Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-950/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh vəkili Rüstəmov Anar Abbas oğlunun iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12031/2018 saylı, 15 avqust 2019-cu il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq mə hkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 sentyabr 2016-cı il tarixli, 2(009)1362/2016 saylı qətnaməsi ilə (hakim Z.Ə.Əliyev) İddiaçı MMC-nin Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 27900 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manatın Cavabdeh tutularaq «xxxx» MMC-nin hesabına keçirilməsi qət olunmuş, iddia qalan hissələrdə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2017-ci il tarixli, 2(103)-1366/2017 saylı qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov (sədrlik edən və məruzəçi), C.İ.Səfiyeva və V.T.Həsənov), iddiaçının apell yasiya şikayətinin təmin olunmaması, cavabdehin apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 sentyabr 2016-cı il tarixli, 2(009)-1362/2016 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2017-ci il tarixli, 2(102)-8333/2017 saylı qərarı ilə (hakimlər G.A.Quliyev (sədrlik edən və məruzəçi), Ə.A.Mirzəliyev və T.A.Qoldman), İddiaçı MMC-nin kassasiya şikayəti qismən təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2018-ci il tar ixli, 2(103)2910/2018 saylı qətnaməsi ilə (hakimlər T.S.Səmədov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və E.C.Kazımov), İddiaçı MMC-nin, Cavabdeh apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 avqust 2018-ci il tarixli, 2(102)-56392018 saylı qərarı ilə (hakimlər Ə.Ə.Əliyev (sədrlik edən və məruzəçi), V.Ə.İbayev və M.T.Əhmədova), Cavabdeh kassasiya şikayəti təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiya sının 14 dekabr 2018-ci il tarixli, 2(103)-12031/2018 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və F.Ş.Talışinski), İddiaçı MMC-nin Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 sentyabr 2016-cı il tarixli, 2(009)-1362/2016 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 sentyabr 2016-cı il tarixli, 2(009)-1362/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2019-cu il tarixli, 2(103)-12031/2018 saylı qərardadı ilə (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və F.Ş.Talışinski), Bakı Apellyasiya Məhkəməsinin Mü lki Kollegiyasının 14 dekabr 2018-ci il tarixli, 2(103)-12031/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə(iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 29.449,62 manat məbləğində maddi ziyanın, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 1.500 manat nümayəndəyə göstərilmiş hüquqi xidmətə görə ödənilmiş xərcin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 03 fevral 2014-cü il tarixdə əmək müqaviləsi bağlanmış, cavabdeh şirkətə menecer qismində işə qəbul edilmi şdir. Eyni zamanda tərəflər arasında 03 fevral 2014-cü il tarixdə «Tam maddi məsuliyyət haqqında fərdi müqavilə» bağlanmışdır. 20 yanvar 2016-cı il tarixdə Bakı şəhəri, Neftçilər prospekti, 92 ünvanında yerləşən «P1» Ticarət Mərkəzində İddiaçı MMC-yə məxsus «F1» satış məntəqəsində olan malların inventarizasiyası nəticəsində ümumi məbləği 25194 manat olan 70 ədəd mal, 21 yanvar 2016-cı il tarixdə eyni ünvanda cəmiyyətə məxsus olan «L1» satış məntəqəsində olan malların inventarizasiyası nəticəsində ümumi məbləği 4543 manat olan 12 ədəd mal əskik gəlmişdir. Maddi qiymətlərin çatışmazlığı müvafıq aktla rəsmiləşdirilmişdir. Həmin satış məntəqəsi üzrə Cavabdeh tam maddi məsuliyyət daşıyan vəzifəli şəxsdir. Aşkar edilmiş hüquq pozuntusuna və maddi qiymətlilərin çatışmazlığına dair cavabdeh tərəfi ndən izahat verilməsi tələb olunmuş, lakin sonuncu inventarizasiyanm keçirilməsinə dair aktı imza etməkdən imtina etmiş, onun tərəfindən verilmiş yazılı izahatında göstərmişdir ki, guya inventarizasiya onun iştirakı olmadan və onu işdən uzaqlaşdırmaq məqsədi ilə keçirilmişdir. Cavabdehin vermiş olduğu izahat həqiqətə uyğun deyildir və onun öz əməllərinə bəraət qazandırmaqdan başqa heç bir məqsəd daşımır. Eyni zamanda «P1» Ticarət Mərkəzində Cəmiyyətə məxsus «F1» satış məntəqəsində satıcı vəzifəsində işləyən X3 tərəfindən verilmiş yazılı izahatdan görünür ki, inventarizasiya nəticəsində aşkar olunmuş əskik gələn mallar cavabdeh tərəfindən skayner vasitəsi ilə qeydiyyata alınmadan satılmış və pulları mənimsənilmişdir. Lakin, cavabdeh vurulmuş maddi ziyanın ödənilməsindən boyun qaçırır. Cavab deh borcunu ödəmədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı MMC-nin 11 fevral 2016-cı il tarixli əmri ilə Cavabdeh ilə bağlanmış əmək müqaviləsi onun təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurmaqla əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv olunmuşdur. Eyni zamanda, əmrə əsasən Cavabdeh tərəfindən vurulmuş maddi ziyanın məbləği ona çatası son haqq-hesab məbləğindən çıxılmaqla son haqq-hesab aparılması əmr edilmişdir. Nəticədə, son haqq-hesabın məbləği 287,38 manat müəyyən edilmiş, vurulmuş maddi ziyanın məbləği 29.449,62 manat təşkil etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. İş üzrə yuxarıda qey d edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qərardadından narazı qalaraq Cavabdeh həmin qərardaddan Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qərardadının ləğv edilib kassasiya şikayətinə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuş, cavabdeh tərəfindən qətnamənin surətinin verilməsinə dair ərizə yazılsa da, həmin qətnamə cavabdehə verilməmiş, nəticədə qanunsuz və əsassız məhkəmə qərardadı qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kol legiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Rüstəmov Anar Abbas oğlu kassasiya şikayətini müdafiə edib onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh vəkili Rüstə mov Anar Abbas oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisə yə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0 və 405.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 ay müddətində kassasiya şikayəti verilə bilər. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2018-ci il tarixli, 2(103)-12031/2018 saylı qətnaməsi poçt vasitəsi ilə (rabitə orqanı reyestri 28 dekabr 2018-ci il tarixdə qəbul etmişdir) tərəflərə gönd ərilmişdir. Həmçinin cavabdehin müraciətinə əsasən qətnamənin surəti 01 fevral 2019-cu il tarixdə şəxsən ona təqdim olunmuş, sonuncu bu barədə qəbzi imzalamışdır. İş materiallarından məlum olur ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti isə 31 iyul 2019-cu il tarixdə (qətnaməni aldıqdan 6 ay keçdikdən sonra) məhkəməyə daxil olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı kassasiya şikayəti qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməklə məhkəməyə daxil olmuş, lakin şikayətə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. -130.3-c ü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. -408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Ali Məhk əmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, qeyd olunan prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, işin 71-ci vərəqində olan qəbzə cavabdeh şəxsən imza etməklə qətnamənin surətini 01.02.2019-cu il tarixində aldığını təsdiq etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12031/2019 saylı, 15 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən s
Məhkəmə qərarları › İş №2(102)-950/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-950/2020
25.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver