Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-941/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-941/21 (Açar sözlər: borcun məbləği və ekspertiza xərclərinin bölüşdürülməsi ilə bağlı mübahisə) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İdiaçının vəkili Vəkil Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6552/2020 nömrəli, xx xxxxxx 2020- ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ASC-nin “Nərimanov” fılialı ilə Cavabdeh1 arasında xx xxxxx 2014-cü il tarixli, № 23-3612 saylı kredit müqaviləsi bağlanaraq borcalana 24 (iyirmi dörd) ay müddətinə, illik 27 (iyirmi yeddi) faiz ödəmək şərti ilə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Borcalan kredit müqaviləsi üzrə öhdəlikləri lazımınca yerinə yetirməmiş, borc ödənilməmişdir. İddiaçının bildirməsinə görə cavabdehin banka 10305 manat əsas borcu, 20396 manat faiz borcu, 200 m anat cərimə borcu olmaqla, cəmi 30901 manat borcu vardır. Götürülmüş kredit üzrə İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh2 arasında xx xxxxx 2014-cü il tarixli, № 23-3612 saylı zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zaminlər kreditor qarşısında borclunun xx xxxxx 2014-cü il tarixli, № 23-3612 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bank) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, bankla Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli № 23-3612 saylı kredit müqaviləsinə, Ca vabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, № 23-3612 saylı zaminlik müqavilələrinə əsasən cavabdehlərdən birgə qaydada 10 305 manat əsas, 20 396 manat faiz, 200 manat cərimə borcu olmaqla, cəmi 30 901 manat borcun, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim F.Hətəmzadə) iddia qismən təmin edilərək, Cavabdeh1 10 305 manat əsas, 3432,10 manat faiz, 50 manat cərimə olmaqla cəmi 13 787,1 (on üç min yeddi yüz səksən yeddi manat 10 qəpik) manat borcun və 13,38 (on üç manat 38 qəpik) manat dövlət rüsumunun əvəzinin tutularaq Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manatın 53,52 manat hissəsinin Cavabdeh1, 66,48 manat hissəsinin Əmanətlərin Sığortalanması Fondundan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- E.Həsənov (sərlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-163/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi “pul vəsaitlərinin İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutu lması”, “ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manatın 66,48 manat hissəsinin Əmanətlərin Sığortalanması Fondundan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi” və “cavabdehdən 50 manat cərimə borcunun tutulması” hissələrində dəyişdirilərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 10 305 (on min üç yüz beş) manat əsas, 3432,10 (üç min dörd yüz otuz iki manat 10 qəpik) manat faiz, 200 (iki yüz) manat cərimə olmaqla cəmi 13 937,1 (on üç min doqquz yüz otuz yeddi manat 10 qəpik) manat borc və 13,38 (on üç manat 38 qəpik) manat dövlət rüsumunun əvəzinin tutulması, ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manatın 66,48 manat hissəsi İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, qətnamə İddiaçı ASC-nə münasibətdə və o nun mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni dəyişdirərkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına, Mülki Məcəllənin 467, 470, 477.0.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri dəlilləri, məhkəmə icraatı İddiaçı LPOİddiaçı ASC kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri:
1. Borcun məbləği düzgün hesablanmamışdır. 2. ekspertiza xərcləri düzgün bölüşdürülməmişdir. İddiaçı bank hesab edir ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, xx.xx.2020-ci il tarixli, 4414 saylı ekspert rəyini tədqiq edərkən və ona qiymət verərkən səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kol legiyası onun izahatını dinləməmişdir. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, g östərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir.Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yer də lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda bi ləcəyini təsbit etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağ ı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçı Apelyasiya instansiyası məhkəməsinin qətnaməsini tutulan faiz borcu hissəsində və ekspertiza xərclərinin bölüşdürülməsi hissəsində mübahisələndirir. Ona görə kollegiyası qətnamənin kassasiyanın dəlilləri əsasında yoxlayır. İddiaçı hesab edir ki, iş üzrə keçirilmiş ekspert rəyin faiz borcunu düzgün hesablamamış, faiz borcu cavabdehin öhdəliklərini icra etdiyi müddətə hesablanmalı idi. İşə baxan məhkəmə haqlı olaraq “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələri nin bəzi müddəalarının şərh edilməsinə dair ”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq faiz borcunu müqavilə müddətinə hesablamışdır. Borcun faiz hissəsinin hesablanması bu sahədə xüsusi biliyə malik olan şəxsekspert tərəfindən həyata keçirilmişdir. Ekspert rəyi yazılı sübut kimi əhəmiyyətə malikdir. Tərəfin yazılı sübutun, o cümlədən ekspert rəyinin əsassız olması barədə bəyanatı həmin sübutun dəyərini qüvvədən salmır. Yazılı sübutun məzmunca düzgün olmamasına istinad edən tərəf elə mötəbər sübutlar təqdim etməlidir ki, yazılı sübutun mötəbərliliyi aradan qalxmış olsun. Çünki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Müqavilə müddəti bitə ndən sonra faizlərin müqavilə şərtlərinə uyğun hesablanmaqda davam etməsi tələbi əsassızdır. Analoji işlərə baxılması ilə bağlı artıq oturuşmuş məhkəmə təcrübəsi var və həmin təcrübə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarı əsasında formalaşmışdır. Kassatorun 2-ci dəlili də əsassızdır. Məhkəmə xərclərinin bütünlüklə cavabdehə aid edilməsi əsaslı ola bilməz. Beləki, iddia tələbi 30 901 manat borcun tutulması barədə idi. Apellyasiya Məhkəməsi tələbi cəmi 13 937,1 manat məbləğində təmin etmişdir. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə uyğun olaraq məhkəmə xərcləri bölüşdürülməlidir. Çünki iddia tələbi qismən təmin olunmuş, ekspert rəyi ilə borcun tələbdən az olması müəyyən edilib. Ona görə həm ödənilmiş dövlət rüsumu və həm də ekspertiza xərcləri bölüşdürülməlidir. Qeyd olu nanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6552/2020 nömrəli iş üzrə XXXX 2020-ci il tarixli qətnaməsi kassatora aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.