Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-955/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2936/2021 nömrəli iş üzrə 18 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin ha lları: 28 noyabr 2020-ci il tarixdə Cavabdeh1 idarə etdiyi ”BMW 325” markalı avtomobillə Bakı şəhəri, 7-ci mikrorayon, S.Nümayəndə küçəsi ilə hərəkət edərkən yol hərəkəti qaydalarını pozaraq yolun kənarında dayanmış İddiaçı məxsus “X4” markalı avtomobili arxadan vurmuş, nəticədə avtomobilin əzilməsi ilə əlaqədar İddiaçı maddi ziyan dəymişdir. Qəza nəticəsində İddiaçı məxsus avtomobil daha iki avtomobilə dəyməklə həmin avtomobillər də əzilmişdir. Binəqədi rayon X3 şöbəsinin 13 dekabr 2020-ci il tarixli qərarı ilə M.B.İbrahimli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə olunmuşdur. “BMW 325” markalı avtomobil sığortalı olduğundan "xxxx" Şirkəti tərəfindən İddiaçı 4132,23 manat məbləğində sığorta ödənişi verilmişdir. İş üzrə qəbu l edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qəza nəticəsində ona məxsus avtomobilin yararsız vəziyyətə düşməklə ona 24.000,50 manat məbləğində ziyan dəyməsini, sığorta şirkəti tərəfindən edilmiş sığorta ödənişi çıxıldıqdan sonra qalan 20.000 manat məbləğində ziyanın cavabdehlər tərəfindən ona ödənilməməsini əsas göstərməklə həmin məbləğin, gündəlik sərf etdiyi xərclərə görə 1300 manatın və mənəvi ziyana görə 7000 manatın cavabdehlərdən onun xeyrinə müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh1 qarşılıqlı iddia verərək idarə etdiyi avtomobilin nömrəsini görə bilmədiyi avtomobil tərəfindən sıxışdırılması nəticəsində y olun qadağan olunmuş sol hissəsində dayanmış vəziyyətdə olan iddiaçıya məxsus avtomobilə dəyməsini, iddiaçıya “Avtomobil Box” avtomobil servisin qiymətləndirmə aktı ilə cəmi 6000 manat məbləğində ziyan dəyməsini, həmin ziyanın sığorta ödənişindən sonra qalmış 1900 manat hissəsini ödəmək istəsə də iddiaçının bundan imtina edərək ona hədə qorxu gəlməklə hadisəyə aidiyyəti olmayan atasını da işə cəlb etməsini, iddiaçının həmin hərəkətləri nəticəsində ona 10.000 manat məbləğində mənəvi ziyan dəyməsini əsas göstərməklə həmin məbləğin iddiaçıdan onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1322/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim: E.T.Məmmədov) ilkin iddia qismən təmin edilərək Cavabdeh1 İddiaçı xeyrinə 11.267,77 manatın tutulması, iddianın qalan hissədə təmin olunmaması və qarşılıqlı iddianın rədd olunması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İlkin iddia tələbi üzrə Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin səthi yoxlanılmış və qiymətləndirilmiş sübutlar əsasında, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını və s. əsas göstərməklə ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2936/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(012)-1322/2021 saylı qətnaməsi dəyişdirilmədən sax lanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək iddiaçıya dəymiş maddi ziyanın məbləğinin avtomobilə baxış keçirilmədən, şəkillər əsasında müəyyən olunmasını, qətnamənin səthi yoxlanılmış və qiymətləndirilmiş sübutlar əsasında, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq po zuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərt ərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki h alların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi tələb olunduğundan, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Hazırkı mübahisəyə səbəb olmuş yol-nəqliyyat hadisəsinin Cavabdeh1 təqsiri üzündən baş verməsi və həmin qəza ilə əlaqədar iddiaçıya maddi ziyan dəyməsi iş materialları ilə tam təsdiq olunmaqla işin həmin halı mübahisə doğurmur. Cavabdehin narazılığı əsasən dəymiş ziyanın m əbləği ilə bağlıdır. Cavabdehə görə iddiaçıya 6000 manat məbləğində ziyan dəymiş və onun 4.132,23 manatı sığorta şirkəti tərəfindən ödənildiyindən ondan yalnız qalan 1900 manat tutula bilər. Müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya qarşı delikt törədilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). İşdən görünür ki, iddiaçıya dəymiş ziyanın məbləğinin müəyyən olunması üçün məhkəmə ekspertizası təyin olunmuş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının nəticəsi barədə tər tib olunmuş 06 may 2021-ci il tarixli rəylə iddiaçıya məxsus avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli sayılmamış və zərərçəkmişə dəymiş maddi ziyanın məbləğinin salamat qalan yararlı hissələrin dəyərinin çıxılmaqla təxminən 15.400 manat təşkil etməsi müəyyən olunmuşdur. Cavabdeh həmin rəylə razılaşmasa da, məhkəməyə həmin rəyin əsassız olmasını təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə işdə olan sübutlara düzgün qiymət verilməklə çıxarılmış, qanunun tələblərinə uyğun əsaslandırılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Cavabdeh1 tərəfi ndən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2936/2021 nömrəli iş üzrə 18 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-955/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-955/2022
09.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver