Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-947/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X1, Cavabdeh1, vəkili X4 iştirakı ilə, İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə ic lasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə (hakim F.Babayev) İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Həsənov, hakimlər X.Mərdanova, V.Sadıqov) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi qismən təmin olunaraq, Cavabdeh1 zərərin əvəzi qismində 37 500 (otuz yeddi min beş yüz) manat, dövlət rüsumlarının əvəzi qismində 45 (qırx beş) manat olmaqla cəmi 37 545 (otuz yeddi min beş yüz qırx beş) manat pulun tutularaq İddiaçı İKB Açıq Səhmd ar Cəmiyyətinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı (bank) Cavabdeh2 və Cavabdeh1 qarşı i ddia ərizəsi verərək, Cavabdeh1 2013-cü il yanvarın 7-dən bankın texniki təhlükəsizlik şöbəsinin mütəxəssisi, sonra isə rəhbəri, Cavabdeh2 2006-cı il yanvarın 30-dan X6 vəzifəsində işlədiklərini, xx.xx.2016-cı il tarixdə onlarla bağlanmış əmək müqavilələrinə xitam verildiyini, Cavabdeh2 xx.xx.2014-cü il tarixdə İdarə Heyətinin qərarını qəbul edərək bir sıra vəzifəli şəxslərə, o cümlədən Cavabdeh1 bankın xəzinəsindən təhtəlhesab nəğd pul götürmək hüququ verdiyini, bu qərar əsasında xəzinədən pul götürmək üçün xüsusi sifariş forması hazırlandığını, Cavabdeh1 2015-ci il avqustun 24-dən 2016-cı il mayın 31-dək olan müddətədə müxtəlif vaxtlarda və məbləğlərdə xəzinədən nağd pul alınmasını sifariş etdiyini, Cavabdeh2 isə həmin sifarişləri təsdiq edərək icraya yönəltdiyini, bu üsullarla onların c əmi 87 000 manat pul vəsaitini bankın xəzinəsindən çıxardıqlarını və öz mülahizələri ilə istifadə etdiklərini, sonradan Cavabdeh1 mövcud ziyandan 12 000 manatını ödədiyini, beləliklə də banka 75 000 manat borclu qaldıqlarını irəli sürmüş, buna görə də cavabdehlərdən 75 000 manat pulun, habelə 30 manat dövlət rüsumunun müştərək qaydada bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olun ur ki, Cavabdeh2 xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixinədək İddiaçı-nin X6 vəzifəsində işləmiş, həmin dövr ərzində Bankın qanuni təmsilçisi olmaqla ona rəhbərlik etmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixdə üç ay sınaq müddəti təyin edilməklə bir il müddətinə bankın Təhlükəsizlik Departamentinin Direktoru vəzifəsinə işə götürülmüş, xx.xx.2013-cü il tarixdə Təhlükəsizliyi Departamentinin müdiri vəzifəsinə təyin olunmuş, onunla bank arasında eyni tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, xx.xx.2016-cı il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2014-cü il tarixdə bankın İdarə Heyəti qərar qəbul edərək təhtəlhesab-nağd pul götürmək hüququ olan şəxslərin siyahısını təsdiq etmişdir. Həmin siy ahı ilə Cavabdeh1ya bankdan nağd pul götürmək hüququ verilmişdir. Bu qərar qəbul edildikdən sonra Cavabdeh1 tərəfindən bankın xəzinəsindən xx.xx.2015-ci il tarixdə 77000 manat, xx.xx.2016-cı il tarixdə 2500 manat, xx.xx.2016-cı il tarixdə 2500 manat, xx.xx.2016-cı il tarixdə 2500 manat, xx.xx.2016-cı il tarixdə 2500 manat olmaqla cəmi 87000 manat məbləğində pul vəsaiti məxaric olunmuş, xx.xx.2015-ci il tarixdə 12 000 manat məbləğində pul onun tərəfindən bankın hesabına mədaxil edilmişdir. Hazırkı mülki işlə bağlı apellyasiya icraatı başladıqdan sonra, iddiaçı bankın bu işdə cavabdehlərdən tələb etdiyi 75 000 manatın da əhatə olunduğu digər tələblə “nümayəndəlik xərcləri adı ilə götürülmüş 4 649 340 manat məbləğində pulun Cavabdeh2 tutulub banka ödənilməsi” tələbi ilə - Bakı şəhəri Səbail R ayon Məhkəməsinə müraciət etmiş olduğu müəyyən olunmuş, bu səbəblə icraat dayandırılaraq həmin iş üzrə yekun məhkəmə aktı qəbul edildikdən sonra davam etdirilmişdir. Sözügedən işlə bağlı qəbul olunmuş və artıq qanuni qüvvəsini almış məhkəmə aktı yəni, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, “...2015-ci il aprelin 24-dən 2016-cı il iyulun 20-dək olan dövrdə mal-material alınması üçün qabaqcadan ödənilmiş hesabdan 105 halda nümayəndəlik xərcləri məqsədilə nağd pul vəsaiti götürmüş və bugünədək istifadəsi haqqında müvafiq sənədlər təqdim etməmiş şəxslər üzrə yaranmış borc məbləği, ümumi götürülmüş 4 900 388 manat müqabilində 4 582 443 manat təşkil etmiş, xx.xx.2009-cu il tarixli 98 nömrəli əmrə əsasən bankın nümayəndəlik xərcləri ilə bağlı pul vəsaitlərinə nəzarət şəxsən X6 Cavabdeh2 həvalə olunmuş, bundan əlavə, xx.xx.2013-cü il tarixli qərarla təsdiq olunmuş “Bankın büdcə planlaşdırılması haqqında əsasnaməyə” əsasən, nümayəndəlik xərcləri və digər (məsləhət xidməti, üzvlük haqqı, personal üzrə xərclər, kommersiya xərcləri, investisiya layihələri) xidmətlərin ödənişi üzrə xərclərə büdcə maddələri üzrə vəsaitlərin buraxılması bilavasitə X6 Cavabdeh2 təhkim olunmuşdur. X5 xx.xx.2014-cü il tarixli qərarı ilə Bank üzrə təhtəlhesab almaq hüququ olan şəxslərin siyahısı təsdiq edilmişdir (X6 və üzvləri, Departament, xidmət, filial rəhbərləri/əvəzediciləri və Biznes inzibatçılığı Departamentinin Təsərrüfat şöbəsinin rəisi/əvəzedicisi).... X5 xx.xx.2014-cü il tarixli qərarı ilə bir sıra vəzifəli şəxslərə bankın xəzinəsindən təhtə lhesab nağd pul götürmək hüququ verilmiş, bu qərarın əsasında qərarda göstərilən ayrı-ayrı şəxslər müxtəlif vaxtlarda və məbləğlərdə xüsusi hazırlanmış formada pul vəsaitinin götürülməsinə dair rəsmi sifarişlər etmişlər. X6 Cavabdeh2 sifariş edilmiş məbləğin xəzinədən verilməsinə sərəncam verməklə sifarişləri təsdiq etmişdir. Bu sifariş əsasında mühasibat uçotu qaydalarına uyğun olaraq, sifarişi etmiş şəxsin adına sifarişdə göstərilən məbləğdə xəzinə-məxaric orderləri tərtib edilmiş və onu həm xəzinədar, həm də müvafiq məbləği alan şəxs bilavasitə imzalamışlar. Bundan əlavə, təhtəl hesabla xəzinədən pul almış şəxslərin izahatları da bu halı təsdiq edir. Qeyd olunan faktlar Azərbaycan Respublikası Baş Prokupopu Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin məktubuna əsasən X2 Palatasın ın Bankın nümayəndəlik xərclərinin yoxlanılması barədə Aktı ilə təsdiq olunur. Hazırkı iddia tələbi qaldırıldıqdan sonra Bank tərəfindən 105 halda nümayəndəlik xərcləri məqsədi ilə götürülmüş nağd pullarla bağlı digər şəxslərə qarşı da iddia qaldırılmış, həmin mülki işlər üzrə yekun qərar qəbul edilməmişdir....Apellyasya instansiyası hesab etmişdir ki, nümayəndəlik xərclərinə görə 4 649 340 manat pul vəsaitinin bütünlüklə V.V. Xamazadan tutulması əsaslı sayıla bilməz. (əgər hazırki iş üzrə digər şəxslər də birgə cavabdeh qismində qoyulsa idi, nümayəndəlik xərcləri adları altında kassadan götürülmüş və hesabatları verilməmiş 4 582 443 manat pul onlardan müştərək qaydada tutulmalı idi). Ona görə nümayəndəlik xərcləri adları altında 105 halda kassadan götürülmüş və hesabatları verilməmiş 4 5 82 443 manat pulun yarısının, 2 291 221,5 (iki milyon iki yüz doxsan bir min iki yüz iyirmi bir manat əlli qəpik) manatın Cavabdeh2 tutulması qanuna uyğun və ədalətli hesab edilməlidir.... Cavabdeh2 hərəkətlərində İddiaçı-yə qarşı yönəlmiş təqsirli, hüquqazidd hərəkətlərin olması sübut olunur və Banka külli miqdarda vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi iş materialları ilə öz təsdiqini tapır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri işti rakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin hazırkı iddiaya etirazlarında istinad etdi kləri dəlillərin əlavə olaraq araşdırılmasına ümumiyyətlə zərurət yoxdur; çünki həmin dəlillərə qanuni qüvvədə olan məhkəmə aktı ilə artıq qiymət verilmişdir. Hazırkı iş üzrə cavabdehlərdən () tələb edilən pul vəsaitinin də əhatə olunduğu tələblə əlaqədar olan həmin məhkəmə aktında “nümayəndəlik xərcləri adı altında 105 halda kassadan götürülmüş və hesabatları verilməmiş 4 582 443 manat pulun yarısının, yəni 2 291 221,5 manatın Cavabdeh2 tutulması qanuna uyğun və ədalətli” hesab edilmiş, buna əsas kimi həm də sözügedən nümayəndəlik xərcləri məqsədilə götürülmüş nağd pullarla bağlı “digər şəxslərə qarşı da iddialar qaldırılmış olduğu” göstərilmişdir. Başqa sözlə, qanuni qüvvəsini almış qətnamə ilə Cavabdeh2 və təhtəlhesabla pul götürmüş digər şəxslərin məsuliyyəti bir növ proporsional qayda da bölüşdürülmüş, tutulmuş vəsaitdən artıq hissəni digər şəxslərin ödəməli olduqları nəticəsinə gəlinmişdir. Bu eyni zamanda o deməkdir ki, hazırkı apellyasiya baxışının predmeti olan iddia tələbi Cavabdeh1 münasibətdə qismən əsaslı hesab edilə bilər; çünkü nə qədər ki, ondan tələb edilən 75 000 manatın da əhatə olunduğu vəsaitin yarısının Cavabdeh2 tutulmasına qərar verilmişdir, bu nəticə, 75 000 manatın yalnız yarı hissəsindən Cavabdeh1 məsuliyyət daşımalı olduğu mənasına gəlir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı bankın təhtəlhesabla xəzinədən pul götürmüş şəxslərin hər birinə qarşı iddia tələbləri irəli sürdüyü və onlardan ümumilikdə 4 649 340 manat pul tələb etdiyi müəyyən olunmuşdur; qanuni qüvvədə olan məhkəmə aktı ilə Cavabdeh2 tutulmuş məbləğ nəzərə alınmadan həmin vəsaitin ta m şəkildə digər şəxslərdən tutulması isə bankın iddia etdiyi məbləğdən daha artıq məbləğin onun xeyrinə ödənilməsinə və nəticədə bankın əsassız varlanmasına səbəb olardı. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul
Məhkəmə qərarları › İş №2(102)-947/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-947/2020
11.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver