Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-943/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 18 fevral 2019-cu il İş № 2(102)-943/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)822/2018 nömrəli iş üzrə 18 iyul 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Quba rayon məhkəməsinin (hakim Elman Əhmədov) 06 iyun 2017-ci il tarixli qətnamə si ilə İddiaçı-nin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcu tələbinə dair iddiası təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 17.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 9492,24 manat əsas, 3798 manat faiz, 584,57 manat cərimə olmaqla, cəmi 13874,81 manat pulun və 20 manat dövlət rüsumunun alınaraq İddiaçı-yə verilməsi qət edilmişdir Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Elman Rəhimov sədrlik edən və məruzəçi, Lətifə Məmmədova, Səyyad Qafari) 18 iyul 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə üzrə Quba rayon məhkəməsinin 06 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə keçirilmiş ekspertizanın xidmət haqqı olaraq 145 manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublika sı Ədliyyə Nazirliyinin hesabına köçürülməsi qət edilmişdir. İşin halları: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh və Zamin cəmi 12191 manat və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulmasına dair məhkəmə əmrinin verilməsini xahiş etmiş, Quba rayon məhkəməsinin 05 oktyabr 2016-ci il tarixli məhkəmə əmri ilə Cavabdeh və Zamin 9492,24 manat əsas, 2698,76 manat faiz, cəmi 12191 manat borcunun alınaraq İddiaçı-yə verilməsi əmr edilmişdir. Borclu Zamin Quba rayon məhkəməsinin 05 oktyabr 2016-ci il tarixli məhkəmə əmrinə etiraz etmiş, məhkəmənin 09 mart 2017-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş, mübahisəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə borclu Cavabdeh arasınd a bağlanmış 17.08.2015-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən borcluya illik 24 faizlə 24 ay müddətinə 9817,83 manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Zamin ilə zaminlik müqaviləsi bağlanmış, və o, Cavabdeh öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borclular Cavabdeh və Zamin müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh və Zamin 9492,24 manat əsas borcun, 2698,76 manat faiz ümumilikdə 12191 manat və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcmini artır araq cavabdehlərdən 9492,24 manat əsas, 3798 manat faiz, 584,57 manat cərimə borcunun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının təl əblərini pozmuşdur. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən süb ut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı ilə borclu Cavabdeh arasında bağlanmış 17.08.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya illik 24%-lə 24 ay müddətinə 9817,83 manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Zamin ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclular müqavil ənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışlar. Birinci instansiya məhkəməsi mübahisənu yuxarıda göstərilən qaydada həll etmiş, apellyasiya instansiyası məhkəməsi məhkəmənin gəldiyini nəticəni qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşdən göründüyü kimi, iddiaçı bank ilkin olaraq məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və cavabdehlərdən 9492,24 manat əsas və 2698,76 manat faiz bo rcunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. İş iddia icraatına keçdikdən sonra iddiaçı 06.06.2017-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etmişdir. Həmin ərizədə cavabdehlərdən 9492,24 manat əsas, 3798 manat faiz və 584,57 manat cərimə borcunun tutulması xahiş edilmişdir. Birinci instansiya məhkəməsi həmin ərizəni nəzərə alaraq iddia tələbini tam təmin etmişdir. Qətnamədən şikayət verən Cavabdeh borcun düzgün hesalanmadığını qeyd etmişdir. Cavabedehin apellyasiya şikayətinə əsasən apellyasiya instansiya məhkəməsi iş üzrə məhkəmə-mübahisabtlıq ekspertizasının keçirilməsini təmin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 may 2018-ci il tarixli rəyi ilə cavabdehin 03.10.2016-cı il tarixə banka olan borcunun ümumilikdə 11621,59 manat, əsas borc üzrə 9417,82 manat, faiz borcu üzrə isə 2203,77 manat olması müəyyən edilmişdir. Göründüyü kimi, ekspert rəyi ilə müəyyən edilən məbləğlərlə iddiaçının tələb etdiyi məbləğlər arasında fərqlər mövcuddur. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən ekspert rəyinə hüquqi qiymət verməmiş, ekspert rəyini nə üçün sübut kimi qəbul etmədiyini əsaslandırmamışdır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göst ərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri o rada aydın izah edilməlidir”. Mülki Prosessual Məcəllənin 101.3-cü maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Bundan başqa iş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə müqavilənin müddətinin bitmə tarixinə qədər 9817,83 manat əsas, 2638,78 manat faiz borcunun ödənilməli olması müəyyən edilmişdir. İddiaçı bank cavabdehlərdən kredit müqaviləsində nəzərdə tutulmuş ümumi faiz borcundan artıq borc, yəni 3798 manat faiz borcunun tutulmasını tələb etmiş, iddia tələbini tam təmin edən birinci instansiya məhkəməsi, o cümlədən apellyasiya instansiyası məhkəməsi həmin məbləğdə faiz borcunun necə yaranmasını araşdırmamış, ekspert rəyində isə bu hal öz əksini tapmamışdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlaralazımihüquqiqiymətvermədəniş üzrə gəldiyinəticəsiqanunivəəsaslısayılabilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-822/2018 nömrəli iş üzrə 18 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-943/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-943/2019
18.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver