Məhkəmə qərarları › İş №2(102)-946/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-946/2020

17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-946/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim),Əhmədov Əhməd Abbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı “xxxx” QSC-nin vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-****/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim R.Müsrəlov) xx.xx.2018-ci il tarixli 2(002)****/2018 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbininin poteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada ****** saylı kredit razılaşması üzrə 103444,03 ABŞ dolları məbləğində kredit borcunun, 23171,46 ABŞ dolları məbləğində faiz borcunun və 200 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 126.815,49 ABŞ dolları məbləğində pulun (ödənildiyi zaman manata məzənnəsi ilə), məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xi dmət haqqının alınaraq iddiaçı “İddiaçı-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyətində olan Bakı şəhəri, Qaradağ rayonu, *************** yerləşən ** nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 58500 manat məbləğində müəyyən edilməsi və mənzilin açıq hərracdan satılması, satışdan əldə əldə edilmiş məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməsi, yaranmış borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması, mənzil satıldıqdan bir ay sonra Cavabdeh2 və Cavabdeh1 həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması və alıcıya təhvil verilməsi, tutmanın Cavabdeh1 mülkiyətində olan Bakı şəhəri, Qaradağ rayonu, ******************* nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 53000 manat məbləğində müəyyən edilməsi və mənzil açıq hərracdan satılması, satışdan əldə əldə edilmişin məbləğ yaranmış borcun ödənilməsinə yönəldilməsi, yaranmış borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, mənzil satıldıqdan bir ay sonra Cavabdeh4 həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması və alıcıya təhvil verilməsi, tutmanın Cavabdeh3 mülkiyətində olan Bakı şəhəri, *************** yerləşən **** nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 40000 manat məbləğində müəyyən edilməsi və mənzil açıq hərracdan satılması, satışdan əldə əldə edilmiş məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməsi, yaranmış borc ödənildikdən sonra qalan məbləğin Cavabdeh3 qaytarılması, mənzil satıldıqdan bir ay sonra Cavabdeh3 və Cavabdeh5 həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması və alıcıya təhvil verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 145 manat ekspertiza tədqiqatının dəyərinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim X.Məhərrəmova) xx.xx.2018-ci il tarixli 2(004)-8988/2018 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh4 cavabdeh “xxxx” QSC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Babayev, X.Mərdanova, E.Həsənov) xx.xx.2019-cu il tarixli 2(103)-******/2019 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh4 cavabdeh “xxxx” QSC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair 2(103)******/2019 saylı mülki iş iddiası “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4 və qeyrilərinə qar şı “borcun tutulması və ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi” tələbinə dair 2(103)-****/2019 saylı (əvvəlki nömrəsi 2(103)-******/2018) mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov, A.Hüseyn) xx.xx.2019-cu il tarixli 2(103)-****/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 və iddiaçı Cavabdeh4 tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayə ti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı “xxxx” QSC-nin xeyrinə ****** saylı kredit razılaşması üzrə 104203,49 ABŞ dolları məbləğində kredit borcu, 23677,20 ABŞ dolları məbləğində faiz borcu və 45859,46 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 173740,16 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bil dirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 48-də xüsusi mülkiyyətdə olan 76,47 kv.m ümumi, 53,47 kv.m yaşayış, 23 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 4-cü mərtəbədə yerləşən 18 nömrəli mənzilə, Bakı şəhəri, ****************** mərtəbəli binada mülkiyyətdə olan 69.54 kv.m ümumi, 37,04 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı *** nömrəli mənzilə, Bakı şəhəri, ************************** da xüsusi mülkiyyətdə olan 48,04 kv.m ümumi, 28,49 kv.m yaşayış, 19,55 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 2-ci mərtəbədə yerləşən *** nömrəli mənzilə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması və ümumilikdə cəmi 173740,16 ABŞ dolları məbləğində borcun, ödəni lmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 63 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına “xxxx” QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması, Bakı şəhəri, *********************** da xüsusi mülkiyyətdə olan 76,47 kv.m ümumi, 53,47 kv.m yaşayış, 23 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 4-cü mərtəbədə yerləşən *** nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh1 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin evdən çıxarılması, mənzilin boşaldı lması və alıcıya təhvil verilməsi, Bakı şəhəri, ************** nömrəli, 5 mərtəbəli binada mülkiyyətdə olan 69.54 kv.m ümumi, 37,04 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı **** nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 həmin mənzilə istifadə hüququnun itirilməsi, mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi, Bakı şəhəri, *************************** da xüsusi mülkiyyətdə olan 48,04 kv.m ümumi, 28,49 kv.m yaşayış, 19,55 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 2-ci mərtəbədə yerləşən **** nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh5 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin evdən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahi ş etmişdir. İddiaçı Cavabdeh4 cavabdeh “xxxx” QSC-yə qarşı “müqaviləyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixli, ****** saylı Zminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Vəkil2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli “Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin şərh edilməsinə dair” Plenum Qərarını nəzərə almamışdır. Ümumiyyətlə hər iki instansiya məhkəmələrinin qətnaməsi maddi və prossesual huquq normalarının pozulması və düzgü n tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması və sübutların düzgün qiymətləndirilməyərək qəbul edilmişdir. Göstərilənlərə əsasən onlar, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-****/2019 saylı qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh1, vəkili Vəkil2, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümk ün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” QSC-nin vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-****/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 “xxxx” QSC ilə bağladığı xx.xx.2011ci il tarixli *********** saylı kredit xətti müqaviləsinə əsasən 120 ay üddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2013-cü il tarixli 29 34 saylı sazişə əsasən kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilmiş, kredit xətti müqaviləsinin məbləği artırılaraq ******* ABŞ dolları müəyyən edilmişdir. Kredit xətt müqaviləsi üzrə Cavabdeh1 “xxxx” QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli ****** saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 150000 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx.xx.2013-cü il tarixli kredit razılaşmasına əlavə edilmiş həmin tarixli ödəniş planı ilə Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 tanış olmuşlar və imzalamışlar. Kredit xətt müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Kredit xətt müqaviləsi üzrə Cavab deh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, **************** saylı evin **** saylı mənzil. Bakı şəhəri, ************** keçiddə *** saylı evin *** nömrəli mənzil və Bakı şəhəri, ******************* saylı evin *** saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh tərəf üzərinə düşən öhdəliyi tam icra etməmiş, hazırda Cavabdeh1 iddiaçı təşkilata borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2018-ci il tarixli 4153 saylı rəyi ilə Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixə banka olan borcunun 126615,49 ABŞ dolları müəyyən olunur, o cümlədən əsas borc üzrə 103444,03 ABŞ dolları, faiz borcu üzrə 23171,46 ABŞ dolları olduğu müəyyən edilmişdir. “xxxx” MMC-nin xx xxxxxx 2017-ci il tarixli Ç-***** saylı rəyi ilə, Bakı şəhəri, **************** saylı evin *** saylı mənzilinin hazırkı bazar qiymətinin 58500 manat, Bakı şəhəri, ****************** saylı evin *** saylı mənzilinin hazırkı bazar qiyməti 53000 manat, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, **** nömrəli evin **** saylı mənilinin hazırkı bazar qiymətinin 40000 manat təşkil etdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəmələrinin qəbul etdiyi qətnamələrin dəyişdirilməməsi qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin faiz və cərimə borcunun ləğv edilməsi dəlili əsassızdır. Belə ki, Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2018-ci il tarixli ***** saylı rəyindən görünür ki, Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixə banka olan borcunun 126615,49 ABŞ dolları müəyyən ol unur, o cümlədən əsas borc üzrə 103444,03 ABŞ dolları, faiz borcu üzrə 23171,46 ABŞ dolları borcunun olduğu müəyyən edilmişdir. Həmçinin iddiaçının cavabdehlərə hesabladığı 45859,46 ABŞ dolları tənasübsüz surətdə yüksək dəbbə puludur. Həmin cərimə pulunun tutulması ilə cavabdeh tərəfin maraqları əhəmiyyətli dərəcədə pozula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almır. Odur ki, apellyasiya kollegiyası hesab etmişdir ki, iddianı bu hissədə qismən təmin edilməklə iddiaçı tərəfindən tənasübsüz surətdə yüksək dərəcə ilə hesablanmış dəbbə pulunun məbləğinin azaldıldılaraq 200 ABŞ dolları həcmində müəyyən edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçı Cavabdeh4 cavabdeh «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair qəbul edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə bağlı qeyd edir ki, iddiaçı Cavabdeh4 cavabdeh «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə qarşı zaminlik müqaviləsinə xitam verilməsi barədə iddiasını rədd etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, iddiaçı Cavabdeh4 xx.xx.2013-cü il tarixli kredit razılaşması bağlanarkən ona əlavə edilmiş eyni tarixli ödəniş planı ilə tanış olmuş və imzalanmışdır. Bu hal Cavabdeh4 verilən kreditin məbləği, müddəti və faizi barədə razılıq ifadəsini əks etdirdiyindən z aminlik müqaviləsinin xitam verilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə görə isə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qərarına əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddəti nin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Kassasiya kollegiyası apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarının tələblərinə əməl etməklə və iddia tələblərinin hər bir hissəsinə hüquqi münasibət bildirməklə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilməməsi qənaətinə gəlmişdir. Kassasiya yoxlaması zamanı da apellyasiya kollegiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı m üəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləriu apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul v ə ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1 -ci maddəsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhtəliyini tamamilə və ya hissə-hissə icra etməsi üctin məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, əgər bu məcəllədə və Zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipotekaqoyanla ipotekasaxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3 və 59.3.1 maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bir ay müddətində ipotekaqoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmın şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləliklə kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bİlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar