Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-955/2025 17.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc müqaviləsi, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6335/2024 nömrəli 4 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şika yətinə 17 mart 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. "xxxx" KB ASC ilə Cavabdeh (Borcalan) arasında bağlanmış 29 avqust 2023ci il tarixli 203nkFİL8/23 nömrəli kredit müqaviləsinə əsasən, bank 60 ay müddətinə, 25 faiz dərəcəsi ilə, 11501 manat məbləğində krediti borcalanın mülkiyyətinə verməyi və ona bank hesabı (cari, kredit) açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. Bu Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 12 faiz, maksimum 40 faiz təşkil etmişdir. Kreditin məqsədli təyinatı: xx.xx.2023 tarixli 1486İNSHb/23 nömrəli müqavilənin bağlanması, məbləğ 1146,91 manat, xx.xx.2023-cü il tarixli 5243bkİNSHb/23 nömrəli müqaviləsinin bağlanması, məbləğ 10354,04 manat.
2. Kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən, borcalan Cavabdeh krediti ödəniş cədvəlinə uyğun borc verənə qaytarmağı və kreditdən istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş cədvəlindən aydın olmuşdur ki, Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə aylıq ödənişi 338 manat müəyyən edilmişdir. 3. "xxxx" KB ASC tərəfindən borcluya ünvanlanmış 12 fevral 2024-ci il tarixli pretenziya məktubuna əsasən, tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün banka xx.xx.2024- cü il tarixə 11501 manat əsas, 1286,45 manat faiz, 39,21 manat cərimə olmaqla, cəmi 12826,66 manat borcunun yarandığı bi ldirilmişdir. Borcun 3 iş günü ərzində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etmək borclu Cavabdeh təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 4. 28.06.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-ci il tarixli, 203nkFİL8/23 nömrəli kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borc: 11501 manat əsas, 2381,87 manat faiz, 153,08 manat cərimə olmaqla cəmi 14035,95 manat məbləğində borcu mövcud olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 11501 manat əsas, 2381,87 manat faiz, 153,08 manat cərimə, cəmi 14035,95 manat borcun və dövlət rüsumu ol araq ödənilmiş 132,11 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 28 iyun 2024-cü il tarixinə "xxxx" KB ASC-yə cəmi 14035,95 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
7. Birinci instansiya məhkəməsində cavabdeh iddia tələbini qəbul etmədiyini, krediti Bəhramova Gülər və Qurbanov Tamerlan üçün götürdüyünü, lakin onların onu aldatdığını və krediti ödəmədiyini, bankda ərizə imzalasa da, həmin sənədləri oxumadığını, onu aldadaraq adına pul götürdüklərinin bildirmişdir.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 24 sentyabr 2024-cü il tarixli, 2(002)-2460/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnar Aslanova) iddia qismən təmin edilərək, Cavabdeh 11501 manat əsas, 1286,45 manat faiz, 39,21 manat cərimə borcu olmaqla, cəmi 12826,66 manat pul vəsaiti və 128,49 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı "xxxx" ASC-in xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya mə hkəməsi qeyd etmişdir ki, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. İşdə olan sənədlərdən aydın olmuşdur ki, cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtləri pozulmuşdur.
10. Birinci instansiya məhkəməsi müqavilənin etibarlılığına qiymət verərək qeyd etmişdir ki, cavabdeh həmin müqavilənin aldatma, yanılma yolu ilə əslində başqa şəxslər tərəfindən bağlandığını, kreditdən xəbərinin olmadığını bildirsə də, etirazının dəlilləri barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
11. Eyn i zamanda, iş materiallarından göründüyü kimi, cavabdeh özü şəxsən banka gedib, öz imzası ilə ərizə verərək "xxxx" ASC-dən xx.xx.2028 tarixədək 11501 manat məbləğində istehlak məqsədləri üçün təminatsız kredit verməyi xahiş etmiş, kreditin və onun faizlərinin vaxtlı-vaxtında ödənilməsinə zəmanət vermişdir. Yəni, cavabdeh özü xx.xx.2023 tarixli 1486İNSHb/23 nömrəli və xx.xx.2023-cü il tarixli 5243bkİNSHb/23 nömrəli müqavilələrin bağlanması (sonlandırılması) məqsədilə ərizə ilə banka müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh həmin ərizədəki imzanın özünə aid olmasını inkar etməmiş, lakin ərizəni oxumadan imzaladığını bildirmişdir.
12. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli pretenziya məktubunda kreditorun iradə ifadəsi müqavilənin ləğvi ilə bağlı olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilə üzrə gecikmə məbləğinin deyil, bütün borcun: yəni 11501 manat əsas borc, 1286,45 manat faiz borcu və 39,21 manat cərimə borcu məbləğinin ödənilməsi tələb edilmişdir.
13. Birinci instansiya məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına istinad edərək qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli pretenziya məktubunda kreditorun iradə ifadəsi müqavilənin ləğvi ilə bağlı olmuşdur. Həmin pretenziya məktubunda kreditor bank müqavilə üzrə yaranmış gecikmə məbləğinin deyil, bütün borcun tutulmasını tələb etdiyindən, pretenziya məktubunun göndərilməsi tarixindən tərəflər arasında bağlan mış müqavilə ləğv edilmiş hesab edilməlidir.
14. Məhkəmə qeyd olunanları və Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilənin ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan öhdəliklər xətm edilmiş sayılmasını əsas götürərək, eləcə də cavabdeh tərəfindən iddia tələbinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini və cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğunu nəzərə alaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə pretenziya məktubunda göstərilən məbləğ əsas borc üzrə 11501 manat əsas borc və 1286,45 manat faiz hissəsində iddia tələbi qismən təmin edilməlidir.
15. Məhkəmə iddia tələbini cərimə məbləği hissəsində də əsaslı hesab edərək qeyd etmişdir ki, bank tərəfindən borcluya cərimə hesablanması üçün əsaslar yaranmış və iddiada tələb edilən cərimə borcunun məbləği (39,21 manat) ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini pozmamışdır. Ona görə də, iddia tələbi cərimə borcunun tutulması hissəsində 39,21 manat həddində olmaqla qismən təmin edilməlidir.
16. Məhkəmə xərcləri ilə bağlı qeyd edilmişdir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 132,11 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 128,48 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 424.2, 424.3, 42 8.4, 448.1, 448.2, 462.1, 465.2, 467, 739.1 və 743.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1, 9.3, 14.2, 76.1, 77.1, 88, 106.1, 107, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və "xxxx" KB ASC qarşısında olan kredit öhdəliyinə xitam verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsini n qətnaməsi ilə cavabdehin hüquqları və qanuni mənafelərini kobud surətə pozaraq qanunsuz və əsassız olaraq qəbul edilmişdir. Məhkəmə iddia ərizəsinə baxarkən hüquqi müstəvidə düzgün qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və qanunu səhv təfsir etmişdir.İşin fakiki hallarından, göründüyü kimi Güllər Bəhrəmovanın və Tamilə Qurbanovanın məni aldatması, eləcədə bankın cavabdehin digər borc öhdəliyi olduğu təqdirdə xeyli miqdarda adına kredit borcu rəsmiləşdirilməsi nəticəsində bank qarşısında kredit borcu öhdəliyi yaranmış və maddi vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirmişdir. İşin hallarına diqqət etdikdə məhkəmə qətnamə qəbul edərkən qeyd olunan mübahisə ilə əlaqədar cinayətin əlaməntlərinin olmasına baxmayaraq işə mahiyyəti üzrə baxmadan, ona qarşı edilən dələduz luq əməlinə əhəmiyyət verməmişdir. Qeyd edilən dəlillərə əsasən, birinci instansiya məhkəməsi tərəfindən Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında "xxxx" KB ASC-dən kredit götürülməsi onun iradəsi xaricində olmasını, cavabdehin adından sözügedən banka online müraciət edilərək kredit rəsmiləşdirilməsini, əməldə cinayət tərkibinin olmasını məhkəmənin diqqətinə çatdırsa da qeyd etdiyi hallar nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçı "xxxx" KB ASC tərəfindən təqdim olunmuş sənədlər əsasında qətnamənin qəbul edilməsi, cavabdehin qeyd etdiklərinin və eləcədə Tamilə Qurbanova və Güllər Bəhrəmovanın qeyd olunan vəsaitin ələ keçirilməsi hissəsinə hüquqi müstəvidə münasibət bildirilməmişdir. Cavabdehin etimadından istifadə edə rək kredit götürülməsi, onunla Güllər Bəhrəmova və Qurbanova Tamilə arasında olan səs yazılarıda mövcuddur və faktiki olaraq bunların əməlində cinayət tərkibinin olması hissəsi nəzərə alınmamış, "xxxx" KB ASC tərəfindən təqdim olunmuş sənədlər əsasında birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6335/2024 nömrəli 4 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), G.T.Axundova və F.H.Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmiş və nəticədə iddiaçıya xx.xx.2023-ci il tarixli 203nkFİL8/23 nömrəli kredit müqaviləsi üzrə (müqavilənin ləğv edilmiş hesab olunduğu tarixə qədər) əsas borca görə 11501 manat, faiz borcu üzrə 1286,45 manat, cərimə borcu üzrə 39,21 manat olmaqla, cəmi 12826,66 manat borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh tərəfindən müqavilə şərtləri pozulduğu üçün, iddiaçı haqlı olaraq qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
22. Birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında qaytarmamış, bununla da c avabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımınca yerinə yetirməmişdir.
23. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilk növbədə həmin müqavilənin etibarlılığına qiymət verərək düzgün olaraq qeyd etmişdir ki, cavabdeh həmin müqavilənin aldatma, yanılma yolu ilə əslində başqa şəxslər tərəfindən bağlandığını, kreditdən xəbərinin olmadığını bildirsə də, etirazının dəlilləri barədə mötəbər sübutları məhkəmyə təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayətində Güllər Bəhramova və Tamilə Qurbanova tərəfindən aldadılması, onlar barəsində polis bölməsinə çoxsaylı şikayətləri olmasını qeyd etsə də, kredit müqaviləsinin etibarlılığına təsir edəcək bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir.
24. Cavabdehin qeyd etdiklərinin əksi olaraq müəyyən olunmuşdur ki, o, öz ü şəxsən banka gedib, öz imzası ilə ərizə verərək "xxxx" ASC-dən xx.xx.2028 tarixədək 11501 manat məbləğində istehlak məqsədləri üçün təminatsız kredit verməyi xahiş etmiş, kreditin və onun faizlərinin vaxtlı-vaxtında ödənilməsinə zəmanət vermişdir. Yəni, cavabdeh özü xx.xx.2023 tarixli 1486İNSHb/23 nömrəli və xx.xx.2023-cü il tarixli 5243bkİNSHb/23 nömrəli müqavilələrin bağlanması (sonlandırılması) məqsədilə ərizə ilə banka müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh həmin ərizədəki imzanın özünə aid olmasını inkar etməmiş, lakin ərizəni oxumadan imzaladığını bildirmişdir.
25. Cavabdehin heç bir sübutla öz təsdiqini tapmayan dəlillərini əsassız hesab edərək onları mülahizə xarakterli hesab etməklə qeyd etmişdir ki, bu hallar məhkəmənin gəldiyi nəticənin qanuniliyi və əsaslılığını şübhə altına ala bilməz.
26. Apellyasiya məhkəməsi rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 421.2, 424.3, 442, 445.1, 445.2.1, 448.1, 462.1, 467, 739.1 və 739.2-ci, MPM-in 14.2, 77.1, 119.1, 217.4 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdı r. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və "xxxx" KB ASC qarşısında olan kredit öhdəliyinə xitam verilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Məcəllənin 21.2 və 389.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33 7, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il qərarlarına, MPM-in 14.1, 77.1, 106.1 və 217.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırlmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmayıb və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün şərh və tətbiq etməmişdir. Belə ki, Cavabdeh hər iki instansiya məhkəməsinin diqqətinə çatdırmışdır ki, iddiaçı"xxxx" KB ASC qarşısında öhdəliyinin yaranmasına səbəb onun X3, X2, Leyla və Yaşar adlı şəxslərin aldadılması və cavabdehin adından banka müraciət olunaraq onun adına kreditin rəsmiləşdirilməsi səbəb olmuşdur. Faktiki olaraq cavabdehin adıçəkilən şəxslərin “qurbanı na” çevrilmişdir. Bütün bunları həm birinci instansiya məhkəməsi, həm də Bakı Apellyasiya Məhkəməsi nəzərə almamış və iddiaçı ilə cavabdeh arasında onun iradəsi ziddinə bağlanılmış müqaviləni rəhbər tutaraq cavabdehin hüquqlarını kobud şəkildə pozmuşdur. İş üzrə cinayət işinin başlanılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi barəsində Yasamal Rayon Polis İdarəsinə müraciət edilmişdir Lakin xx.xx.2024-cü il tarixli qərar ilə cinayət işinin rədd edilməsi barəsində qərar qəbul edilmişdir. Cavabdeh məhz iddiaçı qarşısında kredit borcunun yaranmasına səbəbin adları çəkilən şəxslərin onun etibarından sui-istifadəsi nəticəsində yaranmasını məhkəmənin nəzərinə çatdırmışdır. Lakin apellyasiya instansiya məhkəməsi qeyd olunan hala hüquqi müstəvidə qiymət verməmiş və sadəcə o laraq işə cavabdehin hüquqlarının heçə sayılması, iradəsi ziddinə bağlanılmış müqaviləyə əsaslanaraq qəbul edilmiş qətnaməni qüvvədə saxlamışdır. Yasamal Rayon Prokurorluğu 10 yanvar 2025-ci il tarixli qərar ilə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsilə cinayət işinin başlanılması və işin istintaq aidiyyəti üzrə göndərilməsi barəsində qərar qəbul etmişdir. Qeyd olunan hadisə ilə bağlı ********* nömrəli cinayət işi ibtidai istintaqın aparılması üçün istintaq aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. Göründüyü kimi adları qeyd olunan şəxslər cavabdehlə aralarında olan münasibətdən, onun etibarından sui-istifadə edərək onun adından banka müraciət etmiş və cavabdehin adına rəsmiləşdirilmiş kredit borcunu tam həcmdə əldə etmişlər. Kredit müqavil əsi nəinki cavabdehin iqtisadi maraqlarına xidmət etmiş, hətta onun iradəsi ziddinə bağlanmışdır. Nəticədə sözügedən kredit müqaviləsi üzrə borcalan deyil, kənar şəxslər iqtisadi üstünlük əldə etmişlər. Apellyasiya instansiyası məhkəməsi işə MPM-in 77.1-ci maddələrinin tələblərini pozmaqla baxmış, iş üzrə tətbiq olunan maddi hüquq normalarının tələblərinə əməl etməmiş, cavabdehin izahatlarını toplanmış digər sübutlarla yoxlamamış, nəticədə iddiaçının Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsində nəzərdə tutulan hüquq və azadlıqların məhkəmə təminatı hüququ pozulmuşdur. b)
30. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borcl u) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
33. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun di gər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
34. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır
35. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
36. Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğuzərər üç ün kreditor qarşısında məsuliyyət daşıyır.
37. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
38. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
39. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
40. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
41. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.
42. Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazları nın əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən q əbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Cavabdehin kassasiya şikayətində göstərilən dəlillər iddiaya etirazda və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər mülahizə xarakterli olmaqla əsassızdır, apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.
55. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya in stansiyası məhkəməsi yeni sübut qəbul etmir.
56. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6335/2024 nömrəli iş üzrə 4 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir