Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-944/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: “xxxx” ASC Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-944/21 (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: Cavabdeh1 vəkili Vəkil İsax oğlu, Cavabdeh: Cavabdeh2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)2042/2020 saylı qətnaməsindən Cavabdeh1 kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldırıb və tələbini belə əsaslandırıb ki, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə 19.000 ABŞ dolları kredit verib. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq zaminlər Cavabdeh2 və Cavabdeh3la ayrı-ayrılıqda xx xxxxxx 2014-cü il tarixli zaminlik müqavilələri bağlanıb. Lakin Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə müvafiq danışıqlar aparılsa da bunun heç bir nəticəsi olmayıb. xx xxxxxx 2017-ci il tarixli maliyyə arayışına görə Cavabdeh1 iddiaçıya ödənilməmiş13.204,11 ABŞ dolları əsas, 6.950,76 ABŞ dolları faiz borcu, 2.424,24 ABŞ dolları cərimə olmaqla, cəmi 22.579,11 ABŞ dolları kredit borcu yaranıb. Ona görə də həmin kredit borcunun ödəniş vaxtı milli manata məzənnədə cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.M.Həsənov) iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı milli manata məzənnədə əsas borca görə 13.204,11 ABŞ dolları, faiz borcuna görə 6.950,76 ABŞ dolları, hesablanmış cəriməyə görə 100 ABŞ dolları olmaqla, cəmi 20.254,87 ABŞ dolları kredit b orcunun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyib və onun iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcu yaranıb. Cavabdeh1 iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş əsas və faiz borcunun yaranması mülki iş üzrə keçirilmiş çoxsaylı ekspert rəyləri ilə istisna olunmur. Eyni zamanda iddia olunan cərimə məbləğinin tənasübsüz surətdə yüksək olması mülki iş materialları ilə istisna edilmir. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 448-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsas landırıb. Cavabdeh1 apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilib, iş üzrə ekspertiza keçirilməklə əsassız hesablanmış 6.950,76 ABŞ dolları faiz borcunun silinməsi və ümumi borcun 13.204,11 ABŞ dolları hesab edilməklə manata çevrilməsi və restrukturizasiya qaydasında ödəmə vaxtının 5 ilə kimi uzadılması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev sədrlik edən və məruzəçi, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya inst ansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Cavabdeh1 apelyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 448-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 kasasiya şikayəti verərək apelyasiya instansiyası mə hkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh2 məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə icl asında dinləmədi. İddiaçı “xxxx” ASC, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həm in Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin halla rının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarından tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən madd i və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh1 kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın qismən təmin edilməsi üçün əsasların olmamasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 19.000 ABŞ dolları kredit verilib və sonuncu kredit müqaviləsi üzrə hər ay krediti və ona hesablanmış faizləri bərabər hissələrlə ödəməyi öhdəsinə götürüb. Eyni zamanda həmin kredit müqaviləsinin təminatı kimi digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3la ayrı-ayrılıqda xx xxxxxx 2014-cü il tarixli zaminlik müqavilələri bağlanılıb. Bundan başqa, xx xxxx 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə 2 saylı əlavəyə əsasən, tərəflər arasında bağlanmış müqavilənin müddəti 36 ayadək artırılıb və kredit müqaviləsi üzrə faiz dərəcəsi 28 faizdən 26 faizə endirilib və yeni ödəniş cədvəli tərtib edilib. Apelyasiya instansiyası məhkəməsi sadalanan sübutları, o cümlədən Cavabdeh1 kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh1 sö zügedən müqavilə və kredit razılaşması üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib. Hazırda iddiaçı, Cavabdeh1 kredit müqaviləsi və kredit razılaşması üzrə öhdəliklərini yerinə yetirmədiyini əsas tutub, onun iddiaçıya ödənilməmiş 13.204,11 ABŞ dolları əsas, 6.966,88 ABŞ dolları faiz borcunun olduğunu və sonuncu barəsində 2.424,24 ABŞ dolları cərimə hesablandığını iddia edir. İşə əlavə edilmiş xx xxxxxxxx 2018-ci il tarixli maliyyə arayışına əsasən, borclu Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə iddiaçıya müqavilənin icra müddətinin bitdiyi xx xxxxxx 2017-ci il tarixə olan əsas borcu 13.204,11 ABŞ dolları, faiz borcu 6.950,76 ABŞ dolları təşkil edir. Eyni zamanda, işə əlavə edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2017-ci il tarixli rəyinə əsasən, xx xxxxxx 2 014-cü il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla borclu Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixə iddiaçıya olan əsas borcu 13.935,70 ABŞ dolları, faiz borcu 2.592,85 ABŞ dolları təşkil edir. Həmçinin işə əlavə edilmiş təkrar məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2018-ci il tarixli rəyinə əsasən xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla borclu Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixə iddiaçıya olan əsas borcu 13.935,70 ABŞ dolları, faiz borcu 7.386,27 ABŞ dolları təşkil edir. İş üzrə keçirilmiş təkrar məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxx 2019-cu il tarixli rəyindən isə görünür ki, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin və ona edilmiş xx xxxx 2015-ci il tarixli əlavənin şərtləri nəzərə alınmaqla borclu Cavabdeh1 xx xx xxxx 2016-cı il tarixə iddiaçıya olan əsas borcu 13.204,11 ABŞ dolları, faiz borcu 6.966,88 ABŞ dolları təşkil edir. Apelyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin və ona əlavə edilmiş əlavənin şərtlərini nəzərə alıb, iş üzrə keçirilmiş ilkin və təkrar məhkəmə mühasibatlıq ekspertizasının rəylərini işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib haqlı olaraq qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditin son qaytarılma müddəti xx xxxx 2018-ci il tarixdə bitib. İddiaçı hazırki iddia tələbləri ilə məhkəməyə xx xxxxxxxx 2016-cı il tarixdə müraciət etsə də, iş üzrə üç dəfə məhkəmə mühasibatlıq ekspertizası təyin edildiyindən yekun məhkəmə aktı xx xxxx 2019-cu il tarixə dək qəbul edilib. Göründüyü kimi sözügedən kredit müqaviləsi üzrə borclu Cavabdeh1 iddiaçıya olan əsas və faiz borcunun məbləği həmin kredit müqaviləsinin son icra müddətinin bitdiyi xx xxxx 2018-ci il tarixədək deyil, əslində xx xxxxxx 2016-cı il tarixədək müəyyən edilib. Apelyasiya instansiyası məhkəməsi borclu Cavabdeh1 kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, mülki qanunvericiliyə görə, borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarm ağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni zamanda öhdəliyin icra edilməməsi dedikdə- onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür və borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, borclu Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi və onun kredit müqaviləsinin icra müddətinin bitdiyi tarixədək iddiaçıya ödənilməmiş 13.204,11 ABŞ dolları əsas, 6.950,76 ABŞ dolları faiz borcunun olması mülki iş materialları, iş üzrə keçirilmiş ilkin və təkrar məhkəmə mühasibatlıq ekspertizalarının rəyləri ilə də təsdiq edildiyindən, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Cavabdeh1 özü də apelyasiya və kasasiya şikayətlərində iddiaçıya ödənilməmiş 13.204,11 ABŞ dolları əsas borcunun olduğunu inkar etmir, lakin o, apelyasiya və kasasiya şikayətlərində faiz borcunun düzgün müəyyən edilmədiyini, iş üzrə keçirilmiş ilkin və təkrar ekspertlərin rəyləri ilə razılaşmadığını göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməyib. Halbuki, A zərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzi mləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, borclu Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi və ona edilmiş xx xxxx 2015-ci il tarixli əlavəyə əsasən iddiaçıya olan 13.204,11 ABŞ dolları əsas borcundan və ona hesablanmış 6.950,76 ABŞ dolları faiz borcundan ötən müddət ərzində hər hansı məbləğdə ödəmə etməməsi də kasasiya şikayətinin dəlillərinin əsassız olması qənaətinə gəlməyə əsas verir. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 102.2-ci maddəsinin mənasına görə, məhkəmə, ekspertin rəyi ilə razılaşmadıqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, o vaxt təkrar ekspertiza təyin edə bilər ki, ekspertin rəyi əsassız, habelə bir neçə ekspertin rəyləri a rasında ziddiyyətlər olsun. Hazırki halda işə baxan məhkəmə məhz əsassızlığına görə ilkin məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2017-ci il tarixli rəyi ilə razılaşmadığı üçün, xx xxxxxx 2018-ci il və xx xxxxx 2019-cu il tarixlərdə təkrar məhkəmə mühasibatlıq ekspertizaları keçirərək əsaslandırılmış rəylər alıb və sonuncu rəyə görə borclu Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixə iddiaçıya olan əsas borcunun 13.204,11 ABŞ dolları, faiz borcunun isə 6.966,88 ABŞ dolları olduğunu müəyyən edib. Borclu Cavabdeh1 kasasiya şikayətində hər üç rəyin əsassız olduğunu göstərib iddiaya etiraz etsə də, sözügedən kredit müqaviləsi üzrə ümumiyyətlə iddiaçıya hər hansı məbləğdə ödəmə etməsinə dair məhkəməyə hər hansı mötəbər yazılı sübut, o cümlədən kassa mədaxil orderlərinin surətlərini təqdim etməy ib. Kredit müqaviləsi üzrə ödənişin müddəti çatanadək Azərbaycan manatının ABŞ dollarına nisbətdə dəyərinin (məzənnəsinin) azalmasına gəlincə isə kasasiya instansiyası məhkəməsi hesab edir ki, ölkədə baş vermiş devalvasiya iddiaçının vəsaiti hesabına kompensasiya edilməklə aradan qaldırıla və kredit müqaviləsinin şərtləri iddiaçının ziyanına təfsir oluna bilməz. Çünki, Azərbaycan manatının devalvasiyası nəticəsində cavabdehlə yanaşı iddiaçının özünə də zərər dəyməsi mülki iş materialları ilə istisna edilmir. Ölkədə baş vermiş devalvasiyanın nəticələri isə yalnız dövlətin müdaxiləsi, maliyyə yardımı, eyni zamanda kredit müqaviləsi üzrə tərəflərin qarşılıqlı razılaşmalarına əsasən aradan qaldırıla bilər. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instans iyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, Cavabdeh1 kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, Cavabdeh1 kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-2042/2020 saylı qətnaməsi Cava bdeh1 kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-944/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-944/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver