Məhkəmə qərarları › İş №2(102)-941/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-941/2020

17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-941/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçının vəkili X1, Cavabdeh1 və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 qarşı “kredit müqaviləsinin ləğv olunması və borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-11271/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassa siya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1, X3 və Cavabdeh3 müştərək qaydada həmin müqavilə üzrə 10311,44 ABŞ dolları əsas, 586,16 ABŞ dolları faiz, 64,37 ABŞ dolları cərimə olmaqla ümumilikdə 10961,97 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Səlimə Miriyeva) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1, X3 və Cavabdeh3 müştərək qaydada 10311,44 ABŞ dolları əsas, 586,16 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə olmaqla ümumilikdə 10907,60 ABŞ dollarının və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 145 manat pul vəsaitinin Cavabdeh1, X3 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət büdcəsinə köçürülməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Elnur Həsənov, hakimlər Xumar Mərdanova və Fuad Babayev) xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-11271/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1053/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi cavabdehlərdən müştərək qaydada 586,16 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilərək, Cavabdeh1, X3 və Cavabdeh3 müş tərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalı faiz borcu 498,16 (dörd yüz doxsan səkkiz dollar 16 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində müəyyən edilməsi, qətnamənin Cavabdeh1 mübahisələndirdiyi qalan hissədə (ona münasibətdə) dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh1 aid edilməsi qət edilmişdir. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunl a əsaslandırılmışdır ki, tərəflər arasında kredit müqaviləsi bağlandıqdan bir müddət sonra manatın dollar qarşısında kəskin ucuzlaşması nəticəsində şərait dəyişmiş və bu səbəbdən banka olan borcunu ödəyə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən şəraitin dəyişməsi ilə əlaqədar olaraq tərəflər arasında bağlanmış müqavilənin şərtləri dəyişdirilməli idi. Lakin bunun əksinə olaraq kredit müqaviləsi üzrə əsas və faiz borcu artırılmışdır. Müqavilə üzrə əsas və faiz borcu düzgün hesablanmamış, ekspertiza təyin edilməsi barədə vəsatətə heç bir münasibət bildirilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdeh1 və vəkili Vəkilməhkəmə iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. İddiaçının vəkili X2 məhkəmə iclasında ka ssasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanun i və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş və mübahisələndirilməyən hallarına görə bankla Cavabdeh1 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 25% dərəcəsi ilə 12.750 ABŞ dolları məbləğində kredit verilmiş, həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün X6 və Cavabdeh3 zamin qismində üzərinə öhdəliklər götürmüşlər. Bankla Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə həmin kredit müqaviləsi üzrə yaranmış borcun restrukturizasiya olunması barədə razılaşma bağlanmış, razılaşmaya görə borcun məbləği 10 196 ABŞ dolları müəyyənləşdirilmiş, xx.xx.2016-cı il tarixdə onunla yeni kredit müqaviləsi bağlanaraq 60 ay müddətinə, illik 10% dərəcəsi ilə 11 036 ABŞ dollar ı kredit borcu rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 7584 nömrəli ekspert rəyinə əsasən, maliyyə arayışı və tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2018-ci il tarixə banka olan cəmi borcu 10.897,60 ABŞ dolları təşkil edir. Ondan 10311,44 ABŞ dolları əsas borc, 586,16 ABŞ dolları faiz borcudur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, faiz borcunun düzgün hesablanmadığı ilə bağlı apellyatorun dəlilləri qismən əsaslıdır - belə ki, cavabdehlərdən tələb olunan borc məbləğləri xx.xx.2018-ci il tarixədək olan dövr üçün hesablanmış, ekspert rəyi ilə həmin dövrədək hesablanmalı olan əsas və faiz borcu müəyyənləşdirilmişdir; bunu nla belə apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, apellyator xx.xx.2019-cu il tarixdə 150 manat (yəni 88 ABŞ dolları) ödəniş həyata keçirmişdir. Buna görə də (xüsusilə, qətnamənin icrası zamanı yarana biləcək anlaşmazlığın qarşısını almaq məqsədilə) kollegiya hesab etmişdir ki, xx.xx.2018-ci il tarixinə hesablanmış 586,16 ABŞ dolları faiz borcu apellyatorun sonradan ödədiyi məbləğin müvafiq hissəsində əvəzləşdirilməli (yəni xx.xx.2018-ci il tarixindən sonra ödənilən 88 ABŞ dolları faiz borcundan çıxılmalı) və buna uyğun olaraq faiz borcunun tutulması hissəsində qətnamə dəyişdirilməlidir. Qətnamədən yalnız Cavabdeh1 kassasiya şikayəti verdiyindən, məhkəmə qətnaməsinin qanuniliyi ona münasibətdə yoxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işi n araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mə nada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkdə h aqlı olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəliləri ilə əlaqədar olaraq qeyd edir ki, ölkədə baş verən devalvasiya ilə bağlı cavabdehə hər-hansı güzəşt edilməsi bankın müstəsna hüququdur. Tərəflər bununla bağlı məhkəmədənkənar qaydada istənilən razılığa gələ bilərlər. Tərəflər arasında bağlanmış müqavilə şərtlərində borc alanın maddi vəziyyətinin pisləşməsi halında öhdəliyi icra etməkdən imtina etməsi halı nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)11271/2019 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar