Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-949/2024 02.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “X1”-ın Bakı filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinin əsaslandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1702/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında bax araq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı “X1” cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 7.793,65 manat əsas borc, 660,61 manat faiz borcu olmaqla, cəmi 8.454,26 manat borcun və ödənilmiş 104,54 manat dövlət rüsümunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Füzuli Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) e2(064)-1214/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Y.Həşimov) iddia təmin edilmiş, cavabdehlərdən iddiaçının xeyrinə 7.793,65 manat əsas borc, 660,61 manat faiz borcu olmaqla, cəmi 8.454,26 manat borcun və ödənilmiş 104,54 manat dövlət rüsumunun tutulması qət edilmişdir.
3. Cavabdeh1 apellyasiya şikay əti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1702/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər C.İmanov (sədrlik edən və məruzəçi) T.Kərimov və P.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh1 qətnamədən kassasiya şikayəti vermiş, şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra - MPM)
6. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikay ətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
7. Maddə 407.1.4. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.
8. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
9. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq no rmalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
10. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından, şikayət qeyrimümkün hesab edilərək iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
12. Belə ki, Cavabdeh1 Mülki Məcəllənin 442-ci, MPM-in 88-ci maddəsini və Bankla aralarında bağlanmış müqavilə müddəalarını kassasiya şikayətinə köçürməklə kifayətlənmiş, maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olduğunu əsaslandırmamışdır.
13. MPM-ə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (408.1.5). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhə miyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (407.2).
14. Mövcud hal mübahisələndirilən məhkəmə aktı üzrə kassatorun dəlillərini müəyyən etməyə və bununla da kassasiya icraatının həyata keçirilməsinə imkan vermir.
15. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
16. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
17. Qeyd olunanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şirvan Apellyasiya Məhkəm əsi Mülki kollegiyasının 2(106)-1702/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin.