Məhkəmə qərarları › İş №2(102)-955/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-955/2020

18.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-955/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, kassatorların vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və 3-cü şəxs X6 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova, iş № 2(004)-xx/18) İddiaçı Cavabdeh qarşı “X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi, müqavilənin ləğv edilməsi, icarə haqqı borcunun, zərərin, gecikdirmə faizinin və hüquqi xidmət xərcinin əvəzinin ödənilməsi” tələblərinə dair iddiası qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30.07.2015-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı xeyrinə 2.967 manat icarə haqqı borcu, 230 manat maddi zərər omaqla, cəmi 3.197 manat məbləğində pul vəsaitinin, habelə 06 manat dövlət rüsumunun tutulması qət edilmiş, iddia tələbləri qalan hissədə rədd olunmuşdur. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov-sədrlik edən və məruzəçi, T.Səmədov və E.Kazımov, iş № 2(1 03)xxx/18) Cavabdeh apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə (hakimlər S.Hacıyev-sədrlik edən və məruzəçi, Q.Əsgərov və E.Vəliyeva, 2(102)-xxx/19) iddiaçının kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin 21.11.2018-ci il tarixli qətnaməsi icarə haqqı üzrə borcun və zərərin əvəzinin tutulması tələblərinin rədd edilməsi hissəsində ləğv olunmuş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Əliyev-sədrlik edən və məruzəçi, F.Talışinski və R.Eyvazov, iş № 2(103)-xxx/19) Cavabdeh apellyasiya şikayəti baxılan hissədə təmin edilərək Yasamal Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh icarə haqqının, onun gecikdirmə faizinin və dövlət rüsumunun tutulması hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı, X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi, “icarə haqqı borcunun, zərərin, gecikdirmə faizinin və hüquqi xidmət xərcinin əvəzinin ödənilməsi” tələblərinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı və üçüncü şəxs F.Camalov ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. Onlar kassasiya şikayətlərində Bakı Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişlər. İşin halları: İddiaçı Cavabdeh oğluna qarşı X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “müqavilənin ləğv edilməsi, icarə haqqı borcunun, zərərin, gecikdirmə faizinin və hüquqi xidmət xərcinin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 30.07.2015-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsini, Cavabdeh öz xeyrinə 14.972 manat məbləğində pulun tutulmasını və dövlət rüsumunun cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şika yətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayətləri apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Kassatorların vəkili S.Əliyev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətlərini müdafiə edərək onların təmin olunmalarını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəç ini, vəkil S.Əliyevin izahatını dinləyərək, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 18 sentyabr 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunduğu kimi, hazırkı iş artıq bir dəfə kassasiya baxışının predmeti olmuş və Ali Məhkəmənin 20.05.2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi icarə haqqı üzrə borcun və zərərin əvəzinin tutulması tələblərinin rədd edilməsi hissəsində ləğv edilməklə iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. İşə apellyasiya qaydasında yenidən baxan məhkəmə kassasiya instansiyası məhkəməsinin qərarında ş ərh olunan göstərişləri yerinə yetirərək birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını apellyasiya baxışının predmeti olan hissədə, yəni icarə haqqı borcunun və zərərin əvəzinin ödənilməsi tələbinə aid hissədə yoxlamış və aşağıdakıları müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 30.07.2015-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə icarəyə verən M.Osmanov, mülkiyyət hüququ üzrə özünə məxsus olan, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən, ümumi sahəsi 702,5 kv.m. olan qeyri-yaşayış sahəsini 01.09.2025-ci ilədək icarəçi Cavabdeh icarəsinə verməyi, sonuncu isə illik 3.000 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlandıqdan sonra qeyri-yaşayış sahəsi cavabdehi n sahibliyinə və istifadəsinə verilmişdir. Buna baxmayaraq İddiaçı, 27.07.2016-cı il tarixdə həmin qeyri-yaşayış sahəsini alqı-satqı müqaviləsi əsasında üçüncü şəxs X1. Sonuncu, əşyanın mülkiyyətinə əldə etdikdən sonra Cavabdeh qeyriyaşayış sahəsindən çıxarmışdır. Adları çəkilən şəxslər arasında məhkəmə mübahisəsi olmuş və Şəki Apellyasiya Məhkəməsinin 10.07.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh 30.07.2015-ci il tarixli icarə müqaviləsindən irəli gələn istifadə hüququ bərpa edilmiş, İddiaçı və Fuad Camalovun icarə müqaviləsində göstərilən fındıq sexindən çıxarılmaları, Cavabdeh həmin sexə köçürülməsi, Cavabdeh 27.07.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, habelə İddiaçı 30.07.2015-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair tələblərinin rədd edilməsi qət olunmuşdur. Ali Məhkəmənin 05.12.2017-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı Cavabdehin icarə müqaviləsi üzrə icarə haqqını ödəmədiyini bildirərək, ümumilikdə 9000 manat icarə haqqı borcunun, qeyri-yaşayış sahəsinin elektrik enerjisi borcunun ödənilməməsinə görə 3.150 manat zərərin, habelə həmin məbləğlərin illik 5% gecikdirmə faizi olan 1822 manat, hüquqi xidmət xərci kimi 1.000 manat olmaqla, cəmi 14.972 manat məbləğində pulun Cavabdeh tutulmasını tələb edir. İşdə olan “xxxx” ASC-nin qəbzindən görünür ki, icarə obyektinin 08.08.2016-cı il tarixə olan sayğac göstəricisinə əsasən 83,48 manat borcu olmuş və həmin borc məbləği 08.07.2016-cı il tarixdən yaranmışdır. Cavabdeh isə icarə haqqını və elekt rik enerjisi borcunu ödədiyini və iddiaçıya heç bir zərər vurmadığını bildirərək iddiaya etiraz etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı qeyd olun pul vəsaitlərini cavabdehdən tələb etməkdə haqlı deyil. Belə ki, Mülki Məcəllənin 700.1-ci maddəsinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Belə ki, tərəflər arasında 30.07.2015-ci ildə icarə müqaviləsi bağlandığı tarixdən qeyri-yaşayış sahəsinin üçüncü şəxs Fuad Camalova satıldığı 27.07.2016-cı il tarixədək icarə hüquq münasibətlərinin o lması işin mübahisəsiz halıdır. Odur ki, İddiaçı, 27.07.2016-cı ildən sahənin mülkiyyətçisi olmadığından onun həmin tarixdən sonrakı dövr üçün icarə haqları ilə bağlı tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Bu səbəbdən iddia tələbinin icarə obyektinin cavabdehin icarəsində olduğu 11 ay 26 gündən artıq olan hissəsi iddiaçının subyektiv hüququnun olmamasına görə rədd edilməlidir. Bu halla bağlı Ali Məhkəmə də 20.05.2019-cu il tarixli qərarında vurğulamışdır ki, tərəflər arasında bağlanmış icarə münasibətlərinin mövcud olduğu dövr, yəni icarə müqaviləsinin bağlandığı tarixdən icarə obyektinin satıldığı tarixədək olan dövr üzrə icarə haqqını və icarə müqaviləsi üzrə öhdəliklərin icra edilməməsindən irəli gələn zərəri müqavilə tərəfi olaraq tələb etməyə subyektiv hüququ olmuşdur. İddiaçı, icarə haqqı tələbinin əsası kimi icarə müqaviləsinə istinad etmişdir. Belə olan halda, icarə haqqı borcunu ödədiyini sübuta yetirmək yükü cavabdehin üzərinə düşür. Cavabdeh işdə olan yazılı qəbzlərə və fotoşəkillərə istinad edərək nəinki 11 ay 26 günün icarə haqqını, tələbdə göstərilən icarə borcu və iddia olunan zərərdən artıq məbləğdə pulu İddiaçı verdiyini bildirmişdir. İşə əlavə olunmuş yazılı qəbzin surətindən görünür ki, İddiaçı, 05.08.2015-ci ildə 29.500 ABŞ dolları və 3.500 manat, 07.09.2015-ci ildə 200 manat, 17.09.2015-ci ildə 100 manat məbləğində pul aldığını öz əl yazısı ilə (“aldım. Osmanov Nurulla.” sözlərini qeyd etməklə), 21.08.2015-ci il tarixdə isə 500 manat aldığını isə imza atmaqla təsdiqləmişdir. Eyni zamanda İddiaçı pul vəsaitləri ilə birgə əks olunan fotoşəkli işə əlavə olunmuşdur. Həmin qəbzlərdəki “aldım. Osmanov Nurulla.” qeydinin və imzanın, habelə fotoşəklin İddiaçı məxsus olması nəinki mübahisələndirlməmiş, əksinə, onun nümayəndəsi həmin yazının, imzanın və fotoda əks olunan şəxsin iddiaçıya aid olduğunu etiraf etmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi qəbzləri və fotoşəkilləri mötəbər sübut kimi qəbul edərək belə nəticəyə gəlmişdir ki, Cavabdeh icarə obyektinin 11 ay 26 gün üçün olan icarə borcundan və iddia olunan zərər məbləğindən xeyli artıq pul vəsaitini İddiaçı verdiyini sübuta yetirmişdir. İddiaçı aldığı pul məbləğlərinin başqa münasibət (borc) üzrə ödəniş olduğunu iddia etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin hala qiymət verərək qeyd etmişdir ki, iş materiallarında İddiaçıla Cavabdeh arasında başqa bi r hüquqi münasibətin və borc öhdəliyinin olmasına dair məlumat yoxdur. İddiaçının nümayəndəsi qəbzdəki pul məbləğlərinin Cavabdeh ticarət partnyoru olan başqa bir şəxslə İddiaçı hesablaşması olduğunu bildirsə də, bu faktı təsdiqləyən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İkincisi, iddiaçının nümayəndəsinin bildirdiklərinə görə həmin hesablaşma və fotoşəkillər İddiaçı Cavabdeh ticarət partnyoruna olan borcunun qaytarılması ilə bağlı idisə, o zaman qəbzlərdə pulun İddiaçı tərəfindən verildiyi qeyd olunmalı idi. Lakin qəbzlərdə pul vəsaitlərinin İddiaçı tərəfindən alındığı göstərilmişdir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, cavabdeh, icarə obyektinin onun istifadəsində olduğu dövr üzrə icarə haqqını və 08 iyul08 avqust 2016-cı il tarixlər üz rə hesablanmış elektrik enerjisi borcunu tam ödəmiş hesab olunur. Belə olan halda, icarə haqqının, zərərin, onların gecikdirmə fazinin və hüquqi xidmət xərcinin cavabdehdən tutulması tələbi əsassızdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh icarə haqqının və onun gecikdirmə faizinin əvəzinin tutulması hissəsində ləğv olunmalı və həmin hissələrdə iddia rədd edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsas ı kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sonuncu apellyasiya baxışının predmeti olan hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci m addəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarl a təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətlərinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı və və 3-cü şəxs X6 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edi lməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2(103)-xxx/19 saylı qətnaməsi həmin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar