Məhkəmə qərarları › İş №2(102)-953/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-953/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-953/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Fərzalı oğluna və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti, kassasiya şikayətinin ekspert (mütəxəssis) rəyi ilə bağlı dəlilləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1633/2019 nömrəli iş üzrə 09 oktyabr 2019-cu il t arixli qətnaməsindən Cavabdeh1 Fərzalı oğlu tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh1 Fərzalı oğlu (bundan sonra – Borcalan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, KTAFB-003 saylı kredit müqaviləsinə əsasən Bank Borcalana 36 ay müddətinə, illik 7 faiz olmaqla 30000 manat kredit vermişdir. Bankla Cavabdeh2 (bundan sonra – İpoteka qoyan) arasında bağlanmış eyni tarixli ipoteka müqaviləsi ilə sonuncuya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 68, 1-ci mərtəbəsində yerləşən 53.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi (23 saylı atelye) (bundan so nra – ipoteka predmeti) kredit müqaviləsi üzrə öhdəliyin təminatı qismində Banka qarşısında ipoteka ilə yüklü edilmiş, yüklülük daşınmaz əmlakın dövlət reystrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Borcalandan kredit müqaviləsi üzrə 7901.07 manat əsas, 425.93 manat faiz və 3056.51 manat cərimə borcu olmaqla, cəmi 11383.51 manat pulun, 61 manat dövlət rüsumu və xidmət haqqının tutulması, həmin məbləğin ipoteka predmetinə yönəldilməsi, əmlakın satılmasından əldə edilən məbləğ hesabına Banka olan borcun ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan vəsait kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən birgə qaydada tutularaq Banka ödən ilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Borcalan xx.xx.2017-ci il tarixinədək əsas borcundan 23000 manat, faiz borcundan isə 6868.99 manat ödəməli olduğu halda, əsas borcdan 19672.93 manat, faiz borcundan 3739.07 manat ödəniş etmiş, hal-hazırda Banka tələb olunan məbləğdə borcu yaranmışdır. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-274/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Nəcəfova) iddia qismən təmin edilmiş, əsas borc üzrə 7901.07 manat, faiz borcu üzrə 425.93 manat və cərimə borcu üzrə 56.51 manat olmaqla, cəmi 8383.51 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh1 Fərzalı oğlundan tutularaq Bankın hesabına köçürülməsi, ö dəmənin ipoteka predmetinin açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına həyata keçirilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməsi, kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin İpoteka qoyana qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 462, 467 və 739-cu maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3 və 47.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhk əməsi) 2(105)-1633/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – F.Məmmədov (sədrlik edən və məruzəçi), L.Məmmədova və S.Qafari) cavabdehlərin apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, əsas borc 4790,55 manat, faiz borcu 354,79 manat, ipoteka predmetinin ilkin satış qiyməti 128000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə borcun məbləğini Bankın təqdim etdiyi xx xxxxxxx 2019-cu il tarixli maliyyə arayışı, ipoteka predmetinin ilkin satış qiymətini “xxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli qiymətləndirmə hesabatı əsasında müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 269.5, 317.1, 319,1, və 739-cu maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3 və 41.1-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh Fərzalıyev Fəxri Fərzalı oğlu (Vəkil) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ipoteka predmetinin yenidən bazar qiymətinə uyğun qiymətləndirilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qiymətləndirmə rəyi əsassız olmuş, hansı meyarlarla həmin rəqəmin alınması əsaslandırılmamışdır. Əslində əmlakın dəyəri 170000 manatdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatla rı Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlar a qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbu l edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə kassasiya şikayətinin dəlillərinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfində n müəyyən edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə - ipoteka premetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili iş üzrə verilmiş ekspert (mütəxəssis) rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və p rosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın (qiymətləndirmənin) təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Fərzalıyev Fəxri Fərzalı oğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1633/2019 nömrəli iş üzrə 09 oktyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ipoteka predmetinin ilkin satış qiymətinin məyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar