Məhkəmə qərarları › İş №2(102)-943/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-943/2024

09.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-943/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Radio Televiziya Yayımı və X7 Birliyinə (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X3 və X4 cəlb edilməklə) qarşı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: vəkil tərəfindən kassasiya şikayətinin elektron qaydada imzalanmaması, kassasiya şikayəti verən şəxsin tələbinin dəqiq göstərilməməsi əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Babayev Zəki Baba oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddi n Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Radio Televiziya Yayımı və X7 Birliyinə (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X3 və X4 cəlb edilməklə) qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6619/2023 nömrəli, 01 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü 14 fevral 2024-cü il tarixdə yoxlayaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Radio Televiziya Yayımı və X1rşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, “X8” tərəfindən Azərbay can Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Radio Televiziya Yayımı və X7 Birliyinə 169.981 manat “qaytarılmış məbləğ” və ondan Teleradio İB-nin xeyrinə tutulmalı olan 120.892 manat arasındakı fərqi təşkil edən 49.088 manat pulun və məhkəmə xərcinin əvəzi olan 237 manat olmaqla, ümumilikdə 49.325 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2513/2023 nömrəli, 08 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günel Əkbərli) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

3. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv ed ilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6619/2023 nömrəli, 01 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, qüvvədə saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

5. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, mübahisələndirilən qətnamənin ləğv edilməsini və işin apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

6. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

7. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

8. Maddə 407.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxs in tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.

9. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. 10. 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə.

11. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

12. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunu.

13. Maddə 3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosed urlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.

14. Maddə 5.2. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

16. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi isti sna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

17. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir. İş materialları araşdırılarkən məlum olur ki, kassasiya şikayəti iddiaçı tərəfindən elektron qaydada imzalansa da, Vəkil tərəfindən elektron qaydada imzalanmamışdır.

18. Bundan başqa işdən görünür ki, iddiaçı kassasiya şikayətinin sonunda xahiş etdim hissəsində kassasiya şikayəti üzrə mübahisələndirilən qətnamənin ləğv edilməsini və işin apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin məzmununda dəqiq olaraq hansı qətnamənin (saylı, tarixli və s) mübahisələndirlidiyini müəyyən etmək mümkün deyildir. Göründüyü kimi hazırki kassasiya şikayətində şikayəti verən şəxsin tələbi aydın olmamaqla, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş formada tərtib edilməmişdir.

19. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası MPM-nin 408.1.1-ci maddəsinə əsasə kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikay əti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

20. Göstərilən halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 407-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.

21. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə), apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qay tarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

22. Beləliklə, iddiaçı tərəfindən kassasiya şikayəti verilərkən MPM-nin 407-ci maddəsinə riayət olunmadığından kassasiya şikayəti icraata qəbul edilə bilməz.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

24. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiy a şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

26. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 407-409-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6619/2023 nömrəli, 01 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar