Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-953/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə, Cavabdeh3, X2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə öhdəliyin icrası, əşyanın təhvil verilməsi, kassasiya instansiyası məhkəməsinin göstərişləri ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh3, X4, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5794/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 kassasiya şikayətinə 27 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 MTK-nın (iş üzrə cavabdeh, bundan sonra – MTK) sədri Cavabdeh3 ilə payçı Cavabdeh3 arasında bağlanmış 29 dekabr 2009-cu il tarixli 56 saylı "xxxx" müqaviləyə əsasən, MTK-ya ayrılmış ünvan 1 yaşayış massivində, MTK-nın təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən 1 otaqlı 68,6 kv.m 277 saylı mənzil Cavabdeh3 satılmışdır.
2. MTK-nın (sifarişçi) sədri Cavabdeh3 ilə X10 (podratçı) arasında bağlanmış 01 mart 2013-cü il tarixli 01 saylı podrat müqaviləsinə əsasən, sifarişçi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 26 mart 2005-ci il tarixli, 126 saylı Sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivində 4 girişli çoxmərtəbəli yaşayış binasının 1-2-3-4 girişlərində beton-mozaika işlərinin (hər kv.m üçün 10 manat), 12-3-4 girişlərdə blok və pilləkən qəfəsində rəngsaz işləri (hər kv.m üçün 5 5 manat), qarajların divar və tavan hissələrinin rənglənməsi (hər kv.m üçün 5 manat), qarajların yerinin beton plitə ilə döşənməsi (hər kv.m 10 manat), 1-2 girişlərdə 13-14-15 mərtəbələrdə və 3-4 girişlərdə isə bütün mərtəbələrdə binadaxili su və kanalizasiya xətlərinin çəkilməsi işlərinin görülməsini podratçıya tapşırır. İşlərin başa çatdırılması üçün 5 aylıq müddət razılaşdırılmışdır. Sifarişçi təşkilat yuxarıda adları çəkilən işlərin aparılmasına gö rə giriş 1, 13-cü mərtəbə, sahəsi 71,2 kv.m təşkil edən 58 saylı və giriş 4, 8-ci mərtəbə, sahəsi 68.6 kv.m təşkil edən 277 saylı mənzilləri verməyi öhdəsinə götürmüşdür.
3. Həmin müqavilənin 2.2-ci bəndinə və müqaviləyə Əlavə №1 olan razılaşma protokoluna əsasən, qeyd edilən mənzillərin satış müqaviləsi podratçı tərəfindən işlər tam başa çatdırıldıqdan və hər iki tərəfin təsdiqlədiyi AKT (forma 2) əsasında təhvil verildikdən sonra qüvvədə olacaqdır. Əks halda, satış müqaviləsi birtərəfli qaydada MTK tərəfindən ləğv ediləcəkdir.
4. MTK-nın sədri Cavabdeh3 ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış 09 iyul 2013-cü il tarixli 29 saylı “yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” müqaviləyə əsasən, MTK-ya ayrılmış ünvan 1 yaşayış masivində, MTK-nı n təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən yaşayış binasında Cavabdeh3 adına olan 1 otaqlı 68,6 kv.m 277 saylı mənzil iddiaçının adına keçirilmişdir. MTK tərəfindən iddiaçıya mənzilin dəyərinin tam ödənilməsi və borcunun olmaması barədə 09 iyul 2013-cü il tarixli 35 saylı arayış verilmişdir.
5. MTK üzvlərinin və payçılarının ümumi yığıncağının 14 avqust 2013-cü il tarixli qərarı ilə fiziki şəxs X10 ilə bağlanmış podrat müqaviləsinə əsasən podrat işləri tam görülmədiyi üçün podrat müqaviləsinə əsasən işlər üçün verilmiş 277 saylı mənzil barədə iddiaçının adına sənədləşdirilmiş 09 iyul 2013-cü il tarixli 29 saylı alqı-satqı müqaviləsi və maliyyə arayışı ləğv və etibarsız hesab edilmişdir.
6. MTK-nın sədri Cavabdeh3 14 avqust 2013-cü il tarixli 13 saylı əmri ilə iddiaçının adı na sənədləşdirilmiş xx.xx.2013-cü il tarixli 29 saylı müqavilə (giriş 4, mərtəbə 8, 1 otaqlı, 68,6 kv.m, 277 saylı mənzil) ləğv edilmişdir. Müqavilənin ləğvi üçün əsas olaraq X10 ilə bağlanmış 01 mart 2013-cü il tarixli podrat müqaviləsi üzrə razılaşdırılmış işlərin tam görülməməsi göstərilmişdir.
7. Qeyd edilən müqavilə birtərəfli qaydada ləğv edildikdən sonra mübahisəli mənzil 07 oktyabr 2013-cü il tarixli 53 saylı müqavilə ilə X1, 19 fevral 2014-cü il tarixli 20 saylı müqavilə ilə Cavabdeh4, 28 dekabr 2018-ci il tarixli 22 saylı müqavilə Cavabdeh5, 07 dekabr 2019-cu il tarixli 32 saylı müqavilə ilə Cavabdeh2 (iş üzrə digər cavabdehlər) adına keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və tə ləbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, MTK ilə Cavabdeh3 arasında xx.xx.2009-cu ildə imzalanmış 56 nömrəli, MTK-nın yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında X5 ilə xx.xx.2013-cü ildə imzalanmış 53 nömrəli, Cavabdeh4 ilə xx.xx.2014-cü ildə imzalanmış 20 nömrəli, Cavabdeh5 ilə xx.xx.2018-ci ildə imzalanmış 22 nömrəli, Cavabdeh2 ilə xx.xx.2019-cu ildə imzalanmış 32 nömrəli müqavilələrin etibarsız hesab olunması; Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa edilən yaşayış binasının İV giriş, 8-ci mərtəbəsində yerləşən, 68.6 kv.m sahəsi olan 277 saylı mənzilə onun sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin MTK-nın üzərinə qoyulması və iddiaçın ın həmin mənzildən istifadə etməsinə maneçilik törədilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinadla tələbini onunla əsaslandırmışdır ki, MTK ilə arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 29 saylı müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra edərək, mübahisəli 277 saylı mənzilin dəyərini – 27.440 manatı cavabdehə tam şəkildə ödəməmiş, lakin artıq 8 ilə yaxın müddət keçməsinə və yaşayış binasının tikintisinin başa çatmasına baxmayaraq, bu günədək həmin mənzil cavabdeh tərəfindən ona təhvil verilməmişdir. Əksinə, mənzilin başqa şəxslərin (iş üzrə digər cavabdehlərin) adına keçirilməsi barədə müqavilələr təqdim edilmişdir. Həmin müqavilələrdən aydın olur ki, o nlar saxtadır, sadəcə görünüş üçün bağlanmışdır və MTK bununla iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozulması məqsədini güdür. Belə ki, bu müqavilələr iddiaçı ilə MTK arasında xx.xx.2013-cü ildə imzalanmış müqavilədən, iddiaçı tərəfindən mənzilin dəyərinin tam ödənilməsindən, beləliklə də, iddiaçının həmin mənzilə dair sərəncam və istifadə etmək hüququ yarandıqdan - müvafiq olaraq 3 ay, 1 il, 5 il, 6 il keçdikdən sonra bağlanmışdır. Yəni MTK artıq mülkiyyətində olmayan əmlaka dair sərəncam verməyə çalışdığından bu müqavilələr qanuna uyğun hesab edilə bilməz. Eyni zamanda, Cavabdeh3 ilə xx.xx.2009-cu ildə imzalanmış 56 nömrəli müqavilə də görünüş üçün bağlandığından uydurma əqddir. Müqavilənin MTK-nın sədri ilə özü arasında imzalanması faktı onun qanuna zidd olmasını təsdiq edir.
10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 324.4, 337.1-337.4, 340, 385, 425.1, 430.1 və 452.1-ci maddələrinə istinad etmişdir.
11. Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, göstərmişdir ki, MTK ilə X10 arasında podrat müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən podratçı MTK-nın inşa etdiyi binanın 1, 2, 3, 4-cü mərtəbələrində işlər görülməsini öhdəsinə götürmüşdür. Bunu müqabilində MTK podratçıya və onun xahişi ilə digər bir şəxsin adına müvafiq olaraq 58 və 277 saylı mənzillərin verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilədə nəzərdə tutulan işlərin yerinə yetirilməsinə görə 277 saylı mənzil iddiaçının adına rəsmiləşdirilmişdir. Əslində isə iddiaçı mənzilə görə heç bir ödəniş etməmiş və formal xarakter daşıyan müqavilə MTK- nın rəhbərliyinin protokolu və əmri ilə qüvvədən düşmüş hesab edilmişdir. Belə olan halda mübahisəli mənzillə bağlı bütün sonradan bağlanmış müqavilələr qanuna uyğun və etibarlı müqavilələr hesab edilməlidilər.
12. Cavabdeh2 nümayəndəsi və vəkili də iddiaya etiraz edərək, bildirmişdir ki, mübahisəli mənzil Cavabdeh2 tərəfindən Cavabdeh4 30.590 manata alınmış, bundan sonra kooperativin sədri Cavabdeh3 tərəfindən həmin mənzilin Cavabdeh2 adına keçirilməsinə dair 32 saylı müqavilə bağlanmışdır. Belə olan halda, Mülki Məcəllənin 182ci maddəsinə görə, Cavabdeh2 vicdanlı alıcıdır. Belə ki, sonuncu aldığı vaxtdan mənzilə sahiblik etməyə başlamış və 20.000 manatdan artıq vəsaiti mənzilin təmirinə xərcləmişdir. Digər tərəfdən, iddiaçı xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakla bağlı imzaladığı müqav iləni 8 il ötdükdən sonra mübahisələndirir, bu isə ona dəlalət edir ki, Mülki Məcəllənin 373.2-ci maddəsi ilə nəzərdə tutulmuş iddia müddəti ötmüşdür.
13. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1879/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, MTK ilə yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında X5 ilə bağlanmış 53 nömrəli; Cavabdeh4 ilə xx.xx.2014-cü ildə bağlanmış 20 nömrəli; Cavabdeh5 ilə xx.xx.2018-ci ildə bağlanmış 22 nömrəli; Cavabdeh2 ilə xx.xx.2019-cu ildə imzalanmış 32 nömrəli müqavilələr etibarsız hesab olunması, iddiaçının mübahisəli mənzilə sahiblik və istifadə hüquqlarının tanınması və həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdeh MTKnın üzərinə qoyulması, iddiaçıya həmin mənzildən istif adə etməsinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. (hakim Anar Qasımov)
14. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, xx.xx.2013-cü il tarixli 29 saylı “yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” müqaviləyə əsasən, Cavabdeh1 MTK-nə ayrılmış ünvan 1 yaşayış masivində, MTK-nın təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən yaşayış binasında Cavabdeh3 adına olan, 1 otaqlı 68,6 kv.m 277 saylı mənzil İddiaçı adına keçirilmiş və iddiaçı tərəfindən mənzilin dəyəri MTK-ya tam olaraq ödənilmişdir. Həmin hallar iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərlə (09 iyul 2013-ğü il tarixli müqavilə və maliyyə arayışı ) ilə tam sübuta yetirilir. Bu hallar ona də lalət edir ki, iddiaçı sözügedən mənzillə bağlı əmlak hüquqları əldə etmişdir.
15. Bu baxımdan, iddiaçıya məxsus olan mənzillə əlaqədar bağlanmış müqavilə ləğv edilmədən MTK tərəfindən cavabdeh X5 ilə xx.xx.2013-cü ildə imzalanmış 53 nömrəli, Cavabdeh4 ilə xx.xx.2014-cü ildə imzalanmış 20 nömrəli, Cavabdeh5 ilə xx.xx.2018-ci ildə imzalanmış 22 nömrəli, Cavabdeh2 ilə xx.xx.2019-cu ildə imzalanmış 32 nömrəli müqavilələr bağlana bilməzdi. Odur ki, mübahisəli mənzil iddiaçıya məxsus olduğu və həmin mənzillə bağlı hər hansı bir razılaşma (müqavilə) bağlanarkən onun iradə ifadəsi zəruri olduğu halda, iştirakı olmadan, həmin müqavilənin tərəfi olmayan şəxslər, yəni yuxarıda adı çəkilən digər cavabdehlərlə MTK arasında sonrakı tarixlərdə iddiaçıya məxsus mənzilin onlara satılması barədə müqavilələ r qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır.
16. Birinci instansiya məhkəməsi cavabdeh MTK-nın etirazının dəlillərinə münasibətdə qeyd etmişdir ki, MTK ilə iddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli kooperativ binada mənzil alınması haqqında müqavilə rəsmiləşdirildikdən sonra cavabdehin nümayəndəsi bildirdiyi qaydada (MTK üzvlərinin və payçılarının ümumi yığıncağının xx.xx.2013-cü il tarixli protokolu ilə 277 saylı mənzil barədə iddiaçının adına sənədləşdirilmiş xx.xx.2013-cü il tarixli 29 saylı alqı-satqı müqaviləsinin və maliyyə arayışının ləğv və etibarsız hesab edilməsi və MTK-nın sədri Cavabdeh3 xx.xx.2013-cü il tarixli 13 saylı əmri əsasında) müqavilənin birtərəfli qaydada ləğv edilməsi qanuna zidd və yolverilməzdir.
17. Digər Cavabdeh2 etirazının dəlilləri də əsass ızdır. Belə ki, cavabdeh müqavilə bağladığı zaman vicdanlı alıcı hesab edilə bilməz, ona görə ki, iddiaçının iradə ifadəsinin zəruri olduğu halda onun iştirakı olmadan sonrakı, o cümlədən Cavabdeh2 ilə müqavilələr bağlanması ona dəlalət edir ki, mənzilə dair qeyd edilən (sonrakı) müqavilələr qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışlar. Eyni zamanda, iddiaçının tələbi əşya hüququ ilə bağlı olduğundan, bu tələbə iddia müddəti tətbiq edilə bilməz.
18. Bununla belə birinci instansiya məhkəməsi Cavabdeh1 Mənzil-Tikinti Kooperativi ilə Cavabdeh3 arasında 29 dekabr 2009-cu ildə imzalanmış 56 nömrəli müqavilənin etibarsız hesab olunması barədə iddia tələbini əsassız sayaraq göstərib ki, hüquqi şəxs hesab olunan "xxxx" MTK Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən ö z adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malik olan mülkihüquq münasibətlərinin iştirakçısıdır və Mülki Məcəllənin 390.1.-ci maddəsinin müddəalarına uyğun olaraq azad surətdə müqavilə bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirmək və bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlamaq səlahiyyəti olmuşdur. Belə olan halda, Cavabdeh1 Mənzil-Tikinti Kooperativi ilə fiziki şəxs Cavabdeh3 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar mövcüd olmadığına görə həmin müqavilənin etibarsız hesab edilməsi hissədə iddia tələbi əsassızdır.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 43.1, 152, 157.2, 178.8, 324.1, 324.4, 337.1, 384.0.4, 390.1, 421.1, 423-cü, Mənzil Məcəlləsinin 112.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 223.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsınin ləğv edilməsi, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, vicdanlı alıcı olmasına baxmayaraq məhkəmə buna hüquqi qi ymət verməmiş, bundan başqa iddia müddəti tətbiq etməklə iddianı rədd etməli olduğu halda, iddia müddətini tətbiq etmədən əsassız qətnamə çıxarmışdır.
21. Cavabdeh3 da apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Cavabdeh3 şikayət belə əsaslandırılmışdır ki, qeyd edilən mənzil podratçı X6 xx.xx.2013-cü il tarixli müqavilə ilə görəcəyi işlərin əvəzi olaraq iddiaçının adına rəsmiləşdirilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin verilməsinin qüvvədə olması üçün hər iki tərəfin imzaladığı akt tərtib olunmalı olduğu halda, belə bir akt tərtib edilməmişdir. Buna görə də mənzilin verilməsi qüvvədə deyildir. Bu faktı həmçinin sifarişçi və podratçı təşkilatlar arasında razılaşma protokolu sübut edir. Həmin razılaşma protokolunda qeyd edilmişdir ki, iddiaçıya formal verilmiş 277 saylı mənzilin satış müqaviləsi, podratçı tərəfindən işlər tam başa çatdırıldıqdan, təqdim edilən Akt (forma 2) əsasında təhvil verildikdən sonra qüvvədə olacaqdır. Əks halda, satış müqaviləsi MTK tərəfindən birtərəfli qaydada ləğv ediləcəkdir. Podratçı tərəf işin başa çatdırılması barədə Akt (forma 2) təqdim etməmişdir. Göründüyü kimi, podratçı işləri natamam gördüyündən xx.xx.2013-cü il tarixli podrat müqaviləsini, bu müqaviləyə əlavə olunan razılaşma protokoluna əsasən verilmiş mənzilin ləğv edilməsinə dair MTK-nın ümumi yığıncağının xx.xx.2013-cü il tarixli protokolu və qeyd olunan protokolun əsasında MTK-nın sədri tərəfindən verilmiş əmr qanuna uyğun olmuşdur. Bundan başqa, müqavilənin bağlanmasından 8 il keçmiş və iddiaçı bu müddət ərzində mənzili tələb etməmiş, bununla bağlı nə MTK-ya, nə də başqa quruma şikayət etməmişdir ki, bu hal iddiaçının yuxarıda qeyd edilənlərlə razı olduğunu təsdiq edir. Həmçinin, 8 il keçdiyindən iddia müddəti də ötürülmüşdür.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10887/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia təmin edilən hissədə ləğv edilmiş və həmin hissədə iddia tələbləri rədd edilmişdir. (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Rafael Eyvazov, Şərafət Məmmədova)
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mənzil tikintisi üzrə kooperativdə mənzil (pay) sahibi olmaq üçün koop erativ üzvü olması və kooperativin səlahiyyətli orqanı tərəfindən şəxsin payçı hüquqları tanınmalıdır. Hazırkı mübahisəli münasibətlərdə iddiaçının kooperativin üzvü olması barədə sübutlar təqdim edilməmiş (hətta onun üzv olduğu təqdirdə belə), əksinə, kooperativin səlahiyyətli yığıncağı tərəfindən iddiaçı ilə bağlanmış müqaviləyə xitam verilmişdir. İddia predmeti olmadığından qeyd edilən qərarın və ona müvafiq əsaslanan əmrin müzakirə edilməsi prosessual cəhətdən yolverilməzdir. Lakin mübahisələndirilməyən (məhz bu yığıncağın qərarı ilə) iddiaçının müqaviləsinə birtərəfli qaydada xitam verilməsi və tələbin sahibi ilə bağlı olduğunu nəzərə alaraq qeyd edilməlidir ki, iddiaçı ilə bağlanan müqavilədə birtərəfli qaydada münasibətlərə xitam verilməsi nəzərdə tutulmuş, qanunvericilik isə müqavi lənin dəyişdirilməsi və ləğv edilməsini Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmadığı halda, tərəflərin razılaşması ilə mümkün olduğunu təsbit etmişdir. Qeyd edilən kimi, müqavilənin ləğv edilməsinə əsas olmuş qərar və əmr iddia predmeti olmadan və ləğv edilmədən iddiaçının subyektiv hüquqlarının olmadığı və digər şəxslərin mənzil üzrə müqavilələrin etibarsızlığının müzakirəsini belə yolverilməz edir. Digər tərəfdən, iddiaçının mənzilə hüquqları hüquqi cəhətdən mövcud olmayan müqavilə əsasında tanınmışdır. Cavabdehlərin müqavilələrinin qanuni olub-olmamasına gəldikdə, bu məsələ müstəsna olaraq müqavilə tərəflərinin onu tanımasına və bu mənzilə hüquqları olan üçüncü şəxslərə aiddir. İddiaçının isə belə hüquqları mövcud olmamış, yazılarda səhv olsa da, onun bu hüquqlarına qeyd edilən MTK üzvlərinin və payçılarının ümumi yığıncağının xx.xx.2013-cü il tarixli qərarı ilə xitam verilmişdir.
25. Bundan başqa, iddiaçının nümayəndəsinin izahatından bəlli olmuşdur ki, müqavilə imzalanan zaman mənzil təqdim edilmiş, lakin sahibliyinə verilməmişdir və bu imtina məhz müqavilənin imzalandığı tarixi ərəfələrdə baş vermişdir. Deməli, iddiaçının sahiblik əsasında iddia müddətinin tədbiq edilmədiyi istinadlar onun sahiblik hüququ olmadığından əsassızdır.
26. İddiaçı, həmçinin Ədalət Qəmbərovun adına yazılmış müqavilənin əhəmiyyətsiz olduğunu və digər cavabdehlərlə bağlanan əqdlərin etibarsızlığını müdafiə etdiyindən bu növ iddiaların verilməsi haqqında qanunvericiliklə müəyyən edilmiş müddətlərin gözlənilməsi və tətbiqi müzakirə edilməlidir. Qanunvericilik şəxsin əqdin et ibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilməsini ehtiva etmişdir. İddiaçının özünün mövqeyindən bəlli olur ki, iddiaçının nöqteyi nəzərindən ona hüquqlarını ötürən şəxs səlahiyyətsiz olmuşdur, bununla da müqavilənin imzalandığı tarixdən hüquqlarının pozulmasına əsas olmuş halları bilməli olmuşdur. İddiaçının münasibətləri MTK ilə deyil, sadəcə vətəndaşla yaranmış və kooperativə üzv olmadan mənzil hüquqlarının ötürülməsi barədə formal müqavilə imzalanmışdır. Bununla yanaşı, mənzil üzrə pul vəsaitlərinin ödənilməsini təsdiq edən maliyyə mühasibat sənədləri də təqdim edilməmiş, borcun olmaması barədə xx.xx.2013cü il tarixli arayışda isə mənzilin Ədalət Qəmbərovun adından iddiaçının adına keçirildiyi göstərilmiş, bu da MTK-ya münasibətdə müqavilənin formal olduğunu bir daha təsdiq etmişdir. Beləliklə, mübahisə predmeti üzrə subyektiv hüquqları olmayan iddiaçı 2013 ildən hüquqlarının pozulduğunu bilmiş (bilməli olmuş) və daşınmaz əmlaklar üzrə bağlanılan iddia müddətlərini ötürməzdən öncə əqdlərin etibarlığının mübahisə edilməsi üzrə qanunla müəyyən edilmiş müddətləri ötürmüşdür.
27. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, MTK-nın sədri Cavabdeh3 ilə (podratçı) X10 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 01 saylı podrat müqaviləsində, müqaviləyə əlavə №1 olan razılaşma protokolunda iddiaçının iştirak etməməsi, mənzilin işlərin görülməsinə təminat olması barədə müddəanın iddiaçı ilə bağlanmış müqavilədə öz əksini tapmaması, habelə X10 ilə iddiaçının hüquqi bağlılığının müəyyən edilməməsi əsası ilə iddiaçının podrat müqaviləsindən irəli gələn subyektiv mülki məsuliyyətinə qiymət verilməsi mümkün deyildir. Bu hallar iddiaçı ilə bağlanılan müqavilənin ləğvinə yönəlmiş MTK üzvlərinin və payçılarının ümumi yığıncağının xx.xx.2013-cü il tarixli qərarının müzakirəsinə aid ola bilər ki, bu qərar da iddianın predmeti olmamış və nədənsə iddiaçı bu qərarı mübahisələndirməmişdir. Bununla belə, iddiaya aid hissədə nəzərə alınmalıdır ki, X7 işə cəlb edilməsi bilavasitə iddiaya aid olmadığından onun cəlb edilməsi də müzakirə predmeti ola bilməzdi. Ümumiyyətlə, iddiaçı bəzi qaranlıq qalan xüsusatlara aydınlıq gətirilməsi üçün bir sıra prosessual hərəkətlərin edilməsindən çəkinmişdir. Halbuki, iddianın və ona cavab verməli olan şəxslərin prosessual dairəsinin müəyyən edilməsi, habelə mötəb ər və təkzibedilməz sübutların təqdim edilməsi iddiaçının müstəsna səlahiyyətlərinə aiddir.
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139-1.1.6., 109-113, 146, 152-164, 337-354, 357, 358, 372-388, 404, 420, 421.3, 560, 646-654-cü, Mənzil Məcəlləsinin 6.0.9, 8.0.5, 109-118-ci, Mülki Prosessual Məcəllənin 13, 14.2, 14.3, 15, 50, 52, 76.1, 77.1, 80-82, 106.2, 217.4-cü maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
29. İddiaçı kassasiya şikayəti vermişdir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kol legiyasının 2(102)-2625/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
31. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olub: - işin mübahisələndirilməyən hallarından görünür ki, 29 dekabr 2009-cu il tarixli 56 saylı “yaşayış binasından mənzil alışı haqqında” müqavilə ilə Cavabdeh1 MTK-ya ayrılmış ünvan 1 yaşayış masivində, MTKnın təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən 1 otaqlı 68,6 kv.m 277 saylı mənzil Cavabdeh3 satılmış, daha sonra Cavabdeh3 ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixli 29 saylı “yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” müqavilə bağlanmış və həmin müq aviləyə əsasən qeyd edilən 277 saylı mənzil İddiaçı adına keçirilmişdir. Cavabdeh1 MTK tərəfindən İddiaçı mənzilin dəyərinin tam ödənilməsi və borcunun olmaması barədə xx.xx.2013-cü il tarixli 35 saylı arayış verilmişdir; - İddiaçı xx.xx.2013-cü il tarixli mənzilin dəyərinin tam ödənilməsi barədə arayış verildiyi vaxtdan həmin mənzilə münasibətdə sonuncunun mülkiyyət hüquqları yaranmışdır; - Mülki Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər; - həmçinin Konstitusiya Məhkəməsi Plenumunun “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə payçı tərəfindən mənzilin dəyəri tam ödənildiyi halda həmin payçı qeyd edilə n mənzilə mülkiyyət hüququ əldə etdiyindən sonradan həmin mənzilin onun razılığı olmadan satılması mülki qanunvericiliyin normalarına uyğun deyildir; - mənzilin dəyərini tam ödəməklə İddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, Cavabdeh3 mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzil barədə xx.xx.2013-cü il tarixli 53 saylı, xx.xx.2014-cü il tarixli 20 saylı, xx.xx.2018-ci il tarixli 22 saylı, xx.xx.2019-cu il tarixli 32 saylı alqı-satqı müqavilələrinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır; - qeyd edilən hal hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da apellyasiya instansiyası məh kəməsi bu halı nəzərə almamış və həmin hala hüquqi qiymət verməmişidir; - bundan başqa, cavabdehin hazırkı iddia tələbinə etirazının dəlili ondan ibarət olmuşdur ki, mübahisəli mənzilin iddiaçının adına keçirilməsinə əsas Badu-Kubə” MTK ilə (podratçı) X10 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 01 saylı Podrat Müqaviləsi olmuş, lakin sonuncu podrat müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən mübahisəli mənzilin iddiaçının adına keçirilməsi barədə xx.xx.2013-cü il tarixli 29 saylı müqaviləyə MTK tərəfindən xitam verilmişdir. Bununla bağlı iddiaçı onunla X10 arasında əlaqəsinin olmadığını və mübahisəli mənzili dəyərini tam ödəməklə əldə etdiyini bildirmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi iddiaçının X10 ilə hər hansı bir əlaqəsinin olub-olmamasını araşdırmal ı olduğu halda, qeyd edilən halı araşdırmamış və həmin hala hüquqi qiymət verməmişdir; - iddiaçının X10 ilə hər hansı bir əlaqəsinin olduğu müəyyən edildiyi təqdirdə nəzərə alınmalıdır ki, xx.xx.2013-cü il tarixli 01 saylı Podrat Müqaviləsi Cavabdeh1 MTK ilə (podratçı) X10 arasında bağlandığı halda da, mübahisəli mənzilin alqı-satqısı barədə xx.xx.2013-cü il tarixli 29 saylı müqavilə mənzilin mülkiyyətçisi olan Cavabdeh3 ilə iddiaçı arasında bağlanmışdır; - apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə iddia müddətinin ötürüldüyünə istinad etsə də nəzərə almamışdır ki, hazırkı iddia tələbi əşya hüququ ilə bağlıdır. Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu po zuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir; - “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 384.0.4-cü maddəsi ilə bağlı qeyd etmişdir ki, bu maddədə iddia müddətinin şamil edilmədiyi hallar müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
32. İşin yeni apellyasiya baxışına Cavabdeh3 yazılı vəsatətlə müraciət edərək, hazırkı iş üzrə iddiaçıya qarşı mübahisəli mənzilə dair onun la MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 29 saylı müqavilənin etibarszılığına dair iddia qaldırdığını bildirərək, həmin işə baxılıb qurtaranadək bu iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının 14 oktyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclas protokoluna yazılmış qərardadı ilə vəsatət açıq saxlanılmış, işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir.
33. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5794/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), Cahangir Yusifov, İkram Şirinov)
34. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına və apellyasiya şikayətlərinin dəlillərinə əsasən qeyd edib ki, "xxxx" MTK ilə payçı İddiaçı arasında bağlanmış 09 iyul 2013-cü il tarixli kooperativ binada mənzilin alınması haqqında müqaviləyə əsasən kooperativ tərəfindən sözügedən mənzilin payçıya verilməsi, payçı tərəfindən isə mənzilin qəbul edilərək qabaqcadan müəyyənləşdirilmiş ümumi dəyəri – 27440 manatın vaxtında ödənilməsini öhdəsinə götürməsi, xx.xx.2013-cü il tarixli 35 saylı arayışa əsasən isə iddiaçının "xxxx" MTK-ya borcunun qalmaması ona dəlalət edir ki, iddiaçı sözügedən mübahisəli mənzillə bağlı əmlak hüquqlarını əldə etmişdir. İşin mübahisələndirilməyən hallarına əsasən 29 dekabr 2009-cu il tarixli 56 saylı “yaşayış binasından mənzil alışı haqqında” müqavilə ilə Cavabdeh1 MTK-ya ayrılmış ünvan 1 yaşayış massivində, MTKnı n təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən 1 otaqlı 68,6 kv.m 277 saylı mənzil Cavabdeh3 satılmış, daha sonra Cavabdeh3 ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixli 29 saylı “yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” müqavilə bağlanmış və həmin müqaviləyə əsasən qeyd edilən 277 saylı mənzil İddiaçı adına keçirilmişdir. Cavabdeh1 MTK tərəfindən İddiaçı mənzilin dəyərinin tam ödənilməsi və borcunun olmaması barədə xx.xx.2013-cü il tarixli 35 saylı arayış verilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə İddiaçı xx.xx.2013-cü il tarixli mənzilin dəyərinin tam ödənilməsi barədə arayış verildiyi vaxtdan həmin mənzilə münasibətdə sonuncunun mülkiyyət hüquqları yaranmışdır. Belə ki, Mülki Məcəllənin mübahisəli hüquq münasibət lərinin yarandığı dövrdə qüvvədə olan 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mənzilin dəyərini tam ödəməklə İddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, Cavabdeh3 mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzil barədə xx.xx.2013-cü il tarixli 53 saylı, xx.xx.2014-cü il tarixli 20 saylı, xx.xx.2018-ci il tarixli 22 saylı, xx.xx.2019-cu il tarixli 32 saylı alqı-satqı müqavilələrinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun ayrı-ayrı Qərarlarda əks olunan hüquqi mövqeyinə uyğu n olmamışdır.
36. Cavabdehlərin iddia müddətinin keçməsi barədə dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, hazırki mübahisəyə Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələbləri şamil edilməlidir. Həmin maddəyə əsasən, iddia müddəti mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir. Hazırki iddia tələbi iddiaçıya məxsus əmlakın cavabdehin qanunsuz sahibliyindən alınması ilə əlaqəli olduğundan, Mülki Məcəllənin qeyd edilən 384.0.4-cü maddəsinin tələbinə əsasən hazırki iddia tələbinə iddia müddəti şamil edilə bilməz.
37. Belə olan halda, Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə yaşayış binasından alınmış mənzilin baş qa şəxsin adına keçirilməsi haqqında Cavabdeh5 ilə 28 dekabr 2018ci ildə imzalanmış 22 nömrəli və Cavabdeh2 ilə 07 oktyabr 2019-cu ildə imzalanmış 32 nömrəli müqavilələrin etibarsız hesab olunması və iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində inşa edilən yaşayış binasının İV giriş, 8-ci mərtəbəsində yerləşən, 68.6 kv.m sahəsi olan 277 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınaraq həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin cavabdeh Badu-Kubə Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması və iddiaçının həmin mənzildən istifadə etməsinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur.
38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məx sus olan mənzillə əlaqədar bağlanmış müqavilə ləğv edilmədən "xxxx" MTK-nin cavabdehlər Cavabdeh5 ilə 28 dekabr 2018-ci ildə imzalanmış 22 nömrəli, Cavabdeh2 ilə 07 oktyabr 2019-cu ildə imzalanmış 32 nömrəli müqavilələr bağlana bilməzdi. Mübahisəli mənzil iddiaçıya məxsus olduğu halda, qeyd edilən mənzillə bağlı hər hansı bir razılaşmalar (müqavilələr) bağlanarkən iddiaçının iradə ifadəsinin zəruri olduğu halda, onun iştirakları olmadan, həmin müqavilənin tərəfi olmayan şəxslər, yəni cavabdehlər Cavabdeh5 ilə 28 dekabr 2018-ci ildə imzalanmış 22 nömrəli, Cavabdeh2 ilə MTK arasında sonrakı tarixlərdə müqavilələr bağlanaraq, iddiaçıya məxsus mənzil cavabdehlərə satılmışdır. Bununla da mübahisəli mənzilə dair qeyd edilən müqavilələr qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Kassasiy a şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. Cavabdeh3 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
40. Şikayət belə əsaslandırılıb: - Mülki Məcəllənin 452.1-ci maddəsinin tələbinə görə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əşyaya sahiblənmə dedikdə, hüquqi sənədləşmə ilə yanaşı, həmçinin faktiki hərəkətlərlə gerçəkləşən yiyələnmə əməli başa düşülür. Ona görə də, qeyd edilən aktiv hərəkətlərlə dəstəklənməyən təhvil aktı və ya müqavilə özü-özlüyündə sahiblənməni təsdiqləyən sübut kimi qəbul oluna bilməz: - işin hallarında sadalanan əsaslara görə 277 saylı mübahisəli mənzil hal-hazırda Cavabd eh2 mülkiyyətində olduğundan, iddiaçı ilə MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 29 saylı müqavilə etibarsız hesab edilməlidir. Cavabdeh bununla bağlı Suraxanı rayon Məhkəməsində iddia qaldırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı iddiaçı yazılı etiraz vermişdir. Etirazın dəlilləri işin faktiki hallarının sadalanmasından ibarət olmaqla, sonda şikayətin təmin edilməməsi, qətnamənindəyişdirilmədən saxlanması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi h əyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Maddə
324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (1, 2 və 4-cü bəndlər). Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi mü qavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 372.1 Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 384.0.4. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərin, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir Maddə 421.1 Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirm ək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarındakı hüquqi mövqe: - payçı tərəfindən mənzilin dəyəri tam ödənildiyi halda həmin payçı qeyd edilən mənzilə mülkiyyət hüququ əldə etdiyindən sonradan həmin mənzilin onun razılığı olmadan satılması mülki qanunvericiliyin normalarına uyğun deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək iş ə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
43. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
44. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
47. İşin mübahisələndirilməyən halları kimi müəyyən edilib ki, 29 dekabr 2009-cu il tarixli 56 saylı müqavilə ilə Cavabdeh1 MTK-ya ayrılmış ünvan 1 yaşayış masivində, MTKnın təsisçiləri və payçılarının vəsaiti hesabına inşa edilən 1 otaqlı 68,6 kv.m 277 saylı mənzil Cavabdeh3 oğluna satılmış, daha sonra Cavabdeh3la İddiaçı arasında “yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında” xx.xx.2013-cü il tarixli 29 saylı müqavilə bağlanmış və həmin müqa viləyə əsasən qeyd edilən 277 saylı mənzil iddiaçının adına keçirilmişdir. Cavabdeh1 MTK tərəfindən İddiaçı mənzilin dəyərinin tam ödənilməsi və borcunun olmaması barədə xx.xx.2013-cü il tarixli 35 saylı arayış verilmişdir. İddiaçıya xx.xx.2013-cü il tarixli mənzilin dəyərinin tam ödənilməsi barədə arayış verildiyi vaxtdan həmin mənzilə münasibətdə sonuncunun mülkiyyət hüquqları yaranmışdır.
48. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məh kəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə də payçı t ərəfindən mənzilin dəyəri tam ödənildiyi halda həmin payçı qeyd edilən mənzilə mülkiyyət hüququ əldə etdiyindən sonradan həmin mənzilin onun razılığı olmadan satılması mülki qanunvericiliyin normalarına uyğun deyildir.
50. Mənzilin dəyərini tam ödəməklə İddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququ əldə etməsi müəyyən edilib. Belə olan halda, cavabdeh E.Qənbərovun mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzil barədə xx.xx.2013-cü il tarixli 53 saylı, xx.xx.2014-cü il tarixli 20 saylı, xx.xx.2018-ci il tarixli 22 saylı, xx.xx.2019-cu il tarixli 32 saylı alqı-satqı müqavilələrinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır.
51. Bu baxımdan, məhkəmə kollegiyas ı apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 34-38-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
52. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət hazırki iş üzrə kassasiya məhkəməsinin qərarında verdiyi göstərişlərə əməl edərək qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
53. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
54. Məhkəmə kollegiyası Mülki Məcəl lənin 452.1-ci maddəsinin tətbiqi ilə bağlı kassasiya şikayətini dəlilləri ilə bağlı qeyd edir ki, bu normanın tətbiqinin Cavabdeh3 aidiyyəti yoxdur. Çünki işin müəyyən edilən hallarına görə 277 saylı mənzili xx.xx.2013-cü il tarixli, 29 saylı müqavilə müqavilə əsasında əldə edən Cavabdeh3 deyil, İddiaçıdur.
55. İddiaçı ilə MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 29 saylı müqavilənin etibarsız hesab edilməli olması, cavabdehin bununla bağlı Suraxanı rayon Məhkəməsində iddia qaldırması barədə dəlilə gəldikdə, kollegiya qeyd edir ki, bu dəlil də işin halları və İddiaçı iddia tələbi baxımından əsassızdır.
56. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılma lıdır.
57. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5794/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.