Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-944/2022 17.01.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı1 Şirvan Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2511/2021 nömrəli iş üzrə 10 avqust 2021-ci il tarixli qətnaməsindən 08.10.2021-ci il tarixdə kassasiya şikayəti vermiş, kassasiya şikayəti 19.10.2021-ci il tarixdə Şirvan Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Kassasiya şikayəti Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə edilmiş dəyişikliklər qanuni qüvvəyə mindikdən sonra verildiyindən, həmin kassasiya şikayətinin mümkünlük məsələsi həll edilərkən Mülki Prosessual Məcəlləyə edilmiş yuxarıda qeyd edilən əlavə və dəyişikliklərin tələbləri nəzərə alınmış və 01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş MPM-nin 407.1-ci maddəsinin tələblərinə uyğun olmadığından, yəni, MPM-yə 3 saylı Əlavədə müəyyən olunmuş formada tərtib olunmadığından Ali Məhkəmənin 10.11.2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki iş ilə birlikdə Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı1 Şirvan Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2511/2021 nömrəli iş üzrə 10 avqust 2021-ci il tarixli qətnaməsindən 08.12.2021-ci il tarixdə təkrar kassasiya şikayəti vermişdir. Təkrar verilmiş kassasiya şikayətindən görünür ki, kassasiya şikayətinin giriş hissəsi Mülki Prosessual Məcəlləyə 3 saylı əlavədə müəyyən olunmuş formaya uyğun olsa da, şikayətin digər hissələri həmin formaya uyğun tərtib edilməmişdir. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Bununla yanaşı MPM-nin 408.1 və 408.1.1-ci maddələrinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddə lərinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apelyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və MPM-nin 404-1.1, 404-1.2, 407.1, 408.1, 408.1.1, 408.1.7ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı1 Şirvan Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2511/2021 nömrəli iş üzrə 10 avqust 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki iş ilə birlikdə Şirvan Apelyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-944/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-944/2022
17.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver