Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-941/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, prosessual müddətin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 yanvar 2025-ci il tarixli 2(104)-208/2019 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üz rə qəbul edilmiş məhkəmə aktları
1. Gədəbəy Rayon Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli 2(042)-67/2018 saylı qətnaməsi ilə (hakim Marif Kazımov) iddia qismən təmin edilərək, "xxxx" lizinq şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, TTD 1605/12xx-xx/2011-3 saylı daxili maliyyə lizinq müqaviləsinə Əlavə razılaşmaya əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dəymiş ziyan üzrə 4743.51 ABŞ dolları əsas məbləğdən gecikmə, 2032 ABŞ dolları faiz, 80 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 6855 (altı min səkkiz yüz əlli beş) ABŞ dolları 51 (sent) məbləğində borc qətnamə icra olunduğu günə Azərbaycan manatına olan məzənnə hesabı ilə tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat cavabdeh lərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
2. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2019-cu il tarixli 2(104)-208/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 dekabr 2024-cü il tarixli 2(104)-208/2019 nömrəli qə rardadı ilə müddət ötürüldüyü üçün kassasiya şikayəti geri qaytarılmışdır.
6. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil yenidən kassasiya şikayəti və həmin şikayəti vermək üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə verərək, qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilməklə bərpa olunmasını və kassasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, o, məhkəmə qəbzinə imza atsa da, qətnamədən məlumatsız olmuş, qətnaməni poçt vasitəsilə gec almış və beləliklə, müddəti ötürmüşdür.
8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 yanvar 2025-ci il tarixli 2(104)-208/2019 nömrəli qərardadı ilə (hakimlər Fikrət Mehtiyev - sədrlik edən və məruzəçi, Rəhman Muradov və Mustafa Mustafayev) cavabdehin kassasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddətin bərpasından imtina edilmiş, kassasiya şikayəti vermək üçün müddətin bərpa edilməsinə dair ərizə kassasiya şikayəti ilə birlikdə geri qaytarılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli qətnamə xx.xx.2019-cu il tarixində poçt vasitəsilə cavabdeh X2 qeydiyyatda olduğu ünvana, yəni Gədəbəy rayonu Xarxar kəndinə göndərilmiş və qeyd olunan poçt zərfi geri qaytarılmamışdır. Eyni zamanda, sonuncu xx.xx.2019-cu il tarixində məhkəmə kollegiyasının iclasında iştirak etməklə məhkəmə qətnaməsindən çıxarışı məhkəmə qəbzinə imza etməklə qəbul etmişdir. Bundan sonra, məhkəmə qətnaməsi birinci instansiya məhkəməsi tərəfindən icra olunması üçün icra qurumu na göndərilmiş və xx.xx.2018-ci il tarixində icraata qəbul edilməklə sonuncuya bu barədə məlumat verilmişdir. Belə ki, cavabdeh Rauf Vəliyevin tərəfindən icra sənədi icra olunmadığı üçün ona xəbərdarlıq edilməklə, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində icra qurumu tərəfindən izahatı alınmışdır. Cavabdeh isə verdiyi izahatlarda qeyd olunan icra sənədi barədə məlumatının olduğunu bildirmişdir. Habelə, cavabdeh xx.xx.2023-cü il tarixində iş materialları ilə tanış olması barədə məhkəmə kollegiyasına ərizə ilə müraciət etmiş, daha sonra isə qeyd olunan ərizəyə imza etməklə mülki işin materialları ilə tanış olmuşdur. Göründüyü kimi, cavabdeh Rauf Vəliyev həmin qətnamədən məlumatlı olmuş, lakin qətnamənin qəbul edilməsindən 2 aydan artıq müddət, yəni 5 ildən çox müd dət keçməsinə baxmayaraq kassasiya şikayəti verməmişdir.
10. Baxmayaraq ki, cavabdeh ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmiş, lakin ərizəsinə ötürülmüş prosessual müddətin üzürlü səbəblərdən olmasını təsdiq edən sübutlar əlavə edilməmişdir.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kassasiya şikayəti geri qaytarılmalıdır. Ona görə ki, MPM-in kassasiya şikayətinin qaytarılması əsaslarını müəyyən edən 408.1.4-cü maddəsində göstərilmişdir ki, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır.
12. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 33.1, 10-1.1, 10-1.2, 10-1.3, 128.3, 129, 1 33, 134.1.5, 135, 227.4, 376.2, 405.0.1, 408.1.4, 408.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh1 kassasiya şikayəti verərək (Vəkil) qərardadın ləğv edilərək şikayət veriləsi üçün nəzərdə tutulmuş müddət bərpa olunmaqla kassasiva şikayətinə baxılması üçün kassasiya şikayətinin Ali Məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 15 mart 2019-cu il tarixli qətnamənin ona hansı qaydada verilməsi açıq-aydın görünür. O, sözügedən qətnaməni dəfələrlə müxtəlif dövlət orqanlarına yazdıqdan sonra zorla almışdır. Həmin qətnaməni aldıqdan sonra, sözügedən qətnamədən kassasiya şikayəti vermişdir. Ona məhkəmə iclası bitdikdən sonra, məhkəmə qə bzinə qətnamədən çıxarışın ona verilməsi ilə bağlı imza etdirmişlər, lakin ona heç nə verməmişlər. Qətnamənin ona poçt vasitəsilə verilməsi qeyd edilsə də, bu hal da mövcud deyil. O, sözügedən qətnaməni Məhkəmə Hüquq Şurasına yazdıqdan sonra almış və rəsmi qaydada aldıqdan sonra kassasiya şikayətini vaxtında vermişdir. Müddətin ötürülməsinə baxmayaraq, müddətin bərpasına dair ərizə vermiş, lakin müddət bərpa edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
17. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
18. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
19. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırı lması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
20. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atas ının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
21. Maddə 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər.
22. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
23. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 a y müddətində verilə bilər.
24. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərar dad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
31. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
33. Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin Mül ki Kollegiyasının 15 mart 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayətini 2024-cü ildə vermiş, habelə sonradan ərizə təqdim edərək ötürülmüş müddətin bərpasını xahiş etmişdir.
34. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixində məhkəmə kollegiyasının iclasında iştirak etməklə məhkəmə qətnaməsindən çıxarışı məhkəmə qəbzinə imza etməklə qəbul etmişdir. Eyni zamanda qətnamə xx.xx.2019-cu il tarixində poçt vasitəsilə cavabdeh X2 qeydiyyatda olduğu ünvana, yəni Gədəbəy rayonu Xarxar kəndinə göndərilmiş və qeyd olunan poçt zərfi geri qaytarılmamışdır. Bundan başqa məhkəmə qətnaməsi icra olunması üçün icra qurumuna göndərilmiş və xx.xx.2018ci il tarixində icraata qəbul edilməklə sonuncuya bu barədə məlumat verilmişdir. Cavabdeh Rauf Vəliyevin tərəfindən icra sə nədi icra olunmadığı üçün ona xəbərdarlıq edilməklə, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində icra qurumu tərəfindən izahatı alınmış, cavabdeh izahatlarda qeyd olunan icra sənədi barədə məlumatının olduğunu bildirmişdir. Habelə, cavabdeh xx.xx.2023-cü il tarixində iş materialları ilə tanış olması barədə məhkəmə kollegiyasına ərizə ilə müraciət etmiş, daha sonra isə qeyd olunan ərizəyə imza etməklə mülki işin materialları ilə tanış olmuşdur.
35. Apellyasiya məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə alaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh Rauf Vəliyev qətnamədən qətnamənin qəbul edilməsindən 5 ildən çox müddət keçməsinə baxmayaraq kassasiya şikayəti verməmişdir.
36. Bundan əlavə, apellyasiya məhkəməsi müddətin ötürülməsinin cavabdehin iradəsindən asılı olmayan, o nun tərəfindən onların dəf edilməsi mümkün olmayan hallardan irəli gəlməsini müəyyən etməmişdir.
37. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən iş materialları araşdırılmış, cavabdehin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
38. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 yanvar 2025-ci il tarixli 2(104)-208/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.