Məhkəmə qərarları › İş №2(102)-950/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-950/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-950/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin ödənilməsi tələbi) 15.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1951/2020 nömrəli iş üzrə 11 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 aprel 2021-ci il tarixdə Ali Məhk əmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC-nin iddia ərizəsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 040HOME475565 saylı,12.11.2014-cü il tarixli Kredit Müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 84 ay müddətinə illik 9 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 74 202 (yetmiş dörd min iki yüz iki) ABŞ dolları məbləğində kredit verilmişdir. Abşeron Rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli, 2(012)-338/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh 64134.22 manat əsas, 2516.01 manat faiz borcu, 749 manat cərimə olmaqla, cəmi 67099.11 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin əvəzi tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi nin 2(105)1614/2018 saylı, 23 noyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh 2084.71 manat məbləğində faiz borcu tutularaq İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh məxsus Abşeon rayonu Masazır kəndində yerləşən 0.032 ha torpaq sahəsi və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinin ilkin satış qiyməti 196400 manat müəyyən edilmişdir. Məhkəmənin 20.12.2019-cu il tarixdə verilmiş sorğusuna verilmiş Abşeron İcra və Probasiya şöbəsinin 07.01.2020-ci il tarixli məktubdan görünür ki, Abşeron rayon icra şöbəsinin icraatında olan 83006/19 saylı icra işinin icrası ilə əlaqədar bildirilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1614/2018-ci il saylı, 20.05.2019-cu il tarixli icra vərəqəsinə əsasən, Abşeron r ayon məhkəməsinin 2(012)-338\2017 saylı, 26 yanvar 2017ci il tarixli qətnaməsi 27.06.2013-cü il tarixli, 016HOME354811 saylı kredit müqaviləsi əsasında Cavabdeh iddiaçının xeyrinə kredit müqaviləsi üzrə 2516,01 manat məbləğində faiz borcunun tutulması və ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdiriməsi, Cavabdeh 2084,71 manat məbləğində faiz borcu tutularaq İddiaçı ASC-yə ödənilməsi, İpoteka predmeti olan Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,032 ha torpaq sahəsi və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinin ilkin satış qiyməti 196400 manat müəyyən edilməklə, qətnamə Cavabdeh 641324,22 manat əsas borc, 86,37 manat əsas borc üzrə cərimə, 662,40 manat faiz borcu üzrə cərimə və dövlət rüsumu kimi ödənilmiş 30 manat mə bləğində pul vəsaitinin əvəzi tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın X1 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,032 ha torpaq sahəsi və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinə yönəldilərək ipoteka predmetinin hərrac vasitəsilə satılması, satışdan əldə ediləcək vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi, həmin pul vəsaitinin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdehə verilməsi və əldə olunan vəsait qətnamənin icrası üçün yetərli olmadıqda cavabdehin digər əmlakından və gəlirlərindən tutulması hissələrində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İcraata başlama haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildiriş qərarla birlikdə borclunun ünvanına göndərilmiş, borclu icraata başlama haqqında qərar aldıqda n sonra icra sənədinin icrasını təmin etmək məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1614/208-ci il tsaylı, 20.05.2019cu il tarixli icra sənədinə əsasən iş üzrə borclu Cavabdeh məxsus olan və icra vərəqəsinə əsasən ilkin satış qiyməti 196400 manat dəyərində qiymətləndirilən Abşeron rayonu, Masazır kəndində yerləşən 0,032 ha torpaq sahəsi və onun üzərində tikilməkdə olan fərdi yaşayış evinin satılması ilə bağlı hərracın keçirilməsi üçün Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-yə 23.07.2019-cu il tarixdə sifariş göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-yə sifariş göndərildiyindən açıq hərracın keçirilməsinə dair 30.07.2019-cu il, 14.08.2019-cu il və 09.09.2019-cu il tarixlərdə Abşeron rayon icra və probasiya şöbəsinə bildirişlər daxil olmuşdur. Bildirişdə qeyd edilən məlumata əsasən hərracın keçirilmə vaxtları təyin edilmişdir. 07.10.2019-cu il tarixli Hərracın yekunları barədə protokola əsasən borclu Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,032 ha torpaq sahəsi və onun üzərində tikilməkdə olan fərdi yaşayış evi qalib alıcı “İddiaçı’ ASC-nin balansına keçmişdir. Borclu Cavabdeh 18.10.2019-cu il tarixdə şöbəyə dəvət olunaraq izahatı alınmış və icra işi barədə məlumat verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əldən çıxmış fayda olaraq 52.338 (əlli iki min üç yüz otuz səkkiz) manat məbləğ ində pulun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, 040HOME475565 saylı,12.11.2014-cü il tarixli Kredit Müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 84 ay müddətinə illik 9 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 74 202 (yetmiş dörd min iki yüz iki) ABŞ dolları məbləğində kredit verilmişdir. Bank qarşısında öhdəliklərini yerinə yetirə bilməyən Cavabdeh 31.08.2015-ci il tarixdə ərizə ilə banka müraciət edərək ABŞ dolları məzənnəsinin artması ilə əlaqədar ödəniş cədvəli üzrə ödəmək iqtidarında olmadığına görə kreditin AZN valyutasına konvertasiya edilərək kreditin restrukturizasiyasını həyata keçirilməsini xahi ş etmiş, onun xahişi nəzərə alınaraq 31.08.2015-ci il tarixli razılaşma imzalanmış və həmin razılaşmaya əsasən, yuxarıda qeyd edilmiş kredit müqaviləsi üzrə verilmiş kreditin qalığını (59408.19 ABŞ dolları əsas borc, 16669 ABŞ dolları faiz borcu və 34.86 ABŞ dolları penya) restrukturizasiya edərək AZN valyutasına (həmin günün kursu ilə 1.0560) konvertasiya edilərək, kredit məbləği 64534.33 AZN müəyyən edilmiş, kreditin qaytarılması 95 ay müddətinə illik 9 % kreditin istifadəyə görə haqq ödəmək şərti ilə müəyyənləşdirilmişdir. Cavabdeh dəfələrlə bildirişlə müraciət edilməsinə baxmayaraq kreditin və kreditin istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəliklərini lazımı qaydada icra etməmiş və bunun nətiicəsi olaraq Abşeron Rayo n Məhkəməsinə müraciət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli, 2(012)-338/2017 saylı qətnaməsinə əsasən, Cavabdeh 64134.22 manat əsas, 2516.01 manat faiz borcu, 749 manat cərimə olmaqla, cəmi 67099.11 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin əvəzi tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və faiz məbləği 2084.71 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Cavabdeh tərəfindən verilmiş kreditin vaxtında qaytarılmaması nəticəsində Bank külli miqdarda maliyyə itkisinə məruz qalmışdır. Belə ki, cavabdeh tərəfindən 2017-ci il tarixdən bu günədək 64134.22 manat əsas, 2516.01 manat faiz borcu, 749 manat cər imə olmaqla, cəmi 67099.11 manat məbləğində borcun qaytarılmaması bank tərəfindən mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən yəni, illik minimum 26 % olmaqla 52338 (əlli iki üç yüz otuz səkkiz) manat məbləğindən məhrum olmuşdur. Qeyd edilənlərə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov, iş № 2(012)-285/2020) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Abşeron Rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli, 2(012)338/2017 saylı qətnaməsindən, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1614/2018 saylı, 23 noyabr 2018-ci il tarixli qətnaməsindən, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kolleg iyasının 2(102)-2503/2019 saylı 15.04.2019-ci il tarixli qərarından görünür ki, tərəflər arasında məhkəmə mübahisəsi olmuş həmin mübahisəyə 15.04.2019-cu il tarixdə son qoyulmuşdur. Bundan sonra iş icraya yönəlmiş, icra işi 2019-cu ilin axırlarına kimi davam etdirilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iş üzrə qanunla ona verilmiş məhkəmə müdafiə hüququndan özünün hüquqlarının müdafiəsi üçün istifadə etmişdir ki, bu isə qanunla şəxlərə verilmiş hüquq və azadlıqlarının müdafiəsi prinsiplərinə uyğundur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin prinsiplərindən biri də, (MM-nin 6.1.9. maddəsi) mülki hüquqların məhkəmə müdafiəsidir. Belə ki, cavabdeh məhkəmə müdafiəsindən istifadə etməklə Apellyasiya instansiyasında işə baxılmış, rayon məhkəməsinin qətnaməsi cavab dehin xeyrinə qismən dəyişdirilərək yeni qətnamə çıxarılmışdır. Bu isə məhkəmə müdafiəsinin səmərəli olmasının nəticəsidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi göstərilən qanunvericiliyin tələb və prinsiplərinə ziddir və şəxlərin qanunla onlara verilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi ilə əlaqədar vaxtın keçməsi əldən çıxmış fayda kimi qiymətləndirilə bilməz və bu hüquqdan sui - istifadə hallarına gətirib çıxara bilər. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov, iş № 2(105)-1951/2020) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-285/ 2020 saylı, 07 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 84 ay müddətinə illik 9% kreditdən istifadəyə görə haqq ödəməklə 74202 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit vaxtında qaytarılmadığına görə məhkəməyə müraciət edilmiş, Abşeron Rayon Məhkəməsinin 26.01.2017-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən 64134,22 manat əsas borc, 2516,01 faiz borcu, 749 manat cərimə omaqla, cəmi 67099,11 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutularaq banka verilməsi qət edilmiş, Suqayıt Apelyasiya Məhkəməsi tərəfindən faiz məbləği dəyişdirilmiş, 2084,71 manat müəyyən edilmiş, eləcə də ipotekanın ilkin satış qiyməti 196400 manat müəyyən edilmişdir. İddiaçının və cavabdehin həmin qətnamədən verdikləri kassasiya şikayətləri təmin olunmamış, 07 oktyabr 2019-cu ildə keçirilən təkrar hərrac baş tutmadığından 196400 manat ilkin satış qiyməti olan ipoteka predmeti 125205 manata ipotekasaxlayan banka təklif edilmiş və ipoteka predmeti olan fərdi yaşayış evi bankın mülkiyyətinə keçmiş, ev banka təhvil verilmişdir. İddiaçı kreditin vaxtında qaytarılmamsı nəticəsində banka 52338 manat məbləğində ziyan dəydiyini iddia edir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrası borclu tərəfindən gecikdirildiyindən yaranmış borc məbləği həmin öhdəliyin təminatı olan ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması yolu ilə ödənilmişdir. İpoteka predmet inin satışından əldə olunan vəsaitin borc məbləğinin ödənilməsinə kifayət etmişdir. Qeyd olunduğu kimi ipoteka predmeti iddiaçı bankın mülkiyyətinə verildiyindən bu müqavilə üzrə öhdəliklərə xitam verilmişdir. Hazırki halda cavabdehin hərəkətləri özgənin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanması nəticəsində MM-nin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi kimi qiymətləndirilə bilməz. İddiaçı bankın Cavabdeh təqsirli hərəkəti nəticəsində ona ziyan vurulması iddiası əsaslı dəlillərlə öz təsdiqini tapmır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının iz ahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1951/2020 nömrəli iş üzrə 11 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntuların a yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız İddiaçı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Re spublikasının Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və a rtmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsin ə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxar ır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan ape lyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, ona istinad etmişdir ki, “cavabdeh bütün vasitələrdən istifadə edərək, banka olan borcunun vaxtında ödəməkdən yayınmışdır. Bank kredit təşkilatı olaraq bu müddət ərzində qeyd olunan vəsaiti başqa normal müştərilərə vermiş olsaydı bunun müqabilində həmin əqlərdən gəlir götürmüş olardı. Nəzərə almaq lazımdır ki, İddiaçı ASC hüquqi şəxs olaraq özü bir sahibkardır. Cavabdehov Heydər oğlunun qərəzli hərəkətləri nəticəsində Bank sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində suni maneələr yaradılmışdır. Odur ki, hazırki vəziyyətdə müki qanunvericiliyin normalarına əs asən Bankın əldən çıxmış faydanın və vurulmuş zərərin (əldən çıxmış fayda) ödənilməsi tələbi hüququ yaranır.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...kredit müqaviləsi üzrə öhdəliklərin icrası borclu tərəfindən gecikdirildiyindən yaranmış borc məbləği həmin öhdəliyin təminatı olan ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması yolu ilə ödənilmişdir. İpoteka predmetinin satışından əldə olunan vəsaitin borc məbləğinin ödənilməsinə kifayət etmişdir. Qeyd olunduğu kimi ipoteka predmeti iddiaçı bankın mülkiyyətinə verildiyindən bu müqavilə üzrə öhdəliklərə xitam v erilmişdir. Hazırki halda cavabdehin hərəkətləri özgənin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanması nəticəsində MM-nin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi kimi qiymətləndirilə bilməz.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməs i üçün əsas hesab etmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1951/2020 nömrəli iş üzrə 11 avqust 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar