018 15.02.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 15 fevral 2018-ci il İş № 2(102)-941/2018 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızından və Nurməməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Oruclu Bahar Nurəddin qızının katibliyi, İddiaçının vəkili X4ün iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1329/2017 saylı 14 noyabr 2017-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: İşin halları: İsmayıllı Rayon Məhkəməsinin 13 iyul 2016-cı il t arixli qətnaməsi ilə (hakim A.A.Əliyev, iş № 2(037)-714/2016) İddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ə qarşı kredit xətti müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddiası qismən təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Ş.Hüseynov (sədrlik edən və məruzəçi), G.Q.Abbasov və R.R.Rəfiyev, iş № 2(107)-1329/2017) Cavabdeh3ün apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 13 iyul 2016-cı il tarixli qətnaməsi Cavabdeh3 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Cavabdeh1in Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə əri zə ilə müraciət etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2017-ci il tarixli qərardadı ilə (hakimlər – E.Ş.Hüseynov (sədrlik edən və məruzəçi), G.Q.Abbasov və R.R.Rəfiyev, iş № 2(107)-1329/2017) Cavabdeh1in ərizəsi təmin edilməmişdir. Göstərilən qərardaddan Cavabdeh1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən prosessual hüquq normalarının pozulmasına, Azərbaycan Respublikası Konstitusiyanın 12, MPM-nin 67-ci maddələrinin tələblərinə istinad edərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2017-ci il tarixli qərardadının ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Prosessual məsələlər: İddiaçının vəkili X5 məsələnin həllini kollegiyanın mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəməkollegiyasıiclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılmaların abaxmayaraq,cavabdehlər heçbirüzrlüsəbəbgöstərmədənməhkəməkollegiyasınıniclasınagəlməmişlər. Məhkəməkollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilini dinləyib, işin materiallarını tədqiq edib, kassasiya şikayətinin dəlillərini yoxlamaqla aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərə findən prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından göründüyü kimi, Cavabdeh1 26 oktyabr 2017-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək maddi imkanının ağır olduğunu, öz hesabına vəkillə müqavilə bağlamaq imkanının olmadığını əsas gətirərək həmin Məhkəmənin 15 avqust 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Lakin işdən göründüyü kimi, cavabdeh tərəfindən verilmiş ərizəyə onun maddi durumunun aşağı səviyyədə olduğunu təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Bundan başqa, o, ərizəyə baxılması ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsi tərəfindən tə yin olunmuş məhkəmə iclasına bu barədə lazımi qaydada xəbərdar edilmiş olsa da, gəlməmişdir və ərizəsini əsaslandırmaq üçün məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qüvvədə olan mülki-prosessual qanunvericiliyin müddəalarına görə, kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. MPM ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmi ş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir (Mülki Prosessual Məcəllənin 67ci maddəsi). Azərbaycan Respublikası MPM-nin 121.2-ci maddəsinə görə MPM-nin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Məhkəmə Kollegiyası hesab edir ki, hazırki ərizə ilə müraciət etmiş Cavabdeh1in maddi imkanının aşağı səviyyədə olduğunu, öz hesabına vəkillə müqavilə bağlamaq imkanının olmadığını sübuta yetirə bilmədiyindən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən verilmiş ərizə təmin olunmam alıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «MahmudovRusiyaFederasiyasınaqarşı» işüzrə 26 iyul 2007ciiltarixliqərarındaİnsanHüquqlarıüzrəAvropaMəhkəməsiqeydetmişdirki, Konvensiyaaraşdırmalarındasübutlarıqiymətləndirərkən, birqaydaolaraq, affirmanti, non neganti incumbit probation (sübutetməkyükütəkzibedənindeyil, iddiaedəninüzərinədüşür) prinsipirəhbərtutulur. Sübutkifayətqədərgüclü, aydınvəbirbirinəuyğunqənaətlərinhəmmövcudluğundan, həmçinintəkzibolunmazoxşarfaktehtimallarındanirəligələbilər (§ 68). AvropaMəhkəməsinin «QavazovBolqarıstana»qarşı 06 mart 2008ciiltarixliQərarındaqeydedilmişdirki, sübutlarqiymətləndirilərkən, birqaydaolaraqəsaslışübhədənkənarstandartlartətbiqedilir (§ 93). Yuxa rıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən iş üzrə prosessual hüquq normalarının pozulmasına yol verməmiş və nəticə etibarı ilə qanuni və əsaslı qərardad qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1in kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1329/2017 14 noyabr 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Tatyana Qoldman saylı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar